Məhkəmə qərarları › İş №2-1(120)-422/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-422/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-422/2022 29.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21in 1 saylı X1 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21in 1 saylı X2 qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 29 iyun 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21in Lənkəran şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması, ona əmək pensiyası təyin olunması və hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21in Lənkəran şəhər filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21in Lənkəran şəhər filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21in 7 saylı Regional Ərazi Filialı ilə əvəz olunmuşdur. Bundan əlavə məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21in 7 saylı Regional Ərazi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21in 1 saylı X4 ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21in 1 saylı X1 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “texnikumda təhsil aldığı illərin, hərbi xidmətdə olduğu dövrün və işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21in 1 saylı X1 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Astara rayonunun Telman kəndində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə Astara rayonu, Çayoba kəndində yaşayır. 1971-1975-ci illərdə Politexnik texnikumunun günduz şöbəsini bitirmişdir. 1975-1977-ci illərdə 2 il SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. İlk əmək fəaliyyətinə 16 avqust 1977-ci ildən başlamış və Astara rayon Su İdarəsi çayçılılıq sovxozunda işləmişdir. xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək “Telman” adına çayçılıq sovxozunda işləmişdir. Daha sonra xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək X20 qovşağında işləmişdir. xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək Astara “Telman” sovxozunda iş fəaliyyətini dayandırmışdır. Onun yuxarıda qeyd etdiyi yerlərdə işləməyini əmək kitabçası təsdiq edir. Beləliklə, işlədiyi bütün illər onun əmək kitabçasında qeyd edilmişdir. Hazırda o, pensiyaya çıxmaq üçün lazımi sənədləri toplayıb, Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X21 Lənkəran şəhər filialına təqdim etmişdir. Lakin Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X21 Lənkəran Şəhər filialı tərəfindən ərizəsinə rədd cavabı verilərək bildirilmişdir ki, “X15” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərə əsasən (əmək kitabçası, hərbi bilet) əmək stajı 25 il 4 ay təşkil edir. Bunun üçün Şirvan İnzibati Məhkəməsinə müraciət etməyini tövsiyyə etmişlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına müraciət edərək, ona iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin tələb olunan sosial sığorta stajı olmadığına görə müraciətin müsbət həlli mümkün olmamışdır. “X15” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “X15” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “X15” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020 -ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “X15” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İş materiallarından aydın olur ki, iddiaçının ümumi iş stajı arxiv arayışı, əmək kitabçasındakı əmrlər əsasında və hərbi biletdə qeyd olunmuş illər əsasında 24 il 11 ay 5 gündür. Mübahisəsiz sosial sığorta stajı 18 il 2 ay 9 gündür: xx.xx.1971-xx.xx.1975-ci illərdə təhsil aldığı müddət - 3 il 9 ay 27 gün, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmət dövrü - 1 il 11 ay 12 gün, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək “Su Sovxozu”nda işlədiyi dövrdə əmək haqqı aldığı - 10 ay (1979-cu ildə iyun, iyul, sentyabr, oktyabr, noyabr ayları, 1980-cı ildə mart, may, iyun, iyul, avqust ayları), xx.xx.1980-xx.xx.1982-ci il illərdə “Telman” adına çayçılıq sovxozu”nda işlədiyi müddət - 1 il 1 ay (1981 -ci ildə yanvarsentyabr, noyabr, dekabr ayları, 1982-ci ildə yanvar və fevral ayları), xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək əmrdə olduğu kimi “Telman” adına çayçılıq sovxozu”nda işlədiyi müddət - 10 ay (1982-ci ildə oktyabr, noyabr, dekabr ayları, 1983-cü ildə yanvar-iyul ayları), əmək kitabçasında qeyd olunmuş xx.xx.1983-xx.xx.1989-cu illərdə “Yuxarı X3 İdarəsi”ndə əmək haqqı aldığı müddət – 4 il 7 ay (1984-cü ildə 12 ay, 1985-ci ildə 12 ay, 1986-ci ildə 12 ay, 1987-ci ildə 12 ay, 1988-ci ildə yanvar, fevral, aprel, iyun, iyul, sentyabr, oktyabr aylarında), əmək kitabçasında qeyd olunmuş “Yuxarı X3 idarəsi”ndə xx.xx.1989xx.xx.1993-cü illərdə əmək haqqı aldığı müddət - 3 il 4 ay 19 gün (1989-cu ildə sentyabrdekabr, 1990-cı ildə 12 ay, 1991-ci ildə 12 ay, 1992-ci ildə 12 ay, 1993-cü ildə 19 gün), xx.xx.1993-xx.xx.1996-cı il tarixədək “Telman adına çayçılıq sovxozu”nda işlədiyi müddətdə əmək haqqı aldığı müddət - 1 il 8 ay 11 gün (1993-cü ildə 11 ay 11 gün, 1994-cü ildə yanvar-sentyabr aylarında). Mübahisəli sosial sığorta stajı 6 il 8 ay 26 gündür: xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək “Su Sovxozu”nda işlədiyi dövrdə əmək haqqı almadığı dövr - 2 il 2 ay 14 gün (1977-ci ildə 4 ay 14 gün, 1978-ci ildə 12 ay, 1979-cu ildə yanvar-may, avqust, dekabr, 1980-cı ildə yanvar, fevral, aprel aylarında), xx.xx.1980xx.xx.1982-ci il illərdə “Telman adına çayçılıq sovxozu”nda işlədiyi müddət - 5 ay 14 gün (1980-ci ildə sentyabr-dekabr, 1981-ci ildə oktyabr, 1982-ci ildə mart ayında 22 gün), əmək kitabçasında qeyd olunmuş xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək “Serxozximiya”da işləməsinə dair əmr və əmək haqlarının hüquqi ünvanı məlum olmadığı dövr - 5 ay 6 gün, əmək kitabçasında qeyd olunmuş, xx.xx.1983-xx.xx.1989-cu illərdə “Yuxarı X3 İdarəsi”ndə işlədiyi dövrdə əmək haqqı almadığı müddət - 9 ay 27 gün (1983-cü ildə 4 ay 27 gün, 1988-ci ilin mart, may, avqust, noyabr, dekabr ayları), əmək kitabçasında qeyd olunmuş, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək “Astara rayon Təmir X10”ndə işləməsinə dair əmr və əmək haqqı kitabları olmadığı dövr - 7 ay 29 gün, xx.xx.1993-xx.xx.1996-cı il tarixədək “Telman” adına çayçılıq sovxozunda işlədiyi müddətdə işdən çıxma əmri əmək kitabçasında xx.xx.1996-cı il qeyd olunduğu halda arxiv kitablarında xx.xx.1996-cı il qeyd olunmuşdur, həmin müddətdə əmək haqları almadığı müddət - 2 il ay 26 gün (1994-cü ilin oktyabr-dekabr, 1995-ci ildə 12 ay, 1996-cı ildə 10 ay 26 gün). Həmçinin İddiaçı xx.xx.1993-xx.xx.1996-cı il tarixlərdə “Telman” adına çayçılıq sovxozunda işlədiyi müddətdə işdən çıxma əmri əmək kitabçasında xx.xx.1996-cı il qeyd olunduğu halda, arxiv kitablarında xx.xx.1996-cı il qeyd olunmuş və yoxlama zamanı arxiv arayışı öz təsdiqini tapmışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, ИТ-İ № ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1977-сi il tarixli, 74k nömrəli əmrlə xx.xx.1977-ci il tarixdə Astara sovxozların tikinti idarəsinə İV (dördüncü) dərəcəli bənna qəbul edilmiş, xx.xx.1980-ci il tarixli, 102 k nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1980-ci il tarixli, 38 nömrəli əmrlə xx.xx.1980ci il tarixdə «Telman Çayçılıq” sovxozunda ərizəsinə əsasən texniki təhlükəsizlik mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.1982-ci il tarixli, 95 nömrəli əmrlə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1982-ci il tarixli, 26-k nömrəli əmrlə xx.xx.1982-ci il tarixdə Ust-Kanskeye RO “Kənd təsərrüfatı kimyası” V dərəcəli inşaatçı qismində işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixli, 56-k nömrəli əmrlə xx.xx.1982-ci il tarixdə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1982-ci il tarixli, 274 nömrəli əmrlə xx.xx.1982-ci il tarixdə «Telman adına çayçılıq” sovxozunda fəhləliyə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 150 nömrəli əmrlə xx.xx.1983cü il tarixdə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1983-cü il tarixli, 170 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdə “Yuxarı-Xanbulan”çay hidro qovşağına 4-cü dərəcəli çilingər qismində işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 25-k nömrəli əmrlə xx.xx.1988-ci il tarixdə 3-cü dərəcəli “növbətçi maşinist” vəzifəsinə köçürülmüş, xx.xx.1988-ci il tarixli, 62-k nömrəli əmrlə sərancamla əlaqədar işə keçirilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1989-cu il tarixli, 01 nömrəli əmrlə xx.xx.1989-cu il tarixdə Astara rayon Təmir-X10 Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin 14 sentyabr 1988-ci il tarixli, 255 nömrəli əmrinə əsasən “Yuxarı-Xanbulan” çay hidro qovşağı idarəsinin işçisi köçürmə yolu ilə 3 (üçüncü) dərəcəli növbətçi maşinist qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 129 nömrəli əmrlə xx.xx.1989-cu il tarixdə “Yuxarı-Xanbulan” çayın sağ sahəsi magistralının sahəsi və 1 №-li nasos stansiyasının Lənkəran ərazi birliyinə verilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1989-cu il tarixli, 37-k nömrəli əmrlə xx.xx.1989-cu il tarixdə Lənkəran MPREO 3-cü dərəcəli növbətçi elektrik qismində köçürülməsi qismində işə qəbul edilmiş, xx.xx.1993-cü il tarixli, 5-k nömrəli əmrlə xx.xx.1993-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1993-cü il tarixli, 11 nömrəli əmrlə xx.xx.1993-cü il tarixdə “Telman” adına sovxozda yeni yaradılmış taxılçılıq briqadasına “briqadir” vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixli, 96 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdə Taxılçılıq briqadası ləğv olunduğu üçün, ərizəsinə əsasən təsərrüfat daxili icarəyə üzv qəbul edilmiş, xx.xx.1996-cı il tarixli, 24 nömrəli əmrlə xx.xx.1996-cı il tarixdə İsalahatla əlaqədar olaraq 01 oktyabr 1996-cı il tarixdə fəaliyyəti dayandırılmışdır. İş materiallarında olan xx.xx.1975-ci il tarixli, Щ № 024943 nömərli diplomun surətindən görünür ki, İddiaçı 1971-ci ildə Bakı Politexnikumunun gündüz şöbəsinə daxil olmuş və 1975-ci ildə “İnşaat materialları sənayesinin maşın və avadanlıqları” ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan НЗ-3259356 saylı hərbi biletdən görünür ki, İddiaçı 05 iyun 1975-ci il tarixdən 10 iyun 1977-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olanYuxarı X3 İdarəsinin 12 oktyabr 2021-ci il tarixli, 135 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 03 avqust 1983-cü il tarixdə 170 nömrəli əmrlə Lənkəran olan Yuxarı X3 İdarəsində İV dərəcəli çilingər işləmişdir. 16 iyun 1988-ci il tarixdə Əmr № 25-k ilə İİİ dərəcəli növbətçi maşinist işinə keçirilmişdir. Köçürmə yolu ilə Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən 01 yanvar 1989-cu il tarixdə 62-k nömrəli əmrlə işdən azad olunmuşdur. Azərbaycan SSR Meliorasiya və Su Təsərrüaftı Nazirliyinin 14 sentyabr 1988-ci il tarixli, 255 nömrəi əmrinə əsasən Yuxarı X3 İdarəsinin işçi birliyi köçürmə yolu ilə 02 yanvar 1989-cu il tarixdə 1 nömrəli əmrlə İİİ dərəcəli növbətçi maşinist işinə qəbul edilmişdir. 01 sentyabr 1989-cu il tarixdə 129 №-li əmrlə X18 sahil magistral kanalın və 1 nömrəli nasos stansiyasının Lənkəran RTİİB-nə verilməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. 01 sentyabr 1989cu il tarixdə Əmr № 37-k ilə X17 X14 Birliyi Baş müəssisəsinə İİİ dərəcəli növbətçi elektrik işinə köçürülüb. 19 yanvar 1993-cü il 5-k №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən verdiyi ərizəsini nəzərə alaraq öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 137 saylı arayışından görünür ki, İddiaçı Astara rayon sabiq 31 saylı SMD-nin əmr kitablarına əsasən 1977-ci ilin avqust ayının 19-da 74 saylı əmrlə idarəyə fəhlə qəbul olunmuş, 1980ci ilin sentyabr ayının 06-da 102 saylı əmrlə verdiyi ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı Astara rayon sabiq “Telman” adına çayçılıq sovxozunun əmr kitablarına əsasən 1980-ci ilin sentyabr ayının 08-də 38 saylı əmrlə sovxoza təhlükəsizlik mühəndisi vəzifəsinə qəbul olunmuş, 1982-ci ilin mart ayının 22-də 95 saylı əmrlə verdiyi ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı Astara rayon sabiq “Telman” adına çayçılıq sovxozunun əmr kitablarına əsasən 1982-ci ilin oktyabr ayının 06-da 274 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1983-cü ilin iyul ayının 26-da 150 saylı əmrlə verdiyi ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı Astara rayon sabiq “Telman” adına çayçılıq sovxozunun əmr kitablarına əsasən 1993-cü ilin yanvar ayının 19-da 11 saylı əmrlə sovxoza briqadir vəzifəsinə qəbul olunmuş, 1996-cı ilin noyabr ayının 26-da 24 saylı əmrə əsasən işdən azad edilmişdir. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 137/1 saylı arayışından görünür ki, İddiaçı Astara rayon sabiq 31 saylı SMD-də və Astara rayon sabiq “Telman” adına çayçılıq sovxozunda 1979-cu ilin iyun, iyul, sentyabr-oktyabr; 1980-ci ilin mart, may-avqust, 1981-ci ilin yanvar-sentyabr, noyabr-dekabr; 1982-ci ilin yanvarfevral, oktyabr-dekabr; 1983-cü ilin yanvar-avqust; 1993-cü ilin yanvar-dekabr; 1994-cü ilin yanvar-sentyabr aylarında əmək haqqı almışdır. Qeyd: Astara rayon sabiq 31 saylı SMDnin 1977-1978-ci illərin əmək haqqı kitabları rayon arxivinə təhvil verilməmişdir. 1995-ci ilin əmək haqqı kitabında 165 saat=203825 manat; 1996-cı ilin əmək haqqı kitabında 74306 manat kimi qeydlər aparılmışdır. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X21 7 saylı regional ərazi filialı Sizin xx.xx.2021 -cil tarixli ərizənizə cavab olaraq bildirir ki, "X15” Azərbaycan Respublikasınin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların(Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-don başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğin lən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. “X15” Azərbaycan Respublikasınin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Təqdim etdiyiniz sənədlərə əsasən (əmək kitabçasının surəti, hərbi biletin surəti, diplomun surəti) 25 il 4 gün stajınızın olduğu halda 1979-1996-cı illərdə Sizin cəmi 4 il 7 ay məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi mövcuddur. Bu səbəbdən Sizə yaşa görə əmək pensiyası təyin etmək Qanunamüvafiq deyildir. Məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı ildə Astara rayonunda anadan olmuşdur. İddiaçı 1971-ci ildə Bakı Politexnikumunun gündüz şöbəsinə daxil olmuş və 1975-ci ildə “İnşaat materialları sənayesinin maşın və avadanlıqları” ixtisası üzrə tam kursu bitirmiş, 05 iyun 1975-ci il tarixindən 10 iyun 1977-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1977-сi il tarixli, 74k nömrəli əmrlə xx.xx.1977-ci il tarixdə Astara sovxozların tikinti idarəsinə İV (dördüncü) dərəcəli bənna qəbul edilmiş, xx.xx.1980-ci il tarixli, 102 k nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1980-ci il tarixli, 38 nömrəli əmrlə xx.xx.1980-ci il tarixdə «Telman Çayçılıq” sovxozunda ərizəsinə əsasən texniki təhlükəsizlik mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.1982-ci il tarixli, 95 nömrəli əmrlə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1982-ci il tarixli, 26-k nömrəli əmrlə xx.xx.1982-ci il tarixdə Ust-Kanskeye RO “Kənd təsərrüfatı kimyası” V dərəcəli inşaatçı qismində işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixli, 56-k nömrəli əmrlə xx.xx.1982-ci il tarixdə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1982-ci il tarixli, 274 nömrəli əmrlə xx.xx.1982-ci il tarixdə “Telman” adına çayçılıq sovxozunda fəhləliyə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 150 nömrəli əmrlə xx.xx.1983cü il tarixdə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1983-cü il tarixli, 170 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdə “Yuxarı-Xanbulan”çay hidro qovşağına 4-cü dərəcəli çilingər qismində işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 25-k nömrəli əmrlə xx.xx.1988-ci il tarixdə 3-cü dərəcəli “növbətçi maşinist” vəzifəsinə köçürülmüş, xx.xx.1988-ci il tarixli, 62-k nömrəli əmrlə sərancamla əlaqədar işə keçirilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1989-cu il tarixli, 01 nömrəli əmrlə xx.xx.1989-cu il tarixdə Astara rayon Təmir-X10 Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin 14 sentyabr 1988-ci il tarixli, 255 nömrəli əmrinə əsasən “Yuxarı-Xanbulan” çay hidro qovşağı idarəsinin işçisi köçürmə yolu ilə 3 (üçüncü) dərəcəli növbətçi maşinist qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 129 nömrəli əmrlə xx.xx.1989-cu il tarixdə “Yuxarı-Xanbulan” çayın sağ sahəsi magistralının sahəsi və 1 №-li nasos stansiyasının Lənkəran ərazi birliyinə verilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1989-cu il tarixli, 37-k nömrəli əmrlə xx.xx.1989-cu il tarixdə Lənkəran MPREO 3-cü dərəcəli növbətçi elektrik qismində köçürülməsi qismində işə qəbul edilmiş, xx.xx.1993-cü il tarixli, 5-k nömrəli əmrlə xx.xx.1993-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1993-cü il tarixli, 11 nömrəli əmrlə xx.xx.1993-cü il tarixdə “Telman” adına sovxozda yeni yaradılmış taxılçılıq briqadasına “briqadir” vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixli, 96 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdə Taxılçılıq briqadası ləğv olunduğu üçün, ərizəsinə əsasən təsərrüfat daxili icarəyə üzv qəbul edilmiş, xx.xx.1996-cı il tarixli, 24 nömrəli əmrlə xx.xx.1996-cı il tarixdə İsalahatla əlaqədar olaraq 01 oktyabr 1996-cı il tarixdə fəaliyyəti dayandırılmışdır. Cavabdeh iddiaçının 18 il 2 ay 9 gün sosial sığorta stajını mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi məsələ 6 il 8 ay 26 gündür: xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək “Su Sovxozu”nda işlədiyi dövrdə əmək haqqı almadığı dövr - 2 il 2 ay 14 gün (1977-ci ildə 4 ay 14 gün, 1978-ci ildə 12 ay, 1979-cu ildə yanvar-may, avqust, dekabr, 1980-ci ildə yanvar, fevral, aprel aylarında), xx.xx.1980-xx.xx.1982-ci il illərdə “Telman adına çayçılıq sovxozu”nda işlədiyi müddət - 5 ay 14 gün (1980-ci ildə sentyabrdekabr, 1981-ci ildə oktyabr, 1982-ci ildə mart ayında 22 gün), əmək kitabçasında qeyd olunmuş xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək “Serxozximiya”da işləməsinə dair əmr və əmək haqlarının hüquqi ünvanı məlum olmadığı dövr - 5 ay 6 gün, əmək kitabçasında qeyd olunmuş, xx.xx.1983-xx.xx.1989-cu illərdə “Yuxarı X3 İdarəsi”ndə işlədiyi dövrdə əmək haqqı almadığı müddət - 9 ay 27 gün (1983-cü ildə 4 ay 27 gün, 1988-ci ilin mart, may, avqust, noyabr, dekabr ayları), əmək kitabçasında qeyd olunmuş, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək “Astara rayon Təmir X10”ndə işləməsinə dair əmr və əmək haqqı kitabları olmadığı dövr - 7 ay 29 gün. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Məhkəmə cavabdehin xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək “Su Sovxozu”nda işlədiyi dövrdə əmək haqqı almadığı dövr - 2 il 2 ay 14 gün (1977-ci ildə 4 ay 14 gün, 1978-ci ildə 12 ay, 1979-cu ildə yanvar-may, avqust, dekabr, 1980-ci ildə yanvar, fevral, aprel aylarında), xx.xx.1980-xx.xx.1982-ci il illərdə “Telman adına çayçılıq sovxozu”nda işlədiyi müddət - 5 ay 14 gün (1980-ci ildə sentyabr-dekabr, 1981-ci ildə oktyabr, 1982-ci ildə mart ayında 22 gün), əmək kitabçasında qeyd olunmuş xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək “Serxozximiya”da işləməsinə dair əmr və əmək haqlarının hüquqi ünvanı məlum olmadığı dövr - 5 ay 6 gün, əmək kitabçasında qeyd olunmuş, xx.xx.1983xx.xx.1989-cu illərdə “Yuxarı X3 İdarəsi”ndə işlədiyi dövrdə əmək haqqı almadığı müddət - 9 ay 27 gün (1983-cü ildə 4 ay 27 gün, 1988-ci ilin mart, may, avqust, noyabr, dekabr ayları), əmək kitabçasında qeyd olunmuş, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək “Astara rayon Təmir X10”ndə işləməsinə dair əmr və əmək haqqı kitabları olmadığı dövr - 7 ay 29 gün üzrə iddiaçının əmək haqqı almadığının öz əksini tapmaması barədə imtina dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Eyni zamanda qeyd edilən aylar üzrə iddiaçının əmək haqqı almadığının öz əksini tapmaması da o demək deyildir ki, iddiaçı həmin illərdə işləməmiş və əmək haqqı almamışdır. İddiaçı iddia edir ki, həmin illərdə sözügedən sovxoz və müəssisələrdə işləməklə hər ay üçün əmək haqqı almışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Məhkəmə cavabdehin “İddiaçı xx.xx.1993-xx.xx.1996-cı il tarixlərdə “Telman” adına çayçılıq sovxozunda işlədiyi müddətdə işdən çıxma əmri əmək kitabçasında xx.xx.1996-cı il qeyd olunduğu halda, arxiv kitablarında xx.xx.1996-cı il qeyd olunmuş və yoxlama zamanı arxiv arayışı öz təsdiqini tapması” barədə dəlillinə münasibətdə isə qeyd edir ki, həmin qeyd edilən müddət nəzərə alınmasa belə iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Belə ki, “X15” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının texnikumda təhsil aldığı illər, hərbi xidmətdə olduğu dövr və işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı texnikumda təhsil aldığı illər, hərbi xidmətdə olduğu dövr və işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21in 1 saylı X1 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı texnikumda təhsil aldığı illər, hərbi xidmətdə olduğu dövr və işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21in 1 saylı X1 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar