Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4225/2025 15.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixdə Ukrayna Respublikasının Qorlovka şəhərində doğulmuş qızı X3 doğum haqqında şəhadətnamə verilməklə həmin doğum haqqında şəhadətnamənin “atası” qrafasında atasının adının X10 “anası” qrafasında anasının adının İddiaçı adının qeyd edilməsinin, doğum tarixinin və doğum yerinin olduğu kimi saxlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixdə Ukrayna Respublikasının Qorlovka şəhərində doğulmuş qızı X3 doğum haqqında şəhadətnamə verilməklə həmin doğum haqqında şəhadətnamənin “atası” qrafasında atasının adının X10 “anası” qrafasında anasının adının İddiaçı adının qeyd edilməsinin, doğum tarixinin və doğum yerinin olduğu kimi saxlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə Cavabdeh (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Ukrayna Respublikasının Qorlovka şəhərində doğulmuş qızı X3 doğum haqqında şəhadətnamə verilməklə həmin doğum haqqında şəhadətnamənin “atası” qrafasında atasının adının X10 “anası” qrafasında anasının adının İddiaçı adının qeyd edilməsinin, doğum tarixinin və doğum yerinin olduğu kimi saxlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir və cavabdeh qismində Cavabdeh göstərmişdir. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli, 3165/810-3xx-xx/2025 nömrəli məktubunan görünür ki, Cavabdehndə övladı X3 aid doğumu haqqında akt qeydi aşkarlanmamışdır. İş materiallarında olan Kürdəmir rayon Məhkəməsinin 2(041)-211/2025 saylı, xx.xx.2025-ci il tarixli, qətnaməsinin surətindən müəyyən edilir ki, ərizəçilər İddiaçı və X4 maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “atalığın etiraf edilməsinə” tələbinə dair ərizəsi təmin edilmiş, xx.xx.2021-ci il tarixdə Ukrayna Respublikasının Qorlovka şəhərində doğulmuş qızı X2 atası xx.xx.1985-ci il təvəllüdülü X10 olması hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Kürdəmir rayon Qeydiyyat şöbəsinə həvalə edilmişdir ki, X3 veriləcək yeni doğum haqqında şəhadətnamədə onun atası qrafasında X10 qeyd edilməsi, qalan məlumatların olduğu kimi saxlanılması qərara alınmışdır. İş materiallarında olan Ukrayna Respublikasının Qorlovka şəhərində 17 dekabr 2001-ci il tarixli, DHP 314469 nömrəli, akt nömrəsi 331 olan doğum haqqında şəhadətnaməinin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə Ukrayna Respublikasının Qorlovka şəhərində doğulmuş, atası X10 anası X12 qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, X2 doğum aktı mövcud olduğundan onu yenidən məhkəmə qaydasında müəyyən etmək mümkünsüzdür. İddiaçının hüquqi marağı X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsindən ibarət ibarət olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məslələri Baş İdarəsinin məhkəmə sorğusuna ünvanlamış olduğu cavab məktubunda qeyd edirlir ki, xx.xx.2021-ci il tarixdə doğulmuş X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı ilk öncə 08.2021-ci il tarixdə doğulmuş X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməli, onun tələbi təmin olunmadığı halda cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi tələbi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli 2-1(120)- 4225/2025 saylı məktubla yardım edərək, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunsa da, iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixdə Ukrayna Respublikasının Qorlovka şəhərində doğulmuş qızı X3 doğum haqqında şəhadətnamə verilməklə həmin doğum haqqında şəhadətnamənin “atası” qrafasında atasının adının X10 “anası” qrafasında anasının adının İddiaçı adının qeyd edilməsinin, doğum tarixinin və doğum yerinin olduğu kimi saxlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixdə Ukrayna Respublikasının Qorlovka şəhərində doğulmuş qızı X3 doğum haqqında şəhadətnamə verilməklə həmin doğum haqqında şəhadətnamənin “atası” qrafasında atasının adının X10 “anası” qrafasında anasının adının İddiaçı adının qeyd edilməsinin, doğum tarixinin və doğum yerinin olduğu kimi saxlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-4225/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4225/2025
15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver