Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-423/2021 26.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı regional ərazi filialına qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X5 İmişli rayon filialına qarşı “hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnziabti Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(120)-423/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X5 İmişli rayon filialına qarşı “hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin İmişli rayon filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı regional ərazi filialı ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 23.05.1973-04.05.1975-ci illərdə hərbi xidmətdə olduğu müddətin, 04.02.1976-28.02.1988-ci illərdə İmişli rayonu “Sabir” adına kolxozda, 05.03.1988-01.07.1991-ci illərdə “xxxxtexxidmət” İmişli texniki xidmət stansiyasında, 01.07.1991-01.04.1992-ci illərdə İmişli xxxx ASC-də, 01.04.1992-15.04.2002-ci illərdə İmişli “xxxx” TXS (xxxx ASC)-də işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X5 İmişli rayon filialının 04 sentyabr 2020-ci il tarixli, **********7 saylı imtina məktubunda qeyd olunmuşdur ki, ƏƏSMN tabeliyində DSMF Publik hüquqi şəxsin İmişli rayon filialı İmişli rayon Bəcrəvan kəndində yaşayan X3 “ASAN” Xidmət İmişli Regional Mərkəzindən daxil olmuş müraciəti ilə bağlı bildirir ki, İmişli rayon Bakı küçəsi 164 ünvanında yaşayan İddiaçı sənədləri şöbənin pensiya təyin edən komissiyasında araşdırılmış və təqdim etdiyi əmək kitabçasında vətəndaşın 1976-1988, 1988-1992, 1993-2002 ci illərdə işləməsi qeyd edilmişdir. Araşdırma zamanı məlum oldu ki, həmin işlədiyi illərin sənədləri İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. X7 Sistemində İddiaçı 01.01.2006-01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barəsində məlumat və RPS proqramının baza məlumatına əsasən vətəndaşın adına sosial sığorta şəhadətnaməsi aşkar edilməmiş, həmçinin sığorta olunanlar haqqında B1, B2, B3 hesabatlarında vətəndaşın adı aşkarlanmamışdır. Bu səbəbdən həmin illərdə əmək haqqı alıb almadığını və müəssisələr tərəfindən sosial sığorta haqqının ödənilib ödənilməməsini yoxlamaq mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 22.1-ci bəndinə əsasən iş sosial (sığorta stajın) müəyyən edilməsi əmək kitabçasına əsasən aparılır əmək pensiyası hüququ verən sğorta stajın hesablanma təqvimi illər, aylar, adam günü əsasında həyata keçirilir. İddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 22.1-ci bəndinin şərtləri ödənilmədiyi üçün yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı regional ərazi filialının nümayəndəsi X4 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, ödəniş qəbzini, arxiv arayışını, Fövqəladə Hallar Nazirliyinin DYMX İmişli rayon dövlət yanğından mühafizə hissəsinin arayışını, “İmişli VAZ” T.X.S-nin arayışını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin arayışını, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş 20 iyul 2020-ci il tarixli arxiv arayışının qarşılıqlı yoxlama aktının, Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin 17 dekabr 2019-cu il tarixli, **********9 nömrəli, 10 avqust 2020-ci il tarixli, **********3 nömrəli məktubunun, İmişli rayon Statistika İdarəsinin 05 dekabr 2019-cu il tarixli, 210 nömrəli məktubunun, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsinin 05 dekabr 2019-cu il tarixli, **********755100 nömrəli məktubunun, İmişli rayon İcra Hakimiyyətinin 03 dekabr 2020-ci il tarixli, 4/2222 nömrəli məktubunun, İmişli rayon Dövlət Arxivinin 03 dekabr 2020-ci il tarixli, 117 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 09.12.2020-ci il tarixli, 05/6075-11 nömrəli məktubunun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 24 dekabr 2020-ci il tarixli, **********608000 nömrəli məktubunun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 06 aprel 2021-ci il tarixli, **********608000 nömrəli məktubunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri İlə İş üzrə Mərkəzi Filialının 23 aprel 2021-ci il tarixli, **********7 nömrəli etirazının məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə iclasında iddiaçının əmək kitabçası və digər iş materialları ilə müəyyən edildi ki, yaşa görə əmək pensiyası almaq üçün iddiaçının tələb olunan ümumi iş stajı olmadığı üçün, onun yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən sübutlarla əsaslandırır. Belə ki, iş materiallarında olan İmişli rayon Statistika İdarəsinin 05 dekabr 2019-cu il tarixli, 210 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Sabir adına kolxozda işləməsi barədə heç bir məlumatımız yoxdur. İmişli-2 Texniki xidmət sahəsinin “xxxx” TXS uçot vahidi kimi qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsinin 05 dekabr 2019-cu il tarixli, **********755100 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Sabir adına kolxoz və İmişli-2 Texniki xidmət sahəsinin “xxxx” TXS adlı qurumlar idarədə dövlət qeydiyyatına və vergi uçotuna alınmamışdır. Eyni zamanda, Ədliyyə orqanlarından təhvil alınmış kommersiya qurumlarının iş qovluqlarında qeyd edilən müəssisələrin qovluqları olmamışdır. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin 03 dekabr 2020-ci il tarixli, 4/2222 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon İcra Hakimiyyətində “xxxx” İmişli TSX, İmişli “xxxx” SC və İmişli-2 “X11” TSX barələrində heç bir sənəd və məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X5 İmişli rayon filialının 04 sentyabr 2020-ci il tarixli, **********7 saylı məktubuna əlavə edilmiş 20 iyul 2020-ci il tarixli aktda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı 04.02.1976-cı il tarixindən 28.02.1988-ci il tarixinə kimi Sabir adına kolxozda işləməsi ilə bağlı məlumat aşağıdakı kimidir: İllər: Adam günü: Əmək haqqı: Sıra: 1986 ---- 2019 36 1987 ---- 3889 40 1988 ---- 1008 42 Qeyd: Vətəndaşın 1976-1985-ci illərdə işləməsi ilə bağlı İmişli rayon Dövlət Arxivində məlumat yoxdur. Bundan əlavə Sabir adına kolxozun 1976-1985-ci illər üzrə son hesablaşma kitabları İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Baxış zamanı bu da məlum oldu ki, vətəndaşın İmişlidə texniki xidmət sahəsinin “xxxx” TXS-də 05.03.1988ci il tarixindən 10.04.2002-ci il tarixinə kimi işləməsi ilə bağlı heç bir məlumat tapılmamışdır. Bundan əlavə bu da məlum oldu ki, İmişli-2 texniki xidmət sahəsinin “Avtobaz” TXS-nin arxiv sənədləri, əmr kitabları və əmək haqqı cədvəlləri İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 03 dekabr 2020-ci il tarixli, 117 nömrəli məktubunda qeyd edilmişdir ki, 1986, 1987 və 1988-ci illərin İmişli rayonun Sabir adına kolxozun İmişli rayon Dövlət Arxivində saxlanılan kolxozçuların son hesablaşma kitablarında yerinə yetirilmiş adam günləri qeyd olunmamışdır. Rayonda fəaliyyət göstərmiş olan kolxozlarda orta hesabla illik qazanc kolxozların gəlirindən asılı olaraq müxtəlif olduğundan və bu barədə bizdə hər hansı məlumat olmadığından bunu müəyyən etmək tərəfimizdən mümkün deyildir. Rayonun 3 müxtəlif kolxozlarında kolxozçuların yerinə yetirilmiş adam günləri tam qeyd olunan son hesablaşma kitablarından 3 nəfər kolxozçunun əmək göstəricilərini əks etdirən arayışı Sizə göndəririk. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 09.12.2020-ci il tarixli, 05/6075-11 nömrəli məktubunda qeyd edilmişdir ki, “xxxx” İmişli TXS, İmişli xxxx ASC və İmişli-2 “X11” TXS barədə məlumat verilməsi ilə bağlı daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, adıçəkilən qurumlar barədə məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrində aşkar edilməmişdir. Eyni zamanda qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 25.10.2007-ci il tarixli 2458 nömrəli Sərəncamına əsasən 01.01.2008-ci il tarixdən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid qeydiyyat orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müəyyən edilmişdir. Bununla bağlı kommersiya qurumlarının arxiv sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 24 dekabr 2020-ci il tarixli, **********608000 nömrəli məktubunda qeyd edilmişdir ki, 8 saylı Ərazi Vergilər İdarəsi məktubunuzla əlaqədar olaraq bildirir ki, "Araz” Texniki Xidmət Stansiyası 02.02.1998-ci il tarixdə vergi uçotuna alınmışdır, lakin inventarlaşmadan keçmədiyi (2005-ci il iyulun 1-dək on rəqəmli VÖEN almadığı üçün hal-hazırda vergi ödəyicisi hesab edilmir. “xxxx” İmişli TXS və imişli xxxx SC adlı qurumlar idarədə dövlət qeydiyyatında yoxdur və vergi uçotuna alınmamışdırlar. Əlavə olaraq olaraq bildirir ki, qeyd edilən dövrlər üzrə əmək qanunvericiliyinə əməl olunmasına və sosial sığorta vergi orqanlarının səlahiyyətlərinə aid edilmədiyi üçün sosial ödənişlər və işəgötürmə ilə əlaqədar sənədlər vergi orqanlarına təqdim edilməmişdir. Bu səbəbdən də İddiaçı qeyd edilən idarə və müəssisələrdə işləməsi və əmək fəaliyyəti barədə sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi 05 mart 2021-ci il tarixli, **********4 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı (AZE № 0*******, FİN: xxxxxxx) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-423/2021 nömrəli inzibati iş vardır. Hesab edirik ki, icraatınızda olan 2-1(120)-213/2021 nömrəli iş üzrə verilmiş iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün 10 saylı regional ərazi filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında 04.02.1976-28.02.1988-ci il tarixlərdə İmişli rayon “Sabir adına kolxoz”da, 05.03.1988-01.07.1991-ci il tarixlərdə “xxxx” İmişli TXS-də, 01.07.1991-01.04.1992-ci il tarixlərdə “xxxx” SC-də, 01.04.1992- 15.04.2002-ci il tarixlərdə “xxxx” TXS-da işlədiyi qeyd olunmuşdur. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan verinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Qanunun 67-ci maddəsində qeyd olunur ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan verinə vetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda is stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Bunun nəticəsində, 04.02.1976- 28.02.1988-ci illərdə İddiaçı İmişli rayon “Sabir adına kolxoz”da işləmiş olduğu faktiki iş günlərini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi İmişli rayon Dövlət Arxivinə 03.02.2021-ci il tarixli sorğu ünvanlanmışdır. 19.02.2021 -ci il tarixli cavab məktubunda arxivdə yalnız 1986-1996-cı illərə dair sənədlərin saxlanıldığı qeyd olunaraq, iddiaçıya dair 1986, 1987, 1988-ci illərin illik qazanc cədvəli təqdim olunmuşdur. Yerinə yetirilmiş adam günü norması müəyyən olunmadığından həmin dövrün neçə il sığorta stajı təşkil etdiyini hesablamaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 48-ci maddəsinə görə, hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Eyni zamanda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. İddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrlə bağlı Fondun 10 saylı regional ərazi filialına, İmişli rayon Dövlət Arxivinə, Ədliyyə Nazirliyə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi İdarəsinə sorğular göndərilmişdir. Belə ki, Fondun 10 saylı regional ərazi filialından daxil olmuş məktubda qeyd olunan müəssisələrin sosial sığorta ödəyicisi olması barədə məlumat olmadığı; İmişli rayon Dövlət Arxivindən daxil olmuş məktubda adı gedən təşkilatlara dair sənədlərin arxivdə saxlanılmadığı; Ədliyyə Nazirliyindən daxil olmuş məktubda “bir pəncərə” prinsipi üzrə vahid qeydiyyat orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olduğu və kommersiya qurumlarının arxiv sənədlərinin onlara təhvil verildiyi; Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi İdarəsindən daxil olmuş məktubda “xxxx” İmişli TXS və “xxxx” SC adlı qurumların dövlət qeydiyyatının olmadığı və vergi uçotuna alınmadığı, “xxxx” Texniki Xidmət Stansiyasının isə 02.02.1998-ci il tarixdə vergi uçotuna alındığı qeyd olunmuşdur. “xxxx” İmişli TXS, “xxxx” SC adlı qurumların dövlət qeydiyyatının olmadığı və “xxxx” Texniki Xidmət Stansiyasının 02.02.1998-ci il tarixində vergi uçotuna alındığı nəzərə alınaraq, bu səbəbdən 05.03.1988-02.02.1998-ci il tarixləri əhatə edən sığorta stajı İddiaçı sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(120)- 423/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 06 aprel 2021-ci il tarixli, **********608000 nömrəli məktubunda qeyd edilmişdir ki, 8 saylı Ərazi Vergilər İdarəsi məktubunuzla əlaqədar olaraq bildirir ki, "Araz" Texniki Xidmət Stansiyası 02.02.1998-ci il tarixdə vergi uçotuna alınmışdır, lakin inventarlaşmadan keçmədiyi (2005-ci il iyulun 1-dək on rəqəmli VÖEN almadığı) üçün hal-hazırda vergi ödəyicisi hesab edilmir. "xxxx" ASC- NİN "İMİŞLİ" TXM filiali 02.10.2004-cü il tarixdə **********-55001 kodla filial kimi vergi uçotuna alınıb. “xxxx” imişli TXS və imişli xxxx SC adlı qurumlar idarədə dövlət qeydiyyatında yoxdur və vergi uçotuna alınmamışdırlar. Qeyd edilən dövrlər üzrə əmək qanunvericiliyinə əməl olunmasına və sosial sığorta vergi orqanlarının səlahiyyətlərinə aid edilmədiyi üçün sosial ödənişlər və işəgötürmə ilə əlaqədar sənədlər vergi orqanlarına təqdim edilməmişdir. Bu səbəbdən də İddiaçı qeyd edilən idarə və müəssisələrdə işləməsi və əmək fəaliyyəti barədə sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi 23 aprel 2021-ci il tarixli, **********7 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı (AZE № 0*******, FİN: xxxxxxx) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (120)-423/2021 nömrəli inzibati iş vardır. Həmin işlə bağlı yazılı etiraz tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Hazırda həmin etiraza əlavəni təqdim edirik. İddiaçının əmək kitabçasında 04.02.1976-28.02.1988-ci il tarixlərdə İmişli rayon “Sabir adına kolxoz”da, 05.03.1988-01.07.1991-ci il tarixlərdə “xxxx” İmişli TXS-də, 01.07.1991-01.04.1992-ci il tarixlərdə “xxxx” SC-də, 01.04.1992- 15.04.2002-ci il tarixlərdə “xxxx” TXS-da işlədiyi qeyd olunmuşdur. 04.02.1976-28.02.1988-ci illərdə İddiaçı İmişli rayon “Sabir adına kolxoz”da işləmiş olduğu faktiki iş günlərini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi imişli rayon Dövlət Arxivinə 03.02.2021-ci ii tarixli sorğu ünvanlanmışdır. 19.02.2021-ci il tarixli cavab məktubunda arxivdə yalnız 1986-1996-ci illərə dair sənədlərin saxlanıldığı qeyd olunaraq, iddiaçıya aid 1986, 1987, 1988-ci illərin illik qazanc cədvəli təqdim olunmuşdur. Yerinə yetirilmiş adam günü norması müəyyən olunmadığından həmin dövrün neçə il sığorta stajı təşkil etdiyini hesablamaq mümkün olmamışdır. Bunun nəticəsində məhkəmə tərəfindən İmişli rayon Dövlət Arxivinə ünvanlanmış sorğu nəticəsində 1986, 1987, 1988-ci illərdə İmişli rayonunda fəaliyyət göstərmiş digər kolxozların son hesablama kitabından çıxarış təqdim olunmuşdur. Həmin çıxarışlara əsasən aparılmış hesablama nəticəsində İddiaçı 1986 və 1987-ci illərdə minimum adam günü normasını yerinə yetirdiyi, 1988-ci ilə münasibətdə isə normanın yerinə yetirilmədiyi müəyyənləşdirilmişdir. Belə ki, 1988-ci ildə iddiaçı tərəfindən yerinə yetirilmiş adam günü norması əsasında 09 ay 02 gün sığorta stajı hesablanır. Etirazda da qeyd olunduğu kimi, “xxxx” İmişli TXS, “xxxx” SC adlı qurumların dövlət qeydiyyatının olmadığı və “xxxx” Texniki Xidmət Stansiyasının 02.02.1998-ci il tarixdə vergi uçotuna alındığından 05.03.1988-02.02.1998-ci il tarixləri əhatə edən sığorta stajı İddiaçı sosial sığorta stajına daxil edilə bilməz. Qeyd olunanlara əsasən, İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı 4 il 2 ay 13 gün (02.02.1998-15.04.2002) təşkil edir. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin 03.01.2019-cu il tarixli, 6 №-li arayışına əsasən iddiaçının 23.05.1973-cü il tarixdən 04.05.1975-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir, iddiaçının həqiqi hərbi xidmət dövrü 01 il 11 ay 11 gün təşkil edir. Belə olan halda iddiaçının ümumilikdə sığorta stajı 08 il 10 ay 26 gün təşkil edir (2 il 09 ay 02 gün (kolxoz) + 04 il 02 ay 13 gün (müəssisə) + 01 il 11 ay 11 gün (hərbi xidmət)). Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçının işlədiyini iddia etdiyi, lakin Dövlət Arxivinin sənəd təqdim edə bilmədiyi illər sosial sığorta stajına daxil edildiyi halda belə (10 il 24 gün) ümumilikdə 18 il 11 ay 20 gün sosial sığorta stajı yetərli deyil. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(120)- 423/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirik. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. Belə ki, iddiaçı əmək kitabçasında göstərilən 04.02.1976-28.02.1988-ci il tarixlərdə İmişli rayon “Sabir adına kolxoz”da, 05.03.1988-01.07.1991-ci il tarixlərdə “xxxx” İmişli TXS-də, 01.07.1991-01.04.1992-ci il tarixlərdə “xxxx” SC-də, 01.04.1992-15.04.2002-ci il tarixlərdə “xxxx” TXS-da işlədiyi işlədiyini bildirsə də, məhkəmə araşdırması zamanı həmin müəssisələrin qeyd olunan illərdə fəaliyyətdə olması, həmçinin qeydiyyata alınması ilə barədə məlumatlar, o cümlədən iddiaçının həmin dövrlərdə həmin müəssisələrdə işləyib, əmək haqqı alması barədə sənədlər tam şəkildə aşkar edilməmişdir. Belə ki, “Sabir adına kolxoz”da işlədiyi dövrlərdən yalnız iddiaçıya aid 1986, 1987, 1988-ci illərin illik qazanc cədvəli təqdim olunmuşdur. Həmin dövrlər üzrə isə sığorta stajı cəmi 2 il 09 ay 02 gün təşkil edir. İddiaçının “Sabir adına kolxoz”da işlədiyi qalan digər dövrlərə aid hesablaşma kitabları isə ümumiyyətlə arxivdə aşkar edilməmişdir. Odur ki, məhkəmə “Sabir adına kolxoz”da işlədiyi dövrlərdən arxivdə aşkar edilməyən hissəsi ilə bağlı iddiaçının əmək kitabçasında olan qeydləri mötəbər qəbul etmir. Məhkəmə iddiaçının əmək kitabçasında göstərilən 05.03.1988-01.07.1991-ci il tarixlərdə “xxxx” İmişli TXS-də, 01.07.1991-01.04.1992-ci il tarixlərdə “xxxx” SC-də, 01.04.1992-15.04.2002-ci il tarixlərdə “xxxx” TXS-dakı əmək fəaliyyəti ilə bağlı onu qeyd edir ki, xxxx” İmişli TXS, “xxxx” SC adlı qurumların dövlət qeydiyyatının olmadığı və “xxxx” Texniki Xidmət Stansiyasının 02.02.1998-ci il tarixində vergi uçotuna alındığı nəzərə alınaraq, 05.03.1988-02.02.1998-ci il tarixləri əhatə edən sığorta stajı iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Odur ki, məhkəmə həmin hissədə də iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qəbul etmir. Belə olan halda isə iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı regional ərazi filialına qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş materiallarına əsasən prosessual xərclər yalnız iddiaçının iddia qaldırması ilə əlaqədar ödədiyi on manat dövlət rüsumundan, yəni məhkəmə xərclərindən ibarətdir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən hesab edir ki, prosessual xərc (ödənilmiş dövlət rüsumu vəsaiti) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı regional ərazi filialına qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» barədə iddiası əsassız olduğundan təmin edilmir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-423/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-423/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver