Məhkəmə qərarları › İş №2-1(120)-4240/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4240/2025

17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4240/2025 17.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin xx.xx.2022-ci il tarixli 038gn nömrəli əmrinin ləğv edilməsi və həmin tarixdən xidmətə bərpa edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Tofiq oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə qarşı “yenidən Azərbaycan Respublikasının Ordu sıralarında həqiqi hərbi xidmət keçmək üçün bərpa edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin xx.xx.2022-ci il tarixli 038gn nömrəli əmrinin ləğv edilməsi və həmin tarixdən xidmətə bərpa edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibаti Məhkəməsinin 17 noyabr 2025-ci il tаriхli, 2-1(120)-4240/2025 nömrəli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin xx.xx.2022-ci il tarixli 038gm nömrəli əmrinin ləğv edilməsi və həmin tarixdən xidmətə bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərərk, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin xx.xx.2022-ci il tarixli 038gm nömrəli əmrinin ləğv edilməsi və həmin tarixdən xidmətə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025ci il tarixli, 3-13-12/2-R-3996xx/xx/2025 nömrəli Arayışından görünür ki, 04 avqust 1994-cü il tarixdə, Salyan rayonu, Çuxanlı kəndində anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 04 dekabr 2024-cü il tarixli, 11525 nömrəli aktın surətindən görünür ki, İddiaçı narkotik və psixotrop maddə aşkar edilmədi. İş materiallarında olan GH seriyalı, 1963 nömrəli X8 X2 surətindən görünür ki, Gizir İddiaçı (ixtisası: Maddi-texniki təminat) Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək fəaliyyət göstərən anbar(saxlanc) rəisi kursunu bitirmişdir. İş materiallarında olan SX seriyalı, ******* saylı Hərbi Biletin surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 5/5799 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetiin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 6.3-cü maddəsinə müvafiq olaraq ehtiyyatda olan və ya çıxarılmış qərarla razılaşmayan vətəndaşlar həmin Əsasnamənin 6.1-ci maddəsinə əsasən aşağıda qeyd olunan sənədlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu müvafiq rayon şöbəsi tərəfindən Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilməlidir. 1. Müayinə şəhadətləndirmək üçün göndəriş; 2. Hərbi xidmət keçdiyi ( nə vaxtdan nə vaxta kimi hərbi xidmət keçdiyi qeyd olunmalıdır) haqqında arayış; 3. Hərbi xidmət dövründə müayinə və müalicə olunduğuna dair tibb müəssisəsindən verilmiş çıxarış epikrizləri. İş materiallaeında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 930 nömrəli Hərbi Hissənin vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 9-25-229/2-3955/2025 nömrəli məktubun surətindən görünür ki, iddiaçının xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən müsbət xarakterizə edilmədiyinə görə təkrar hərbi xidmətə qəbul olmağı ilə bağlı müsbət qərar qəbul olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq X9 Şəxsin 463 saylı, 24 yanvar 2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnozu: Hal-hazırda psixi pozuntular aşkar edilmir. 6 ay əvvəl şəxsi problemlərlə bağlı böhran vəziyyət keçirmişdir. İş materiallarında olan 6016 saylı, 02 iyun 2025-ci il tarixli Arayışın surətindən görünür ki, (ehtityyatda olan baş gizir İddiaçı xx.xx.1994-cü il təvəllüdlü, SHXÇDX-nin Salyan rayon Şöbəsi tərəfindən, xx.xx.2014-xx.xx.2022-ci il tarixdən) xx.xx.2023xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə olunmuşdur. (əsas: 090192 nömrəli çıxarış). xx.xx.2023-cü il tarixdə MN MHP-da şəhadətləndirilərək “Xəstəliklər cədvəli”nin 17 c mddəsinin İİİ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verilmişdir (əsas: 2843 nömrəli arayış). xx.xx.2024-cü il tarixdə MN MHP-da şəhadətləndirilərək “Xəstəliklər cədvəli”nin 17 ç, 13d maddəsinin İİİ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” qərarı qərarı verilmişdir (əsas: 4894 nömrəli arayış). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi tərəfindən hərbi xidmətə yararlığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1295/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “həqiqi hərbi xidmətə bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxsi heyətin uçotu bölməsinin nizami hissə rəisi baş gizir İddiaçı sağlamlıq vəziyyətinin qiymətləndirilməsi barədə 3580 nömrəli Aktın surətindən görünür ki, komissiyanın sədri Şəxsi heyyətin uçotu bölməsinin rəisi X1, komissiyanın üzvləri: şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi kapitan X5, tibb məntəqəsinin rəisi t/x leytenatı X7, tibb məntəqəsinin feldşeri baş gizir X3, baş gizir İddiaçı xx.xx.2022-ci il saat 01:00 radələrində yaşadığı evin blokunda qaz xəttindən özünü asmağa cəhd etmişdir. Hadisə şahidlərinin köməyi ilə hərbi qulluqçuya ilkin yardım göstərilmiş və öz mənzilinə aparılmışdır. Mənzilində hərbi qulluqçuya ilkin tibbi yardım göstərilmişdir. xx.xx.2022-ci il tarixdə müayinə üçün Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına göndərilmiş və psixiatr tərəfindən “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu, həyata keçirilmiş intihar cəhti ilə. “Kəskin respirator xəstəlik” diaqnozu qoyularaq xx.xx.2022-ci il tarixədək stasionar müalicədə olmuşdur. Xidmət etdiyi müddət ərzində öz tabeçiliyində olanlara qarşı emosional olmuşdur, daima özünə qapanıqlı vəziyyətdə və ailəsində olan maddi çətinliklərə görə öz işinə laqeyid münasibət göstərmişdir. Həyatdan bezginlik, əsəbləşən zaman özünə xəsarət yetirməyə cəht etmiş və bu hallar müşahidə edildiyi üçün Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına göndərilmişdir. Baş gizir İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasında şəhadətləndirilməsi məqsədəuyğundur. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçının əmri elan edildikdən sonra o, cavabdeh inzibati orqana müraciət etmiş və müraciətinin səbəbi hazırda mübahisələndirilən əmrin ləğv edilməsi ilə bağlı olmuşdur. Bu halın mövcudluğu onu deməyə əsas verir ki, iddiaçı hazırki mübahisələndirdiyi əmrin məzmunundan məlumatlı olmuş və onu vaxtında məhkəmə qaydasında mübahisələndirməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının elan olunduğu vaxtdan mübahisələndirdiyi əmrdən məlumatı olmuş və prosessual müddətin axımı həmin əmrin elan olunduğu və onun hərbi qeydiyyata alındığı vaxtdan, yəni ehtiyyata buraxıldığı xx.xx.2022-ci il tarixdən başlamışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1295/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “həqiqi hərbi xidmətə bərpa edilməsi” iddia tələbi ilə məhkəmə müraciət etmişdir. Həmin vaxt iddiaçı cavabdehlə öz arasında razlığa gəldiyi üçün iddia tələbinin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin iş üzrə iddiaçının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmə daxil olmuşdur. Əmrdən məlumatlı olduqdan 1 ( bir) il sonra. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin xx.xx.2022-ci il tarixli 038gn nömrəli əmri qəbul etdikdən sonra iddiaçı müxtəlif orqanlara mürciət etmiş, həmçinin xx.xx.2023-cü il tarixdə t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunması üçün müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1295/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia ərizəsi geri götürüldükdən sonra icraata xitam verilmiş, bundan 1 (bir) ildən artıq vaxt keçdikdən sonra iddiaçı yenidən eyni tələblə məhkəməyə müraciət etmiş, iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 3 (üç) ilə yaxın vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hüquqmüdafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrin istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (xidmətdən faktiki olaraq xaric olması, iddiaçının xidməti yerinə gəlməməsi və bu dövrlər ərzində əmək haqqı almaması) iddiaçı bilavasitə məlumatlı olmuşdur və bu dövrlər ərzində heç bir etirazı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1712/20 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Yuxarıda qeyd edilən məsələlərlə bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli 2-1(120)- 4240/2025 saylı məktubla və məhkəmə iclasında şifahi qaydada ötürülmüş müddət ilə bağlı hüquqları izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin xx.xx.2022-ci il tarixli 038gm nömrəli əmrinin ləğv edilməsi və həmin tarixdən xidmətə bərpa edilməsi” tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin xx.xx.2022-ci il tarixli 038gm nömrəli əmrinin ləğv edilməsi və həmin tarixdən xidmətə bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar