Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4246/2024 05.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı əmək pensiyasını yenidən hesablamaqla və keçmiş dövr üzrə ödənilməmiş pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək,əmək pensiyasının yenidən hesablanması və ona xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək ödənməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin əməkdaşı olaraq xidmət etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ona 11 avqust 2013-cü il tarixindən 25 il 6 ay 21 gün (təqvimi xidmət illəri 22 il 1 ay 21 gün, güzəştli xidmət illəri 3 il 5 ay) xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.Daha sonra Daxili İşlər Nazirliyinə xidmət keçməyi ilə bağlı yenidən xidmətə cəlb olunmuşdur.“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilməsi ilə əlaqədar Azərbaycan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir.Müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11- 20.1,12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Sözügedən Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5- ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu.Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq, pensiya ödənişiniz cari ilin may ayında tam məbləğdə bərpa olunmuş və keçmiş üç il müddət üçün yenidən hesablanıb. Müraciətində göstərdiyi dövr Mərkəzi Filiala müraciət edilən 13 aprel 2023-cü il tarixindən qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü dövr əhatə etdiyindən həmin dövr üzrə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-218132/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir.“Əmək pensiyaları haqqında” Qanunun 9.5ci maddəsinə əsasən -hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər;9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;20.1.12. bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat vərəqinə əsasən Mərkəzi Filial tərəfindən ona 11 avqust 2013-cü il tarixdən 25 il 6 ay 21 gün (təqvimi xidmət illəri 22 il 1 ay 21 gün, güzəştli xidmət illəri 3 il 5 ay) xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala daxil olmuş 22 yanvar 2016-cı il tarixli 027- 443-12/6 nömrəli məktubda iddiaçının yenidən xidmətə cəlb olunduğu bildirilmişdir. Bununla əlaqədar olaraq, iddiaçıya pensiya ödənişi 1 fevral 2016-cı il tarixdən dayandırılmışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır.Həmin Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.3.5- ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1,13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur.Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq, iddiaçının pensiya ödənişi cari ilin may ayında tam məbləğdə bərpa olunmuş və keçmiş üç ii müddət üçün yenidən hesablanmışdır.Eyni zamanda bildiririk ki, Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. İddianın göstərdiyi dövr mərkəzi Filiala müraciət edilən 13 aprel 2023-cü il tarixdən qanunveriliciliklə müəyyən edilmiş üç il müddətdən daha çox dövrü əhatə ediyindən həmin dövr üzrə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən: DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3017-1/2-193673/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: xx.xx.2023-cü il tarixli ərizənin surətindən müəyyən olunur ki, İddiaçı ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, DİN-dən təxris olunduğu üçün ona pensiya təyin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-7-9527/2023 saylı, xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından müəyyən olunur ki, İddiaçı Daxili İşlər Nazirliyinin məlumat vərəqəsinə əsasən ilk dəfə HQXRŞİD tərəfindən xx.xx.2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.Pensiyanın yenidən hesablanması zamanı təminat xərcliyindəki dəyişikliklər: Vəzifə maaşı 420,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə əlavə 25 faiz- 143,50 manat, ərzaq payı 64,00 manat, məharət dərəcəsinə görə 15 faiz - 63,00 manat, təminat xərcliyinin cəmi 844 manat, 50 qəpik, yenidən hesablanmış məbləğ 682 manat 84 qəpik. Ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri haqqında məlumat (12-ci bənd) xx.xx.2020-xx.xx.2022-ci il tarixədək 541,21 manat, xx.xx.2023-cü il tarixdən müddətsiz 682,84 manat. xx.xx.2023-cü il tarixli ərizənin surətindən müəyyən olunur ki, İddiaçı ərizə ilə müraciət edərək, keçmiş dövrə görə ona ödəniləcək məbləğ son 3(üç) il deyil 7 (yeddi) il hesablanıb pensiya üzrə hesablanmasını xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-14865/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, İddiaçı hazırkı pensiya məbləği 682 manat, 84 qəpik qeyd olunmuşdur. Əmək pensiyasının yenidən hesablanmasının səbəbi Qanunun 9.6-cı maddəsinin tətbiq edilməsidir. Pensiyanın yenidən hesablanması zamanı təminat xərcliyindəki dəyişikliklər: Vəzifə maaşı-432,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə əlavə 40 faiz 234,40 manat, ərzaq payı 64,00 manat, məharət dərəcəsinə görə 15 faiz, 64,80 manat, təminat xərcliyinin cəmi 1035 manat, 60 qəpik, yenidən hesablanmış məbləğ 876 manat, 79 qəpik. Ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri haqqında məlumat- təyin olunma tarixi xx.xx.2023-cü ildən müddətsiz, 876,79 manat qeyd olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2_H-305275/2023 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 5 sentyabr 2013-cü il tarixli 1793 nömrəli məlumat vərəqinə əsasən Mərkəzi Filial tərəfindən ona 11 avqust 2013-cü il tarixindən 25 il 6 ay 21 gün (təqvimi xidmət illəri 22 il 1 ay 21 gün, güzəştli xidmət illəri 3 il 5 ay) xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilib. Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala daxil olmuş 22 yanvar 2016-cı il tarixli 027-443-12/6 nömrəli məktubda onun yenidən xidmətə cəlb olunduğunuz bildirilmişdir. Bununla əlaqədar olaraq, ona pensiya ödənişi 1 fevral 2016-cı il tarixindən dayandırılıb.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11- 20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Sözügedən Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu.Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin iyulun 1dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq, pensiya ödənişi cari ilin may ayında tam məbləğdə (541,21 manat) bərpa olunmuş və keçmiş üç il müddət üçün yenidən hesablanıb. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.Qanunun 9.6.1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır.Sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair təqdim olunmuş 1793 nömrəli yeni məlumat vərəqinə əsasən əmək pensiyası 31 il 10 ay 27 gün (təqvimi xidmət illəri 29 il 3 ay 14 gün, güzəştli xidmət illəri 2 il 7 ay 13 gün) xidmət müddətinə görə yenidən hesablanaraq 876,79 manat məbləğində müəyyən edilib, eyni zamanda 9 mart 2023-cü il tarixindən hesablanıb. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 22331,84 manat pul vəsaiti cari ilin iyul ayından etibarən Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. xx.xx.2024-cü il tarixli ərizənin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala ünvanlanmış ərizədə qeyd olunmuşdur ki, o, 2013-cü ildə DİO-dan təqaüdə çıxmışdır və 2016-cı ildə təkrar xidmətə qəbul olunmuşdur. Xidmətə qəbul olunandan sonra onun təqaüdü dayandırılıb. 2023-cü ilin mart ayının 8-də yaş həddinə çatması ilə əlaqədar təkrar təqaüdə buraxılmışdır. Sosial Müdafiə Fond tərəfindən ona son 3 (üç) il hesablanaraq təqaüdü hissə-hissə verilib, 4 (dörd) il 2 (iki) ay isə verilməyibdir. Ona təqaüdünün tam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə -Plan İdarəsinin 3-13-27/2- 3946/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş 1793 №-li sonuncu məlumat vərəqinin surətindən müəyyən olunur ki, İddiaçı təqvim illəri üzrə xidmət illəri 29 il 3 ay 14 gün, xx.xx.2017-ci il tarixədək 23 il 7 ay 7 gün, xx.xx.2017-ci il tarixdən 5 il 8 ay 7 gün, güzəştli xidmət illəri 2 il 7 ay 13 gün, xx.xx.2017-ci ilə qədər 2 il 7 ay 13 gün, xx.xx.2017-ci ildən sonra 0 il 0 ay 0 gün. Cəmi iş stajı və xidmət illəri 31 il 10 ay 27 gün xx.xx.2017-ci ilə qədər 26 il 2 ay 20 gün, xx.xx.2017-ci il tarixdən sonra 5 il 8 ay 7 gün. Ehtiyata və ya istefaya buraxıldığı tarix xx.xx.2023-cü il. Vəzifə maaşı 432 manat, rütbə maaşı 154 manat, ərzaq payı əvəzinə pul kompensasiyası 64 manat, vəzifə maaşına hesablanan digər əlavələr: məharət dərəcəsinə görə 15 faiz -64,80 manat, AR Prezidentinin xx.xx.2021-ci il tarixli 1520 nömrəli Fərmanı ilə vəzifə maaşına əlavə 20 faiz 86,40 manat, cəmi təminat xərcliyi 1035,60 manat qeyd olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/2-262689/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala göndərilmiş: 027-443-12/6 saylı, xx.xx.2016-cı il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Daxili İşlər Nazirliyinin xətti ilə xx.xx.2013-cü il tarixdən pensiya alan İddiaçı DİN-nin 13 yanvar 2016-cı il tarixli 94 ş/h saylı əmrinə əsasən daxili işlər orqanlarında xidmətə yenidən qəbul edilməsi ilə əlaqədar olaraq pensiya ödənişinin dayandırılmasına göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubunda sabiq əməkdaş İddiaçıxx.xx.2013-cü il tarixdən DİN müvafiq əmri ilə DİO-da xidmətdən təxris edilmişdir və pensiya təyin olunması üçün “Məlumat Vərəqi” DİN Maliyyə-Plan İdarəsini xx.xx.2013-cü il tarixli, 027- 2600-1213 nömrəli məktubu ilə DSMF-yə göndərildiyi qeyd olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın 3-17- 1/2H-150920/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, müraciətində göstərdiyi dövr Mərkəzi Filiala müraciət edilən 13 aprel 2023-cü il tarixdən qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə etdiyindən həmin dövr üzrə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyinin tələbləri baxımından mümkün deyil. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. (xx.xx.2017-ci il tarixədək olan redaksiya) 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. (xx.xx.2017-ci il tarixədək olan redaksiya) 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiya) 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiya) Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ilk dəfə hesablanması, xx.xx.2019-cu il tarixdən sonra müraciət etmiş pensiyaçıların isə əmək pensiyasının yenidən hesablanması müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il ilə məhdudlaşdırılmışdır. N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ... Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1- 1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli № 03/2020 nömrəli qərardadı ilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, “keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.” Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən əvvələ 3 il ərzində ödənilməsi mümkün sayılır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-2-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etsə də, pensiyanın təyin edilməsi üçün xx.xx.2017-ci il tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən hər hansı sübutü məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının təyin edilməsi, həmçinin ödənilməmiş fərq məbləğinin müvafiq olaraq 3 il əvvəlki dövrdən – xx.xx.2023-cü il tarixdən ödənilməsi qərara alındığından, iddiaçının həmin tarixdən (xx.xx.2016-xx.xx.2020-ci il) əvvəlki dövrlər üzrə tələbi əsassız hesab olunur. Məhkəmə iddiaçının əmək pensiyasının yenidən hesablanması tələbinə münasibət olaraq bildirir ki, hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı oluşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə) Qeyd olunanları nəzərər alaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının pensiyanın yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4246/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4246/2024
05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver