Məhkəmə qərarları › İş №2-1(120)-427/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-427/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-427/2020 17.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 3 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, X19, X14, X2, X11 və X4 ona məxsus ünvan 1 ünvandakı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi məhkəməyə daxil olduğu gündən qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2-1(120)-427/2020 saylı qərardadı ilə X29, X26, X12, X22 və X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 25 oktyabr 1953-cü il tarixdə Neftçala rayonunun Qaramanlı kəndində anadan olmuşdur. ünvan 3-ə 05 mart 2011-ci il tarixdə inventar nömrəsi 13279/911-2/10-8, reyestr nömrəsi **********62-05101-093002 saylı Daşınmaz Əmlakın texniki pasportu verilmişdir. O, həmin evi alan vaxt evin qeydiyyatında kimlərin olmasını bilməmişdir. Lakin sonradan evin qeydiyyatında kimlərin olması ilə maraqlanmışdır. Ona məlum olmuşdur ki, evin qeydiyyatında kimlər tərəfindənsə X29, X26, X12, X22 və X15 qeydiyyata düşmüşlər. O, onların qeydiyyatdan çıxarılmaqları barədə Cavabdehnə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə Cavabdehndə baxılmışdır. Bununla əlaqədar ona Cavabdeh 11 dekabr 2019-cu il tarixli məktubu təqdim edilərək, bildirmişlər ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmazsa, tərəfləri qeydiyyatdan çıxarmaq mümkün deyildir. Ona rəsmi məktub da verilmişdir. X29, X26, X12, X22 və X15 onun əmlakından istifadə etmək və əmlak barədə sərəncam vermək hüquqlarını pozurlar. Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinə qanunsuz olaraq qeydiyyata düşən üçüncü şəxsləri qeydiyyatdan çıxarmaqdan imtinası onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh 31.01.2020-cu il tarixli 305-2619-1220 saylı münasibət məktubunda qeyd edilmişdir ki, vət; İddiaçı Şirvan şəhər PŞ-nə ərizə ilə müraciət edərək, yaşadığı ünvan 3 ünvanında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını bildirmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə-yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Odur ki, bu barədə vətəndaş İddiaçı məktub vasitəsi ilə məhkəmə orqanına müraciət etməsi bildirilmişdir. Adı göstərilən şəxsin həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. X29, X12, X22 və X1 şəhəri, Mehmandarov küçəsi, ev 10, mənzil 8 ünvanından 2004-cü il tarixdən qeydiyyatdadırlar. X14 qeydiyyatı barədə Şirvan ŞPŞ-nin QŞVQ-nin kartotekasında məlumat yoxdur. Cavabdehnə, üçüncü şəxslər X23, X20, X5, X16 və X7 şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Həmçinin üçüncü şəxslər X23, X20, X5, X16 və X7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi üçün Şirvan şəhər Mənzil İstismar sahəsinə və Şirvan Bələdiyyəsinə rəsmi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10.03.2011-ci il tarixli Seriya MA ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şirvan şəhəri, Səmədbəy Mehmandarov küçəsi, ev 10 ünvanda yerləşən ümumi sahəsi 42,5 kv/metr, yaşayış sahəsi 23,7 kv/metr, yardımçı sahəsi 18,8 kv/metr, 2 otaqlı 8 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şirvan şəhəri Mənzil Təsərrüfatı İdarəsinin 16.02.2011-ci il tarixli arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ailəsi 7 nəfərdən ibarətdir. 1. İddiaçı-1953-cü il təvəllüdlü, 2. X13-1946-cı il təvəllüdlü, 3. X8-1976-cı il təvəllüdlü, 4. X9- 1977-ci il təvəllüdlü, 5, X17-1985-ci il təvəllüdlü, 6. X6-2006-cı il təvəllüdlü, 7. X3-2009-cu il təvəllüdlü. İş materiallarında olan ünvan 3 ünvanda yaşayan X9 tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şirvan Ərazi İdarəsinə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, yazıb sizə məlum edirəm ki, Şirvan şəhəri, Mehmandarov küçəsi, 10 saylı binanın 8 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirəm. İş materiallarında olan ünvan 3 ünvanda yaşayan X8 tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şirvan Ərazi İdarəsinə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, yazıb sizə məlum edirəm ki, Şirvan şəhəri, Mehmandarov küçəsi, 10 saylı binanın 8 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirəm. İş materiallarında olan ünvan 3 ünvanda yaşayan X13 tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şirvan Ərazi İdarəsinə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, yazıb sizə məlum edirəm ki, Şirvan şəhəri, Mehmandarov küçəsi, 10 saylı binanın 8 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirəm. İş materiallarında olan ünvan 3 ünvanda yaşayan X17 tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şirvan Ərazi İdarəsinə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, yazıb sizə məlum edirəm ki, Şirvan şəhəri, Mehmandarov küçəsi, 10 saylı binanın 8 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirəm. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 11 fevral 2020-ci il tarixli **********02 saylı məktubu ilə müəyyən olunur ki, Səmədbəy Mehmandarov küçəsi 10 ünvanda yerləşən 8 nömrəli mənzilə dair özəlləşmə üçün zəruri olan ilkin hüquqmüəyyənedici sənədlərə əsasən İddiaçı mülkiyyət hüququ Ərazi İdarəsi tərəfindən 10.03.2011-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda X19, X14, X2, X11 və X4 Şirvan şəhəri, Səmədbəy Mehmandarov küçəsi, ev 10 ünvanda yerləşən 8 nömrəli mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınıbalınmaması haqqında məlumat Ərazi İdarəsində saxlanılan arxiv materiallarına əsasən araşdırılmış və bu barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh 11.12.2019-cu il tarixli, 305-32786İ-3219 saylı məktubundan görünür ki, X19, X14, X2, X11 və X4 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmasından imtina etmişdir. İş materiallarında olan 19.12.2019-cu il tarixli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı on manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünluk verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Yenə həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 10.03.2011-ci il tarixli Seriya MA ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, Səmədbəy Mehmandarov küçəsi, ev 10 ünvanda yerləşən ümumi sahəsi 42,5 kv/metr, yaşayış sahəsi 23,7 kv/metr, yardımçı sahəsi 18,8 kv/metr, 2 otaqlı 8 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin həmin evdə, yəni hazırda iddiaçıya məxsus olan mənzildə X19, X14, X2, X11 və X4 pasport qeydiyyatında qalması müəyyən olunmuşdur. X19, X14, X2, X11 və X4 ünvan 5 ünvana qeydiyyata düşmələrinə səbəb olan sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı cavabdeh inzibati orqan Cavabdehnə sorğu göndərilsə də, cavabdeh həmin şəxslərin İddiaçı mülkiyyətində olan ünvan 5 ünvana qeydiyyata düşmələrinə səbəb olan sənədləri məhkəməyə təqdim edə bilməmişdir. X19, X14, X2, X11 və X4 iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Eyni zamanda həmin şəxslərin hal-hazıra qədər evdən istifadə etməmələri, orada yaşamamaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları onların mənzilin qeydiyyatından çıxarılmalarına əsas verir. Buna görə də Cavabdeh X19, X14, X2, X11 və X4 iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılmasından imtinası əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanından X19, X14, X2, X11 və X4 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci)-yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75-79, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanından X19, X14, X2, X11 və X4 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar