Məhkəmə qərarları › İş №2-1(120)-427/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-427/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-427/2024 08.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illəri iş stajı kimi nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət alır, lakin əmək stajını təsdiq edən sənədlərlə ona yaşa görə əmək pensiyasının təyin olunmasından ötrü Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubu verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixinədən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019- cu il yanvarın 1-dən etibarən sığortaolunanm əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək əyani təhsil dövrü, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 21 il 4 ay 18 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyi əmək kitabçanın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1987-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın X3 və Koordinasiya Mərkəzi və birgə tərtib etdiyi xx.xx.2022-ci il tarixli akta əsasən “Azərməişəttəmirtexnika” İstehsalat Birliyinə xx.xx.1987ci il tarixində işə daxil olma əmrinin, xx.xx.2009-cu il tarixində işdən azad olma əmrinin aşkarlanmışdır. Həmin akta əsasən əmək haqqının hesablanması cədvəlləri mərkəzin arxivinə təhvil verilmədiyindən əmək haqqı alıb- almadığını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçanın surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və ona xx.xx.2022-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək 180 manat məbləğində yaşa görə müavinət təyin olunmuşdur. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Sözügedən Qanunun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətinin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün “Kapital Bank" ASC-nin Sabirabad filialına müraciət etməyi tövsiyə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Onun 25 ildən artıq əmək stajı var və qeyd edilən stajı əmək kitabçası, arayışlar və hərbi bileti ilə öz təsdiqini tapır. Qeyd etdiyi iş stajını təsdiq edən bütün sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının ona etdiyi imtina tam əsassız və qanunsuzdur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının mənə etdiyi imtina tam əsassız və qanunsuzdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 1.1-ci maddəsinə əsasən bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsini, sosial sığorta stajının müəyyən olunmasını, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsini, baxılmasını və saxlanılmasını tənzimləyir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarına 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə-pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş stajını təsdiq edən sənəd (sosial sığorta) və s. sənədlər təqdim olunur. Hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə esasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Qeyd edək ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi 148 nömrəli attestata əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil aldığı 10 ay 16 gün, ******* nömrəli hərbi biletə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət keçdiyi 2 il 3 gün, ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1987-ci il tarixədək və xx.xx.1987ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi 17 il 8 ay 28 gün müddətdir ki, ümumilikdə 21 il 4 ay 18 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində işlədiyini iddia etdiyi 9 il 9 ay təşkil edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığından onun İstehsalat və Xidmət X2 əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhə yaranmışdır. Mərkəzi filialın Hüquq, Daxili nəzarət və Monitorinq Departamentinin xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən qeyd olunan müəssisənin əmək haqqı hesablama cədvəllərində iddiaçının adma xx.xx.1996-cı il tarixdən sonrakı dövrlərə aid heç bir qeydiyyat aparılmadığından, eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığından xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək İstehsalat və Xidmət Müəssisələrinin Mərkəzində işlədiyini iddia etdiyi dövrün onun sosial sığorta stajına daxil mümkün olmamışdır. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006ci il tarixdən xx.xx.2018-ci il pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri İddiaçı “yasa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın qərarı qanunauyğun olmuşdur. İddiaçı “yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə qarşı qeyd etdiklərini etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur və xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri sosial sığorta stajı kimi nəzərə nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, Sabirabad rayonunun Qalaqayın kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli, 148 nömrəli Attestatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil almışdır. İşdə olan iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2009-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan xx.xx.1976-cı il tarixli, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixinədən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi əmək kitabçanın və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək əyani təhsil dövrü, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 21 il 4 ay 18 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, təqdim etdiyi əmək kitabçanın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1987-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın X3 və Koordinasiya Mərkəzi ilə birgə tərtib etdiyi xx.xx.2022-ci il tarixli akta əsasən “Azərməişəttəmirtexnika” İstehsalat Birliyinə xx.xx.1987-ci il tarixində işə daxil olma əmri, xx.xx.2009-cu il tarixində işdən azad olma əmri aşkarlanmışdır. Həmin akta əsasən əmək haqqının hesablanması cədvəlləri mərkəzin arxivinə təhvil verilmədiyindən əmək haqqı alıb-almadığı müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçanın surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və ona xx.xx.2022-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək 180 manat məbləğində yaşa görə müavinət təyin olunmuşdur. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajını qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Sözügedən Qanunun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Sabirabad filialına müraciət etməyi tövsiyə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin (attestat) surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək 10 ay 16 gün təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək 2 il 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən 01,04.1996-cı il tarixinədək 18 il 6 ay 9 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 21 il 4 ay 18 gün mübahisəiəndiriiməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildiririk ki, sözügedən şəxsin xx.xx.1987-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək İstehsalat və Xidmət X2 əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhə yaranmışdır. X11, Daxili nəzarət və Monitorinq Departamentinin xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən qeyd olunan müəssisənin əmək haqqı hesablama cədvəllərində iddiaçının adına xx.xx.1996-cı il tarixindən sonrakı dövrlərə aid heç bir qeydiyyat aparılmadığından, eyni zamanda adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmadığından xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək eyni müəssisədə işlədiyi 9 il 9 ay mübahisələndirilən dövrün onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, sözügedən şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildiririk ki, Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktının surəti məhkəməyə təqdim olunur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********561700 nömrəli məktubundan görünür ki, dövlət reyestrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2001-ci il tarixdə D-484 nömrə ilə dövlət qeydiyyatından keçməsi və Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə həmin İdarəetmə Mərkəzinin əsasında İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X3 və Koordinasiya Mərkəzi” X14 (VÖEN: **********) yaradılması barədə məlumat mövcuddur. xx.xx.2023-ci il tarixə “X3 və Koordinasiya Mərkəzi” X15 vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcu mövcud deyildir. Həmçinin bildiririk ki, xx.xx.1996-xx.xx.2006-cı il dövr ərzində aparılmış səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya sistemində əks olunmadığı üçün təqdim edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********439800 nömrəli məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, “X3 və Koordinasiya Mərkəzi” X17 dövlət qeydiyyatına (VÖEN) ********** alınmışdır. Nizamnamə kapitalının miqdarı (elan edilmiş əvvəlki) 100.00 manat, nizamnamənin kapitalının miqdarı (elan edilmiş hazırki) 708,232.00 manat, təsisçilər və nizamnamə kapitalında mayalarının Azərbaycan Respublikası- 100% Qanuni təmsilçisi (əvvəlki) X9, çıxarışın verildiyi tarix və № xx.xx.2021, **********672900-dür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********327100 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2001-ci il tarixdə D-484 nömrə ilə dövlət qeydiyyatından keçməsi və Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə həmin İdarəetmə Mərkəzinin əsasında İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X3 və Koordinasiya Mərkəzi” X14 (VÖEN: **********) yaradılması barədə məlumat aşkar edilmişdir. “X3 və Koordinasiya Mərkəzi” X15 xx.xx.2023-ci il tarixə vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcu mövcud deyildir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-34/2-375/01-3/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (sonradan “X3 və Koordinasiya Mərkəzi” X17) 30 oktyabr 1997-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-162095/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X6 xx.xx.2006-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilən zaman sığorta stajı hesablanarkən onun xx.xx.1986-cı il tarixindən xx.xx.2005ci il tarixinədək “Ticarət-xidmət və İstehsalat Müəssisə və X1 Mərkəzi”ndə işlədiyi dövr nəzərə alınmışdır. Məlumat üçün bildiririk ki, Ə.Səmədovun pensiyası xx.xx.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən orta aylıq əmək haqqı əsasında minimum məbləğdə (125000 AZM) təyin edildiyindən sözügedən dövrün onun sığorta stajında nəzərə alınıbalınmaması əhəmiyyət kəsb etməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3 və Koordinasiya Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 3-21- 3-06/2-421/2023 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əhaliyə Məişət Xidməti Nazirliyinin (ƏMXN) keçmiş “Azərməişəttexnikatəmir” İstehsalat Birliyinin (İB) Sabirabad rayon sahəsində 6-cı dərəcəli çilingər işləmiş, 1957-ci il təvəllüdlü İddiaçı ümumi gəlir: 1987, 1992-1993-cü illər üzrə: 74784 rubl 41 qəpik (yetmiş dörd min yeddi yüz səksən dörd rubl 41 qəpik); 1994-cü il üzrə: AZM : 2254 manat 00 qəpik (AZM: iki min iki yüz əlli dörd manat 00 qəpik). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 383 №-li Sərəncamı ilə “Xidmət” Konserni (keçmiş ƏMXN-nin əsasında) ləğv edilərək, müəssisə və obyektləri Dövlət Əmlak Komitəsinin (DƏK) tabeliyinə verilmişdir. DƏK-in xx.xx.1997-ci il tarixli 116 №-li Sərəncamı və həmin tarixli 58 №-li əmri ilə keçmiş “Xidmət” Konserninin idarə və müəssisələri DƏK-in nəzdində olan Bakı şəhəri Əhaliyə Məişət Xidməti İdarəsinin (ƏMXİ) tabeliyinə verilmişdir. DƏK-in xx.xx.1997-ci il tarixli 864 №-li sərəncamı və həmin tarixli 197 №-li əmri ilə Bakı şəhəri ƏMXİ ləğv edilərək, onun müəssisə və obyektləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 229 №-li Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazirliyi (DƏN) yaradılmışdır. DƏN-in xx.xx.1999-cu il tarixli 01 №-li əmri ilə “İstehsalat və Təsərrüfat” İdarəsi ləğv edilərək, xx.xx.2000-ci il tarixli 05 №-li əmri ilə onun əsasında Ticarət və xidmət müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXMOFƏM) yaradılmışdır (bundan sonra - Mərkəz). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 475 №-li Fərmanı ilə Mərkəzin təsisçisi - DƏN-in və bir sıra keçmiş dövlət təşkilatlarının əsasında İqtisadi İnkişaf Nazirliyi (İİN) yaradılmışdır. İİN-in xx.xx.2004-cü il tarixli 03 №-li əmri ilə TXMOFƏM-nin əsasında Ticarət, xidmət və istehsalat müəssisə və X1 Mərkəzi (TXİMOFƏM) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 313 №-li Fərmanı ilə yaradılmış Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) xx.xx.2005-ci il tarixli 11 №-li əmri ilə tabeliyinə verilmiş TXİMOFƏM-nin adı dəyişdirilərək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (İXMİM) olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 116 №-li Fərmanı ilə DƏİEDK-in əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 7.3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin hüquqi varisi İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətin tabeliyində olan “X3 və Koordinasiya Mərkəzi” X17dir (bundan sonra - Mərkəz). Arayış arxivdə mövcud olan əməkhaqqı hesablama cədvəllərin əsasında tərtib edilərək, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinə təqdim etmək üçün verilir (xx.xx.2023-cü il tarixli, 2-1 (120)-1449/2023 nömrəli işə əsasən). Qeyd: Mərkəzin arxivinə İddiaçı 1988-1991-ci illər, 1992-ci ilin iyuldekabr ayları, 1994-cü ilin yanvar-aprel və iyun-dekabr ayları və 1995-2009-cu illərin əməkhaqqı hesablama cədvəlləri təhvil verilməmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən 21 il 4 ay 18 gün sığorta stajının mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi və iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2022-ci il tarixdən yarandığı müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür: - İddiaçının işlədiyi xx.xx.1996-cı ildən xx.xx.2006-cı il tarixədək dövlə bağlı əmək haqqı cədvəllərinin olmaması; - iddiaçının 25 il ümumi iş stajının toplamaması; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən hər iki əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması və xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.2009-cu il tarixədək müxtəlif idarələrdə çalışmışdır. Cavabdeh tərəfindən ümumilikdə 21 il 04 ay 18 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olubolmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olubolmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin (attestat) surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək 10 ay 16 gün təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək 2 il 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən 01,04.1996-cı il tarixinədək 18 il 6 ay 9 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 21 il 4 ay 18 gün mübahisəiəndiriiməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildiririk ki, sözügedən şəxsin xx.xx.1987-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək İstehsalat və Xidmət X2 əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhə yaranmışdır. X11, Daxili nəzarət və Monitorinq Departamentinin xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən qeyd olunan müəssisənin əmək haqqı hesablama cədvəllərində iddiaçının adına xx.xx.1996-cı il tarixindən sonrakı dövrlərə aid heç bir qeydiyyat aparılmadığından, eyni zamanda adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmadığından xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək eyni müəssisədə işlədiyi 9 il 9 ay mübahisələndirilən dövrün onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, sözügedən şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********561700 nömrəli məktubundan görünür ki, dövlət reyestrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2001-ci il tarixdə D-484 nömrə ilə dövlət qeydiyyatından keçməsi və Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə həmin İdarəetmə Mərkəzinin əsasında İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X3 və Koordinasiya Mərkəzi” X14 (VÖEN: **********) yaradılması barədə məlumat mövcuddur. xx.xx.2023-ci il tarixə “X3 və Koordinasiya Mərkəzi” X15 vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcu mövcud deyildir. Həmçinin bildiririk ki, xx.xx.1996-xx.xx.2006-cı il dövr ərzində aparılmış səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya sistemində əks olunmadığı üçün təqdim edilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********327100 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2001-ci il tarixdə D-484 nömrə ilə dövlət qeydiyyatından keçməsi və Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə həmin İdarəetmə Mərkəzinin əsasında İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X3 və Koordinasiya Mərkəzi” X14 (VÖEN: **********) yaradılması barədə məlumat aşkar edilmişdir. “X3 və Koordinasiya Mərkəzi” X15 xx.xx.2023-ci il tarixə vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcu mövcud deyildir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-34/2-375/01-3/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (sonradan “X3 və Koordinasiya Mərkəzi” X17) 30 oktyabr 1997-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-162095/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X6 xx.xx.2006-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilən zaman sığorta stajı hesablanarkən onun xx.xx.1986-cı il tarixindən xx.xx.2005ci il tarixinədək “Ticarət-xidmət və İstehsalat Müəssisə və X1 Mərkəzi”ndə işlədiyi dövr nəzərə alınmışdır. Məlumat üçün bildiririk ki, Ə.Səmədovun pensiyası xx.xx.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən orta aylıq əmək haqqı əsasında minimum məbləğdə (125000 AZM) təyin edildiyindən sözügedən dövrün onun sığorta stajında nəzərə alınıbalınmaması əhəmiyyət kəsb etməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3 və Koordinasiya Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 3-21-3-06/2-421/2023 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əhaliyə Məişət Xidməti Nazirliyinin (ƏMXN) keçmiş “Azərməişəttexnikatəmir” İstehsalat Birliyinin (İB) Sabirabad rayon sahəsində 6-cı dərəcəli çilingər işləmiş, 1957-ci il təvəllüdlü İddiaçı ümumi gəlir: 1987, 1992-1993-cü illər üzrə: 74784 rubl 41 qəpik (yetmiş dörd min yeddi yüz səksən dörd rubl 41 qəpik); 1994-cü il üzrə: AZM : 2254 manat 00 qəpik (AZM: iki min iki yüz əlli dörd manat 00 qəpik). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 383 №-li Sərəncamı ilə “Xidmət” Konserni (keçmiş ƏMXN-nin əsasında) ləğv edilərək, müəssisə və obyektləri Dövlət Əmlak Komitəsinin (DƏK) tabeliyinə verilmişdir. DƏK-in xx.xx.1997-ci il tarixli 116 №-li Sərəncamı və həmin tarixli 58 №-li əmri ilə keçmiş “Xidmət” Konserninin idarə və müəssisələri DƏK-in nəzdində olan Bakı şəhəri Əhaliyə Məişət Xidməti İdarəsinin (ƏMXİ) tabeliyinə verilmişdir. DƏK-in xx.xx.1997-ci il tarixli 864 №-li sərəncamı və həmin tarixli 197 №-li əmri ilə Bakı şəhəri ƏMXİ ləğv edilərək, onun müəssisə və obyektləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 229 №-li Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazirliyi (DƏN) yaradılmışdır. DƏN-in xx.xx.1999-cu il tarixli 01 №-li əmri ilə “İstehsalat və Təsərrüfat” İdarəsi ləğv edilərək, xx.xx.2000-ci il tarixli 05 №li əmri ilə onun əsasında Ticarət və xidmət müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXMOFƏM) yaradılmışdır (bundan sonra - Mərkəz). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 475 №-li Fərmanı ilə Mərkəzin təsisçisi - DƏN-in və bir sıra keçmiş dövlət təşkilatlarının əsasında İqtisadi İnkişaf Nazirliyi (İİN) yaradılmışdır. İİN-in xx.xx.2004-cü il tarixli 03 №-li əmri ilə TXMOFƏM-nin əsasında Ticarət, xidmət və istehsalat müəssisə və X1 Mərkəzi (TXİMOFƏM) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 313 №-li Fərmanı ilə yaradılmış Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) xx.xx.2005-ci il tarixli 11 №-li əmri ilə tabeliyinə verilmiş TXİMOFƏM-nin adı dəyişdirilərək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (İXMİM) olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 116 №-li Fərmanı ilə DƏİEDK-in əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 7.3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin hüquqi varisi İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətin tabeliyində olan “X3 və Koordinasiya Mərkəzi” X17dir (bundan sonra - Mərkəz). Arayış arxivdə mövcud olan əməkhaqqı hesablama cədvəllərin əsasında tərtib edilərək, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinə təqdim etmək üçün verilir (xx.xx.2023-cü il tarixli, 2-1 (120)-1449/2023 nömrəli işə əsasən). Qeyd: Mərkəzin arxivinə İddiaçı 1988-1991-ci illər, 1992-ci ilin iyul- dekabr ayları, 1994-cü ilin yanvar-aprel və iyun-dekabr ayları və 1995-2009-cu illərin əməkhaqqı hesablama cədvəlləri təhvil verilməmişdir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (sonradan “X3 və Koordinasiya Mərkəzi” X17) 30 oktyabr 1997-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəmə sorğusuna verilən cavab məktubunda xx.xx.2023-cü il tarixli, 3-17-1/2-162095/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı ilə eyni müəssisədə işləmiş X6 xx.xx.2006-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilən zaman sığorta stajı hesablanarkən onun xx.xx.1986-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək “Ticarətxidmət və İstehsalat Müəssisə və X1 Mərkəzi”ndə işlədiyi dövr nəzərə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3 və Koordinasiya Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 3-21-3-06/2-421/2023 nömrəli arxiv arayışında və cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı ilə keçirilən qarşılıqlı yoxlama aktında müəssisənin qeydiyyat vərəqəsində xx.xx.1996-cı ildən sonraki dövrlərlə bağlı heç bir qeydiyyatın aparılmadığı, eləcə də ümumi əmək haqqı cədvəllərinin mərkəzin arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.2006-cı ilə kimi işlədiyi illəri onun sığorta stajına daxil edir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. İddiaçının xx.xx.2006-ci il tarixdən sonraki dövr stajı üzrə məcburi dövlət sosial sığorta stajlarının ödənilmədiyi müəyyən edildiyindən həmin dövrlər sığorta stajına daxil edilməməlidir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçının 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Qeyd olunan iş stajı cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 22 avqust 2022-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə hesab edir ki, iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən, yəni 22 avqust 2022-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar