Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-428/2020 21.05.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə qarşı «əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsv i r i h i ssə: İddiaçı 01 oktyabr 1957-ci ildə Masallı rayonunda anadan olmuşdur. xx.xx.2004cü ildən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında işləmişdir. Ona 31 yanvar 2018-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 20 noyabr 2018-ci il tarixli, **********8 saylı imtina məktubu verilərək, işlədiyi dövrə dair arxiv sənədlərinin yerində qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmaması səbəbindən pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü ildən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun xx.xx.2004-cü ildən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında işləməsi əmək kitabçasında qeyd olunduğu üçün arxiv sənədlərinin saxlanılmamasından asılı olmayaraq, həmin illər nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 4.2.7-ci bəndinə əsasən istinad edərək, iddiaçının xx.xx.2004-cü ildən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında işlədiyi dövrün sənədlərinin yerində qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmamasını əsas gətirərək, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universitetinin 04 dekabr 2019cu il tarixli, 655 nömrəli arayışını, Bakı şəhəri X1 İş İdarəsinin xx.xx.2018-ci il tarixli, 88/07/15P-5412 saylı arayışını, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatı, cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********868600 nömrəli məktubunun və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı rayon Statistika İdarəsinin 11 mart 2020-ci il tarixli, 29 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, o, 31 yanvar 2018-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajının kifayət etməsi, o cümlədən xx.xx.2004-cü ildən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında və digər müəssisələrdə işləməsi ona məxsus NT-İ ******* əmək kitabçası və digər sənədlər ilə, hərbi xidmət dövrünə, o cümlədən yığılmış pensiya kapitalına əsasən təsdiq olunur. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətini mötəbər sübut kimi qiymətləndirir. Ümumiyyətlə cavabdeh təşkilat da iddiaçıya məxsus əmək kitabçasının düzgünlüyünü mübahisələndirməmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin 20 noyabr 2018-ci il tarixli, **********8 saylı məktubunda qeyd edilir ki, xx.xx.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərlə əlaqədar İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (yəni 116,27 manatdan) az olmayan pensiya təminatına imkan verməsi şərtilə, tələb olunan sosial sığorta stajı olduqda əmək pensiyası təyin olunur. (Vətəndaş İddiaçı tələb olunan sığorta stajı 15 il, tələb olunan pensiya kapitalı 15696,45 manatdır.) Fondun Masallı rayon şöbəsinə göndərilmiş əmək kitabçasına və digər sənədlərə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi xidmət dövrü daxil olmaqla 14 il 8 ay sığorta stajı və 10288,33 manat pensiya kapitalı, xx.xx.2007-ci ildən xx.xx.2015-ci ilədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi anında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri X1 İş çarəsindən göndərilmiş 4 nömrəli əlavəyə əsasən 7 il 3 ay sığorta stajı və 3124,62 manat pensiya kapitalı, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək 11 ay sığorta stajı, 523,21 manat pensiya kapitalı müəyyən edilmişdir. (Cəmi pensiya kapitalı 13936,26 manat müəyyən edilmişdir.) "xxxx" firması xx.xx.2004-cü ildən xx.xx.2006cı il tarixədək olan dövrlərdə məcburi dövlət sosial sığorta ödəyicısi olmadığı üçün “Əmək pensiyaları Haqqında”Azərbaycan Respublikası Qanununun 21.2.1 maddəsinə və “Əmək PensiyasıHaqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 4.2.7ci maddəsinə əsasən sənədlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmadığı, tələb olunan 15696,45 manat pensiya kapitalı olmadığı əmək pensiyası hüququndan imtina edilir. (çatışmayan pensiya kapitalı 1760,19 manat) Göründüyü kimi ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının xx.xx.2004-ci il tarixdən xx.xx.2006-ci il tarixədək işlədiyi dövrlərdən başqa digər əmək fəaliyyətində olduğu dövrlər mübahisə edilməmişdir. Həmçinin həmin məktubun məzmunundan müəyyən edilmişdir ki, mübahisəli dövrlər nəzərə alındığı halda iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkündür. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri (xx.xx.2004-ci il tarixdən xx.xx.2006-ci il) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.2004-ci il tarixdən xx.xx.2006-ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə həmçinin onu da qeyd edir ki, əmək kitabçasının düzgünlüyü və mötəbərliyi məhkəmənin sorğusu əsasında göndərilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********868600 nömrəli məktubu və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı rayon Statistika İdarəsinin 11 mart 2020-ci il tarixli, 29 nömrəli məktubu ilə öz təsdiqini tapır. Belə ki, qeyd olunan məktublarda əks olunan məlumatlarda "xxxx" firmasının 1997-ci ildən mövcud olduğu öz təsdiqini tapır. Hansı ki, iddiaçının həmin müəssisədə işləməsi qeyd olunan tarixdən sonraya təsadüf edir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********868600 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixə baza və arxiv məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı hüquqi şəxs barədə məlumat aşkar edilmədi. Lakin "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1997-ci il tarixdə 33990 nömrə ilə qeydiyyatdan keçərək vergi ödəyicisi kimi 5 sayiı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı rayon Statistika İdarəsinin 11 mart 2020-ci il tarixli, 29 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC Masallı rayon Statistika İdarəsində qeydiyyatda olmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi dövrlərdə müəssisə mövcud olmuş və əmək kitabçası düzgün tərtib edilmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1ci bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir ki, iddiaçı da, xx.xx.2004-ci il tarixdən xx.xx.2006-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində və digər müəssisələrdə işləməsinə dair qeydləri olan əmək kitabçasını cavabdehə təqdim etmişdir. Cavabdeh isə qanunsuz olaraq, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyindən və iş stajını qarşılıqlı şəkildə üzləşdirərək yoxlanılmasının mümkün olmamasını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.2004-ci il tarixdən xx.xx.2006-ci illərdə işləməsi və digər iş illəri iddiaçıya məxsus NT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisələr tərəfindən iddiaçıya aid sənədlərin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikasının da qoşulduğu, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Beləliklə də məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.2004-ci il tarixdən xx.xx.2006-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində və digər müəssisələrdə işləməyi ilə bağlı əmək stajları nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.2004-ci il tarixdən xx.xx.2006-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki iş stajı sığorta stajı kimi nəzərə alınaraq, ona hüququnun yarandığı vaxtdan əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-428/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-428/2020
21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver