Məhkəmə qərarları › İş №2-1(120)-4280/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4280/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4280/2024 09.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ohdəliyinin cavabdehin uzərinə qoyulması” tələbinə dair iddianın mümkünlük məsələsinə 09 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-36/2-H- 108xx-xx/2023/7910 nömrəli imtinasının əsassız sayılması, ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmənin müraciəti iddiaçıya çatdırılsa da iddiaçı məhkəmənin müraciətinə münasibət bildirməmiş, təyin olunmuş məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Nümayəndə xx.xx.1978-ci il tarixdə Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində anadan olmuş, 1998-ci ildə Füzuli rayon Alıxanlı kənd sakini olan, məcburi köçkün X5 ilə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2002-cı il təvəllüdlü X3 və xx.xx.2005-cı il təvəllüdlü İddiaçı Əlibaba oğlu adında iki övladları var. xx.xx.2008-ci il tarixdə birgə nikahlarına xitam verilmişdir. xx.xx.2019-cu il tarixli, AA 433399 saylı məcburi köçkünlük statusu haqqında vəsiqəyə əsasən xx.xx.2002-ci il təvəllüdlü oğlu X1 məcburi köçkünlük statusu verilmişdir. Məcburi köçkün statusu olan X3 ilə birgə nikahlarından olan ikinci oğlu xx.xx.2002-ci il təvəllüdlü İddiaçı Əlibaba oğlu məcburi köçkünlüyə dair vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitənin xx.xx.2023-cü il tarixli, 3-36/2-H-108xx-xx/2023/7910 nömrəli məktubu ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürulmüş şəxslərə) “məcburi köçkü” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a və digər qanunvericilik aktlarına istinad etmədən, Füzuli rayon Alıxanlı kəndinin işğaldan azad olunduğu və təmas xəttində yerləşmədiyi əsas gətirilərək İddiaçı Əlibaba oğluna məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Həmin Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır və sonuncunun İddiaçı Əlibaba oğlunun adından iddia qaldırmaq, iddia ərizəsini iddiaçının yerinə imza etmək səlahiyyəti yoxdur. Belə ki, MPM-in 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 2555 nömrəli etibarnamədən aydın olur ki, İddiaçı Əlibaba oğlu Nümayəndə müəyyən səlahiyyətlər vermişdir. Bununla belə, həmin etibarnamədə “İddia ərizəsinin imzalanması” səlahiyyətinin ona verilməsi xüsusi göstərilməlidiyindən, ərizədə göstərilənlər İddiaçı Əlibaba oğlunun iradə ifadəsi kimi qəbul oluna bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsini imzalamış iddiaçının nümayəndəsi Nümayəndə iddiaçını məhkəmədə təmsil etmək, iddia ərizəsini imzalamaq səlahiyyətinə malik deyildir. Bu hal isə iddianın mümkün sayılmaması üçün əsasdır. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması eyni iddia tələbi eyni cavabdehə qarşı yenidən iddia irəli sürmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ohdəliyinin cavabdehin uzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar