Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-429/2025 03.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran rayonu Gərmətük bələdiyyəsinə qarşı “Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Lənkəran rayonu Gərmətük bələdiyyəsinə qarşı “xx.xx.2005-ci il tarixli, 27 nömrəli qərarın və həmin qərar əsasında tərtib olunmuş torpağın alqı-satqısına dair aktın ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə məxsus JN-893F, KOD 80206016 nömrəli şəhadətnamə əsasında mülkiyyətlərində olan 0.11 ha torpaq sahəsinin 0.06 ha həyətyanı torpaq sahəsinin və JN-406, KOD 80206016 nömrəli dövlət aktı əsasında iddiaçıya və ailə üzvlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt kimi göstərilməklə 0.12 ha torpaq sahəsinin geri qaytarılması, bələdiyyənin iddiaçıya vurduğu mənəvi zərərə görə 8000 manat pulun verilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tаriхli, 2-1(120)-3768/2023 nömrəli qərardadı ilə iddia tələbinə “Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 nömrəli qərarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 20 may 2025-ci il tаriхli, 2-1(120)-429/2025 nömrəli qərardadı ilə X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tаriхli, 2-1(120)-429/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005ci il tarixli, 27 nömrəli qərarının etibarsız hesab edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə Lənkəran rayonunun Gərmətük kəndi ərazisində ona və ailə üzvlərinə 0.11 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpağın mülkiyyətə verilməsinə dair JN-893F, KOD 80206016 nömrəli şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinin 0.1812 ha hissəsində 1 mərtəbəli, 5 otaqlı. 100 kv.m yaşayış, 54.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi inşa edilmiş və həmin evin altında olan torpaq sahəsi ilə birlikdə 2005-ci ildə Gülbacı Qurbanova adlı şəxsə satılmış, Gülbacı Qurbanova da həmin fərdi yaşayış evini 28 aprel 2006-cı ildə X19 AN-İ № ******* alqı-satqı müqaviləsi bağlanılmış və həmin alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi hazırki iş üzrə cavabdeh X17 mülkiyyətinə keçmişdir. Hazırda mülkiyyətində qalan 0.11 ha torpaq sahəsinin 0.09188 ha hissəsinin sənədləşdirilməsi barədə Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək həmin torpaq sahəsinin yerində müayinə edilməklə ölçülməsi və torpaq sahəsinə hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət Reyestrindən Çıxarış verilməsi xahiş etmişdir. Həmin torpaq sahəsinin ölçmə işləri aparılarkən torpağın faktiki həcmi ilə sənəd üzrə həcmində uyğunsuzluq yaranması müəyyən edilmiş və araşdırma zamanı məlum olmuşdur ki, Gərmətük qəsəbə bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 nömrəli qərarı əsasında torpağın alqı-satqısına dair akt əsasında İddiaçı Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində 0.06 ha torpaq sahəsini 620.000 AZN-ə satmışdır (qəbz 030945). Həmin torpaq sahəsini isə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə Lənkəran rayonunun Gərmətük kəndi ərazisində ona və ailə üzvlərinə 0.11 ha həyətyanı torpaq sahəsinin hesabına etmiş və hazırda faktiki olaraq onun və ailə üzvlərinin torpaq sahəsi 0.03 ha torpaq sahəsi qalmaqdadır. Digər cəhətdən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.20 ha torpaq sahəsi ayrılmalı ikən Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə Lənkəran rayonunun Gərmətük kəndi ərazisində ona və ailə üzvlərinə 0.08 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpağın mülkiyyət hüququna dair JN-406 KOD 80206016 nömrəli dövlət aktı verilmişdir. Torpaq sahəsinin həcmi 0.20 ha olmalı olduğu halda guya onun tərəfindən 0.07 ha torpaq sahəsinin zəbt olunması göstərilməklə nəticədə onun pay torpaq mülkiyyətində 0.12 ha əskik göstərilmişdir. Buna görə də həmin zəbt olunmuş 0.07 ha, 1.8 kafsentə vurularaq 0.126 göstərilməklə 0.12 ha torpaq sahəsi onlara verilməli olan 0.20 ha torpaq sahəsindən çıxılmaqla bizə 0.08 ha torpaq sahəsi verilmişdir. Həmin zəbt olunmuş torpaq sahəsinin harada yerləşməsi və ona və ailə üzvlərinin adına zəbt kimi qeyd edilmiş torpaq sahəsinin yerində göstərilməklə təqdim edilməsini Gərmətük qəsəbə bələdiyyəsindən tələb etdikdə isə rəsmi olaraq 06 may 2023-cü il tarixdə 51 nömrəli arayışla cavab verərək yuxarıda qeyd etdiyi halları təsdiq etmişdir (arayış iddia ərizəsinə əlavə olunur). Yuxarıda qeyd edilənlərə istinadən bələdiyyənin xx.xx.2005-ci il tarixli qərarından da görünür ki, Gərmətük qəsəbə sakini X5 bələdiyyənin mülkiyyətində olan KPİ (kəndin Perspektivli İnkişafı) fondundan həyətyanı üçün 600 kv.m torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da bələdiyyə həmin 600 kv.m torpaq sahəsini bələdiyyə fondu hesabına deyil onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.11 ha torpaq sahəsinin hesabına etmişdir. Bu da özlüyündə həmin qərarın qanunsuz və əsassız olmasını özündə əks etdirməklə vətəndaşların mülkiyyət hüquqlarının kobud surətdə pozulması anlamına gəlir. Qərar qəbul olunarkən qüvvədə olan qanunvericiliyə görə ərazi bələdiyyəsinə həyətyanı torpaq sahəsinin alınması üçün müraciət edən şəxs həmin ərazidə ən azı 5 il qeydiyyatda olmaqla yaşamalıdır. Lakin Gərmətük bələdiyyəsinin 2005-ci ilda torpağı satdığı X13 və ailə üzvləri nəinki 5 il müddətdə Gərmətük qəsəbəsində yaşamamış, ümumiyyətlə Gərmətük qəsəbəsinin sakini olmamışdır. Pozulmuş mülkiyyət hüquqlarımızın bərpa olunmaqla bizim mülkiyyətimizdə olan torpaq sahələrinin mülkiyyət sənədləri üzrə bizə təqdim edilməsi Gərmətük qəsəbə bələdiyyəsindən tələbi dəfələrlə edilsə də hazırki vaxta kimi heç bir tədbir görülməmiş və onların bələdiyyə tərəfindən pozulmuş hüquqları bərpa edilməmişdir. Sonuncu dəfə Gərmətük qəsəbə inzibati ərazi idarəsinin nümayəndəsi Aqil Quliyev, müavini Amil Səfərov, Gərmətük Bələdiyyəsinin sədri Tamerlan Rzayev və məsələ ilə bağlı aidiyyəti digər şəxslərin iştirakı ilə 25 iyun 2023-cü il tarixdə əraziyə baxış keçirilmiş və fattiki vəziyyəti əks etdirən fotoşəkillər çəkilsə də onların mülkiyyət hüquqları təmin edilmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh Lənkəran rayon Gəgmətük qəsəbə bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli 27 nömrəli qərarının və həmin qərar əsasında verilmiş torpağın alqı-satqısına dair aktın ləğv edilməsi, ona və ailə üzvlərinə məxsus olan JN-893L KOD 80206016 nömrəli şəhadətnamə əsasında mülkiyyətində olan 0.11 ha torpaq sahəsinin 0.06 ha həyətyanı torpaq sahəsinin və JN-406. KOD 80206016 nömrəli dövlət aktı əsasında ona və ailə üzvlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt kimi göstərilməklə 0.12 ha torpaq sahəsinin ona geri qaytarılması, bələdiyyənin ona vurduğu mənəvi zərərə görə Lənkəran rayonunun Gərmətük qəsəbə bələdiyyəsindən 8000 manat mənəvi ziyanmn alınaraq ona verilməsi barədə qətnamə çıxarasınız. Cavabdeh Lənkəran rayonu Gərmətük bələdiyyəsinə üçüncü şəxs X18 məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Lənkəran rayonu Gərmətük bələdiyyəsinin nümayəndəsinin və üçüncü şəxs X12 iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddiaçı şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1, 2.2.5, 36.1-ci maddələri) aid olan tanınma haqqında iddia irəli sürmüşdür. İPM-in 36.1ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.3-cü maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İddiaçının bələdiyyə qərarının etibarsızlığının tanınmasına yönələn tələbi mümkündür. İddia tərəfi mübahisə predmeti olan qərardan məlumatlı olmadığını iddia edir, cavabdeh isə bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir. İddiaçı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-893F, KOD 80206016 nömrəli şəhadətnamə əsasında ona və ailə üzvlərinə məxsus olan 0,11 ha torpaq sahəsinin 0,06 ha hissəsinin cavabdeh Gərmətük bələdiyyəsi tərəfindən X5 ayrılması haqqında qərarı mübahisələndirdiyi üçün məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. İddiaçı Cabbarov X9 rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-893F, KOD 80206016 nömrəli şəhadətnamə əsasında ona və ailə üzvlərinə məxsus olan 0,11 ha torpaq sahəsinin dövlət resyterində qeydiyyata alınmasını və müvafiq çıxarışın verilməsi üçün inzibati orqana müraciət etmiş həmin vaxt ona məlum olmuşdur ki, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 nömrəli qərarı mövcuddur və o qərardan məlumatlı olan kimi, hazır ki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Lənkəran rayonu Gərmətük bələdiyyəsinin 06 may 2023-cü il tarixli, 51 nömrəli arayışında qeyd edilmişdir ki, Lənkəran rayonu Gərmətük qəsəbə sakini İddiaçı Əbduləli oğluna ondan ötrü ki, sizin Gərmətük bələdiyyəsinə pay torpağı ilə əlaqədar şifahi sorğunuza əsasən bildirirəm ki, torpaq islahatından sonra bələdiyyəyə təqdim edilmiş siyahıda, Sizin adınızda 0,05 ha həyətyanı, zəbt olunan torpaq sahəsi 0,07 ha, mülkiyyətinizə verilən torpaq sahəsi 0,11 ha göstərilmişdir. Sizin ailə üzvləriniz 5 nəfərdir. Sizə hər bir adambaşına düşən pay torpağı 0,04 ha olduğunu nəzərə alsaq Sizin ailənizə 0,20 ha pay torpağı ayrılmalı idi. Lakin Sizin cədvəldən də görunduyu kimi 0,07 ha zəbt torpağı olduğunuz üçün 0,07 ha x 1.8 kofisentə vuranda 0,126 ha edir. Sizin ailənizə ayrılmalı olan 0,20 ha pay torpaq sahəsindən 0,12 ha zəbt torpağı çıxanda 0,08 ha torpaq sahəsi qalır. Ona görə də Sizin ailənizə 0,08 ha pay torpağı ayrılmışdır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 12-28/84 nömrəli arayışından görünür ki, Cabbarov X10 rayonu Gərmətük qəsəbəsində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərüfatı İstehsalat Birliyinin 23 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2025-ci il tarixli, 281 nömrəli arayışından görünür ki, mərhum X14 vəfat edən günə qədər ünvan 1 ünvanında yaşamış və qeydiyyatda olmuşdur. Hal-hazırda həmin ünvanda ailə üzvləri oğlu X22, oğlu X23, qızı X24 yaşayır və qeydiyyatdadırlar. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-893F, KOD 80206016 nömrəli şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə 0.11 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvləri X1, X4, X6, X7 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin plançizgisi tərtib edilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-406, KOD 80206016 nömrəli şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvləri X1, X4, X6, X7 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin plan-çizgisi tərtib edilmişdir. İş materiallarında olan Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 nömrəli qərarından və torpaqların alqı-satqısına dair aktdan görünür ki, Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin ərazisindən 600 kv.m torpaq sahəsi X5 ayrılmışdır. İş materiallarında olan X26 filialının Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 nömrəli qərarından çıxarışdan görünür ki, Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin ərazisindən 0,06 ha torpaq sahəsi X5 ayrılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 748 nömrəli arayışın surətindən görünür ki, X15 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 749 nömrəli arayışın surətindən görünür ki, X8 xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-16-5/8-R/30xx-xx/2025 nömrəli arayışın surətindən görünür ki, X33 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-16-5/8-Ə/30xx-xx/2025 nömrəli arayışın surətindən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi ünvan 2 ünvanladığı xx.xx.2025-ci il tarixli, 1162 nömrəli məktubundan və məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Rəhimova (Cabbarova) Adilə İsa qızının adına Sumqayıt şəhər 1 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair Sumqayıt şəhər 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixli, 8v-36 reyestr nömrəli vərəsəlik işi açılmış, X2 irs qalmış miras əmlakı X25 qəbul etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5552 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1774/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 saylı qərarı ilə (qərarın arxiv çıxarışında nömrəsinin 25 saylı olması qeyd edilmiş) X5 ayrılmış 600 kv.m torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemi sxematik və miqyassız tərtib olunması, xüsusilə də tərtib olunmuş sxemdə torpaq sahəsinin konfiqurasiyası ilə faktiki vəziyyətdə iddia olunan torpaq sahəsinin konfiqurasiyasının uyğun gəlməməsi səbəblərindən həmin 600 kv.m torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsinin faktiki ölçüsünün 0,075 ha olması və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evinin və qeyri-yaşayış tikilisinin yerləşməsi müəyyən edilmişdir. Qərardadın ikinci və üçüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1734/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 saylı qərarı ilə (qərarın arxiv çıxarışında nömrəsinin 25 saylı olması qeyd edilmiş) X5 ayrılmış 600 kv.m torpaq sahəsinin (iddia olunan vəziyyətə əsasən) mövcud baza məlumatlarına əsasən hüquqi statusunun bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaq sahələri olması müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1774/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 saylı qərarı ilə (qərarın arxiv çıxarışında nömrəsinin 25 saylı olması qeyd edilmiş) X5 ayrılmış 600 kv.m torpaq sahəsinin təyinatına görə alqı-satqının predmeti ola bilməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1774/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 saylı qərarı ilə (qərarın arxiv çıxarışında nömrəsinin 25 saylı olması qeyd edilmiş) X5 ayrılmış 600 kv.m torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1774/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 saylı qərarı ilə (qərarın arxiv çıxarışında nömrəsinin 25 saylı olması qeyd edilmiş) X5 ayrılmış 600 kv.m torpaq sahəsinin (iddia olunan vəziyyətə əsasən) faktiki olaraq Paşayeva Lətafətin istifadəsində olması müəyyən edilmişdir. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1774/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 saylı qərarı ilə (qərarın arxiv çıxarışında nömrəsinin 25 saylı olması qeyd edilmiş) X5 ayrılmış 600 kv.m torpaq sahəsinin araşdırma zamanı faktiki koordinatlarının digər şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1774/2024 saylı mütəxəssis rəyinə əsasən, əvvəlki suallarında cavablarında qeyd olunduğu kimi Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 saylı qərarı ilə (qərarın arxiv çıxarışında nömrəsinin 25 saylı olması qeyd edilmiş) X5 ayrılmış 600 kv.m torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı əsasında JN-893F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,11 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərinin və konfiqurasiyasının faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olunmuşdur (sözügedən "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədinin torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunması və bunun da faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olunmuşdur). Bu səbəbdən qeyd olunan torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qərardadın doqquzuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1774/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 saylı qərarı ilə (qərarın arxiv çıxarışında nömrəsinin 25 saylı olması qeyd edilmiş) X5 ayrılmış 600 kv.m torpaq sahəsinin koordinatlarının (iddia olunan vəziyyətə əsasən) mühafizə-sanitariya zolağına (dəmir yolunun, magistral avtomobil yolunun, su kanalının, çayın, qaz xəttinin, yüksək gərginlikli elektrik xətlərinin və s. mühafizə zolağına) düşməməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. Həmin Qanunun 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; Həmin Qanunun 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; Həmin Qanunun 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; Həmin Qanunun 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; Həmin Qanunun 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarını öyrənmək və şikayət verə bilmək hüquqları vardır, inzibati orqanın isə həmin hüquqları təmin etmək vəzifəsi vardır. İşdən görünür ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın (Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 nömrəli qərarı) iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdeh inzibati orqan inzibati iсraat zamanı iddiaçının iştirakını və dinlənmə hüququnu təmin etməmiş, ona hüquqları izah edilməmiş, qəbul edilmiş inzibati akt (Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 nömrəli qərarı) iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir etməsinə baxmayaraq iddiaçı inzibati icraata cəlb edilməmiş və həmin akt qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya təqdim edilməmişdir. Məhkəmə tərəfindən cavabdehə sorğu təqdim edilərək hazırda mübahisələndirilən inzibati aktların qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (prosedura) əməl olunmasına dair sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Lakin, cavabdeh inzibati orqan tərəfindən bu barədə heç bir sənəd (sübut) və məlumat məhkəməyə təqdim edilməmişdir. Əvvəlki, məhkəmə iclaslarında iştirak edən cavabdeh Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin sədri Rzayev Təmirlan Ağamirzə oğlu, həmin qərarının hansı qaydada qəbul edilməsini bilmədiyini, Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 nömrəli qərarı ilə X5 ayrılmış 600 kv.m torpaq sahəsinin koordinatlarının Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı əsasında JN-893F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,11 ha torpaq sahəsi ilə eyni ərazi olmasını təsdiq etmişdir. Bundan başqa məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh inzibati orqan qəbul etdiyi hazırda mübahisələndirilən inzibati aktın (Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 nömrəli qərarının) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-893F, KOD 80206016 nömrəli şəhadətnamə əsasında iddiaçıya və onun ailə üzvlərinə məxsus olan 0,11 ha torpaq sahəsi bələdiyyələr yaranmamışdan əvvəl iddiaçıya və onun ailə üzvülərinin mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X14 və onun ailə üzvləri Sumqayıt şəhərində yaşamış, mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində İddiaçı və onun ailə üzvləri yaşamışdırlar. X14 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, miras qalmış əmlaka dair Sumqayıt şəhər 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixli, 8v-36 reyestr nömrəli vərəsəlik işi açılmış, X2 irs qalmış miras əmlakı X25 qəbul etmişdir. Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 nömrəli qərarı ilə X5 ayrılmış 600 kv torpaq sahəsinin miras kütləyə daxil edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin ikinci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərti ilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin maddənin altıncı bəndinin üçüncü hissəsinə görə isə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətlərinə və torpağın ayrılma məqsədinə, mövcud tikinti normalarına, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da Qanun, torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barəsində sərəncam vermək (maddə 4.0.1), müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətləri vardır (maddə 4.0.2). Həmin Qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrininin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir (maddə 9.2). Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır (maddə 9.3). Həmin Qanunun 16-cı maddəsinə görə qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır (maddə 16.1). Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 16.2). Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir (maddə 16.3). Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir (maddə 16.4). Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: Həmin Qanunun 65.1.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; Həmin Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; Həmin Qanunun 65.1.3-cü maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. Həmin Qanunun 65.1.4-cü maddəsinə əsasən maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; Həmin Qanunun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; Həmin Qanunun 65.1.6-ci maddəsinə əsasən kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X3rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının Konstitusiyasının 143-cü maddəsinin 1-ci bəndinə əsasən Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə əsasən Bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir. Konstitusiyasının 145-ci maddəsinin 1-ci bəndinə əsasən Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Konstitusiyasının 145-ci maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir. Həmin Qanunun 6-ci maddəsinə əsasən Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-893F, KOD 80206016 nömrəli şəhadətnamə əsasında iddiaçıya və onun ailə üzvlərinə məxsus olan 0,11 ha torpaq sahəsinin 0,06 ha hissəsi barədə qərar verməsi, yəni cavabdeh Gərmətük bələdiyyəsi özünə məxsus olamayan torpaq sahəsinin barəsində qəbul etdiyi mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Lənkəran rayonu Gərmətük bələdiyyəsinə qarşı iddia tələbi təmin edilməli, Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 nömrəli qərarı etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatların dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin 07 sentyabr 2005-ci il tarixli, 27 nömrəli qərarı etibarsız hesab edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Lənkəran rayonu Gərmətük bələdiyyəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X11, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-429/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-429/2025
03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver