Məhkəmə qərarları › İş №2-1(120)-430/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-430/2021

04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-430/2021 04.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X4rşı “qanunsuz olaraq adına sənədləşdirilmiş hüquqi şəxslərin fəaliyyətinin dayandırılaraq statuslarının ləğv edilməsi və ona vurulmuş ziyana görə kompensasiya” tələbinə dair iddiası üzrə iş materiallarına xx xxxxxx 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X2 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və hüquqi ünvanlarının ünvan 2 hesab edilməsi barədə qəbul etdikləri inzibati aktların ləğv edilməsi, vergi orqanının qanunsuzluğu ilə əlaqədar mənəvi sarsıntılarına görə 5000 (beş min) manat və ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. X10 Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilərək onlardan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, 40 saylı xüsusi yaşayış evində yaşayır. 5 saylı X7 “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə ona bildirilmişdir ki, o, “borclu vergi ödəyicisi olan “xxxx” MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün VÖEN ********** almış, lakin vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2020-ci il tarixə 2033,46 manat (vergilər üzrə 1723,89 manat, hesablanmış faizlər üzrə 309,57 manat) borcu yaranmışdır. Həmçinin bildirilmişdir ki, “xxxx” MMC tərəfindən 2033,46 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləği xx.xx.2020-ci il tarixdən icraya yönəldilsin”. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru M.Muradlının imzası ilə aldığı xx.xx.2020-ci il tarixli, 1584/2020-10-17-003 saylı “Tələbin könüllü icrası haqqında” bildirişlə ona ünvanlanmışdır ki, “xx.xx.2020-ci il tarixli qərarla icraata başladığım 5 saylı X7 **********127700 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyiniz xahiş olunur. Bu müddət ərzində tələbi üzürsüz səbəbdən icra etməsəniz icra məcburi qaydada təmin ediləcək, həmçinin İcra haqqında “Azərbaycan Respublikası Qanununun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sizdən tutulacaqdır. İcra barədə icra məmuruna məlumat verməyiniz xahiş olunur”. Yenə həmin icra məmurunun xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarında bildirilmişdir ki, “icra sənədi üzrə borclu “xxxx” MMC-dən 2033,46 manat məbləğində vergi borcu və dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir”. Həmçinin icra sənədi üzrə icraata başlamaq və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X7 xx.xx.2020-ci il tarixli, **********176700 saylı məktubu ilə ona “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq” göndərilərək bildirilmişdir ki, “Sizin xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2048,85 manat, o cümlədən vergilər üzrə 1723,89 manat, maliyyə sanksiyası üzrə 0,00 manat, faizlər üzrə 324,96 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0,00 manat borcunuz vardır. Qeyd olunanlara əsasən 10 gün müddətində borcun ödənilməsi sizdən tələb olunur. Nəzərinizə çatdırırıq ki, vergi borclarının dövlət büdcəsinə ödənilməməsinə görə Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən ölkədən getmə hüququnun məhdudlaşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəkdir”. Tələbkar 5 saylı X7 rəisi, baş vergi xidməti müşaviri F.Mahmudovun imzası ilə aldığı “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********147200 saylı qərarda göstərilmişdir ki, “xxxx” MMC (VÖEN **********) tərəfindən vergilər üzrə 6134,34 manat qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləği xx.xx.2020-ci il tarixdən icraya yönəldilsin. Tələbin icraya yönəldilməsi haqqında qərar xx.xx.2020-ci il tarixində verilmiş və həmin tarixdən qüvvədədir. Qərar məcburi icra olunmaq üçün Şirvan şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. Həmçinin göstərilmişdir ki, “qərardan bu qərarın alındığı vaxtdan 3 ay müddətinə birbaşa və ya bu qərarı qəbul etmiş orqan vasitəsi ilə yuxarı vergi orqanına və ya 30 gün müddətində məhkəməyə şikayət verilə bilər”. Sonuncu olaraq xx.xx.2020-ci il tarixdə 5 saylı X1 ünvanına “xxxx” MMC üçün vergi borcunun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda ona bildirilir ki, “Sizin xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ödənilməmiş vergi borcunuzun məbləği aşağıdakı kimidir: ümumi borc-6134,34 manat, əsas vergi borcu-5220,56 manat, faiz borcu 873,78 manat, maliyyə sanksiyası üzrə borc-40,00 manat. Həmçinin bildirilir ki, Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Qeyd edilənləri nəzərə alaraq qısa müddət ərzində vergi borcunuzu tam şəkildə dövlət büdcəsinə ödəməyiniz sizdən tələb olunur. Əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəkdir.” 2020-ci ilin sentyabrından 5 saylı X5 ünvanına “xxxx” MMC və “xxxx” MMC üçün dövlətə ödəməli olduğu borclar barədə xəbərdarlıqlar göndərməklə məhkəmə proseduruna başlayacağını, əmlakın üzərinə həbs qoyacağını bildirir. Halbuki, o, tam məsuliyyəti ilə bildirir ki, onun nə “xxxx” MMC, nə də “xxxx” MMC ilə heç bir əlaqəsi yoxdur, bu məhdud məsuliyyətli cəmiyyətlərin hansı yollarla təsis edilməsindən heç bir məlumatı yoxdur və bunların heç bir maliyyə əməliyyatlarında iştirak etməmişdir. İnzibati orqanın-5 saylı X3 qarşı qanunsuzluğu zərərçəkən fiziki şəxs kimi şüurunda mənfi psixi reaksiyaya səbəb olmaqla indi də davam edən mənəvi sarsıntılarla nəticələnmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X2 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və hüquqi ünvanlarının ünvan 2 hesab edilməsi barədə qəbul etdikləri inzibati aktların ləğv edilməsi, vergi orqanının qanunsuzluğu ilə əlaqədar mənəvi sarsıntılarına görə 5000 (beş min) manat və ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırılan tələbləri ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi, eləcə də inzibati orqanın imtinası və ya hərəkətsizliyi nə iddia ərizəsində qeyd olunmamışdır, nə də ona əlavə edilmiş sənədlərdə öz təsdiqini tapır. Belə olan halda məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X9 tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Bu isə, belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında inzibati mübahisə mövcud deyil. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X4rşı “qanunsuz olaraq adına sənədləşdirilmiş hüquqi şəxslərin fəaliyyətinin dayandırılaraq statuslarının ləğv edilməsi və ona vurulmuş ziyana görə kompensasiya” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar