Məhkəmə qərarları › İş №2-1(120)-430/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-430/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-430/2025 14.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0005 nömrəli qərarın ləğv olunması və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş Z00100082VGZ nömrəli göndəriş əsasında ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dayandırıldığı vaxtdan təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə “Beyləqan rayon Mərkəzi Xəstəxanası” X12i üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0005 nömrəli qərarın ləğv olunması və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş Z00100082VGZ nömrəli göndəriş əsasında ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1975-ci ildə Beyləqan rayonunda anadan olmuş, hal-hazırda Beyləqan rayonu, Əhmədli qəsəbəsində yaşayır və qeydiyyatdadır. Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərək xəsarət almış, xx.xx.1994-cü ildə döyüş əməliyyatı zamanı aldığı toroko-abdominal güllə yaralanması nəticəsində sağ ağ ciyər, diafraqma, qara ciyəri zədələnmiş, ilk tibbi yardım N saylı hərbi hissənin tibb bölüyündə göstərilmiş, sağtərəfli torokosintez, 1,5 litr qanın reninfuziyası, laporotomiya, qaraciyərin, diafraqmanın yarasının tikilməsi, sağ plevra və qarın boşluğunun drenajı cərrahi əməliyyatı aparılmışdır. Sonra vertalyotla Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilmə institunun müalicə məsləhət diaqnostika cərrahiyyə mərkəzinə təxliyyə edilmiş, orada “Sağtərəfli toroko-abdominal güllə yarası, sağ ağ ciyərin, diafraqmanın, qaraciyərin zədələnməsi, hemopnevmotoraks” diaqnozu ilə xəstəxanaya qəbul edilmişdir. Aparılmış konservativ müalicələrə baxmayaraq sağ plevra cibində kisələşmiş eksudativ plevrit, sağ ağ ciyərin pnevmoniyası yaranmışdır. Sağ plevra boşluğunun aktiv drenajı, antibakterial müalicələrdən sonra sağ plevra cibində ekssudativ sorulmuş, yerində kobud şvartlar əmələ gəlmişdir. xx.xx.1994-cü ildə xəstəxanadan yazılmışdır. xx.xx.1994-cü ildə MN Mərkəzi hərbi poliklinikasında şəhadətləndirilərək xəstəliyinə görə 60 gün müddətinə məzuniyyət verilmişdir. Təkrarən xx.xx.1994-cü ildə MN MHP-da MN o vaxtlar qüvvədə olan 1987-ci il tarixli 260 saylı əmrinin İ qrafasının 34 “q” maddəsi ilə şəhadətləndirilərək “Hərbi xidmətə yararlıdır, xəstəliyinə görə 15 gün müddətinə xidməti vəzifələrinin icrasından azad olmasına ehtiyacı var” rəyi verilmişdir. Müalicədən sonra hərbi hissəsinə qayıtmayaraq fərarilik etmişdir. 20.2006-cı ildə barəsində Füzuli hərbi prokurorluğu tərəfindən amnistiya tətbiq edilmişdir. 1994-cü ildə sağ əlində odlu qəlpə yarası almış, ambulator müalicə alımışdır. Burunçəpəri uşaqlıqdan əyridir. Beyləqan RHK tərəfindən xəstəliyin səbəb əlaqəsini təyin edilməsi üçün göndərilmişdir. Diaqnozun və ekspert rəyinin çıxarılması üçün MN ştatdankənar baş torakal cərahı ilə konsultasiya aparılmışdır. Aparılmış müalicələr və müddətlər: xx.xx.1994-xx.xx.1994 tarixində Hərbi Dəniz Qüvvələrinin poliklinikası müayinədə və müalicədə olmuş, 2007-ci il tarixdən əlilliyə görə pensiya alır, 2021-ci il tarixdən aldığı pensiya kəsilmişdir. Ona əlillik dərəcəsinin təyinin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edərək bildirmişdir ki, diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Cavabdeh orqan açıq-aşkar ölkə üzrə xəstə və əlil olmuş vətəndaşların məqsədyönlü şəkildə konstitutsiyada və beynəlxalq qanunlarda təsbit edilmiş və qorunan hüquqlarını pozmaqla məşğuldur. Ona görə də konstitusiyada təsbit edilmiş sosial təminat hüququnun təmin olunması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, İddiaçı “əlillik dərəcəsinin dayandırıldığı vaxtdan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə dair etirazı diqqətinizə çatdırırıq. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda adı göstərilən 24 nəfər vətəndaşların müarciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 10) Beyləqan rayon sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0230003AANBB nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2007-ci il tarixli 973 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sad ağciyərin, diafraqmanın. qaraciyərin zədələnməsi, hemopnevmotoraks ilə müşayiət edən saqtərəfli toroko-abdominal güllə yaralanmasına (xx.xx.1994) görə aparılmış saqtərəfli torakosintez, plevra boşluqunun drenaj olunması, laporotomiva, diafraqma və qaraciyər yaraların tikilməsi cərrahi funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə. Saq əlin İ (birinci) barmağının arxa səthinin bərkimis dəri capıqı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Burun arakəsməsinin saqa doğru əyriliyi, burun tənəffüsünün pozulmaması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tərləmədən və sinədə ağrılardan şikayətlənmişdir. Baxış zamanı sağ döş qəfəsinin ön səthində, döş sümüyü üzərində çapıq, sağ tərəfli torakosintez və yuxarı+orta, orta laparotomiyanın çapıqları izlənmişdir. Müayinə zamanı çəkisi 97 kq, boyu 173 sm, BÇİ 32, saturasiyası Sp02 97%, nəbzi 97 vurğu, tənəffüs sayı 16 müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs çatışmazlığı əlamətləri qeyd edilməmişdir. Elmi X2 İnstitutunun xx.xx.2023-cü il tarixli 5769 nömrəli Tibbi rəyində diaqnoz “Sağ tərəfli torakoabdominal güllə yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı qalıq əlamətləri. Plevra galınlasması. Qarısıq tipli əhəmiyyətli ventilvasiva pozğunluğu. Xroniki bronxit” kimi qeyd edilmişdir. X10Xəstəlikləri İnstitunun xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 2,35 53%, FEV1 1,57 43%. Qarısıq tipli əhəmiyyətli ventilvasiva pozğunluğu qeyd olunur” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi X2 İnstitutunun xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Ambulator xəstəlik tarixindən çıxarışında diaqnoz “Xroniki diffuz bronxitin kəskinləşməsi. Əhəmiyyətli ventilvasiyapozgunludu ilə. Tənəffüs çatışmazlığı İ-İİ dərəcə. Saq tərəfli torakoabdominal güllə yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı qalıq, qalınlaşma şəklində” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 4,00- 91,97%, FEV1 3,38- 95,84%). Xarici ventilyasiya pozğunluğu qeyd olunmur” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respubiikasının Aii Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)- 824/2022 nömrəli qərarına əsasən Məhkəmə kollegiyası qeyd edir ki, 26. İşin müəyyən edilmiş faktiki hallarına görə, xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən Məmmədova Aişə Elmar qızının üç il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, növbəti müayinə tarixi xx.xx.2020-ci il təyin edilmişdir (bu səbəbdən iddiaçı öz tələbində xx.xx.2020-ci il tarixə istinad edir). 27. Təyin edilmiş üçillik müddət başa çatdıqdan sonra - Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2020-ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb: “Göndərişin natamam doldurulması. Xəstədə demensiya və psixopatabənzər davranış olduğu halda, şagird olduğu qeyd olunub.” 28. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib. 29. Bundan sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2020-ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb: “Əlavə müalicəyə ehtiyacın olması. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür”. 30. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib. 31. Bundan sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2021-ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb: “Əlavə müalicəyə ehtiyacın olması. Sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicəsi yetərli deyil. İxtisaslaşmiş müayinə və müalicə məsləhət görülür”. 32. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib. 33. Bundan sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2021-ci il tarixli müayinənin nəticələrinə əsasən Məmmədova Aişə Elmar qızının üç il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. 34. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3cü maddəsinin tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 35. Yuxarıda qeyd olunduğu kimi, Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə imtina edilmiş, A.Məmmədova əlil (sağlamlıq imkanları məhdud uşaq) hesab edilməmiş, həmin imtinalar iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirməmiş, həmin inzibati aktların məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır (İPM-in 38.2-ci maddəsi). 36. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 37. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 38. Beləliklə, uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə qərarın qəbul edilməsindən imtina barədə cavabdehin inzibati aktları qüvvədə olduğu halda, iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi yuxarıda istinad edilən normaların tələblərinə zidd olmuşdur. Qeyd edilən hallar anaoliji işdə də tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən ləğv edilməsini xahiş etdiyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0005 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş, iddiaçı tərəfindən isə qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət etməklə (30 gün keçmədən) məhkəməyə iddia ərizəsini göndərmiş və xx.xx.2023-cü il tarixdə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Bir sözlə, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2007-ci il tarixli, 973 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ehtiyatda olan əsgər xx.xx.1975-ci il təvəllüdlü əsgər İddiaçı sağ ağ ciyərin, diafraqmanın, qara ciyərin zədələnməsi, hemopnevmotoraks ilə müşayiət edən sağtərəfli toroko-abdominal güllə yaralanmasına (xx.xx.1994) görə aparılmış sağtərəfli torokosintez, plevra boşluğunun drenajl olunması, laporotomiya, diafraqma və qara ciyər yaraların tikilməsi cərrahi əməliyyatından sonrakı sağ plevra sinusunun şvatları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə. Sağ əlin İ (birinci) barmağının arxa səthinin bərkimiş dəri çapığı diaqnozu qoyulmuş və səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixdə çap edilmiş məlumatdan görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 Beyləqan rayon X4 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, PHŞ- 6-29/2-938/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1975-ci il tarixdə Beyləqan rayonunda anadan olan, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olan İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxanası" X12ə xx.xx.2023-cü il tarixdə həkim terapevt Ş. Hüseynova “Digər kəskin qastritlər”, xx.xx.2023-cü il tarixdə Cərrah Ə.Məmmədova “Hərbi əməliyyatlar nəticəsində odlu silaha və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu ilə müraciət etmişdir. Vətəndaş o cümlədən xx.xx.2023-cü il tarixdə Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Güllə yaralanması (xx.xx.1994) döyüş əməliyyatı zamanı toroko-abdominal güllə yaralanması,sağ ağciyər, diafraqma, qaraciyər zədələnməsi. Sağ tərəfli torokosintez, laparatomiya, qaraciyərin diafraqmanın yaraların tikilməsi, sağ plevra və qarın boşluğunun drenajı cərrahi əməliyyatlarından sonrakı vəziyyət. Boy-173 sm, çəki-97 kq. FVC-91%ç FEV1-95% diaqnozu ilə “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X12in HMK-a müraciət etmiş, (Bildiriş № Z00100082VGZ) tibbi sənədləri Tibbi Sosial Ekspert Komissiyasının reysterinə daxil edilmişdir. İddiaçı xx.xx.2023-ci ildə Tibbi Sosial Ekspert Komissiyasından imtina gələrək “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Bu müraciətdən sonra İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X12in HMK-a heç bir müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 2174 nömrəli məktubunda qeyd edilmişdir ki, 1992-ci ildən 2019-cu ilə qədər MN Mərkəzi Hərbi Poliklinkasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş vətəndaşların bütün sənədləri MN Baş Klinik Hospitalının X8 təhvil verilmişdir. Odur ki, vətəndaş İddiaçı dair xx.xx.2007-ci il tarixli 973 nömrəli nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin verilməsinə əsas olmuş sənədlərin tələb olunması üçün MN Baş Klinik Hospitalının rəisinə müraciət olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 Beyləqan rayon X4 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 18-1- 29/2-1454/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən “Hərbi əməliyyatlar nəticəsində odlu silah və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Güllə yaralanması döyüş əməliyyatı zamanı toroko-abdominal güllə yaralanması, sağ ağciyər, diafqrama, qaraciyər zədələnməsi. Sağ tərəfli torokosintez, laparatomiya, qaraciyərin diafraqmanın yaraların tikilməsi, sağ plevra və qarın boşluğunun drenajı cərrahi əməliyyatlardan sonrakı vəziyyət” diaqnozu ilə “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi səxsin dispanser qeydiyyatındadır.Vətəndaş İddiaçı əlilliklə bağlı tibbi sənədləri xx.xx.2023-cü il tarixdə TSEK tərəfindən diaqnoz: əlillik əlamətini təyin etmir” qərarı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-33094/2023 nömrəli məktubundan görünür ki, sorğuda qeyd edilən dövr (2008-ci il) üzrə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində, ərazi üzrə xidmət göstərən 19 nömrəli Tibbi-sosial ekspert komissiyasında və Agentliyin arxiv sənədləri arasında məlumat aşkar edilməmişdir. “Əlillik” altsistemindən əldə olunan məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 1 il müddətinə (xx.xx.2015-ci ilədək) üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2015-ci il tarixində qiymətləndirmə aparılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 1 il müddətinə (xx.xx.2016-cı ilədək) üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Şəxsin üçüncü dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra İddiaçı Beyləqan Rayon Mərkəzi Xəstəxanasının 0230003AANBB və Z00100082VGZ nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2021 və xx.xx.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-7235/2024 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Z00100082VGZ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu X12inin mütəxəssisi qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu X12inin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-28-9/2-692/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü İddiaçı dəfələrlə “X1 İnstitutu” X12ə müraciət etmiş və aşağıda qeyd olunan tarixlərdə müayinələrdən keçmişdir. xx.xx.2008-ci il tarixində İnstitutda müayinədə olmuş və ona ambulator kitabdan çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixində Beyləqan rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə İddiaçı müayinə olunmaq üçün İnstituta müraciət etmiş, spirometriya və rentgenoloji müayinələrdən keçmişdir. xx.xx.2021 -ci il tarixində müayinədə olmuş və ona ambulator kitabdan çıxarış verilmişdir. Bundan başqa İddiaçı xx.xx.2023-cü il tarixində Beyləqan rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində “X1 İnstitutu” X12in İ Pulmologiya şöbəsinə yerləşdirilmiş və müvafiq müayinələrdən sonra xəstəyə “Xroniki diffuz bronxit kəskinləşməsi-əhəmiyyətli ventilyasiya pozğunluğu. TÇ l-ll dərəcə. Sağ tərəfli torako-abdominal güllə yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı qalıq: plevral qalınlaşma şəklində” diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixində yenidən İnstituta müraciət edərək yalnız spirometriya müayinəsindən keçmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12i xx.xx.2024-cü il tarixli T 777/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, - 1-4,6. Vətəndaş İddiaçı adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, güllə yaralanması (xx.xx.1994) döyüş əməliyyatı zamanı toroko-abdominal güllə yaranması, sağ ağciyər, diafraqma, qaraciyər zədələnməsi, sağ tərəfli torokosintez, laporotomiya, qaraciyərin, diafraqmannın yaraların tikilməsi, sağ plevra və qarm boşluğunun dreajı cərrahi əməliyyatlarından sonrakı vəziyyət. Boy-173 sm, çəki-97 kq. FVC-91%, FEVl-95%. Ağırlaşma: Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ ağciyərin diafraqmanın qaraciyərin zədələnməsi hemopnevmotoraks ilə müşayiət edən sağtərəfli toroko abdominal güllə yaralanmasına görə aparılmış sağtərəfli torokosintez, plevra boşluğunun drenaj olunması, laporotomiya: diafraqma və qaraciyər yaralarının tikilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət. J96.1 Xroniki respirator çatmamazlıq, xroniki tənəffüs çatmamazlığı İ-İİ dərəcə. J41.0 Sadə xroniki bronxit. J94.1 Fibrotoraks, Fibrotoraks sağ plevra sinusunun bitişməsi. S27.2 Travmatik hemopnevmotoraks. Hemopnevmotoraks. Yanaşı xəstəlik: L91.0 Hipertrofık çapıq. Sağ əlin İ barmağının arxa səthinin bərkimiş dəri çapığı” diaqnozu xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə “X1” phşdə aparımış spirometriya müayinəsi zamanı “Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu, FVC 1,77-40%; FEVİ 1,32-37%” diaqnozu təyin edilmişdir. - tibbi sənədlərə əsasən İddiaçı travmanı hərbi xidmət dövründə almışdır. - Vətəndaş İddiaçı düçar olduğu xəstəliklər xroniki olduğundan tam reabilitasiya olunmurlar, kəskinləşdikləri halda əlavə müalicəyə cəlb oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-10563/2025 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının 0230003AANBB və Z00100082VGZ nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2023-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətəndirmə nəticəsindən narazı olan A.X9 Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 2-1(120)-1141/2024 nömrəli qərardadı əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə əsaslı qərar qəbul edilmişdir. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5”nin vətəndaşa dair tərtib edilmiş T777/2024 saylı ekspert rəyi xx.xx.2024-cü il tarixində Səhiyyə Nazirliyinin X1 İnstitutunda aparılmış spiriometriya nəticəsinə əsasən yazılmışdır. Yəni şəxs Məhkəmə Tibbi Ekspertiza və X5”ndə hər hansı instrumental müayinə olunmamışdır. Bununla bağlı bildirmək istəyirik ki, bəzi hallarda X1 İnstitutunda keçirilən spiriometriyanın nəticəsi ilə Agentlikdə keçirilən spiriometriyanın nəticəsi arasında uyğunsuzluqlar müşahidə edilir. Bu, vətəndaşın nəfəsalma və nəfəsvermə aktını düzgün yerinə yetirə bilməməsi, spiriometriya göstəricilərinin aşağı göstərilməsi üçün müəyyən üsullardan (nəfəsvermə zamanı qarın əzələlərinin bilərəkdən gərgin, yığılmış vəziyyətdə (“pres”) saxlanması) istifadə etməklə mümkün olur. İddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixində Agentlikdə keçirilən əyani müayinə zamanı spiriometriya müayinəsinə cəlb edilmişdir. Nəticə olaraq, xx.xx.2024-cü il tarixli 807 nömrəli spirometriya müayinəsində “FVC 3,83-86%, FEV1 3,1287%, xarici ventilyasiya pozuntusu qeyd edilmir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Həmçinin müayinə zamanı auskultasiyada hər 2 ağciyər üzərində vezikulyar (normal) tənəffüs eşidilmiş, saturasiya SpO2 96%, tənəffüs hərəkətlərinin sayı dəqiqədə 16 (norma-16-21) olmuş, tənəffüs çatışmazlığı əlamətləri, təngnəfəslik izlənilməmişdir. Halbuki Səhiyyə Nazirliyinin X1 İnstitutunun xx.xx.2024-cü il tarixli spiriometriya müayinəsinin nəticəsində qeyd edilmiş "Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozuntusu, FVC 1,77-40 faiz; FEV1 1,32-37 faiz” qeydinə nəzər yetirsək, bu halda vətəndaşda təngnəfəslik, dəri və görünən selikli qişalarının kəskin avazıması, dəqiqəlik tənəffüs sayının 24dən çox olması, auskultasiyada ağciyərlərdə patoloji tənəffüs, müxtəlif kalibrli quru və ya yaş xırıltılar eşidilməli, qanda oksigenin miqdarca (saturasiya) 92 faizdən aşağı olmalıdır. Lakin xx.xx.2021-ci, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərində X7-Sosial Ekspert Komissiyası tərəfindən aparılan bütün əyani müayinə müayinələrdə əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Bundan irəli gələrək, İddiaçı barəsində qəbul edilmiş “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarlar əsaslı və düzgün verilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 - xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış: Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının sonuncu müraciətinə əsasən “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X12inin Z00100082VGZ nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “əlillik əlaməti təyin etmir” diaqnozu qoyulmuşdur. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və hesab edir ki, iddiaçının barəsində olan sonuncu göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün iddiaçıda həmin xəstəliklərin və diaqnozun mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1141/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12i xx.xx.2024-cü il tarixli T 777/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1-4,6. Vətəndaş İddiaçı adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, güllə yaralanması (xx.xx.1994) döyüş əməliyyatı zamanı toroko-abdominal güllə yaranması, sağ ağciyər, diafraqma, qaraciyər zədələnməsi, sağ tərəfli torokosintez, laporotomiya, qaraciyərin, diafraqmannın yaraların tikilməsi, sağ plevra və qarm boşluğunun dreajı cərrahi əməliyyatlarından sonrakı vəziyyət. Boy- 173 sm, çəki-97 kq. FVC-91%, FEVl-95%. Ağırlaşma: Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ ağciyərin diafraqmanın qaraciyərin zədələnməsi hemopnevmotoraks ilə müşayiət edən sağtərəfli toroko abdominal güllə yaralanmasına görə aparılmış sağtərəfli torokosintez, plevra boşluğunun drenaj olunması, laporotomiya: diafraqma və qaraciyər yaralarının tikilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət. J96.1 Xroniki respirator çatmamazlıq, xroniki tənəffüs çatmamazlığı İ-İİ dərəcə. J41.0 Sadə xroniki bronxit. J94.1 Fibrotoraks, Fibrotoraks sağ plevra sinusunun bitişməsi. S27.2 Travmatik hemopnevmotoraks. Hemopnevmotoraks. Yanaşı xəstəlik: L91.0 Hipertrofık çapıq. Sağ əlin İ barmağının arxa səthinin bərkimiş dəri çapığı” diaqnozu xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə “X1” phş-də aparımış spirometriya müayinəsi zamanı “Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu, FVC 1,77-40%; FEVİ 1,32-37%” diaqnozu təyin edilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı travmanı hərbi xidmət dövründə aldığı müəyyən edilir. Vətəndaş İddiaçı düçar olduğu xəstəliklər xroniki olduğundan tam reabilitasiya olunmurlar, kəskinləşdikləri halda əlavə müalicəyə cəlb oluna bilər. Qeyd edilən rəylə bağlı məhkəmə qeyd edir ki, rəyin nəticə hissəsində əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədi ilə keçirilmiş əyani müayinənin nəticəsinə dair qəbul edilmiş qərardakı imtina əsasları təkrarlanmış və iddiaçıda olan xəstəliklərin mövcudluğu hissəsində səthi cavablar verilmişdir. Bu səbəbdən qeyd edilən rəy qismən mötəbər hesab edilir. Ekspert rəyinin tam qənaətbəxş olmadığı nəzərə alınaraq məhkəmə digər sübutlarıda qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 Beyləqan rayon X4 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 18-1-29/2-1454/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən “Hərbi əməliyyatlar nəticəsində odlu silah və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Güllə yaralanması döyüş əməliyyatı zamanı toroko-abdominal güllə yaralanması, sağ ağciyər, diafqrama, qaraciyər zədələnməsi. Sağ tərəfli torokosintez, laparatomiya, qaraciyərin diafraqmanın yaraların tikilməsi, sağ plevra və qarın boşluğunun drenajı cərrahi əməliyyatlardan sonrakı vəziyyət” diaqnozu ilə “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi səxsin dispanser qeydiyyatındadır. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu X12inin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-28-9/2-692/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü İddiaçı dəfələrlə “X1 İnstitutu” X12ə müraciət etmiş və aşağıda qeyd olunan tarixlərdə müayinələrdən keçmişdir. xx.xx.2008-ci il tarixində İnstitutda müayinədə olmuş və ona ambulator kitabdan çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixində Beyləqan rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə İddiaçı müayinə olunmaq üçün İnstituta müraciət etmiş, spirometriya və rentgenoloji müayinələrdən keçmişdir. xx.xx.2021-ci il tarixində müayinədə olmuş və ona ambulator kitabdan çıxarış verilmişdir. Bundan başqa İddiaçı xx.xx.2023-cü il tarixində Beyləqan rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində “X1 İnstitutu” X12in İ Pulmologiya şöbəsinə yerləşdirilmiş və müvafiq müayinələrdən sonra xəstəyə “Xroniki diffuz bronxit kəskinləşməsi-əhəmiyyətli ventilyasiya pozğunluğu. TÇ l-ll dərəcə. Sağ tərəfli torakoabdominal güllə yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı qalıq: plevral qalınlaşma şəklində” diaqnozu qoyulmuşdur. Belə ki, iddiaçıda diaqnozda qeyd edilən xəstəliklərin olduğu və xx.xx.2014-cü il, xx.xx.2015-ci il vəxx.xx.2016-cı il əlilliklər təyin edilən zaman diaqnozda qeyd edilən və halhazırda iddiaçıda müəyyən edilən xəstəliklərin əlillik zamanı nəzərə alındığı müəyyən edilir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Mübahisə üzrə digər bir hal əlilliyin səbəbli əlaqəsədir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2007-ci il tarixli, 973 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ehtiyatda olan əsgər xx.xx.1975-ci il təvəllüdlü əsgər İddiaçı sağ ağ ciyərin, diafraqmanın, qara ciyərin zədələnməsi, hemopnevmotoraks ilə müşayiət edən sağtərəfli toroko-abdominal güllə yaralanmasına (xx.xx.1994) görə aparılmış sağtərəfli torokosintez, plevra boşluğunun drenajl olunması, laporotomiya, diafraqma və qara ciyər yaraların tikilməsi cərrahi əməliyyatından sonrakı sağ plevra sinusunun şvatları, xarici tənəffüs funksiyasının restriktiv tipli cüzi dərəcədə pozulması ilə. Sağ əlin İ (birinci) barmağının arxa səthinin bərkimiş dəri çapığı diaqnozu qoyulmuş və səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12i xx.xx.2024-cü il tarixli T 777/2024 nömrəli ekspert rəyində Tibbi sənədlərə əsasən İddiaçı travmanı hərbi xidmət dövründə aldığı müəyyən edilir. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən əlilliyini səbəbli əlaqəsi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma” səbəbi kimi qeyd edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş müayinələr ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)- 1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. İddiaçının hüquqi marağı ona xx.xx.2023-cü il tarixdən əlilliyin müəyyən olunmasına yönəlmişdir. Belə ki, iddiaçı onunla bağlı əvvəllər verilən imtinalarda qeyd edilən halların aradan qaldırılması barədə dəfələrlə müvafiq Xəstəxanalara müraciət etmiş və sonuncu dəfə Z00100082VGZ nömrəli göndəriş əsasında Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0005 nömrəli qərarı qəbul edilmişdir ki, iddiaçı qeyd edilən qərarın ləğvini və ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən hissədə də, yəni ona xx.xx.2023-cü il tarixdən əlilliyin məhz “müəyyən edilməsini” xahiş etmək hissəsində də haqlı olmuşdur. Cavabdehin şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Qeyd edilir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-54/2025 nömrəli iş üzrə, xx.xx.2025-cü il tarixli qərarı ilə yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0005 nömrəli qərarı ləğv olunsun və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş Z00100082VGZ nömrəli göndəriş əsasında ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar