Məhkəmə qərarları › İş №2-1(120)-4312/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4312/2025

29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4312/2025 29.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Cavabdeh qarşı Masallı Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində göstərilməklə qeyriyaşayış sahəsinin sökülməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi (bundan sonra mətndə Agentlik) Cavabdeh qarşı Masallı Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən, qanunsuz tikinti işləri nəticəsində yan divar və dam örtüyünün tikintisi başa çatmış qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Agentlik tərəfindən tikintiyə dövlət nəzarəti çərçivəsində Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən torpaq sahəsində Cavabdeh qeyri-yaşayış obyektini qanunsuz inşa etməsi faktı aşkarlanmışdır. Bununla əlaqədar Agentlik tərəfindən müvafiq araşdırmalar aparılmışdır.Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh dövlət mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş və qanunvericiliyin tələblərini pozmaqla qeydi-yaşayış obyekti inşa etmişdir. Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 24 dekabr 2021-ci il tarixli 0840 saylı Qərar verilmişdir.Lakin cavabdeh tərəfindən qanunsuz tikinti işləri davam etdirilmişdir.Halhazırda tikinti obyektinin yan divarlarının və dam örtüklərinin inşası başa çatdırıldığına görə, Agentlik tərəfindən qeyd olunan özbaşına tikilinin sökülməsi ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etmək zərurəti yaranmışdır.Bununla əlaqədar Cavabdeh Agentlik tərəfindən 18 sentyabr 2024-cü il tarixli və 13 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubları göndərilmiş, qeyri yaşayış obyektinin tikintisinə dair icazəverici sənədlərin təqdim edilməsi və ya qanunsuz inşa etdiyi obyektin öz vəsaiti hesabına sökülməsi tapşırılmış, əks təqdirdə obyektin sökülməsinin məhkəmə qaydasında həyata keşirilməsi barədə xəbərdarlıq edilmişdir.Bundan sonra 29 may 2025-ci il tarixində X4 Tikinti müfəttişliyinin müfəttişi, Masallı rayon İcra hakimiyyətinin nümayəndələri, Masallı rayon bələdiyyəsinin sədri və Cavabdeh iştirakı ilə sözü gedən qeyri yaşayış obyektinə baxış keçirilmişdir. Hal hazırda obyektdə tamamlanma işlərinin aparılması müəyyən olunmuşdur.Cavabdeh bir daha tikinti işlərinin dayandırılması barədə qanunvericiliyin tələbləri izah olunmuş, 18 sebtyabr 2024-cü il tarixli, 13 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubları bir daha işçi qaydada ona təqdim edilmiş, yerində 29 may 2025-ci il tarixli Akt tərtib olunmuş, Cavabdeh isə öz növbəsində məktubları qəbul etməkdən və tərtib olunmuş Aktı imzalamaqdan boyun qaçırmış, eyni zamanda tikinti işlərinin davam etdirməsində israrlı olmasını bildirmişdir.Bu barədədə 29 may 2025-ci il tarixli, İmtina Aktı tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə inzibati işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək iddianın mümkün hesab edilərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Masallı rayonu, Heydər Əliyev prospektində inşa olunmuş qeyri-yaşayış sahəsinin söküntüsünə nail olmaqdan ibarətdir. İşin müəyyən olunan hallarından Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından müyyən olunur ki, Agentlik, Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən və dam örtüyünün tikintisi başa çatmış qeyri-yaşayış obyektinin şəhərsalama və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(120)-2172/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı ilə iddia tələbinin təmin olunması qərara alınmışdır. Qərardan narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)235/2024 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2172/2023 saylı qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardadın 5-ci səhifəsinin 6-cı abzasında qeyd olunmuşdur ki, iddiaçı inzibati orqan hazırkı iddia tələbi ilə bağlı cavabdehə müraciət etməmişdir. Bundan sonra Agentlik tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixli məktubda ünvanlanaraq qeyd olunmuşdur ki, Masallı şəhəri, Heydər Əliyev prospektində tərəfindən müvafiq qaydada razılaşdırılmadan qeyri-yaşayış obyektinin tikinti işləri aparılaraq dam örtüyü quraşdırılmışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla işləri apardığı üçün tikinti işlərinin dayandırılması barədə agentlik tərəfindən xx.xx.2021-ci il tarixli, 0840 nömrəli “Qərar” verilmişdir. Verilmiş “Qərar”a əməl edilmədən tərəflərindən qeyri-yaşayış obyektinin dam örtüyü quraşdırılmışdır. Qeyri-yaşayış obyektinin tikintisinə dair icazəverici sənədlərin Agentliyə təqdim edilməsi və ya qanunsuz inşa etdiyi obyektin öz vəsaiti hesabına sökülməsinin ona tapşırıldığı, əks təqdirdə obyektin sökülməsinin məhkəmə qaydasında həyata keçiriləcəyi bildirilmişdir. 2-1(120)-2172/2023 saylı inzibati işə əlavə olunmuş Masallı Rayon Məhkəməsinin 3 (050)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh Masallı Rayon İcra Hakimiyyətinin səlahiyətli vəzifəli şəxslərinin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şiayət ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 3 (050)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətin təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 395-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Masallı Rayon İcra Hakimiyyətinin səlahiyyətli vəzifəli şəxslərinin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması qərara alınmışdır. Qərarın 2-ci səhifəsində ( Cavabdeh şikayətinin məzmununda) qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında protokol və həmin protokol üzrə qərar ona heç bir aidiyyəti olmayan və X5 məxsus olan torpaq sahəsində tikinti obyektinin inşa edilməsinə görə tərtib və qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin icraatında olan (hakim F.Abbasov) 2-1(120)-2095/2025 saylı və 2-1(120)-146/2025 saylı inzibati iş üzrə iddia ərizələrinin surətindən müəyyən olunur ki, iddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizələri ilə məhkəməyə müraciət edərək, Masallı şəhərində yerləşən 56,4 kv.m torpaq sahəsinin və Masallı şəhərində yerləşən hazırda faktiki istifadəsində olan tikiliyə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etişdir. 2-1(120)-2095/2025 saylı və 2-1(120)-146/2025 saylı inzibati işlər üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/3008 saylı, xx.xx.2025-ci il tarixli və 10/2540 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəylərindən müəyyən olunur ki, sözügedən qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin inşa edildiyi torpaq sahəsi Masallı şəhəri, Heydər Əliyev prosektində yerləşir. İş materiallarından müəyyən olunur ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin inşa edildiyi torpaq sahəsi Masallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclas protokolunun qərarı ilə X1, sonuncu tərəfindən də həmin torpaq sahəsində qeyri-yaşayış sahəsi inşa edilmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının hüquqi marağı Masallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclas protokolunun qərarı ilə X1 Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin Cavabdeh hesabına sökülməsinə nail olmaqdan ibarətdir. Beləliklə hazırkı iddia üzrə iddiaçının tələbinə cavab verməli şəxs Cavabdeh olmadığı üçün iddia tələbinə baxıla bilməz. Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmağı zəruri hesab etməmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar