Məhkəmə qərarları › İş №2-1(120)-4319/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4319/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4319/2025 31.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Neftçala rayon B.Həşimov adına Boyat kənd tam orta məktəbinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə, qarşı “sertifikasiya imtahanının nəticəsinin texniki və prosedur pozuntularına görə etibarsız sayılması və ləğv edilməsi, səhvən tərtib olunmuş və ziddiyyətli sualların nəticəsinin iddiaçının xeyrinə hesablanması, təhsil müəssisəsinin əmrinin ləğv edilməsi, ona təhsilverənlər üçün nəzərdə tutulmuş sertifikat verilməsi, Neftçala rayonu, B.Həşimov adına Boyat kənd tam orta məktəbinin 30 iyun 2025-ci il tarixli 40 saylı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək həmin məktəbin ingilis dili müəllimi vəzifəsinə işə bərpa edilməsi və 30 iyun 2025-ci ildən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdehlər Neftçala rayon B.Həşimov adına Boyat kənd tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “sertifikasiya imtahanının nəticəsinin texniki və prosedur pozuntularına görə etibarsız sayılması və ləğv edilməsi, səhv tərtib olunmuş və ziddiyyətli sualların nəticədə iddiaçının xeyrinə hesablanması, təhsil müəssisəsinin 30 iyun 2025-ci il tarixli, 40 nömrəli əmrinin ləğv edilməsi və yenidən əvvəlki işinə bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-4319/2025 saylı qərardadı ilə iddia tələbinə əlavə təqdim edilərək, iddia tələbinin “sertifikasiya imtahanının nəticəsinin texniki və prosedur pozuntularına görə etibarsız sayılması və ləğv edilməsi, səhvən tərtib olunmuş və ziddiyyətli sualların nəticəsinin iddiaçının xeyrinə hesablanması, təhsil müəssisəsinin əmrinin ləğv edilməsi, ona təhsilverənlər üçün nəzərdə tutulmuş sertifikat verilməsi, Neftçala rayonu, B.Həşimov adına Boyat kənd tam orta məktəbinin 30 iyun 2025-ci il tarixli 40 saylı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək həmin məktəbin ingilis dili müəllimi vəzifəsinə işə bərpa edilməsi və 30 iyun 2025-ci ildən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi” kimi baxılması qərara alınmışdır. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya hüquqi yardım edilmişdir. İddiaçı məhkəmə iclas zalında hüquqi yardım məktubu ilə tanış olmuşdur və əlavəsi olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir, Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İlk öncə məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ilkin iddia ərizəsinə imza edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bundan başqa məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Neftçala rayon B.Həşimov adına Boyat kənd tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “sertifikasiya imtahanının nətcəsinin texniki və prosedur pozuntularına görə etbarsız sayılması və ya ləğv edilməsi və ya səhv tərtib olunmuş və ziddiyyətli sualların nəticədə iddiaçının xeyrinə hesablanması” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin hakimi Şahəli Musayevin icraatına 2-1(120)-4318/2025 nömrəsi ilə daxil olmuş, xx.xx.2025-ci il tarixli, 2-1(120)- 4318/2025 nömrəli sərəncam qəbul edilmişdir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki, İddiaçı cavabdehlər Neftçala rayon B.Həşimov adına Boyat kənd tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “sertifikasiya imtahanının nətcəsinin texniki və prosedur pozuntularına görə etbarsız sayılması və ya ləğv edilməsi və ya səhv tərtib olunmuş və ziddiyyətli sualların nəticədə iddiaçının xeyrinə hesablanması” tələbinə dair qaldırılmış iddia ilə bağlı Şirvan İnzibati Məhkəməsinin hakimi Şahəli Musayevin icraatında iş vardır. İddiaçı isə həmin iş ilə yanaşı eyni tərəfə qarşı eyni tələblə yenidən iddia qaldırmışdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş məhkəmənin icraatında vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, mülki-prosessual qanunvericilikdə eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında olduğu zaman, hakim icraata baxılmamış saxlanılması barədə qərardad qəbul edir. Lakin inzibati-prosessual məcəlləsində qanunvericiliyi qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında mövcud olduğundan, əvvəlki mövcud olan əsaslar aradan qalxmadığından, yeni əsaslar yaranmadığından iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmçinin iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı məhkəmə iddia tələbi ilə müraciət edən zaman cavabdeh qismində bir neçə orqanı qeyd etmişdir. Belə ki, cavabdehlər Neftçala rayon B.Həşimov adına Boyat kənd tam orta məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İidarəsi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi göstərilmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddia tələbinin “sertifikasiya imtahanının nəticəsinin texniki və prosedur pozuntularına görə etibarsız sayılması və ləğv edilməsi, səhvən tərtib olunmuş və ziddiyyətli sualların nəticəsinin iddiaçının xeyrinə hesablanması” hissəsi üzrə cavabdeh orqan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyidir, digər orqanlar üçüncü şəxs qismində inzibati işə adi cəlb etmə qaydasında cəlb edilə bilər. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, hazırki iddia ərizəsi üzrə göstərilmiş “Neftçala rayon B.Həşimov adına Boyat kənd tam orta məktəbinin 31 iyul 2025-ci il tarixli, 40 nömrəli əmək müqaviləsinə xitam verilərək həmin məktəbin ingilis dili müəllimi vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi” hissəsində iddiaçı ilə cavabdeh qismində qeyd etdiyi “Neftçala rayon B.Həşimov adına Boyat kənd tam orta məktəbi arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, əmək münasibətlərindən irəli gələn mübahisədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 3-cü maddəsinin 1-ci bəndinə əsasən müəssisə — mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 4-cü maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən hərbi qulluqçulara, məhkəmə hakimlərinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. İş materiallarından və iddiaçının iddia ərizəsindən görünür ki, İddiaçı dövlət qulluqçusu kimi deyil, əmək müqaviləsi əsasında işləmiş işçi olmuşdur. Yəni hazırkı mübahisə xüsusi hüquqdan - əmək hüquq münasibətlərindən yaranmışdır və hazırkı mübahisənin həlli üçün tətbiq edilməli norma əmək qanunvericiliyidir. Belə olduğu halda iddiaçı (işçi) ilə cavabdeh Neftçala rayon B.Həşimov adına Boyat kənd tam orta məktəbi arasında yaranan mübahisə (fikir ayrılığı) inzibati icraat qaydasında deyil, fərdi əmək mübahisələrinin həlli qaydasında aidiyyatı üzrə ümumi məhkəmələrdə (rayon və şəhər məhkəmələrində) həll edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia “Neftçala rayon B.Həşimov adına Boyat kənd tam orta məktəbinin 31 iyul 2025-ci il tarixli, 40 nömrəli əmək müqaviləsinə xitam verilərək həmin məktəbin ingilis dili müəllimi vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi” hissəsində mümkün iddia deyildir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya həm şifahi, həm də yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi yəni hazırkı mübahisənin həlli üçün aidiyyatı üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) müraciət etməli olması ilə bağlı hüquqlarını izah etmişdir. Məhkəmə iddiaçının tələbini yuxarıda qeyd olunan sübut və hüquq normaları ilə yanaşı, mövcud qanunvericiliyin aşağıda qeyd olunan hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Neftçala rayon B.Həşimov adına Boyat kənd tam orta məktəbinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “sertifikasiya imtahanının nəticəsinin texniki və prosedur pozuntularına görə etibarsız sayılması və ləğv edilməsi, səhvən tərtib olunmuş və ziddiyyətli sualların nəticəsinin iddiaçının xeyrinə hesablanması, təhsil müəssisəsinin əmrinin ləğv edilməsi, ona təhsilverənlər üçün nəzərdə tutulmuş sertifikat verilməsi, Neftçala rayonu, B.Həşimov adına Boyat kənd tam orta məktəbinin 30 iyun 2025-ci il tarixli 40 saylı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək həmin məktəbin ingilis dili müəllimi vəzifəsinə işə bərpa edilməsi və 30 iyun 2025-ci ildən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova İş № 2-1(120)-4319/2025 QƏRARDAD (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi haqqında) Şirvan şəhəri xx.xx.2025-ci il Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Neftçala rayon B.Həşimov adına Boyat kənd tam orta məktəbinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “sertifikasiya imtahanının nəticəsinin texniki və prosedur pozuntularına görə etibarsız sayılması və ləğv edilməsi, səhvən tərtib olunmuş və ziddiyyətli sualların nəticəsinin iddiaçının xeyrinə hesablanması, təhsil müəssisəsinin əmrinin ləğv edilməsi, ona təhsilverənlər üçün nəzərdə tutulmuş sertifikat verilməsi, Neftçala rayonu, B.Həşimov adına Boyat kənd tam orta məktəbinin 30 iyun 2025-ci il tarixli 40 saylı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək həmin məktəbin ingilis dili müəllimi vəzifəsinə işə bərpa edilməsi və 30 iyun 2025-ci ildən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq məhkəmə müəyyən еtdi: İddiaçı cavabdehlər Neftçala rayon B.Həşimov adına Boyat kənd tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “sertifikasiya imtahanının nəticəsinin texniki və prosedur pozuntularına görə etibarsız sayılması və ləğv edilməsi, səhv tərtib olunmuş və ziddiyyətli sualların nəticədə iddiaçının xeyrinə hesablanması, təhsil müəssisəsinin 30 iyun 2025-ci il tarixli, 40 nömrəli əmrinin ləğv edilməsi və yenidən əvvəlki işinə bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbinə əlavə təqdim edilərək, sertifikasiya imtahanının nəticəsinin texniki və prosedur pozuntularına görə etibarsız sayılması və ləğv edilməsi, səhvən tərtib olunmuş və ziddiyyətli sualların nəticəsinin iddiaçının xeyrinə hesablanması, təhsil müəssisəsinin əmrinin ləğv edilməsi, ona təhsilverənlər üçün nəzərdə tutulmuş sertifikat verilməsi, Neftçala rayonu, B.Həşimov adına Boyat kənd tam orta məktəbinin 30 iyun 2025-ci il tarixli 40 saylı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək həmin məktəbin ingilis dili müəllimi vəzifəsinə işə bərpa edilməsi və 30 iyun 2025-ci ildən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikasının İPM-in 54.2-ci maddəsinə əsasən cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Azərbaycan Respublikasının İPM-in 54.3-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Göstərilənləri nəzərə аlаrаq və Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 49, 50, 54 və 80-cı mаddələrini rəhbər tutаrаq məhkəmə qərаrа аldı: İddia tələbinə İddiaçı cavabdehlər Neftçala rayon B.Həşimov adına Boyat kənd tam orta məktəbinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “sertifikasiya imtahanının nəticəsinin texniki və prosedur pozuntularına görə etibarsız sayılması və ləğv edilməsi, səhvən tərtib olunmuş və ziddiyyətli sualların nəticəsinin iddiaçının xeyrinə hesablanması, təhsil müəssisəsinin əmrinin ləğv edilməsi, ona təhsilverənlər üçün nəzərdə tutulmuş sertifikat verilməsi, Neftçala rayonu, B.Həşimov adına Boyat kənd tam orta məktəbinin 30 iyun 2025-ci il tarixli 40 saylı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək həmin məktəbin ingilis dili müəllimi vəzifəsinə işə bərpa edilməsi və 30 iyun 2025-ci ildən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi” kimi baxılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar