Məhkəmə qərarları › İş №2-1(120)-432/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-432/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-432/2023 14.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, XX katibliyi, İddiaçının vəkili X5, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “JN-281, KOD-91004018 nömrəli Dövlət aktından və **********97 və **********99 reyestr nömrəli çıxarışlarda ailə üzvü kimi qeyd olunmuş X10 adının çıxarılması və yeni çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına Şirvan şəhərində, məhkəmənn inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı JN-281, KOD-91004018 nömrəli Dövlət aktından və **********97 və **********99 reyestr nömrəli çıxarışlarda ailə üzvü kimi qeyd olunmuş X10 adının silinməsi və yeni çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ona ailə üzvlərilə birlikdə 17.34 ha kənd təsərrüfatı təyinatlı ümumi birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair JN- 281, KOD-91004018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı və aktın əsasında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********97 reyestr nömrəli və **********99 nömrəli reyestr nömrəli çıxarışlar verilmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN-281, KOD-91004018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında və **********97 reyestr nömrəli və **********99 nömrəli reyestr nömrəli çıxarışlarda ailə üzvü kimi X29 yazılmışdır. Qeyd edir ki, ailə üzvləri arasında və onun X29 adlı qızı yoxdur və onun adı səhvən qeyd olunmuşdur. Onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahələrinə dair yuxarıda göstərilmiş sənədlərdə düzəliş edilərək dəyişdirilməsi və yeni çıxarışlar verilməsini DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsindən xahiş etsə də, idarə tərəfindən onlara ünvanlanmış 05 aprel 2022-ci il tarixli məktubda məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edəsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatdan göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, Qəfərov X19 rayonu Axtaçı-Şirvan kəndində yerləşən JN-281, kod 91004018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında dövlət qeydiyyatına alınmış çıxarış sənədlrindən X10 adının çıxarılması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Bildirirlər ki, Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-281 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədində və onun əsasında hazırlanmış ********** və ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarş” sənədlərində X20 düşən hissənin başqasına keçirilməsi, özgəninkiləşdirilməsi (alqı-satqısı, bağışlanılması, vərəsəlik edilməsi və s.) barədə notarial təsdiq edilmiş müqavilə təqdim edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz etdiklərini bildirdi. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X30, X31, X21, X37, X32, X33, X29, X11, X25, X34, X8, X41 və X38 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-432/2023 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək JN-281, KOD-91004018 nömrəli Dövlət aktından və **********97 və **********99 reyestr nömrəli çıxarışlarda ailə üzvü kimi qeyd olunmuş X10 adının çıxarılması və yeni çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X12 iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə İmişli rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Hacıqabul rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı JN-281, KOD-91004018 nömrəli Dövlət aktından və **********97 və **********99 reyestr nömrəli çıxarışlarda ailə üzvü kimi qeyd olunmuş X10 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan JN-281 KOD 91004018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən müəyyən edilir ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarına əsasən 17.34 ha torpaq sahəsi X26 və onun ailə üzvləriQəfərova Suğra Məmmədhəsən qızının, İddiaçı, X13, X14, X10, X15, X6, X16, X9 X17, X18, X4, X27. X22 və X23 mülkiyyətinə verilmiş və kitabda 981-ci nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlardan görünür ki, Hacıqabul rayonu, Axtaçı Şirvan kəndi ərazisindən 5.5335 ha və 11.8033 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçı X32 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsinin məhkəmənin sorğusuna əsasən ünvanladığı xx.xx.2022-ci il tarixli, 234-05/13 nömrəli məktubundan görünür ki, X29 adlı şəxs barəsində elektron informasiya sistemində hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Meyniman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəmənin sorğusuna əsasən məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 17 nömrəli arayışından görünür ki, aqrar islahat aparılan zaman səhvən JN- 281, KOD 91004018 nömrəli Dövlət aktında və **********597-**********599 reyester nömrəli çıxarışlarda X29 yazılmışdır. X2 Elxan Fəyyaz oğlunun ailə üzvü olmayıb və İddiaçı təsərrüfatbaşına kitabda adı qeyd olunmamışdır. İş materiallarında olan Hacıqabul rayon Polis Şöbəsinin məhkəmənin sorğusuna əsasən məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 159-21868-1222 nömrəli məktubundan görünür ki, X1 rayonu Meyniman kəndi (keçmiş Kalinovka) İƏD-də qeydiyyatda olmayıb və yaşamır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı adına verilmiş JN-281, KOD 91004018 nömrəli Dövlət aktının və **********597-**********599 reyester nömrəli çıxarışlar və həmin çıxarışların verilməsinə əsas olan sənədlər məhkəməyə göndərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********83 nömrəli ərizənin cavablandırılması haqqında məktubdan qeyd edilmişdir ki, Hacıqabul rayonu, Axtaçı Şirvan kəndində yerləşən 11.8033 ha və 5.5335 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-281 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədi əsasında dövlət qeydiyyatına alınmış “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarş” sənədindən X10 adının çıxarılması ilə bağlı müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-281 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" sənədində və onun əsasında hazırlanmış ********** və ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarş” sənədlərində X20 düşən hissənin başqasına keçirilməsi, özgəninkiləşdirilməsi (alqı-satqısı, bağışlanılması, vərəsəlik edilməsi və s.) barədə notarial təsdiq edilmiş müqavilə təqdim edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi rayonda aqrar islahat aparılan zaman hazırkı iş üzrə üçüncü şəxs kimi qeyd edilən X29 həmin təsərrüfatda qeydiyyatda olmamış və həmin təsərrüfatla heç bir hüquqi bağlılığı mövcud olmamışdır. Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Sürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubundan qeyd edilmişdir ki, aqrar islahat aparılan zaman səhvən JN-281, KOD 91004018 nömrəli Dövlət aktında və **********597-**********599 reyester nömrəli çıxarışlarda X29 yazılmışdır. X2 Elxan Fəyyaz oğlunun ailə üzvü olmayıb və İddiaçı təsərrüfatbaşına kitabda adı qeyd olunmamışdır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, çıxarışda və dövlət aktında adı qeyd edilən X10 aqrar islahat aparılan zaman ümumiyyətlə qeyd edilən ərazidə yaşamaması və iddiaçının ailə üzvü olmaması həmin şəxsin adının qeyd edilən sənədlərdən çıxarılması mülkiyyət hüququnun toxunulmazlığının pozulması kimi qəbul edilə bilməz. Qurumun hər hansı prosedur qaydasında formal pozuntular törətməsi vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Göründüyü kimi, iddiaçının tələbi qanuni olduğundan və tələbində qeyd edilən əsasları məhkəmədə sübut etdiyindən, inzibati orqan tərəfindən verilən imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə N-281, KOD-91004018 nömrəli Dövlət aktından və **********97 və **********99 reyestr nömrəli çıxarışlarda ailə üzvü kimi qeyd olunmuş X10 adının şəhadətnamədən çıxarılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. JN-281, KOD-91004018 nömrəli Dövlət aktından və **********97 və **********99 reyestr nömrəli çıxarışlarda ailə üzvü kimi qeyd olunmuş X10 adının çıxarılması və yeni çıxarışların verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar