Məhkəmə qərarları › İş №2-1(120)-433/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-433/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-433/2021 07.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı7, İddiaçı8, İddiaçı5 və İddiaçı6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Astara rayonunun Giləkəran kəndi ərazisində yerləşən 0,82 hektar torpaq sahəsinin paylı mülkiyyətlərinə verilməsinə dair JN-941 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət X1 ata adına düzəliş edilib X24, X8 adına düzəliş edilib X12, X5 adına düzəliş edilib İddiaçı8 və X9 ata adına düzəliş edilib Hünər yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı7, İddiaçı8, İddiaçı5 və İddiaçı6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Astara rayonunun Giləkəran kəndi ərazisində yerləşən 0,82 hektar torpaq sahəsinin paylı mülkiyyətlərinə verilməsinə dair JN- 941 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət X1 ata adına düzəliş edilib X24, X8 adına düzəliş edilib X12, X5 adına düzəliş edilib İddiaçı8 və X9 ata adına düzəliş edilib Hünər yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə təqdim olunmuş, həmçinin tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçılara və cavabdehə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan JN-9xx xxx 80109048 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 və ailə üzvləri X20, X6, X13, X14, X10, X7, X15 Astara rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 02 iyul tarixli 18 nömrəli qərarı ilə verilmiş 0,82 ha torpaq sahəsinə dair dövlət aktı tərtib edilmişdir. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara inzibati ərazi nümayəndəliyi Giləkəran sovxozunun islahatı ilə əlaqədar olaraq Giləkəran kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, İddiaçı1, X35 qızının, X3, X8, X11, X5, X4, X9 adları siyahıya daxil edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədində ifadə olunan hüquq inzibati akta – Aqrar İslahat Komissiyasının qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahəsi vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyasının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahiblərinə “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. «Astara rayon İcra Hakimiyyəti başçısının Astara inzibati ərazi nümayəndəliyi Giləkəran sovxozunun islahatı ilə əlaqədar olaraq Giləkəran kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahası»na əsasən İddiaçı1, X35 qızının, X3, X8, X11, X5, X4, X9 mülkiyyətinə 0,82 ha torpaq sahəsi verilmiş və JN-941 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir. Dövlət Aktına hüquq sahiblərinin İddiaçı1, X35 qızı, X16, X21, X22, X19, X17, X2 daxil edilməsi rayon aqrar islahat komissiyasının qərarı ilə həll edilmiş məsələdir. Mübahisələndirilən Torpağa mülkiyyət hüququna dair dövlət aktının əsasını təşkil edən Astara rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 02 iyul tarixli 18 saylı qərarı hər hansı orqan tərəfindən ləğv edilməmiş, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşməmişdir. Buradan, iddia olunan dövlət aktının ləğv olunduğu halda belə, inzibati aktın qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu maddəsində qeyd olunmuşdur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 2.3-cü maddəsində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamsını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olmasını nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı7, İddiaçı8, İddiaçı5 və İddiaçı6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Astara rayonunun Giləkəran kəndi ərazisində yerləşən 0,82 hektar torpaq sahəsinin paylı mülkiyyətlərinə verilməsinə dair JN-941 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət X1 ata adına düzəliş edilib X24, X8 adına düzəliş edilib X12, X5 adına düzəliş edilib İddiaçı8 və X9 ata adına düzəliş edilib Hünər yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı7, İddiaçı8, İddiaçı5 və İddiaçı6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Astara rayonunun Giləkəran kəndi ərazisində yerləşən 0,82 hektar torpaq sahəsinin paylı mülkiyyətlərinə verilməsinə dair JN-941 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət X1 ata adına düzəliş edilib X24, X8 adına düzəliş edilib X12, X5 adına düzəliş edilib İddiaçı8 və X9 ata adına düzəliş edilib Hünər yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar