Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-433/2025 08.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 saylı qərarının ləğv edilməsi, İddiaçı sağlamlıq imkanları 61-80 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi və əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-433/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 14 fevral 2024-cü il tarixli, 3-17-4/3-3-1208/2024 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi və ona 60-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-433/2025 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 saylı qərarının ləğv edilməsi, İddiaçı sağlamlıq imkanları 61-80 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi və əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1986-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. Hal-hazırda Beyləqan rayonunda yaşayır və qeydiyyatdadır. Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərk xəsarət almışdır. Belə ki, Anamnezi: anamnezindən məlum olur ki, irsiyyəti ruhi-əsəb xəstəliklərilə ağırlaşmayıb. Anadan normal doğulub. Erkən inkişafı adi olub. Orta təhsillidir. Hərbi xidmətdə tam olub. xx.xx.2020-ci il tarixdə könüllü hərbi xidmətə çağırılıb. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Barotravma hər iki təbil pərdəsinin quru perforasiyası” xəsarətini almışdır. (əsas: N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2668-ci il tarixdə travma haqqında arayışı), ilk tibbi yardım olunduqdan sonra Füzuli RMX-na taxliyə olunmuşdur. Xəstə müayinə olunaraq ambulator yardım edilmişdir. xx.xx.2020-ci il tarixdə MN MHP da şəhadətləndirilərək 20 (iyirmi) gün məzuniyyət verilmişdir. (əsas: 15654 nömrəli arayış) xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunub. xx.xx.2021-ci il tarixdə tibb elmlər doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Postkommosion pozuntu F07i Postravmatik stress pozuntusu F43.2” diaqnozu təyin edilmişdir. Səfərbərlik və Hərbi Xidmət; Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. SQ baş nevroloqu, psixiatri, SQ BKH-nın travmatoloqu otorinolarinqoloqu ilə konsultasiya olunmuşdur. Aparılmış müalicələr və müddətlər: xx.xx.2021-xx.xx.2021 tarixində MN Mərkəzi Hərbi Poliklinikası müayinədə və müalicədə olmuşdur. Obyektiv müayinənin məlumatları: Dəri və dərialtı toxumalar-Dərialtı piy qatı norm inkişaf etmişdir. Dəri örtüyü və görünən selikli qişaları adi rəngdədir; Limfa vəziləri - Perifer limfa vəziləri böyüməmişdir; Tənəffüs sistemi - Perkussiyada ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir; Ürək, qan damar sistemi - Nəbzi ritm dəqiqədə sayı 76 vurğudur. A/T 110/60 mm.cv.st. Ürəyin nisbi kütlüyünün hüdudları norma daxilindədir. Ürək tonları aydındır; Həzm sistemi - Dili nəm, təmizdir. Palpasiya zamanı qarnı yumşaq, ağrısızdır; Sidik və cinsiyyət sistemi - Bel nahiyesində döyəcləmə simptomu hər iki tərəfdə mənfidir. Fizioloji aktlar sərbəstdir; Digər - düzgün bədən quruluşludur; Həkim müayinələrinin nəticələri: psixiatr - verilən suallara əsəbi, qısa cavablar verir. Yaddaşı zəifləmişdir. Zahirən narahatdır, gərgindir. Əhval ruhiyyəsi enibdir. Davranışı qeyri-adekvatdır. Bir yerdə qərar tutmur. Bələdliliyi hər növlər üzrə saxlanılır, müsbət psixoproduktiv simptomatika qeyd edilmir, emosional labildir (xx.xx.2021); nevropatoloq - huşu aydındır. Kəllə-beyin sinirləri patalogiyasızdır. Göz almalarının hərəkəti tamdır. Hissi, hərəki pozulmalar aşkar edilmir, irəli uzadılmış əllərdə zəif tremor və hiperhidroz aşkar edilir. Romberq vəziyətində dayanıqlıdır. Vətər, sümüküstlüyü refleksləri tam həcmdədir. D=S, orta canlıdır. (xx.xx.2021); otorinolarinqoloq - Pıçıltı nitqini eşitməsi sol qulaqda 1 metr, sağ qulaqda 3,5 metr məsafədəndir. (xx.xx.2021); oftalmoloq - Visus OD = 0,5, korreksiya ilə 1,0. Visus OS=1,0 (xx.xx.2021); Xüsusi müayinələrin (rentgenoloji, instrumental və s.) nəticələri: Fluqrafiya - sol ağciyərin aşağı payında zəif fibroz dəyişiklər izlənilir. Sağ diz oynağında oynaq yarıqları arasında hündürlük məzafəsi daralıb. Sarğı nahiyəsində rentgenoloji dəyişiklik yoxdur. (xx.xx.2021); Laborator müayinələrin nəticələri: Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuzianın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası. Barotravma (xx.xx.2020): hər iki təbil pərdəsinin quru perforasiyası, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3,5 (üç tam onda beş) metr məsafədən eşitməsi ilə diaqnozu qoyulmuşdur. Ona əlillik dərəcəsinin təyinin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin cavabdeh orqan əlillik dərəcəsinin təyin edilməsindən imtina edərək bildirmişdir ki, diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Hesab edir ki, cavabdeh orqan açıq-aşkar ölkə üzrə xəstə və əlil olmuş vətəndaşların məqsədyönlü şəkildə konstitutsiyada və beynəlxalq qanunlarda təsbit edilmiş və qorunan hüquqlarını pozmaqla məşğuldur. Ona görə də konstitusiyada təsbit edilmiş sosial təminat hüququnun təmin olunması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İPM-nin 2-ci maddəsini rəhbər tutaraq məhkəmədən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 14 fevral 2024-cü il tarixli, 3-17-4/3-3-1208/2024 saylı qərarından görünür ki, Beyləqan rayon sakini xx.xx.1986-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3781/2023 nömrəli qərardadına əsasən İddiaçı 3-17-4/1- 46149/2023 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinə məqsədilə Agentliyə dəvət edilmişdir. Araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli, 17464 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-bevin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş Dostkommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-bevin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası. Barotravma (xx.xx.2020): hər iki təbil pərdəsinin quru perforasivası, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin sol qulağda 1 (bir) metr, sağ gulağda 3,5 (üç tam onda beş) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli, 5136 nömrəli Tibbi rəyində diaqnoz “Keçirilmiş fəlakətdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 5631/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Postkommosion pozuntu. Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 445 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (barotravma) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10435500 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Agentliyin xx.xx.2024-cü il tarixli Audiometriya müayinə nəticəsi: “Sağ qulağda İ dərəcəli (35 db), sol qulağda İİİ dərəcəli (65 db) ağıreşitmə” sindromu qeyd edilmişdir, müayinəsi zamanı patofunksional ağırlaşır. Agentliyin həkim-ekspert oftalmoloqun əyani müayinəsi zamanı diaqnoz “(Vis QD=0,2 k/i 0,3. Vis QS=0,5 k/i 0,6). OU-Qarışıq astiqmatizm. Quru göz Agentliyin həkim-ekspert travmatoloqun əyani kontraktura, atrofiya, hərəkət məhdudluğuna spesifik olan edilməmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağlamlığına dair verilən suallara konkret cavablar verməmiş, ümumi sözlər və sosial yönümlü şikayətlər təqdim etmişdir. Tez-tez qıcolma tutmalarının olduğunu və hətta həmin gün müayinəyə qədər yol gələrkən 4 dəfə Sibazon inyeksiyası edildiyini bildirmiş, lakin müayinə zamanı xəstədə qeyd olunan aktivlik, fiziki süstlüyün olmaması, emosional sferası, habitusu və mühakimə qabiliyyəti bu faktın doğru olmadığını göstərmişdir. Ünsiyyət zamanı emosionallığı maraqlarına uyğun olmuş, koqnitiv fəaliyyətlərində geriləmə və enmə müşahidə edilməmişdir. Sənədlərdə qeyd olunan eşitmə zəifliyi əyani olaraq öz təsdiqini tapmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi (yalnız travma haqqında arayışa əsaslanaraq, intrumental müayinələrlə təsdiq edilməmiş) şəxsiyyət dəyişikliyi. Koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 saylı qərarından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 17464 nömrəli qərarında qeyd edilmişdir: xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Barotravma hər iki təbil pərdəsinin quru perforasiyası” xəsarətini almışdır. (əsas: N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2668-ci il tarixdə travma haqqında arayışı), ilk tibbi yardım olunduqdan sonra Füzuli RMX-na taxliyə olunmuşdur. Xəstə müayinə olunaraq ambulator yardım edilmişdir. xx.xx.2020-ci il tarixdə MN MHP da şəhadətləndirilərək 20 (iyirmi) gün məzuniyyət verilmişdir. (əsas: 15654 nömrəli arayış) xx.xx.2020-ci il tarixdə hərbi xidmətdər ehtiyata tərxis olunub. xx.xx.2021-ci il tarixdə tibb elmlər doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Postkommosion pozuntu F07i Postravmatik stress pozuntusu F43.2” diaqnozu təyin edilmişdir. Səfərbərlik və Hərbi Xidmət; Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. SQ baş nevroloqu, psixiatri, SQ BKH-nın travmatoloqu otorinolarinqoloqu ilə konsultasiya olunmuşdur. Aparılmış müalicələr və müddətlər: xx.xx.2021-xx.xx.2021 tarixində MN Mərkəzi Hərbi Poliklinikası müayinədə və müalicədə olmuşdur. Obyektiv müayinənin məlumatları: Dəri və dərialtı toxumalar - Dərialtı piy qatı norm inkişaf etmişdir. Dəri örtüyü və görünən selikli qişaları adi rəngdədir; Limfa vəziləri - Perifer limfa vəziləri böyüməmişdir; Tənəffüs sistemi - Perkussiyada ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikuiyar tənəffüs eşidilir; Ürək, qan damar sistemi - Nəbzi ritm dəqiqədə sayı 76 vurğudur. A/T 110/60 mm.cv.st. Ürəyin nisbi kütlüyünün hüdudları norma daxilindədir. Ürək tonları aydındır; Həzm sistemi - Dili nəm, təmizdir. Palpasiya zamanı qarnı yumşaq, ağrısızdır; Sidik və cinsiyyət sistemi - Bel nahiyesində döyəcləmə simptomu hər iki tərəfdə mənfidir. Fizioloji aktlar sərbəstdir; Digər - düzgün bədən quruluşludur; Həkim müayinələrinin nəticələri: psixiatr - verilən suallara əsəbi, qısa cavablar verir. Yaddaşı zəifləmişdir. Zahirən narahatdır, gərgindir. Əhval ruhiyyəsi enibdir. Davranışı qeyri-adekvatdır. Bir yerdə qərar tutmur. Bələdliliyi hər növlər üzrə saxlanılır, müsbət psixoproduktiv simptomatika qeyd edilmir, emosional labildir (xx.xx.2021); nevropatoloq - huşu aydındır. Kəllə-beyin sinirləri patalogiyasızdır. Göz almalarının hərəkəti tamdır. Hissi, hərəki pozulmalar aşkar edilmir, irəli uzadılmış əllərdə zəif tremor və hiperhidroz aşkar edilir. Romberq vəziyətində dayanıqlıdır. Vətər, sümüküstlüyü refleksləri tam həcmdədir. D=S, orta canlıdır. (xx.xx.2021); otorinolarinqoloq - Pıçıltı nitqini eşitməsi sol qulaqda 1 metr, sağ qulaqda 3,5 metr məsafədəndir. (xx.xx.2021); oftalmoloq - Visus OD = 0,5, korreksiya ilə 1,0. Visus OS=1,0 (xx.xx.2021); Xüsusi müayinələrin (rentgenoloji, instrumental və s.) nəticələri: Fluqrafiya - sol ağciyərin aşağı payında zəif fibroz dəyişiklər izlənilir. Sağ diz oynağında oynaq yarıqları arasında hündürlük məzafəsi daralıb. Sarğı nahiyəsində rentgenoloji dəyişiklik yoxdur. (xx.xx.2021); Laborator müayinələrin nəticələri: Diaqnoz və xəsarətin(yaralanmanın, travmanın, kontuzianın), xəstəliyin səbəb əlaqəsi haqqında HHKnın qərarı: Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı veqetativ damar distoniyası. Barotravma (xx.xx.2020): hər iki təbil pərdəsinin quru perforasiyası, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3,5 (üç tam onda beş) metr məsafədən eşitməsi ilə diaqnozu qoyulmuşdur. «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». İş materiallarında olan Müdafiə Nazirliyi Hərbi Hissənin xx.xx.2020-ci il tarixli, 2668 nömrəli arayışından görünür ki, xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı Qubadlı rayonu ərazisində yaralanmanın (travmanın, kontuizyanın, xəsarətinin) alınma şəraiti və onun lokalizasiyası dəqiq göstərilməlidir. Düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma. Hər iki təbil pərdəsinin quru perforasiyası xəsarətini almışdır. Təxirəsalınmaz yardım göstərildikdən sonra dərhal sanitar avtomobillə həkim müşayiəti altında Füzuli MRX təxliyyə olunmuşdur. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 17464 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, hər iki təbil pərdəsinin quru perforasiyası, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3,5 (üç tam onda beş) metr məsafədən eşitməsi ilə diaqnozu qoyulmuşdur. «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 5136 nömrəli arayışında qeyd edilmişdir ki, diaqnoz: keçirilmiş fəlakətdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi F 62.0; İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli, 64 nömrəli arayışında qeyd edilmişdir ki, diaqnoz: Üzvi (barotravma) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0; İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, icraatınızda olan İddiaçı Qəhrəman oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə müayinəsi həyata keçirilərək Beyləqan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020). Keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom.Üzvi (barotravma) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Medial meninsik ikincili dərəcəli yırtılması. Suprapatellar bursit. Sağ budun düz əzələsinin yırtılması, patella- femoral xondromalyasiya. Sağ bud sinirinin postravmatik neyropatiyasının qalıq əlamətləri. İkitərfəli orta ağır (lll-İV) dərəcəli qarışıq tip eşitmə azlığı. OU- Görmə sinirinin hissəvi atrofiyası. VİSOD= 0.5 k/ilə 1.0 VİSOS=1.0”. Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə Beyləqan rayon sakini xx.xx.1986-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli, 17464 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş Dostkommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı veqetativ damar distoniyası. Barotravma (xx.xx.2020): hər iki təbil pərdəsinin quru perforasivası, ikitərəfli Qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3,5 (üç tam onda beş) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 445 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (barotravma) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10435500 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, zəif eşitmədən, baş ağrısından, başında küydən, başgicəllənmədən, əsəbilikdən, yuxunun, yaddaşın pozulmasından şikayətlənmişdir. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sağ diz oynağında 180- 90 dərəcə aralığında hərəkəti göstərmiş, hər iki ayaqarxasında nəbz qeyd olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi (barotravma) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Qeyri-sabit kompensasiya mərhələsi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra-göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik. Nəzərə almağınızı xahiş edirik. İddiaçı əlilliyin təyinatından imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 saylı qərarını mübahisələndirmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının mübahisələndirilən xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 saylı iddiaçıya əlilliyin təyinatından imtina qərarını əsassız hesab edir. Məhkəmə qeyd edir ki, Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 17464 nömrəli xəstəlik haqqında şəhadətnaməsi nə qədər ki qüvvədədir iddiaçıya əlillik təyin olunarkən də əlilliyin səbəb əlaqəsi “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, İddiaçı xəstəliyi ilə bağlı ona Mərkəzi Hərbi Həkim Komisiyası tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, 17464 nömrəli xəstəlik haqqında şəhadətnamə xx.xx.2021-ci il tarixli, 17464 xəstəlik haqqında şəhadətnaməsi ilə müəyyən olunmuş vətər, sümüküstlüyü refleksləri tam həcmdədir. D=S, orta canlıdır. (xx.xx.2021); otorinolarinqoloq - Pıçıltı nitqini eşitməsi sol qulaqda 1 metr, sağ qulaqda 3,5 metr məsafədəndir. (xx.xx.2021); oftalmoloq - Visus OD = 0,5, korreksiya ilə 1,0. Visus OS=1,0 (xx.xx.2021); Xüsusi müayinələrin (rentgenoloji, instrumental və s.) nəticələri: Fluqrafiya - sol ağciyərin aşağı payında zəif fibroz dəyişiklər izlənilir. Sağ diz oynağında oynaq yarıqları arasında hündürlük məzafəsi daralıb. Sarğı nahiyəsində rentgenoloji dəyişiklik yoxdur. (xx.xx.2021); Laborator müayinələrin nəticələri: Diaqnoz və xəsarətin (yaraianmanın, travmanın, kontuzianın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası. Barotravma (xx.xx.2020): hər iki təbil pərdəsinin quru perforasiyası, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3,5 (üç tam onda beş) metr məsafədən eşitməsi ilə diaqnozu qoyulmuşdur. «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 saylı qərarı hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi (yalnız travma haqqında arayışa əsaslanaraq, intrumental müayinələrlə təsdiq edilməmiş) şəxsiyyət dəyişikliyi. Koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddiaya qarşı etirazında, həmçinin iddiaçıya əlillik təyinatından bütün imtinalarında qeyd olunan səbəblər (ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və mualicə olunmasina ehtiyac var) heç bir dəlil-sübutla əsaslandırılmadan, izahı və açıqlamaları tibbi sənədlərlə təsdiq olunmadan əlillik təyinatından imtina edilməsi də onun xəstəliyinin hazırki vaxtadək heç bir dəyişiklik olmadan davam etməsini təsdiq edir. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı ona 61-80 faiz olmaqla əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 aprel tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, sonuncu göndərişin verildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2 bəndində nəzərdə tutulan xəstəliklərlə bağlı orqanizmin funksiyalarının pozulması 35-60 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. İddiaçı “Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağır eşitmə diaqnozu iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2.1 bəndinə əsasən 35-60 faiz əlillik meyarlarına uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Göründüyü kimi, imtina əsassızdır və qanunamüvafiq olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 aprel tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə tam riayət etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 saylı qərarının ləğv edilməsi, sağlamlıq imkanları 61-80 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi və əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”də Üzvi “barotravma” 61-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X3 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X3 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” Qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 saylı qərarı ləğv edilməli, İddiaçı 61-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 saylı qərarı ləğv edilsin, İddiaçı sağlamlıq imkanları 61-80 faiz olmaqla 2 il müddətinə əlilliyi müəyyən edilsin və əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-433/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-433/2025
08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver