Məhkəmə qərarları › İş №2-1(120)-434/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-434/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-434/2020 16.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının vəkili X3 (Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 93 A-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək kitabçasında olan iş illəri və hərbi xidmət müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 07.07.1954-cü il tarixdə ünvan 3ində doğulmuş, ünvan 3ində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh 16 dekabr 2019-cu il tarixli, **********5 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18.12.1986- 04.03.2002-ci illərdə X12 X14 Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və s. barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd edilən iş illəri və hərbi xidmət müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16.06.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07.07.1954-cü ildə ünvan 3ində anadan olmuş, hazırda Marışlı kəndində yaşayır. 1965-ci ildən 2002-ci ilə əmək fəaliyyəti ilə məşğul olur. Salyan rayonu Arbatan kəndində yerləşən Frunze kolxozunda 31.12.1965- 20.04.1971-ci ilə kimi kolxozda, 02.09.1971-03.05.1973-cü illərdə SMD (PMK) 23-də işləmiş, 06.05.1973-06.05.1975-ci illərdə hərbi xidmətdə olmuş, 24.05.1975-19.12.1986-cı illərdə TTK 3-də, 18.12.1986-04.03.2002-ci illərdə X12 X14 Cəmiyyətində işlədiyi təsdiq olunmuşdur. Həmin müddətdə işlədiyi əmək stajı əmək kitabçasına işlənmişdir. 07.01.2018-ci il tarixdən əmək pensiyası hüququ yaranmışdır. Bunun üçün Cavabdehnə müraciət etmiş və pensiya təyin edilmişdir. 01.12.2019-cu il tarixdə araşdırmadan sonra 25 il sığorta stajı müəyyən edilmədiyi üçün əmək pensiyası hüququ olmadığı ona bildirilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdehnə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının, 04.05.1973-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletinin surətlərini, 24.11.2017-ci il tarixli, 595 nömrəli arxiv arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 07 iyul 1954-cü il tarixdə doğulmuş və 07 yanvar 2018-ci il tarixdə 63 yaş 6 ayı (1 iyul 2017-30 iyun 2018-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 63 il 6 aydır) tamam olmuşdur. İddiaçının əmək kitabçasında olan iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 16708666 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 07.07.1954-cü il tarixdə Biləsuvar rayonunun Marışlı kəndində anadan olmuş, ünvan 3ində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 31.12.1966-cı il tarixli, 202 nömrəli və 14.05.1979-cu il tarixli, ИТ-İ ******* əmək kitabçalarının surətlərindən görünür ki, İddiaçı Salyan rayonu Arbatan kəndində yerləşən Frunze kolxozunda 31.12.1965-20.04.1971-ci ilə kimi kolxozda, 02.09.1971-03.05.1973-cü illərdə SMD (PMK) 23-də işləmiş, 24.05.1975-19.12.1986-cı illərdə TTK 3-də, 18.12.1986-04.03.2002-ci illərdə X12 X14 Cəmiyyətində işləmişdir. İşdə olan İddiaçı 04.05.1973-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletinin surətlərindən görünür ki, 06.05.1973-06.05.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan X9 filialının 24.11.2017-ci il tarixli, 595 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1965-1972-ci illərdə Salyan rayonu Arbatan kəndində yerləşən Frunze kolxozunda işləmişdir. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı 16.12.2019-cu il tarixli, **********5 nömrəli məktubundan görünür ki, araşdırma zamanı azı 25 il sığorta stajı müəyyən edilmədiyi üçün yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən edilmişdir. Əmək kitabçasında işləməyinə dair müvafiq qeydlərin olmasına baxmayaraq əmək kitabçası üzrə 1986-2002-ci illərə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi mümkün olmadığı üçün, qanunvericiliyin tələblərinə görə göstərilən dövrün sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir, yəni həmin dövr nəzərə alınmadıqda yaşa görə əmək pensiyası hüququ verən azı 25 il sığorta stajına malik deyildir. Təyinat əsassız olduğu üçün mövcud qanunvericiliyin tələblərinə görə ödənilən pensiyanın dayandırılması, artıq ödənilmiş 3322,43 manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpası və digər zəruri tədbirlərin görülməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Salyan rayon Statistika İdarəsinin 05.02.2020-ci il tarixli, 47 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan "xxxx" X14 Cəmiyyəti hal hazırda X5 Reyestrində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin 12.02.2020-ci il tarixli, **********51900 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 09.02.1998-ci il tarixli, 244 saylı sərəncamı ilə Salyan İxtisaslaşdırılmış nəqliyyat müəssisəsinin bazasında və onun hüquqi varisi olaraq "xxxx" X14 Cəmiyyəti yaradılmış və cəmiyyət 24.02.1998-ci il tarixdə D-2537 nömrəli dövlət qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, 24.02.1999-cu il tarixdə ********* nömrəli 9 rəqəmli inventarizasiya zamanı isə 15.02.2005-ci il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə ilə 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 19.02.2020-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 3ində yaşayan İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ verən azı 25 il sığorta stajı müəyyən edilmişdir. 1991-2002-ci illər üzrə MDSS haqlarının ödənilməsi şərtilə işləməsi faktını müəyyən etmək mümkün olmadığı üçün, eyni zamanda göstərilən illər nəzərə alınmadıqda, onun yaşa görə əmək pensiyası hüququ verən azı 25 il sığorta stajı olmadığı müəyyən edilmişdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 19.03.2020-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ verən azı 25 il ((əmək kitabçalarında (ИТ-İ 036591, 202 (kolxoz)) olan qeydlərə əsasən 30 il 07 ay27 gün, ondan 02.09.1971-03.05.1973, 24.06.1975-01.12.1975-ci illər üzrə əmək kitabçasında arayışlara əsasən qeyd edilmiş, lakin arayışları əlavə edilməyən, yəni sığorta stajı kimi nəzərə alınması mümkün olmayan və 18.12.1986-04.03.2002-ci illər üzrə işləməsi faktının dəqiqləşdirilməsi mümkün olmayan, yəni sığorta stajı kimi müəyyən edilməsi mümkün olmayan 18 il 03 ay 24 gün+02 il hərbi xidmət=32 il 07 ay 27 gün sığorta stajı müəyyən edilmişdir. 02.09.1971- 03.05.1973, 24.06.1975-01.12.1975-ci illər üzrə işləməsi barədə əmək kitabçasındakı qeydlərə müvafiq arayışlar əlavə edilmədiyi üçün 02 il 01 ay 08 gün və 18.12.1986-04.03.2002-ci illər üzrə 16 il 02 ay 16 gün MDSS haqlarının ödənilməsi şərtilə işləməsi faktını müəyyən etmək mümkün olmadığı üçün, ümumilikdə 18 il 03 ay 24 gün işləməsi faktı təsdiqlənmədiyi üçün, yəni göstərilən illərin sığorta stajı kimi hesablanması mümkün olmadığı üçün, eyni zamanda göstərilən illər nəzərə alınmadıqda, onun yaşa görə əmək pensiyası hüququ verən azı 25 il sığorta stajının olmadığı müəyyən edilmişdir. İşdə olan X1 notarial qaydada təsdiq edilmiş 05.05.2020-ci il tarixli ərizəsindən görünür ki, ünvan 3i ünvanında qeydiyyatda olan İddiaçı ilə birlikdə 18.12.1986-04.03.2002-ci illərdə X12 X14 Cəmiyyətində işləmişdir. İşdə olan 08.07.1982-ci il tarixli, ИТ-İ ******* əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X4 14.01.1985-cü il tarixdən 31.10.2003-cü il tarixədək X12 X14 Cəmiyyətində işləmişdir. İşdə olan 18.05.2020-ci il tarixli, **********1 nömrəli arayışdan görünür ki, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 16-da qeydiyyatda olan X4 13.01.2015-ci il tarixdən 2-ci qrup əlil kimi pensiya təyin olunub. Hər ayda 248 manat 81 qəpik pensiya alır, pensiyanın müddəti 13.01.2021-ci ilədəkdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 12.05.2020-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, X12 X14 Cəmiyyəti 01.01.1991-ci il tarixdə Cavabdehndə qeydiyyata duraraq həmin tarixdən 01.10.2006-cı il tarixədək MDSS haqları üzrə hesabat təqdim etmişdir. 01.10.2006-cı il tarixdən hal hazıradək fəaliyyəti olmamış və hesabat təqdim etməmişdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 03.06.2020-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, X1 təqdim etdiyi ərizəsi və əlavə olunmuş zəruri sənədləri nəzərə alınmaqla, şöbənin 03.04.2015-ci il tarixli qərarına əsasən, əmək kitabçasında 14.01.1985-ci il tarixdən 20.01.2003-cü il tarixədək X12 X14 Cəmiyyətində işləməsinə dair müvafiq qeydlərin olmasına baxmayaraq, göstərilən müddətdən 14.01.1985-01.01.1999-cu illər sosial sığorta stajına daxil edilməklə, ona 13.01.2015-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İşdə olan Məmmədov Bilal Mirzəmməd oğlunun notarial qaydada təsdiq edilmiş 01.06.2020-ci il tarixli ərizəsindən görünür ki, ünvan 3i ünvanında qeydiyyatda olan İddiaçı ilə birlikdə 1986-1996-cı illərdə X12 X14 Cəmiyyətində işləmişdir. İşdə olan 20.03.1975-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, Məmmədov Bilal Mirzəmməd oğlu 1986-1996-cı illərdə X12 X14 Cəmiyyətində işləmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların aktların qüvvəsi geriyə şamil olunmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə 31.12.1966-cı il tarixli, 202 nömrəli və 14.05.1979-cu il tarixli, ИТ-İ ******* əmək kitabçalarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Həmin əmək kitabçasına əsasən onun 1965-2002-ci il tarixlərdə fasilələrlə əmək fəaliyyətində olduğu müəyyən olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir.Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən mübahisələndirilən inzibati aktın və ya inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasında qeyd edilən iş illəri və hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı əmək kitabçasında qeyd edilən iş illəri və hərbi xidmət müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək kitabçasında qeyd edilən iş illəri və hərbi xidmət müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə(Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar