Məhkəmə qərarları › İş №2-1(120)-434/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-434/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-434/2025 10.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 20 fevral 2001-ci il tarixli 6 saylı sərəncamı və JN-4223 KOD 60700001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” xx.xx.2004-cü il tarixli şəhadətnamə əsasında 34 il müddətinə icarəyə verilmiş 23 ha torpaq sahəsi üzərində istifadə hüququnun mərhum atam X7 aid olması və hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “mərhum X7 34 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 23.0 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi öhdəilyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Beyləqan rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək, “Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 20 fevral 2001-ci il tarixli 6 saylı sərəncamı və JN-4223 KOD 60700001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” xx.xx.2004-cü il tarixli şəhadətnamə əsasında 34 il müddətinə icarəyə verilmiş 23 ha torpaq sahəsi üzərində istifadə hüququnun mərhum atam X7 aid olması və hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 06 saylı sərəncamı və xx.xx.2003-cü il tarixli icarə müqaviləsi əsasında mərhum X2na 34 il müddətinə 23.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmişdir. Yuxarıda qeyd etdiyi torpaq sahəsi qeyd etdiyi tarixdən onların istifadəsindədir. X2 xx.xx.2015-ci il tarixdə dünyasını dəyişmişdir. Qeyd etdiyi torpaq sahəsinə dair aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə mərhum atasının adına olan torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsindən ötrü müraciət etsədə, ona cavabdeh orqan tərəfindən bildirilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı xx.xx.2003-cü il tarixli, 01 saylı icarə müqaviləsi və JN-4223, kod 60700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnamədə torpaq sahəsinin icarə müddətinin 34 (otuz dörd) il olması qeyd edilsə də, Ərazi İdarəsinin elektron məlumat bazasında JN-4223, kod 60700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnaməyə aid dbf məlumatda (adlı siyahı) icarə müddətinin 14 (on dörd) il olmaqla göstərilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq xx.xx.2003-cü il tarixli, 01 saylı icarə müqaviləsi və JN-4223, kod 60700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnamədə göstərilən icarə müddətinin yoxsa, Ərazi İdarəsinin elektron məlumat bazasında JN-4223, kod 60700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnaməyə aid dbf məlumatda (adlı siyahı) göstərilən icarə müddətinin düzgün olması barədə məlumat verilməsinə, həmçinin JN-4223, kod 60700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnamənin tərtib edilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin Ərazi İdarəsinə təqdim edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq Beyləqan rayon ərazisində yerləşən 23.0 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması ilə bağlı 22 may 2023cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinin icrası 1 (bir) ay müddətinə dayandırılaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müraciət edilmişdir. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 21,06.2023-cü il tarixli, ********* nömrəli cavab məktubuna qoşma edilmiş sənədlərdə sözügedən torpaq sahəsinə aid 02 yanvar 2003-cü il tarixli 01 saylı icarə müqaviləsində icarə müddəti 14 (on dörd) il qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında Beyləqan rayon ərazisində yerləşən 23.0 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması ilə bağlı 22 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinin icrasından imtina edilmişdir. Cavabdeh orqanın imtinası tam qanunsuzdur. Belə ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 06 saylı Sərəncamında açıq aşkar qeyd edilmişdir ki, mərhum X2na 34 il müddətinə 23.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmişdir. Bundan başqa mərhum X2 ilə xx.xx.2003-cü il tarixli icarə müqaviləsi bağlanmış və ona 34 il müddətinə 23.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Bundan başqa Torpaqdan müvəqqəti istifadə hüququna dair JN 4223, KOD 60700001 nömrəli şəhadətnamə qeyd edilən müqavilə və sərəncama əsasən verilmişdir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsini qəbul etməyərək iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı xx.xx.2003cü il tarixli, 01 saylı icarə müqaviləsi və JN-4223, kod 60700001 nömrəii Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnamədə torpaq sahəsinin icarə müddətinin 34 (otuz dörd) ii olması qeyd edilsə də, Ərazi İdarəsinin eiektron məlumat bazasında JN-4223, kod 60700001 nömrəii Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnaməyə aid dbf məlumatda (adlı siyahı) icarə müddətinin 14 (on dörd) il olmaqla göstərilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq xx.xx.2003-cü il tarixli, 01 saylı icarə müqaviləsi və JN-4223, kod 60700001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnamədə göstərilən icarə müddətinin yoxsa, Ərazi İdarəsinin eiektron məlumat bazasında JN-4223, kod 60700001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnaməyə aid dbf məlumatda (adlı siyahı) göstərilən icarə müddətinin düzgün olması barədə məlumat verilməsinə, həmçinin JN-4223, kod 60700001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnamənin tərtib edilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin Ərazi İdarəsinə təqdim edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq Beyləqan rayon ərazisində yerləşən 23.0 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması ilə bağlı müraciətin icrası 1 (bir) ay müddətinə dayandırılmış və Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müraciət edilmişdir. Müraciətə cavab olaraq sözügedən torpaq sahəsinə aid 02 yanvar 2003-cü il tarixli 01 saylı icarə müqaviləsində icarə müddətinin 14 (on dörd) il qeyd edilməsi bildirilmişdir. İddia tələbinə etiraz etdiklərini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X10 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Beyləqan rayonu ərazisində yerləşdiyindən və Beyləqan rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 06 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Beyləqan şəhər sakini X6 rayonun tabeliyin olan Dövlət asudə ehtiyat fondu torpaqlarından kənd təsərrüfatı məhsull istehsal etmək məqsədi ilə uzunmüddətə müvəqqəti istifadəsinə 23 (iyirmi üç) hektar torpaq sahəsinin ayrılması barədə 16 sentyabr 2000-ci il tarixli, S-280 saylı ərizəsi nəzərə alınmış, Rayonun tabeliyində olan Dövlət asudə ehtiyat fondu torpaqlarından kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə Beyləqan şəhər sakini X8 uzunmüddətə müvəqqəti istifadəsinə 23 (iyirmi üç) hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2003-cü il tarixli, 01 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısı ilə X11 arasında 34 il müddətinə 23 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalına dair icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan JN-4223, KOD 60700001 nömrəli “Torpağın müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Beyləqan şəhər sakini X7 Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 06 saylı sərəncamı və xx.xx.2003-cü il tarixli, 01 saylı icarə müqaviləsi ilə Beyləqan rayonu Dövlət asudə ehtiyat fondu torpaq sahəsindən 34 il müddətinə 23 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, AZ-İ 707934 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin may ayının 13 günündə 40 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti başçısı aparatının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-37-3/2-S-3-104/2023 nömrəli məktubundan görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti rayonun Beyləqan şəhər sakini mərhum X7 Beyləqan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 06 saylı Sərəncamı ilə xx.xx.2003-cii il tarixli 01 saylı icarə müqaviləsi əsasında rayonun inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı dövlət fondu qış otlağından 34 il müddətinə icarəsinə ayrılmış 23,0 hektar torpaq sahəsinin icarəçi vəfat etdiyi üçün icarə müddətinin bitdiyi (xx.xx.2037-ci ilədək) tarixədək “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 7- ci bəndinə uyğun olaraq icarə müqaviləsi üzrə hüquqlarının varisi olaraq oğlu İddiaçı keçməsinə etiraz etmirlər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladı xx.xx.2023-cü il tarixli, 3- 21-3-45/2-4654/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı xx.xx.2003-cü il tarixli, 01 saylı icarə müqaviləsi və JN-4223, kod 60700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnamədə torpaq sahəsinin icarə müddətinin 34 (otuz dörd) il olması qeyd edilsə də, Ərazi İdarəsinin elektron məlumat bazasında JN-4223, kod 60700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnaməyə aid dbf məlumatda (adlı siyahı) icarə müddətinin 14 (on dörd) il olmaqla göstərilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq xx.xx.2003-cü il tarixli, 01 saylı icarə müqaviləsi və JN-4223, kod 60700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnamədə göstərilən icarə müddətinin yoxsa, Ərazi İdarəsinin elektron məlumat bazasında JN-4223, kod 60700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnaməyə aid dbf məlumatda (adlı siyahı) göstərilən icarə müddətinin düzgün olması barədə məlumat verilməsinə, həmçinin JN-4223, kod 60700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnamənin tərtib edilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin Ərazi İdarəsinə təqdim edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq Beyləqan rayon ərazisində yerləşən 23.0 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması ilə bağlı 22 may 2023cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizin icrası 1 (bir) ay müddətinə dayandırılaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müraciət edilmişdir. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 21,06.2023-cü il tarixli, ********* nömrəli cavab məktubuna qoşma edilmiş sənədlərdə sözügedən torpaq sahəsinə aid 02 yanvar 2003-cü il tarixli 01 saylı icarə müqaviləsində icarə müddəti 14(on dörd) il qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında Beyləqan rayon ərazisində yerləşən 23.0 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması ilə bağlı 22 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinin icrasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 10/4550 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmiş və qeyd edilmişdir ki, Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 06 saylı sərəncamı ilə mərhum X7 34 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilmiş 23.0 ha torpaq sahəsi 20 fevral 2001-ci ildə dövlət mülkiyyətində olan X12 torpaqları kateqoriyasina aid əkin torpaq sahəsi olduğu, mövcud baza məlumatlarında (X3 X4) qeyd edilən 23 ha torpaq sahəsinin 22.46 ha hissəsi X12 Torpaqları kateqoriyasina aid dövlət mülkiyyətində olan əkin torpaq sahəsi, 0.54 ha hissəsi isə X12 Torpaqları kateqoriyasina aid dövlət mülkiyyətində olan tikinti altında olan torpaqlar kimi qeyd olunduğu, torpaq sahəsinin təyinatı kənd təsərrüfatına yararlı əkin sahəsi olduğu üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56 maddəsinin 2-ci bəndinə əsasən özəlləşdirilə bilmədiyi, yalnız kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilə bildiyi, İddiaçı istifadəsində olduğu, digər şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşmədiyi, mühafizə-sanitariya zolağına düşmədiyi müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 20 fevral 2001-ci il tarixli 6 saylı sərəncamı və JN-4223 KOD 60700001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” xx.xx.2004-cü il tarixli şəhadətnamə əsasında 34 il müddətinə icarəyə verilmiş 23 ha torpaq sahəsi üzərində istifadə hüququnun mərhum atam X7 aid olması və hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 20 fevral 2001-ci il tarixli 6 saylı sərəncamını və JN-4223 KOD 60700001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” xx.xx.2004-cü il tarixli şəhadətnaməni) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair imtinada olan əsasların olmadığı müəyyən edilmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 20 fevral 2001-ci il tarixli 6 saylı sərəncamına və JN-4223 KOD 60700001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” xx.xx.2004-cü il tarixli şəhadətnaməsinə münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 20 fevral 2001-ci il tarixli 6 saylı sərəncamı əsasında X7 23 hektar torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır, eyni zamanda həmin sərəncama dair iddiaçının etimad hüququnun qorunmasını istisna edən əsaslar müəyyən edilməmişdir. Məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Eyni zamanda torpağın ayrılmasına dair Sərəncam ləğv edilməmiş, hal-hazırda qüvvədə olmaqla hər hansı qaydada mübahisələndirilməmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4550 nömrəli nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 20 fevral 2001-ci il tarixli 6 saylı sərəncamı və JN-4223 KOD 60700001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” xx.xx.2004-cü il tarixli şəhadətnamə əsasında 34 il müddətinə icarəyə verilmiş 23 ha torpaq sahəsi üzərində istifadə hüququnun mərhum X2na aid olması və hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 20 fevral 2001-ci il tarixli 6 saylı sərəncamı və JN- 4223 KOD 60700001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” xx.xx.2004-cü il tarixli şəhadətnamə əsasında 34 il müddətinə icarəyə verilmiş 23 ha torpaq sahəsi üzərində istifadə hüququnun mərhum X7 aid olması və hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar