Məhkəmə qərarları › İş №2-1(120)-436/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-436/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-436/2023 06.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinə qarşı “onun adına Saatlı rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 26 noyabr 1976-cı il tarixli, 294 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi və onun adına doğum tarixi 22 noyabr 1977-ci il qeyd edilməklə yeni doğum haqqında akt qeydinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 06 mart 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun doğumu haqqında akt qeydinə düzəliş edilərək doğum tarixinin xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə düzəliş edilməsi öhdəliyinin cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “İddiaçı adına Saatlı rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 26 noyabr 1976-cı il tarixli, 294 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi və İddiaçı adına doğum tarixi 22 noyabr 1977-ci il qeyd edilməklə yeni doğum haqqında akt qeydinin tərtib edilməsi öhdəliyinin cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun doğumu haqqında şəhadətnamədə, ümumivətəndaş pasportunda, şəxsiyyət vəsiqəsində, sürücülük vəsiqəsində və orta təhsil haqqmda attestatında doğum tarixi 22 noyabr 1977-ci il qeyd edilmişdir. Lakin onun doğumu haqqında akt qeydində doğum tarixi 22 noyabr 1976-cı il qeyd edildiyindən həmin tarixin 22 noyabr 1977-ci ilə düzəliş edilməsini xahiş etdikdə 05/Q-32/09 saylı, 08 fevral 2022-ci il tarixli məktubla düzəliş edilməsi barədə ərizənin icrasından imtina olunaraq mübahisə olduqda qeydiyyatda düzəlişin məhkəmənin qətnaməsi əsasında aparılması qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 9.1-ci maddəsinə əsasən hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasmda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən məhkəmə Saatlı rayon qeydiyyat şöbəsinin üzərinə onun doğumu haqqında akt qeydinə dəyişiklik edilməsi öhdəliyi qoya bilər. Məcburetmə haqqında iddianın verilməsi onun əldə etdiyi bütün sənədləri dəyişmədən doğum haqqında şəhadətnamə almaq üçün zəruridir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili Nümayəndə gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE № 09987268 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sabirabad şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 1993 nömrəli arayışından görünür ki, Nəzərova X2 şəhəri, İ.Qayıbov küçəsi, ev 16 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X5 hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, PHŞ/6.65-2-2022- 1634 saylı məktubunda bildirilmişdir ki, Nəzərova (Əliyeva) Balaxanım Xankişi qızının xx.xx.1976-cı ildə və xx.xx.1977-ci ildə Saatlı Rayon Mərkəzi Xəstəxanasında doğum etməsi barədə məlumatlar əks olunan doğum tarixçəsi Saatlı RMX-nın arxivində olmadığı üçün sorğunuzu cavablandıra bilmirik. İş materiallarında olan Saatlı rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 26 noyabr 1976-cı il tarixli, 294 nömrəli doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 22 noyabr 1976-cı ildə Saatlı rayonunda doğulmuş, akt qeydinin ata qrafasında X4, ana qrafasında anası X1 yazılmışdır. İş materiallarında olan Saatlı rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli, V-ЖГ № 256373 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 22 noyabr 1977-ci ildə Saatlı şəhərində doğulmuş, ata qrafasında X4, ana qrafasında anası X1 yazılmışdır. İş materiallarında olan 02 iyul 1993-cü il tarixli, AK № 212616 nömrəli Orta təhsil haqqında Attestatın surətindən görünür ki, 1977-ci ildə Saatlı şəhərində anadan olmuş İddiaçı 1993-cü ildə Saatlı stansiyasındakı V.Əsgərov adına kənd orta məktəbinin tam kursunu bitirmişdir. İş materiallarında olan Sabirabad rayon Polis Şöbəsinin 24.11.022-ci il tarixli, 179- 30652-1222 saylı məktubuna əlavə olunmuş İddiaçı fərdi uçot kartoçkasının kserosurətindən görünür ki, İddiaçı 22 noyabr 1977-ci ildə ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05/27 saylı məktubunda bildirilmişdir ki, İddiaçı 22 noyabr 1977-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində naməlum ünvanda yaşayır. İddiaçı doğumu haqqında akt qeydində doğum tarixinin xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 05/Q-32/09 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, tələbinizin təmin olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.13-cü bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılmış və Saatlı rayon qeydiyyat şöbəsinin xx.xx.1976-cı ilə aid doğum akt qeydləri kitabında İddiaçı aid 294 saylı doğum akt qeydi aşkar edilmişdir. Lakin akt qeydi ilə vətəndaşın digər sənədlərində doğum tarixində ziddiyyət mövcud olduğu məlum olmuşdur. Belə ki, vətəndaşın digər sənədlərində doğum tarixi “xx.xx.1977” qeyd olunsa da akt qeydində doğum tarixi “xx.xx.1976” qeyd olunub. Yuxarıda qeyd olunan ziddiyyətlərlə bağlı doğumunuz haqqında akt qeydində doğum tarixinin xx.xx.1976-dan xx.xx.1977-yə düzəliş edilməsi barədə ərizənizin icrasından imtina olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsı əsasında aparılır. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 63.1-ci maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 63.2-ci maddəsinə görə inzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. Həmin Qanunun 63.3-cü maddəsinə görə inzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqnları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi doğumu haqqında akt qeydinin ləğvi və adına doğum tarixi 22 noyabr 1977-ci il qeyd edilməklə yeni doğum haqqında akt qeydinin tərtib edilməsi ilə bağlıdır. Akt qeydinin ləğv edilməsi üçün isə, yetərli əsaslar mövcuddur. Belə ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə, eləcə də digər sənədlərin (məhkəməyə təqdim olunmuş) hamısında onun doğum tarixi “xx.xx.1976-cı il” deyil, “xx.xx.1977-ci il” kimi göstərilmişdir. Doğum akt qeydində iddiaçının doğum yeri və valideynlərinin adı da eynilik təşkil edir. Deməli, doğum haqqında şəhadətnamə ilə doğum akt qeydi fərqli vəziyyətdə (yazılarla) qalmışdır. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı adına Saatlı rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 26 noyabr 1976-cı il tarixli, 294 nömrəli doğum haqqında akt qeydi ləğv edilməli, İddiaçı adına doğum tarixi 22 noyabr 1977-ci il qeyd edilməklə yeni doğum haqqında akt qeydinin tərtib edilməsi öhdəliyi cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62-ci, 68 – 69cu, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı adına Saatlı rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 26 noyabr 1976cı il tarixli, 294 nömrəli doğum haqqında akt qeydi ləğv edilsin və İddiaçı adına doğum tarixi 22 noyabr 1977-ci il qeyd edilməklə yeni doğum haqqında akt qeydinin tərtib edilməsi öhdəliyi cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar