Məhkəmə qərarları › İş №2-1(120)-4369/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4369/2025

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4369/2025 03.03.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Neftçala rayon X2rşı “Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə almadığı 11,305 manat əmək haqqı borcunun və istifadə etmədiyi məzuniyyət pulu 4704,30 manat, cəmi 16.009.30 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Neftçala rayon X2rşı “Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə almadığı 11,305 manat əmək haqqı borcunun və istifadə etmədiyi məzuniyyət pulu 4704,30 manat, cəmi 16.009.30 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 fevral 2015-ci il tarixdən 19 fevral 2025-ci il tarixinədək Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş, Bələdiyyə sədri vəzifəsində işlədiyi 2015-ci il tarixdən 19 fevral 2025-ci il tarixinədək illər üzrə məzuniyyət hüququndan istifadə etməmişdir. İstifadə edilməmiş məzuniyyət pulu 2015-ci il üzrə 296,10, 2016- cı il üzrə 296,10 manat, 2017-ci il üzrə 296,10 manat, 2018 ci il üzrə 370,20 manat, 2019cu il üzrə 493,50 manat, 2020-ci il üzrə 592,20 manat, 2021-ci il üzrə 518,10 manat, 2022-ci il üzrə 559,20 manat, 2023-cü il üzrə 641,40 manat, 2024-cü il üzrə 641,40 manat, (cəmi 4704,30 manat), istfadə etmədiyi məzuniyyət pulumu almamışdır. 2023-cü ilin may ayından həmin ilin dekabr ayınadək 4585,0 manat, 2024-cü ilin yanvar ayından həmin ilin dekabr ayınadək 5774,0 manat, 2025-ci ilin yanvar, fevral ayları üzrə 946 manat (cəmi 11305 manat) əmək haqqını almamışdır. Cavabdeh istifadə etmədiyi məzuniyyət pulu 4704 manat və 11,305 manat əmək haqqı borcunun ödənilməsi barədə Neftçala rayon Xol Qarabucaq bələdiiyəsinə ərizə vermiş, Neftçala rayon Xol Qarabucaq bələdiyyəsi 07 iyul 2025-ci il 204 nömrəli ona ünvalanan məktubunda Xol Qarabucaq bələdiyyəsində 2025-ci il tarixdən 19 fevral 2025-ci il tarixinədək bələdiyyə sədri vəzifəsində işlədiyi müddətdə 2023-2024-2025-ci illərdə almadığı 11305 manat, qalıq əmək haqqı borcu və 2015-2025-ci illərdə almadığı 4704,30 manat qalıq əmək məzuniyyət pulu hesablanmışdır. Xol Qarabucaq bələdiyyəsi 2024-cü ildən debitor borc kimi qalan audit yoxlamaya 1560 manat, bələdiyyələrin milli asossasiyasına 960 manat, YAP-480 manat, Neftçala rayon İcra və Propasiya şöbəsinə onun əmək haqqından tutulan 550 manat, məhkəmə qərarına əsasən X3 360 manat, ödənildikdən və 2020-2024-cü illərdə qanunvericiliyin tələblərinə zidd olaraq vətəndaşlar tərəfindən həyətyanı məqsəd üçün öncədən ödənilən 18.200 manat vasait geri qaytarıldıqdan sonra bələdiyyə büdcəsinə vəsait olduğu halda əmək haqqından və məzuniyyət pulundan hissə-hissə müəyyən məbləğdə ödəniləcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 157 nömrəli arayışından görünür ki, Neftçala rayonu Xol Qarabucaq kəndində qeydiyyatda olan və yaşayan İddiaçı Xol Qarabucaq bələdiyyəsində 15 yanvar 2020-ci il tarixdən 19 fevral 2025-ci il tarixinədək bələdiyyə sədri vəzifəsində işləmişdir. İddiaçı Xol Qarabucaq bələdiyyəsində işlədiyi müddətdə 11305.0 manat almadığı əmək haqqı borcu hesablanmışdır. Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 158 nömrəli arayışından görünür ki, Neftçala rayonu Xol Qarabucaq kəndində qeydiyyatda olan və yaşayan İddiaçı Xol Qarabucaq bələdiyyəsində 2015-ci il tarixdən 2025-ci il tarixinədək bələdiyyə sədri vəzifəsində işləmişdir. İddiaçı Xol Qarabucaq bələdiyyəsində işlədiyi müddətdə 4704.30 manat almadığı əmək məzuniyyət pulu hesablanmışdır. Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 171 nömrəli arayışından görünür ki, Neftçala rayonu Xol Qarabucaq kəndində qeydiyyatda olan və yaşayan Qəfərov X6 rayon Xol Qarabucaq bələdiyyəsində 09 fevral 2015-ci il tarixdən 19 fevral 2025-ci il tarixinədək bələdiyyə sədri vəzifəsində işləmişdir. Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 204 nömrəli məktubundan görünür ki, Xol Qarabucaq bələdiyyəsində 2015-ci il tarixdən 19 fevral 2025-ci il tarixinədək bələdiyyə sədri vəzifəsində işlədiyi müddətdə 2023-2024-2025-ci illərdə almadığı 11305.0 manat qalıq əmək haqqı borcu və 2015-2025-ci illərdə almadığı 4704.30 manat qalıq əmək məzuniyyət pulu hesablanmışdır. 2024-ci ildən debitor borc kimi qalan audit yoxlamaya 1560 manat, bələdiyyələrin milli asossasiyasina 960 manat, YAP-480 manat, Neftçala rayon İcra və Propasiya şöbəsinə İddiaçı əmək haqqından tutulan 550 manat, məhkəmə qərarına əsasən X4 3600 manat ödənildikdən və 2020-2024-cü illərdə qanunvericiliyin tələblərinə zidd olaraq vətəndaşlar tərəfindən həyətyanı məqsədi üçün öncədən ödənilən 18200 manat vəsait geri qaytarıldıqdan sonra bələdiyyə büdcəsində vəsait olduğu halda əmək haqqından və məzuniyyət pulundan hissə-hissə müəyyən məbləğdə ödəniləcəyi bildirilmişdir. "xxxx" MMC-nin Salyan poçt filialının hesabdan çıxarışdan görünür ki, İddiaçı hesabına xx.xx.2025-ci il tarixdə 500 manat və 2036 manat köçürülmüşdür. Tətbiq edilən hüquq normaları: Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən bu qanunun müddəalarının tətbiq edilmədiyi şəxslərdən biri kimi bələdiyyələrə seçilmiş şəxslər göstərilmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Başqa əsas iş yeri olan bələdiyyə üzvü (sədr və onun müavinləri daxil olmaqla) öz səlahiyyətlərini daimi əsasla icra etmək və əmək haqqını bələdiyyədən almaq üçün bələdiyyəyə yazılı müraciət edə bilər. “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyə üzvü səlahiyyət müddətində bələdiyyənin, bələdiyyənin iclasları arasındakı dövrdə isə bələdiyyə sədrinin qabaqcadan razılığı olmadan əmək müqaviləsi ilə işlədiyi yerdə müdiriyyətinin təşəbbüsü ilə işdən çıxarıla, yaxud intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən öz səlahiyyətlərini daimi əsaslarla icra edən bələdiyyə üzvünün səlahiyyət müddəti onun ümumi və fasiləsiz iş stajına daxil edilir, əmək haqqı bələdiyyə büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin Qanunda səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvünə yerli büdcənin hesabına müalicə olunması və istirahət etməsi üçün bələdiyyə qərarı əsasında hər il onun orta aylıq əmək haqqının 1 misli məbləğində müavinət verilməsi, səlahiyyətlərini daimi əsasla icra etmiş və səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilməyən bələdiyyə üzvlərinə bələdiyyənin qərarı ilə iki ay müddətində onların orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət verilməsi ilə bağlı müddəalar də öz əksini tapmışdır. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi bələdiyyə qulluqçusu hesab edilir. Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər. Bu Qanunun tələbləri nəzərə alınmaqla bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər. Bələdiyyə qulluqçularının iş vaxtı, məzuniyyəti, pensiyaların və başqa müavinətlərin təyin edilməsi və verilməsi qaydası və digər sosial təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Bələdiyyə qulluqçularına bələdiyyələrin maliyyə imkanları daxilində əlavə olaraq digər kompensasiyalar və ödənişlər, habelə müavinətlər verilə bilər. Həmçinin bələdiyyələrin nizamnaməsi ilə bələdiyyə qulluqçularına digər imtiyaz və zəmanətlərin verilməsi nəzərdə tutula bilər. Hazırki işdə iddia tələbinin əsasında Qəfərov X6 rayon Xol Qarabucaq bələdiyyəsində 09 fevral 2015-ci il tarixdən 19 fevral 2025-ci il tarixinədək bələdiyyə sədri vəzifəsində işləmişdir. Xol Qarabucaq bələdiyyəsində işlədiyi müddətdə 11305.0 manat almadığı əmək haqqı və 4704.30 manat almadığı əmək məzuniyyət pulu hesablanmışdır. Xol Qarabucaq bələdiyyəsi tərəfindən İddiaçı hesabına xx.xx.2025-ci il tarixdə 500 manat və 2036 manat köçürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbində qismən haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İşin halları ilə təsdiq olunur ki, Neftçala rayon Xol Qarabucaq bələdiyyəsi tərəfindən İddiaçı hesabına xx.xx.2025-ci il tarixdə 500 manat və 2036 manat köçürülmüşdür. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə almadığı əmək haqqı borcuna və istifadə etmədiyi məzuniyyət puluna görə 13473,30 manat pulun ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2.5, 36.2, 69, 75, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə almadığı əmək haqqı borcuna və istifadə etmədiyi məzuniyyət puluna görə 13473,30 manat pulun ödənilməsi öhdəliyi cavabdeh Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar