Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-437/2020 08.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi x4, üçüncü şəxs x2 (Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsi, ev 3-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı x2 və x11 mülkiyyətibdə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x2 və x11 mülkiyyətibdə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı Cavabdeh nümayəndəsi və üçüncü şəxs x15 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçınun Cavabdeh nümayəndəsinin və üçüncü şəxs x11 iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsində (keçmiş Lenin küçəsi) yerləşən 03 saylı fərdi yaşayış evi 30 may 1991-ci il tarixli, 248 saylı qeydiyyat vəsiqəsi əsasında mərhum atası x3 mülkiyyətində olmuşdur. Qeyd olunan evin altı və ətrafında olan cəmi 0,08 ha. torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN-1004A saylı şəhadətnaməyə əsasən mərhum valideynləri ilə onun mülkiyyətində olmuşdur. 29 avqust 2008-ci ildə anası Gülbağda Xəlilova, 19 fevral 2009-cu ildə isə atası Rasim Xəlilov vəfat etmişdir. Onların yeganə övladı olmaqla valideynlərinin ölümündən sonra onlardan qalan miras əmlakı faktiki idarə etmiş və notariusa müraciət etmiş, notariat kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi əsasında ona evə və torpağa mülkiyyət hüququna dair çıxarış verilmişdir. Valideynlərinin vəfat etdiyindən bir müddət xalası ilə həmin evdə yaşasa da, tək qalmamaq üçün Masallı rayonunuda yaşayan xalası gilə köçməli olmuş və bu səbəbdən də evi başqa bir şəxsə kirayə vermişdir. Lakin sonradan kirayə haqqını bir neçə ay ardıcıl olaraq vermədiyindən bunun səbəbi ilə maraqlandıqda məlum olmuşdur ki, mərhum əmisi Ramiz Xəlilovun arvadı olan x12 rayon məhkəməsində iddia qaldırmaqla kirayənişini evdən qovmuşdur. x12 rayon məhkəməsinin 29 mart 2012-ci il tarixli qətnaməsinə əsasən sözügedən evə köçürülmüşdür. Apellyasiya şikayəti əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinin 05 iyun 2013-cü il tarixli qətnaməsi ilə birinci instansya məhkəməsinin qətnaməsi ləğv edilərək Zərifə Xəlilovanın iddiası rədd edilmişdir. Apellyasiya Məhkəməsininin qətnaməsi Ali Məhkəmə tərəfindən 30 oktyabr 2013-cü il tarixli qərarla dəyişdirilmədən saxlanılmışdır. x20 29 mart 2012ci il tarixli qətnamədən sonra oğlanları Anar, Mirnizam və İlkin, həmçinin gəlini Gülnarla birlikdə mülkiyyətində olan evə köçmüşdür. Halbuki onların qonşuluqda özlərinin həyəti və iki mərtəbəli evləri vardır. Bununla bağlı iddia tələbinə baxan Cəlilabad Rayon Məhkəməsinin 14 aprel 2014cü il tarixli qətnaməsi ilə cavabdehlərin ona məxsus evdən çıxarılması qət edilmişdir. Onların evdən qeydiyyatdan çıxarılması ilə bağlı isə polis orqanına müraciət etmədiyindən iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Sözügedən qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmaqla icraya yönəldilmiş və 01 may 2015-ci il tarixdə müvafiq akt tərtib edilərək cavabdehlər mülkiyyətində olan evdən çıxarılmışdırlar. Onların qeydiyyatdan çıxarılmaları barədə DİN-nə etdiyi müraciətlə bağlı isə BPQMİ-nin məktubunda həmin məsələ ilə bağlı məhkəmə orqanına müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdehlər evindən çıxarılaraq həyətdə olan özlərinə məxsus evə köçdüklərindən onların könüllü surətdə evindən qeydiyyatdan çıxıb həmin evə qeydiyyata düşəcəyini düşünsə də, son vaxtlarda məlum olmuşdur ki, cavabdehlər hazırda da onun evində qeydiyyatdadırlar. Onların mülkiyyətində olan evdə pasport qeydiyyatında olması qeyri-qanuni olmaqla mülkiyyət hüquqlarının pozuntusudur. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs x7 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ailə başçısını itirmiş dörd uşaq anasıdır, vəziyyəti çox pisdir, heç bir yerdə işləmir. 1979-cu ildə Göytəpə şəhəri, O.Eynullayev köçəsi 3 saylı evdə 30 ildən çoxdur yaşayır, həmin evi həyat yoldaşı mərhum Ramiz ilə birlikdə tikdiyini, həmin evə öz pulu ilə xərc çəkdiyini, lakin qaynı Rasim öləndən sonra onun arvadı Gülbağda öz qardaşı qızı İddiaçı vermişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan seriya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 02.09.1988-ci il tarixdə Cəlilabad rayonunun Ağdaş kəndində anadan olmuş, Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsi, ev 3-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 20.05.2011-ci il tarixli, MA ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsi, ev 3 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 29.03.2012-ci il tarixli, 2(073)-479/2012 nömrəli qətnaməsinin surətindən görünür ki, x7 qeydiyyatda olduğu ünvan 2 nömrəli yaşayış evinə köçürülməsi qət etmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin 05.06.2013-cü il tarixli, 2(106)-447/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı x2 cavabdeh x5 qarşı qeydiyyatda olduğu ünvan 2 nömrəli ünvanda yerləşən yaşayış evinə köçürülməsi tələbinə dair mülki iş üzrə Cəlilabad rayon Məhkəməsinin 29.03.2012-ci il tarixli, 2(073)-479/2012 nömrəli qətnaməsindən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Cəlilabad rayon Məhkəməsinin 29.03.2012-ci il tarixli, 2(073)-479/2012 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı x2 cavabdeh x5 qarşı qeydiyyatda olduğu ünvan 2 nömrəli ünvanda yerləşən yaşayış evinə köçürülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, “.....pasport qeydiyyatında olmaq heç də həmin şəxslərin qeydiyyatda olduğu mənzilə və ya yaşayış evinə istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz”. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəmənin 30.10.2013-cü il tarixli, 2(102)-4003/2013 nömrəli qərarının surətindən görünür ki, iddiaçı x1 şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin 05.06.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki,”....pasport qeydiyyatında olmaq heç də həmin şəxslərin qeydiyyatda olduğu mənzilə və ya yaşayış evinə istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz”. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin 02.07.2014-cü il tarixli, 2(106)-750/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər x7, x15, x9 və x10 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, İddiaçı cavabdehlər x7, x15, x9 və x6 qarşı “evdən, evə qeydiyyatdan və zəbt olunmuş torpaq sahəsindən çıxarılma, sökülmüş çəpərin cavabdehlərin hesabına bərpası tələbinə dair” mülki iş üzrə Cəlilabad rayon Məhkəməsinin 14.04.2014-cü il tarixli, 2(073)-433/2014 saylı qətnaməsi cavabdehlər x7, x15, x9 və x10 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Cavabdeh 30.12.2019-cu il tarixli, 142-34388-11 nömrəli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 saylı evdən qeydiyyatdan çıxarılmasını təmin etmək həmin şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edən aidiyyəti üzrə məhkəmə qərarının və evdən köçürülməi barədə tərtib edilmiş aktın surətinin göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, ünvan 1 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı qızı Cavabdehnə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1 nömrəli mənzildə qeydiyyatda olan üçüncü şəxs x2 və x11 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən x2 müraciəti təmil edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Belə ki, məhkəmə araşdırması zamanı üçüncü şəxslər x2 və x11 ünvan 1 nömrəli mənzildə qeydiyyatda olmalarına baxmayraq, həmin evdə yaşamadığı müəyyən edilmişdir. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxsin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər x2 və x11 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs x2 və x11 İddiaçı mülkiyyətidə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-437/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-437/2020
08.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver