Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-437/2022 25.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 25 oktyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2003-cü il tarixli, 61 saylı sərancamı ilə kommersiya xidməti məqsədi üçün Cəlilabad rayonu, Alar kəndi ərazisindən ayrılmış 240 kv.metr torpaq sahəsində inşa etdiyi 173.7 kv.metrdən ibarət qeyri-yaşayış binasına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən onun adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının 08 dekabr 2003-cu il tarixli, 61 saylı sərəncamı ilə kommersiya xidməti məqsədi ilə Cəlilabad rayonu, Alar kəndində yerləşən 240 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində öz şəxsi vəsaiti hesabına qeyri-yaşayış binası inşa etmişdir. Həmin binanın yerləşdiyi 240 kv.metr torpaq sahəsinin Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş yerin sxemi, torpaq sahəsinin 08 dekabr 2003-cü il tarixli təhkim Aktı, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Memarlıq və Tikinti şöbəsinin təsdiq etdiyi 02 fevral 2005-ci il tarixli, 29 saylı tikintinin smeta-layihə sənədləri vardır. Həmin binanın tikinti obyektinin istismarına icazə barədə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən 17 avqust 2021-ci il tarixli, 14 nömrəli sənədləri mövcuddur. Binaya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi 28 iyul 2021-ci il tarixli, 003731 saylı şəhadətnamə verilmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən binanın təhlükəsizliyi barədə 23 iyul 2021-ci il tarixli, 004828 nömrəli istismara hazırlıq aktı verilmişdir. Həmin binanın rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin idarə tərəfindən ona 05 oktyabr 2021-ci il tarixdə **********33 nömrəli məktubla bildirilmişdir ki, qeyri-yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının sərəncamı təqdim edilməmişdir. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtina məktubu əsassızdır və inşa etdiyi qeyri-yaşayış binasının sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahəsinin plan və ölçülərinin tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Yuxarıda qeyd olunan sənədlərdəki çatışmamazlıqlara görə qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: qeyri-yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının sərancamı təqdim edilməmişdir. Məlumat üçün bildirirlər ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahəsinin plan və ölçülərinin tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Yuxarıda qeyd olunan sənədlərdəki çatışmamazlıqlara görə qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən mümkün olmamışdır. İş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2003-cü il tarixli, 161 nömrəli sərancamının surətindən görünür ki, torpaq sahəsinin ayrılması barədə İddiaçı müraciəti, rayonun baş memarının 02 dekabr 2003-cü il tarixli, 170 nömrəli vəsatəti, Akt və xəritə nəzərə alınaraq, Alar kəndi ərazisində şimaldan X.Seyfullayevin həyətinə gedən maşın yolu ilə, cənubdan X.Seyfullayevin kommersiya dükanı ilə, şərqdən Bakı-Astara şosse yolu ilə, qərbdən X.Seyfullayevin həyəti ilə sərhədlənən 240 kvadratmetr (10m x 24 m) ölçüdə torpaq sahəsi kommersiya xidməti məqsədilə İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Cəlilabad rayonu Alar kəndində İddiaçı kommersiya obyekti inşa etdirmək üçün torpaq sahəsi seçilməsi haqqında 08 sentyabr 2003-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikası DTXK-nin Cəlilabad rayon şöbəsinin müdiri F.Hüseynov, Cəlilabad RİHBA-nın tikinti və memarlıq şöbəsinin müdiri, rayon baş memarı A.Abbasov, gigiyena və epidemiologiya mərkəzinin baş həkimi İ.Abdullayev, dövlət yanğın təhlükəsizliyi xidmətinin rəisi C.Quliyev, rayon telekommunikasiya qovşağının rəisi M.Əhmədov və Alar kənd sakini İddiaçı kommersiya obyekti üçün dövlət mülkiyyətində olan torpaq sahəsindən 10m x 24 m (240 kv.m) sahəsinin aşağıdakı qonşuluqda seçmişlər: Ayrılmış sahə: - şimaldan X.Seyfullayevin həyətinə gedən maşın yolu ilə, cənubdan X.Seyfullayevin kommersiya dükanı ilə, qərbdən X.Seyfullayevin həyəti ilə, şərqdən Bakı-Astara şosse yolu ilə. Ayrılmış sahə tikinti üçün yararlıdır. Sanitar və yanğından mühafizə tələblərinə uyğundur. İş materiallarında olan 17 avqust 2021-ci il tarixli, 14 nömrəli “Tikinti obyektinin istismarına İcazə”dən görünür ki, Cəlilabad rayonu, Alar kəndində yerləşən, 1 mərtəbəli,, ümumi sahəsi 173,7 kv.m, tikintialtı sahə 197,4 kv.m, həcmi 789,6 kub.m olan qeyriyaşayış (kommersiya) obyektinin tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 17 avqust 2021ci il tarixindən İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir. İş materiallarında olan Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair xx.xx.2021-ci il tarixli, 003731 nömrəli Şəhadətnamədəm görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İddiaçı Cəlilabad rayonu, Alar kəndində yerləşən qeyri-yaşayış (kommersiya) obyektinə daur xx.xx.2021-ci il tarixdə 003731 nömrəli Şəhadətnamə verilmişdir. İş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2005-ci il tarixli, 29 nömrəli arayışından görünür ki, Cəlilabad rayonu, Alar kəndində İddiaçı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 161 nömrəli sərancamına əsasən ona verilmiş 0,0240 ha (240 kv.m) torpaq sahəsindən kommersiya tikintisinə icazə verilmiş, tikintinin smeta-layihə sənədləri var, tikinti norma və qaydalarına uyğundur. Tikintinin həcmi 1200 kub.m. Smeta dəyəri ********. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.24) tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarizasiyasını həyata keçirmək, inventarizasiya işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı müraciəti, rayonun baş memarının 02 dekabr 2003-cü il tarixli, 170 nömrəli vəsatəti, Akt və xəritə nəzərə alınaraq Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2003-cü il tarixli, 161 nömrəli sərancamına əsasən Alar kəndi ərazisində şimaldan X.Seyfullayevin həyətinə gedən maşın yolu ilə, cənubdan X.Seyfullayevin kommersiya dükanı ilə, şərqdən Bakı-Astara şosse yolu ilə, qərbdən X.Seyfullayevin həyəti ilə sərhədlənən 240 kvadratmetr (10m x 24 m) ölçüdə torpaq sahəsi kommersiya xidməti məqsədilə İddiaçı istifadəsinə verilmişdir. Ayrılmış sahə tikinti üçün yararlıdır. Sanitar və yanğından mühafizə tələblərinə uyğundur. Cəlilabad rayonu, Alar kəndində yerləşən, 1 mərtəbəli,, ümumi sahəsi 173,7 kv.m, tikintialtı sahə 197,4 kv.m, həcmi 789,6 kub.m olan qeyri-yaşayış (kommersiya) obyektinin tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 17 avqust 2021-ci il tarixindən İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İddiaçı Cəlilabad rayonu, Alar kəndində yerləşən qeyriyaşayış (kommersiya) obyektinə daur xx.xx.2021-ci il tarixdə 003731 nömrəli Şəhadətnamə verilmişdir. Cəlilabad rayonu, Alar kəndində İddiaçı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 161 nömrəli sərancamına əsasən ona verilmiş 0,0240 ha (240 kv.m) torpaq sahəsindən kommersiya tikintisinə icazə verilmiş, tikintinin smeta-layihə sənədləri var, tikinti norma və qaydalarına uyğundur. İddiaçı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2003-cü il tarixli, 61 saylı sərancamı ilə kommersiya xidməti məqsədi üçün Cəlilabad rayonu, Alar kəndi ərazisindən ayrılmış 240 kv.metr torpaq sahəsində inşa etdiyi 173.7 kv.metrdən ibarət qeyri-yaşayış binasına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən onun adına çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasında bildirmişdir ki, qeyri-yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının sərancamı təqdim edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 161 nömrəli sərancamının 2-ci bəndindən qeyd edilmişdir ki, İddiaçı tapşırılsın ki, rayonun baş memarı ilə razılaşdırılmadan həmin ərazidə heç bir tikinti işi görülməsin. İş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2005-ci il tarixli, 29 nömrəli arayışından isə görünür ki, Cəlilabad rayonu, Alar kəndində İddiaçı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 161 nömrəli sərancamına əsasən ona verilmiş 0,0240 ha (240 kv.m) torpaq sahəsindən kommersiya tikintisinə icazə verilmiş, tikintinin smeta-layihə sənədləri var, tikinti norma və qaydalarına uyğundur. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertlər qarşısında - Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2003-cü il tarixli, 61 saylı sərancamına əsasən İddiaçı kommersiya xidməti məqsədi üçün Cəlilabad rayonu, Alar kəndi ərazisindən qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 240 kv.m torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2003-cü il tarixli, 61 saylı sərancamına əsasən İddiaçı kommersiya xidməti məqsədi üçün Cəlilabad rayonu, Alar kəndi ərazisindən qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 240 kv.m torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. İddiaçı tikdirdiyi 173.7 kv.m sahəsi olan qeyri-yaşayış binası Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2003-cü il tarixli, 61 saylı sərancamına əsasən İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 240 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşirmi? İddiaçı tərəfindən Cəlilabad rayonu, Alar kəndi ərazisində inşa edilmiş qeyri-yaşayış binası “Memarlıq və tikinti şöbəsi” tərəfindən verilmiş layihəyə uyğun inşa edilmişdirmi və qeyri-yaşayış binasının layihəsi tikinti və şəhərsalma normalarına uyğundurmu? İddiaçı tərəfindən Cəlilabad rayonu Alar kəndi ərazisində inşa edilmiş qeyriyaşayış binası başqa şəxslərin hüquqlarını pozurmu və başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaradırmı?” məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında verdikləri 28 iyun 2021-ci il tarixli, 10/1248 saylı rəydə ekspert qərardadın birinci və üçüncü sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2003cü il tarixli, 61 saylı sərəncamına əsasən İddiaçı kommersiya xidməti məqsədi üçün Cəlilabad rayonu, Alar kəndi ərazisindən qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 240 kv.m torpaq sahəsinin naturada yerləşmə yeri və ölçülərinin həmin torpaq sahəsinə dair Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2003-cü il tarixdə təsdiq olunmuş 1:1000 miqyasda tərtib edilmiş X2 göstərilənlərə uyğun olduğu və İddiaçı tikdirdiyi 173,7 kv.m sahəsi olan qeyri-yaşayış binasının həmin torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir; qərardadın ikinci sualı üzrə: Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2003-cü il tarixli, 61 saylı sərəncamına əsasən İddiaçı kommersiya xidməti məqsədi üçün Cəlilabad rayonu, Alar kəndi ərazisindən qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 240 kv.m torpaq sahəsinin naturada faktiki vəziyyətdə digər mülkiyyətçilərin torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilir; qərardadın dördüncü sualı üzrə: İddiaçı tərəfindən Cəlilabad rayonu, Alar kəndi ərazisində inşa edilmiş qeyri-yaşayış binasınin Cəlilabad RİH, Memarlıq və Tikinti Şöbəsinin müdiri, rayonun Baş Memarı tərədindən təsdiq edilmiş layihə sənədinə uyğun inşa edildiyi müəyyən edilir; qərardadın beşinci sualı üzrə: İddiaçı tərəfindən Cəlilabad rayonu, Alar kəndi ərazisində inşa edilmiş qeyri-yaşayış binasının digər şəxslərin mülkiyyətindən maneəsiz istifadəsinə texniki cəhətdən məhdudiyyət yaratmadığı müəyyən edildi. Qeyd olunur ki, həmin qeyri-yaşayış binasının başqa şəxslərin hüquqlarını pozub-pozmaması məsələsinin müəyyən olunması tikinti-texniki ekspertizanın predmetinə aid olmadığını” vurğulamışlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı ona Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2003-cü il tarixli, 61 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsində inşa edilmiş qeyriyaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesttində qeydiyyata alınması üçün əsas mövcuddur və bununla bağlı imtina üzrə qeydiyyatı aparan orqan kimi cavabdeh Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mövqeyi əsaslı sayıla bilməz. Məhkəmə bu qənaətini aşağıdakılarla əsaslandırır: - iddiaçıya müvafiq ərazidə torpaq sahəsi səlahiyyətli orqan tərəfindən ayrılmışdır və Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 161 nömrəli sərancamına əsasən ona verilmiş 0,0240 ha (240 kv.m) torpaq sahəsində kommersiya tikintisinə icazə verilmiş, tikintinin smeta-layihə sənədləri var, tikinti norma və qaydalarına uyğundur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı müvafiq ərazidə inşa edilmiş qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdeh Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (Beyeler İtaliyaya qarşı, “X3 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və “əmlak” anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2003-cü il tarixli, 61 saylı sərancamı ilə kommersiya xidməti məqsədi üçün Cəlilabad rayonu, Alar kəndi ərazisindən ayrılmış 240 kv.metr torpaq sahəsində inşa etdiyi 173.7 kv.metrdən ibarət qeyri-yaşayış binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2003-cü il tarixli, 61 saylı sərancamı ilə kommersiya xidməti məqsədi üçün Cəlilabad rayonu, Alar kəndi ərazisindən ayrılmış 240 kv.metr torpaq sahəsində inşa etdiyi 173.7 kv.metrdən ibarət qeyri-yaşayış binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-437/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-437/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver