Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-437/2023 14.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X1, Üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “həyətyanı torpaq sahəsinin kadastr planının və dövlət reyestrindən çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 noyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayonu, 2-ci Udulu kəndində yerləşən ona məxsus və həm də faktiki istifadəsində olan 0,40 ha həyətyanı torpaq sahəsinin kadastr planının və dövlət reyestrindən çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X20, X21, X25, X22, X23 və X24 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(120)-12/2020 saylı qərarı ilə iddiası qismən təmin edilərək, Hacıqabul rayonu, İkinci Udulu kəndində yerləşən, iddiaçıya məxsus və faktiki istifadəsində olan 0.40 ha həyətyanı torpaq sahəsinin kadastr planı və dövlət reyestrindən çıxarışın hazırlanması ilə bağlı İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Rcspublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirxan Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Lakin bu qərarın verilmə tarixindən 2 ilə yaxın müddət ötməsinə baxmayaraq cavabdeh tərəfındən heç bir reaksiya olmadığı üçün, Əmlak Məsələləri Dövlət Xidmətinə 15 noyabr 2021-ci il tarixində yazılı müraciət etmiş və bu müraciətin cavabını 29 dekabr 2021-ci il tarixli, **********36 saylı məktubla almışdır. Nəhayət 19 yanvar 2022-ci il tarixində cavabdeh tərəfındən həyətyanı sahələrində araşdırma aparılmış və akt tərtib olunmuşdur. Araşdırma zamanı bir daha məlum olmuşdur ki, onun istifadəsində əvvəlki illərdə və hal-hazırda da 0.40 ha həyəlyanı torpaq sahəsi vardır. Bu torpaq sahəsinin hər zaman və hal-hazırda da mülkiyyətçisidir (istifadəçisidir). Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Sadıqova X18 rayonu İkinci Udulu kəndində 0.40 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evlərinə dair mülkiyyət hüquqlarınnn dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Ərizədə qeyd olunan həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair Şirvan İnzibati- İqtisadi Məhkəməsində cavabdehlər ƏMDK-nin yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə, ƏMDK-nin yanında DƏDRX-nin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Şirvan Layihə-Tədqiqat İdarəsinə qarşı “torpağa kadastr planının və dövlət reyestrindən çıxarışın yenidən hazırlanması” tələbi barədə 2-1(086)-145/2019 (2-1(120)- 12/2020 saylı) saylı inzibati iş olduğu səbəbindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-12/2020 saylı Hacıqabul rayonu, İİ Udlu kəndində yerləşən iddiaçıya məxsus və faktiki istifadəsində olan 0.40 ha həyətyanı topaq sahəsinin kadastr planının və dövlət reyestrindən çıxarışın hazırlanması ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması ilə bağlı öhdəliyin yenidən araşdırılması ilə bağlı qərarı icraya yönəldilərək təkrar araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 04 nömrəli qərarına əsasən İddiaçı və X8 verilən 181A və 180A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr, yerləri dəyişik olaraq, ölçülərdə, cizgilərdə və torpaq sahələrində xətalara yol verilərək işlənilmişdir. Hər iki vətəndaşın mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin reallığı əks etdirmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı istifadəçilər arasında mübahisə olduğu müəyyən edilmişdir. Üzərində mübahisə qeydə alınmış daşınmaz əmlaka, mübahisə məhkəmə qaydasında öz həllini tapdıqdan sonra mülkiyyət hüququ dövlət qeydiyyatına alınır. O cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X17, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxs X20 gəlmiş, digər üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X17 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X20 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********36 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Hacıqabul rayonu, İİ Udulu kəndində yerləşən torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi barədə xx.xx.2021-ci il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, müraciətdə qeyd edilən məsələ ilə bağlı 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssislərinə göstərilən ünvanda yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Eyni zamanda bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edəcəyiniz və ölçü işlərinin aparılmasına şərait yaradacağınız təqdirdə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarıda adı çəkilən daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması məsələsinə baxılacaqdır. İş materiallarında olan JN-181A saylı, Kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən müəyyən olunur ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı, X5, X9, X10 və X15 ümumi birgə mülkiyyətinə 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-180A saylı, Kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən müəyyən olunur ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 04 nömrəli qərarına əsasən X7, X11, X16, X12, X13 və X14 ümumi birgə mülkiyyətinə 0,24 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Akta əsasən Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı, X5, X9, X10 və X15 ümumi birgə mülkiyyətinə verilmiş və JN-181A saylı, Kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,16 ha həyətyanı torpaq sahəsindən faktiki olaraq X20 və onun ailə üzvləri istifadə edir. Həmçinin, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 04 nömrəli qərarı ilə X7, X11, X16, X12, X13 və X14 ümumi birgə mülkiyyətinə verilmiş və JN-180A saylı, Kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,24 ha həyətyanı torpaq sahəsindən faktiki olaraq İddiaçı və onun ailə üzvləri istifadə edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Akta əlavə edilmiş JN-181A və JN- 180A saylı Şəhadətnamələrə əsasən hazırlanmış sxematik plandan görünür ki, qeyd olunan 0,16 ha və 0,24 ha həyətyanı torpaq sahələri qonşu torpaqlardır və bu torpaq sahələri üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan 0,40 ha torpaq sahəsinin 0,24 hektarı Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə X7 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və JN-180A saylı, Kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsi, 0,16 hektarı isə bələdiyyənin ehtiyat fonduna (BEF) aid torpaq sahəsidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-38/2-1351/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə əsasən JN-181A və JN-180A saylı şəhadətnamələrlə rəsmiləşdirilmiş müvafiq olaraq 0,16 ha və 0,24 ha həyətyanı torpaq sahələri qonşu torpaqlardır və bu torpaq sahələri üst-üstə düşmür. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(120)-1442/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - JN-181A saylı, Kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı, X5, X9, X10 və X15 ümumi birgə mülkiyyətinə verilmiş 0,16 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - JN-180A saylı, Kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X7, X11, X16, X12, X13 və X14 ümumi birgə mülkiyyətinə verilmiş 0,24 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - JN-181A saylı, Kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı, X5, X9, X10 və X15 ümumi birgə mülkiyyətinə verilmiş 0,16 ha həyətyanı torpaq sahəsinin koordinat göstəriciləri ilə JN-180A saylı, Kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X7, X11, X16, X12, X13 və X14 ümumi birgə mülkiyyətinə verilmiş 0,24 ha həyətyanı torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - İddiaçı faktiki istifadəsində olan 0,40 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - İddiaçı faktiki istifadəsində olan 0,40 ha həyətyanı torpaq sahəsinin koordinat göstəriciləri ilə JN-180A saylı, Kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X7, X11, X16, X12, X13 və X14 ümumi birgə mülkiyyətinə verilmiş 0,24 ha həyətyanı torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/4991 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: JN-181A saylı, kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı, X5, X9, X6 və X15 birgə mülkiyyətinə verilmis 0,16 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur. - Qərardadın ikinci sualı üzrə: JN-180A sayiı, kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X7, X11, X16, X12, X13 və X14 ümumi birgə mülkiyyətinə verilmiş 0,24 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur. - Qərardadın üçüncü sualı üzrə: JN-181A saylı, kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı, X5, X9, X6 və X15 ümumi birgə mülkiyyətinə verilmiş 0,16 ha həyətyanı torpaq sahəsinin koordinat göstəriciləri ilə JN-180A saylı, kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X7, X11, X16, X12, X13 və X14 ümumi birgə mülkiyyətinə verilmiş 0,24 ha həyətyanı torpaq sahələrinin sənəd üzrə koordinat göstəriciləri arasında üst-üstə düşmə halı yoxdur. Lakin, JN-181A saylı, kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,16 ha həyətyanı torpaq sahəsindən faktiki olaraq X20 və ailə üzvləri istifadə edir. - Qərardadın dördüncü sualı üzrə: İddiaçı faktiki istifadəsində olan 0,40 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur. - Qərardadın beşinci sualı üzrə: İddiaçı faktiki istifadəsində olan 0,40 ha həyətyanı torpaq sahəsinin koordinat göstəriciləri ilə JN-180A sayiı, kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X7, X11, X16, X12, X13 və X14 ümumi birgə mülkiyyətinə verilmiş 0,24 ha həyətyanı torpaq sahəsinin koordinat göstəriciləri arasında üst-üstə düşmə halı vardır və bu hal rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur. İddiaçının nümayəndəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini tələb etdiyi 0,40 hektar torpaq sahəsi ilə bağlı İddiaçı və ailə üzvlərinin hər hansı hüquqmüəyyənedici sənədinin və ya belə bir sənədin mövcudluğunu təsdiq edən dəlillərin təqdim edilməsi təklif olunsa da, bununla əlaqədar məhkəməyə heç bir sübut növü təqdim olunmamışdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/4991 nömrəli ekspert rəyi və iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli, 3-21-3-38/2-1351/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyi ilə müəyyən olunur ki, İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməli olduğunu iddia etdiyi 0,40 hektar torpaq sahəsinə dair onun heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Belə ki, həmin torpaq sahəsinin 0,24 hektarı Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 04 nömrəli qərarı ilə X7 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və JN-180A saylı, Kod 91008028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsi, 0,16 hektarı isə bələdiyyənin ehtiyat fonduna (BEF) aid torpaq sahəsidir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Qeyd olunan Qanunun 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsinin əsasları müəyyən edilərək 11-ci maddəsinin 1-ci bəndi ilə müəyyən edilmişdir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). MPM-in 207.1-ci maddəsinə görə zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. MPM-in 207.2-ci maddəsinə görə mütəxəssisin yazılı formada verdiyi məsləhət məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının kadastr planının və çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsi ona hüquqmüəyyənedici sənədlər üzrə verilmiş torpaq sahəsi qonşu ərazilər olmaqla üst-üstə düşmür və ona iddia edilən torpaq sahəsinin faktiki yerləşdiyi koordinatlara uyğun kadastr planının və çıxarışın verilməsi digər fiziki və hüquqi şəxslərin hüquqlarına müdaxilə olunmasına səbəb olardı. Yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan və heç bir hüquqmüəyyənedici sənədi olmadan mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini tələb etdiyi 0,40 hektar torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuna uyğundur və iddia tələbinin təmin olunmasına hüquqi əsas yoxdur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “faktiki istifadəsində olan 0,40 hektar həyətyanı torpaq sahəsinin kadastr planının və dövlət reyestrindən çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “faktiki istifadəsində olan 0,40 hektar həyətyanı torpaq sahəsinin kadastr planının və dövlət reyestrindən çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-437/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-437/2023
14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver