Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4377/2024 06.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Lənkəran rayonu Bürcəli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 08 saylı qərarı ilə alqı-satqı yolu ilə satılmış Lənkəran rayonu Bürcəli kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin naturada ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Lənkəran rayonu Bürcəli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 08 saylı qərarı ilə alqı-satqı yolu ilə satılmış Lənkəran rayonu Bürcəli kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin naturada ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il tarixdə Lənkəran rayonu, Kosalar kəndində anadan olmuş, hazırda da ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Bürcəli kəndində yaşayır. Lənkəran rayonu Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı ilə ona, yəni Lənkəran rayonu Bürcəli kənd sakini ona alqı-satqı yolu ilə 0.06 ha həyətyanı torpaq sahəsi satılmış və torpaq sahəsinin pulu da tərəfindən ödənilmişdir. Əlində bələdiyyənin alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında satılmış 0.06 ha torpaq sahəsinə görə ödədiyi pulun qəbzi və digər sənədlər olduğu halda Lənkəran rayonu Bürcəli bələdiyyəsi bu günə kimi alqı-satqı yolu ilə ona satdığı digər 0.06 ha torpaq sahəsinin yerini müəyyən edərək təhvil verilməkdən imtina etmişdir. Dəfələrlə tərəfindən bu barədə Lənkəran rayonu Bürcəli bələdiyyəsinin sədrinə müraciət olunmuş, lakin heç bir nəticəsi olmamışdır. Torpaq sahəsi ona 30 avqust 2002-ci il tarixdə satılsa da, təhv verilmədiyindən həmin torpaq sahəsi hazırda kim tərəfındəh istifadə edilir. Bələdiyyə tərəfindən təqdim edilən sənədlərin içərisində qeyd olunan torpaq sahəsinin plan və sxemi də mövcuddur. Həmin plan və sxem görə satılmış 0.06 ha torpaq sahəsi kənd qəbristanlığının yaxınlığında yerləşir. Lakin bələdiyyə bildirir ki, onda olan plan və sxemdə torpaq sahəsinin yeri deyil, onlar şərti işarələrdir. Beləliklə, Lənkəran rayonu Bürcəli bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli qərarı ilə satılmış 0.6 ha həyətyanı torpaq sahəsi təhvil verilmədiyi üçün, yəni həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi təmin edilməmişdir. Tərəfindən Lənkəran şəhər İcra Hakimiyyətinə müraciət edilmiş, əvvəlcə Lənkəran rayonu Bürcəli bələdiyyəsinin sədri Kazım Məmmədov yanına çağıraraq satılmış torpaq sahəsinin yerinin göstərilərək onun istifadəsinə verilməsinin təmin edilməsini tapşırsa da, sonradan bu tapşırıq yerinə yetirilməmiş, bələdiyyənin sədri müxtəlif bəhanələr gətirərək bu günə kimi həmin torpaq sahəsinin yerini göstərməmiş və onun istifadəsinə verilməsi təmin etməmişdir. Baxmayaraq ona təqdim olunmuş sənədlərdə torpağın alqı-satqısma dair akt, Bürcəli bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 8 saylı iclas protokolundan çıxarışı alqı-satqı yolu ilə verilmiş həyətyanı torpaq sahəsinin sxemi və ona satılmış torpaq sahəsinə görə 627800 manat pul ödəməyini təsdiq edən qəbz mövcuddur. Qeyd etdiyi kimi ona satılmış torpaq sahəsinin sxemi təqdim edilsə də, torpaq sahəsinin yeri göstərilmir və istifadəsinə verilmir. Mütəxəssis olmadığı üçün satılmış 0.06 ha torpaq sahəsinin sxemi təqdim edilsə də, onun yerini müəyyən edib, ondan istifadə edə bilmir. Bununla bağlı ilkin olaraq Lənkəran rayon Bürcəli bələdiyyəsinə qarşı iddia qaldırmış ki, ona satdığı 0.06 ha torpaq sahəsinin yerini göstərib, təhvil verilsin. Həmin vaxtı Şirvan İnzibati Məhkəməsində ona izah edildi ki, cavabdeh bələdiyyəni deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini cavabdeh kimi qoyulmalıdır. Cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini qeyd edərək, məhkəmədə iddia qaldırmış, məhkəmənin qərarı ilə onun iddia tələbi təmin edilmişdir. Belə ki, Şirvan İnzibati Məhkəməsinin hakimi Samir Həsənovun 2-1(120)-998/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Lənkəran rayonu Bürcəli bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 08 saylı qərarı ilə ona, yəni Lənkəran rayonu Bürcəli kənd sakini ona alqı-satqı yolu ilə satılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərinə mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s.) və mərz nişanlarının qoyulması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-998/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarının qəbul edilməsindən 03 (üç) ilə yaxın bir müddət keçməsinə baxmayaraq qeyd olunan qərar Lənkəran rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən icra edilmir. Belə ki, Lənkəran rayonu Bürcəli bələdiyyəsi qeyd olunan işdə cavabdeh olmadığı üçün satdığı 0.06 ha torpaq sahəsininin yerini Lənkəran rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətirə göstərmədiyi üçün və eyni zamanda ona təqdim etdiyi torpaq sahəsinin plan və sxemində miqyası qeyd etmədiyi üçün onlar həmin qərarı icra edə bilmirlər. Bununla da dövlət adından çıxmış məhkəmənin qərarı bələdiyyənin torpaq sahəsini göstərməməyi hesabına icra edilmir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə iddianın mümkünlüyü əsaslarının yoxlanılmasını zəruri saymışdır. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı Lənkəran rayonu Bürcəli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 08 saylı qərarı ilə alqı-satqı yolu ilə satılmış Lənkəran rayonu Bürcəli kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin naturada ona təhvil verilməsi ilə bağlıdır. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia tələbinin əsasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxış edir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiаçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) qarşı “Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-998/2021 nömrəli qərarı ilə iddia tələbinin təmin edilmiş, Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin) üzərinə qoyulmuşdur. Göründüyü kimi iddiaçının Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxılmış, məhkəmə tərəfindən tələbin mahiyyətinə qiymət verilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu Bürcəli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 08 saylı qərarı ilə alqı-satqı yolu ilə satılmış Lənkəran rayonu Bürcəli kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin naturada ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tələbini zahirən ayrıca inzibati mübahisə kimi qiymətləndirsə də, belə deyildir. Belə ki, iddiaçının irəli sürdüyü tələb məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından meydana gəlmişdir ki, bu zaman mübahisəyə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsində deyilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli, 10 №-li qərarının:
25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.
28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.
29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır. Göründüyü kimi inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılmış qərarların vaxtında və düzgün icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. İddiaçı isə hazırkı iddianı irəli sürməklə məhkəmə qərarının icrasından kənar yeni məhkəmə qərarının qəbul edilməsini tələb edir ki, həmin hal istər inzibati prosessual qanunvericilik, istərsə də prosessual qənaət baxımından yol verilməzdir. Belə ki, iddiaçı məhkəməyə ərizə təqdim etməklə qərarın icrasına yönələn tədbirlərin həyata keçirilməsini tələb etmək hüququna malikdir ki, yeni iddiaya baxılması isə, əlavə vaxt və resurs itkisinə səbəb olmaqla faktiki olaraq iddiaçının hüquqi marağına xidmət etmir. Təbii haldır ki, məhkəmə qərarının icrası məcburidir və həmin qərarın qüvvədə olması halında inzibati orqan yeni mövqe nümayiş etdirmək və qərarın icrasından yayınmaq kimi səlahiyyətə malik olmamaqla qərarın qüvvədə olduğu halda onun icrasını həyata keçirməlidir. Bu həyata keçirilmədikdə məhkəmə yuxarıda qeyd olunan icra tədbirlərini həyata keçirmək, icra edilmədiyi təqdirdə ehtiyac olarsa cərimə tətbiq etmək kimi səlahiyyətə malikdir. Lakin məhkəmə bir dəfə baxılan işə qəbul edilən qərarın icra edilməməsi ilə bağlı yenidən baxmaq səlahiyyətinə malik deyil. Əks yanaşma isə məhkəmə qərarlarının formal sənəd hesab edilməsi, eyni məsələ ilə bağlı çıxarılmış məhkəmə qərarı icra edilmədiyinə görə yeni məhkəmə qərarlarının qəbul edilməsi və icrasız qalması kimi məntiqə uyğun olmayan nəticəyə səbəb olacaqdır ki, göstərilənlər nəzərə alınmaqla iddiaçıya qərarın icrasının təmini üçün sadə formada ərizə verilməsi hüquqi izah edilmiş, ayrıca iddianın qaldırılmalı olmaması diqqətinə çatdırılmışdır. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçıların diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin göstərilən formada təmin edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Eyni zamanda, məhkəmə iddiaçıya izah edir ki, iddiaçı icra edilmədiyini hesab etdiyi məhkəmə qərarının icrasının təmin edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmək və qərarın məcburi icrasını tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim: Hilal Nəcəfov