Məhkəmə qərarları › İş №2-1(120)-4377/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4377/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4377/2025 18.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 18 fevral 2026-cı il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,31 ha torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə 0.31 ha təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini bu günə kimi istifadə edə bilmir. O, həmin torpaq sahəsinə müvafıq çıxarış almaq üçün cavabdeh təşkilata rəsmi olaraq müraciət etmişdir. Amma onun müraciətinə cavabdeh təşkilatın xx.xx.2025-ci il tarixli məktubu ilə cavab verilərək çıxarışın verilməsindən imtina edilmişdir. İmtina edilməsinə səbəb isə həmin Dövlət aktının ləğv edilməsi göstərilmışdir. Hansı ki, həmin aktın ləğv edilməsi yalnız məhkəmənin səlahiyyətindədir. Hesab edir ki, yuxarıda qeyd etdiyi xüsusat ondan asılı olmayan səbəblərdən yaranmışdır. Bununla da onun qanunla qorunan hüquqları pozulduğu üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə ona verilmiş 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmişdir. Qeyd etmək istəyirlər ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə Cəlilabad rayonu Ağdaş kəndi ərazisində 0,31 ha pay torpaq sahəsi ayrılmış və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-107 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2002-ci il tarixli, 13 saylı qərarı ilə Cəlilabad rayonu Ağdaş kəndinin pay torpaq sahəsi almaq hüququ olan subyektlərinin siyahısında dəyişiklik edilmişdir. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarının siyahısının 107-ci sırasında göstərilən İddiaçı adı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2002-ci il tarixli, 13 saylı qərarı ilə dəyişdirilərək 509-cu sırasında qeyd edilmiş və ona 0,20 ha zəbt torpaq sahəsi qeyd olunmuşdur. Bu səbəbdən ikinci islahatın qərarına əsasən İddiaçı pay torpaq sahəsi ayrılmamışdır. Əlavə olaraq bildirirlər ki, İddiaçı təqdim etdiyi JN-107 nömrəli torpağa mülkiyyət hüququna dair 8 saylı Cəlilabad ərazi İdarəsində mövcud olan pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında, kəndin kompleks yerquruluşu layihəsində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Bu səbəbdən də, İddiaçı adına çıxarışın verilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı hazırki tələbi üzrə müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan JN-107 saylı, Kod 80603018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,31 ha torpaq sahəsi ayrılmış, İddiaçı adına qeyd edilən Dövlət Aktı tərtib edilmişdir. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Cəlilabad rayonu, Ağdaş kəndi ərazisində JN-107 nömrəli Dövlət Aktı əsasında verilmiş torpaq sahəsinin kənar şəxsə satılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş xx.xx.2025-ci il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Cəlilabad rayon Aqrar islahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 13 nömrəli qərarı ilə Ağdaş kəndində (köhnə Füzuli təsərrüfatı) təkrar islahat aparılmışdır. Təkrar islahatın nəticəsi olaraq sizin adınıza 0,2 ha zəbt torpaq sahəsi yazıldığından mülkiyyətinizə pay torpaq sahəsi verilməmişdir. “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbavcan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanının tələblərinin icrası ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisləri tərəfindən Cəlilabad rayonu Ağdaş kəndində dürüstləşmə işləri aparılarkən kənd sakinləri, Cəlilabad rayorıu Ağdaş inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Ağdaş bələdiyyəsinin iştirakı ilə pay torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun ölçülmüşdür. Ağdaş kəndi ərazisindəki pay torpaqlarında aparılmış çölölçmə və kameral işlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müvafiq dürüstləşmə işləri həyata keçirilmişdir. Əlavə olaraq bildiririk ki, respublikada torpaq islahatı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq, rayon və yerli aqrar islahatı komissiyaları tərəfindən aparılmışdır. Torpaq islahatı aparılan zaman torpaq payının əldə edilməsi ilə əlaqədar yaranan mübahisələrlə bağlı narazı vətəndaşların həmin Qanunun 22-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət ərzində yerli aqrar islahatı komissiyasının qərarından rayon aqrar islahatı komissiyasına, Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyasına və məhkəməyə şikayət etmək hüquqları olmuşdur. Hazırda həmin komissiyalar ləğv edildiyindən islahatın nəticələrindən narazı olan vətəndaşların qanunvericüiklə müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət hüquqları vardır. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2025-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə etdiyiniz müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin” 8 sayli Cəlilabad Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, Cəlilabad rayonu Aqrar İslahət Komissiyasının 29 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı əsasında sizə Cəlilabad rayonu Ağdaş ksndi ərazisində 0,31 ha pay torpaq sahəsi ayrılmış və ləğv edilmiş Dövləi Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-107 nömrəli torpağa mülkiyyət hüquqna dair dövlət aktı tərtib edilmişdir. Cəlilabad RAİK-nın xx.xx.2002-cü il tarixli, 13 saylı qərarı ilə Cəlilabad rayonu Ağdaş kəndinin pay torpaq sahəsi almaq hüququ olan subyektlərinin siyahısında dəyişiklik edilmişdir. Cəlilabad RAİK-nın 29 aprel 1993-ci il tarixli, 05 nömrəli qərarının siyahısının 107-ci sırasından göstərilən sizin adinız Cəlilabad RAİK-nın xx.xx.2002-cü il tarixli, 13 saylı qərarı ilə dəyişdirilərək 509-cu sırasında qeyd edilmiş və sizə 0,20 ha zəbt yazılmışdır. Bu səbəbdən ikinci islahatın qərarına əsasən sizə pay torpaq sahəsi ayrılmamış və Ağdaş kəndinin kompleks yerquruluşu layihəsində sizin mülkiyyətinizə pay torpaq sahəsi verilməmişdir. Əlavə olaraq bildiririk ki, sizin təqdim etdiyiniz JN-107 nömrəli torpağa müikiyyət hüququna dair dövlət aktı 8 saylı Cəlilabad Ərazi İdarəsində mövcud olan pay torpaq sahəsi almaq hüququ olan subyektlərinin siyahısında, kəndin kompleks yerquruluşu layihəsində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Bu səbədən təqdim etdiyiniz JN-107 nömrəli torpağa müikiyyət hüquqna dair dövlət aktına dair dövlət aktına çıxarış, plan və ölçü verilməsi mümkün olmamışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-3622/2025 saylı məktubuna əlavə edilmiş 15 noyabr 2002-ci il tarixli, 13 saylı iclas protokolundan görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 19 sentyabr 2002-ci il tarixli, 07 saylı qərarının icrası ilə əlaqədar yaradılmış işçi qrupu rayonun təsərrüfatlarında aparılmış torpaq islahatının vəziyyətini yerlərdə araşdırmış və islahat zamanı bir çox təsərrüfatlarda (kəndlərdə) texniki qüsurlara və uyğunsuzluqlara yol verildiyi müəyyən edilmişdir. Belə ki, islahat aparılan zaman Baş sxemlər düzgün tərtib olunmamış, torpaq payı almaq hüququ olan subyektlər dəqiq müəyyən edilməmiş, yararsız sahələr torpaq payı bölgüsünə salınmış və ya əksinə, əkin sahələri bölgüdən gizlədilmiş, ayrı-ayrı vətəndaşlar tərəfindən qanunsuz zəbt olunmuş torpaq sahələri, eləcə də yaşayış məntəqələri altında olan sahələr pay bölgüsünə salınmış, siyahılarda qruplaşma aparılmamış və nəticədə ailə üzvlərinə ayrı-ayrı ərazilərdən torpaq payı düşmüş və sair. İşçi qrupu bu uyğunsuzluqları hər bir təsərrüfat və kənd üzrə müəyyən etmiş və onların aradan qaldırılması üçün təkliflər hazırlanmışdır. İş materiallarında olan hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış Cəlilabad Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-41/2-1045/2025 saylı məktubunda bildirilmişdir ki, İddiaçı Cəlilabad rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1998-ci il tarixli, 05 saylı qərarına əsasən 0,31 ha torpaq sahəsinin verilməsi barədə Cəlilabad rayon Dövlət Arxivində heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının ünvan 5 nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-41/2-1-537/2025 saylı məktubunda bildirilmişdir ki, İddiaçı adına ünvan 5 təsərrüfatbaşına kitabda zəbt torpaq sahəsi yoxdur, 0,31 ha pay torpaq sahəsinin olması qeydiyyata alınmışdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən müəyyən edilir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə siyahı üzrə 107-ci sırada yer alan İddiaçı 0,31 ha torpaq sahəsi verilmiş, həmin qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına JN-107 nömrəli torpağa mülkiyyət hüquqna dair dövlət aktı tərtib edilmiş, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 19 sentyabr 2002-ci il tarixli, 07 saylı qərarının icrası ilə əlaqədar yaradılmış işçi qrupu rayonun təsərrüfatlarında aparılmış torpaq islahatının vəziyyətini yerlərdə araşdırmış, islahat zamanı bir çox təsərrüfatlarda (kəndlərdə) texniki qüsurlara və uyğunsuzluqlara yol verildiyi müəyyən edilmiş, belə ki, islahat aparılan zaman Baş sxemlər düzgün tərtib olunmamış, torpaq payı almaq hüququ olan subyektlər dəqiq müəyyən edilməmiş, yararsız sahələr torpaq payı bölgüsünə salınmış və ya əksinə, əkin sahələri bölgüdən gizlədilmiş, ayrı-ayrı vətəndaşlar tərəfindən qanunsuz zəbt olunmuş torpaq sahələri, eləcə də yaşayış məntəqələri altında olan sahələr pay bölgüsünə salınmış və s. Cəlilabad rayon Aqrar islahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 13 nömrəli qərarı ilə Ağdaş kəndində (köhnə Füzuli təsərrüfatı) təkrar islahat aparılmış, kəndin pay torpaq sahəsi almaq hüququ olan subyektlərinin siyahısında dəyişiklik edilmiş, Cəlilabad RAİKnın 29 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısının 107-ci sırasında göstərilən iddiaçının adı Cəlilabad RAİK-nın xx.xx.2002-cü il tarixli, 13 saylı qərarı ilə dəyişdirilərək siyahının 509-cu sırasında yer almış və onun istifadəsində 0,20 ha zəbt torpaq sahəsinin olduğu qeyd edilmiş, bu səbəbdən ikinci islahatın qərarına əsasən İddiaçı pay torpaq sahəsi ayrılmamış və Ağdaş kəndinin kompleks yerquruluşu layihəsində onun mülkiyyətinə pay torpaq sahəsi verilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 13 nömrəli qərarı ilə Ağdaş kəndində (köhnə Füzuli təsərrüfatı) aparılan təkrar islahatdan sonra Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı və həmin qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib edilmiş JN-107 nömrəli torpağa mülkiyyət hüquqna dair dövlət aktı öz hüquqi qüvvəsini itirmişdir. Qeyd olunanlar JN-107 nömrəli torpağa müikiyyət hüququna dair dövlət aktının 8 saylı Cəlilabad Ərazi İdarəsində mövcud olan pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında, kəndin kompleks yerquruluşu layihəsində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmaması ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının bu iddianı qaldırmaq üzrə subyektiv hüququ yaranmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan 0,31 ha torpaq sahəsinin ona məxsus olmasını təsdiqləyən çıxarışın verilməməsi ilə bağlı subyektiv hüquqlarının pozulduğunu əsaslandıra bilməmiş və o, öz hərəkətlərində hüquqi ixtiyarlı deyildir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırki iddia üzrə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “0,31 ha torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar