Məhkəmə qərarları › İş №2-1(120)-4389/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4389/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4389/2024 19.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X29 оğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1962-ci il tarixli, 29 nömrəli doğum akt qeydinə ata qrafasında X4 ata adının “Məlikəli”dən, Mülkalı” ya düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1962-ci il tarixli, 29 nömrəli doğum akt qeydinə ata qrafasında X4 ata adının “Məlikəli”dən, Mülkalı” ya düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı və cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iştirakı olmadan iddia tələbinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmuna aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 08 fevral 2024-cü il tarixli, AZ-İİ 376903 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X7 xx.xx.2009-cu ildə vəfat etməsi barədə qeydiyyat aparılmışdır. - 25 iyul 2014-cü il tarixli, AZ-İ 672749 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X1 xx.xx.2014-cü ildə vəfat etməsi barədə qeydiyyat aparılmışdır. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - AZE 03992621 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1954-cü ildə anadan olmuş, Neftçala rayonu, Həsənabad qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatdadır. - AZE 16541867 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1966-cı ildə anadan olmuşdur. - AZE 09221145 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1958-ci ildə anadan olmuşdur. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1969-cu ildə anadan olmuşdur. - 17 iyun 1966-cı il tarixli, AZ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1966-cı il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ata qrafasında X7 adı qeyd edilmişdir. - 20 yanvar 1962-ci il tarixli, AZ 148936 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ata qrafasında X5 adı qeyd edilmişdir. - 19 sentyabr 1984-cü il tarixli, İJ 168606 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1954-cü il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ata qrafasında X7 adı qeyd edilmişdir. - 17 iyun 1966-cı il tarixli, AZ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1966-cı il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ata qrafasında X7 adı qeyd edilmişdir. - 25 sentyabr 1969-cu il tarixli, AZ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1964-cü il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ata qrafasında X7 adı qeyd edilmişdir. - 07 fevral 2023-cü il tarixli, AZ-T 236693 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1958-ci il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ata qrafasında X4 adı qeyd edilmişdir. - 25 fevral 1969-cu il tarixli, AZ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1969-cu il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ata qrafasında X5 adı qeyd edilmişdir. - “Torpağa mülkiyyət hüququna dair” JN 0020, kod 80707058 nömrəli dövlət aktından görünür ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 41 saylı qərarı ilə 2.89 ha torpaq sahəsi X12 və X3 verilmişdir. - Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2835/2023 nömrəli qərarından görünür ki, İddianın təmin edilməsi, xx.xx.2009-cu il tarixli, 33 nömrəli ölüm aktı üzrə ölən şəxsin atasının adının “Məlikalı”dan “Mülkalı”ya düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. - xx.xx.1962-ci il tarixli, 29 nömrəli doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1962-ci il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ata qrafasında X4 adı qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının atası X5 barəsində Neftçala rayon İcra Hakimiyyətinin Həsənabad qəsəbə İcra Nümayəndəliyi tərəfindən xx.xx.2009-cu il tarixli, 33 nömrəli ölüm akt qeydi tərtib olunarkən ölüm akt qeydində ölən şəxsin adı “Mülkalı” əvəzinə “Məlikalı” qeyd edilmişdir. İddiaçı müvafiq sənədlər əsasında ölüm haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. xx.xx.1962-ci il tarixli, 29 nömrəli ölüm akt qeydində iddiaçının atasının ata adı “Məlikəli” əvəzinə “Mülkalı” qeyd edilmiş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.1962-ci il tarixli, 29 nömrəli doğum akt qeydində ata qrafasında atasının adının “Məlikəli”dən, Mülkalı” ya düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1962-ci il tarixli, 29 nömrəli doğum akt qeydinə ata qrafasında X4 ata adının “Məlikəli”dən, Mülkalı” ya düzəliş edilməsi öhdəliyi Cavabdehnə üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar