Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-44/2020 29.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi x3, İddiaçı vəkili və nümayəndəsi x10 (Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin nümayəndəsi x4 (Lənkəran rayonu, Hirkan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs x6 (Lənkəran rayonu, Seydəkəran kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs x6 vəkili və nümayəndəsi x12 (Bakı şəhəri, Səbail rayonu, M.Müşfiq küçəsi, ev 4B, mənzil 6-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı Lənkəran rayon x9 03.09.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya və onun ailə üzvlərinə verilmiş 0,22 hektar torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının müəyyən edilməklə, həmin daşınmaz əmlaka dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulmasıtələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı torpağın və evin vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun müəyyən edilməsi, əlaqəli olan texniki pasportun tərtib edilməsi, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçı iddia tələbini dəyişərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı Lənkəran rayon x9 03.09.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya və onun ailə üzvlərinə verilmiş 0,22 hektar torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının müəyyən edilməklə, həmin daşınmaz əmlaka dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulmasıbarədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 05.12.2019-cu il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı vəkili və nümayəndəsi x17 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı xx xxxxxx 1948-ci il tarixdə Lənkəran rayonu Seydəkəran kəndində anadan olmuşdur. İddiaçı 24 avqust 1982-ci il tarixdə həmkəndlisi x18 ilə rəsmi nikaha girib evlənmiş, hazıra kimi təsərrüfatı birgə idarə etməklə ər-arvad olaraq yaşayırlar. Birgə nikahdan Bağırov Rasim və x13 adlı 2 övladları anadan olmuşdur. Lənkəran rayon x9 03 mart 1998-ci il tarixli 04 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün onlara 0,22 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 1 mərtəbəli 2 otaqlı ev vardır ki, həmin ev onlar tərəfindən əlavələr edilməklə əsaslı təmir edilmiş, hazırda istifadələrindədir. İddiaçı ilə qonşuluqda bacısı x14 da babadan qalma 2 mərtəbəli 8 otaqlı evdə yaşayır. İddiaçı həyətində olan həmin 1 mərtəbəli 2 otaqlı evə hüquqmüəyyənedici sənəd alaraq mülkiyyətinə keçirilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Həmin idarənin əməkdaşlarının, kənd bələdiyyə sədri, icra nümayəndəsi və eləcə də iddiaçının və maraqlı şəxs olan bacısı x7 iştirakı ilə 22 may 2019-cu il tarixdə həyətlərinə baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, Lənkəran rayon x9 03 mart 1998-ci il tarixli 04 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün onlara verilmiş 0,22 hektar torpaq sahəsindən qismən fərqli istifadə etmişlər. Qeyd edilən tarixdə tərtib edilmiş aktla müəyyən edilmişdir ki, iddiaçı ilə bacısı Akifənin fərdi yaşayış evlərinin arasında 16 metr məsafə vardır. Komissiya üzvləri onlara təklif etmişdilər ki, şərti olaraq həmin 16 metr torpaq sahəsinin hər iki tərəfə 8 metr məsafə verilsin. İddiaçı həmin şərtlə razılaşsa da, bacısı Akifə inad göstərərək razılaşmadı və əsas olaraq göstərdi ki, onların adları olan şəhadətnamə düzgün deyildir. Eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəsisləri tərəfindən iddiaçıya məxsus 0,22 hektar həyətyanı torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları faktiki naturada müəyyənləşdirilsə də, iştirakçıların bəziləri akta imza etməmişdirlər. Daha sonra 04 iyun 2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı x16 müraciət edərək fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar texniki pasportun tərtib edilməsi və müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı x23 10 iyul 2019-cu il tarixdə ona **********66 nömrəli bildiriş göndərərək mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Həmin imtina barədə bildirişdə əsas olaraq göstərilmişdir ki, sənədlərin qanuna müvafiqliyi yoxlanılarkən vahid daşınmaz əmlak olaraq iddiaçıya məxsus fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim etdiyi sənədlər üzrə faktiki yerində aparılan müayinənin nəticəsi olaraq tərəflər arasında, yəni iddiaçı ilə bacısı Akifə Bağırova arasında mübahisə vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin nümayəndəsi x11 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli əmlaka dair arxiv və baza məlumatları üzrə aidiyyəti hissədə araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Ləhkəran rayonu, Seydəkəran kəndi ərazisində yerləşən, islahatın müvafiq qərarı ilə hazırki iş üzrə iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə ayrılmış 0,22 hektar torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti olaraq qeydiyyata alınması ilə əlaqədar iddiaçının təqdim etdiyi 2019-cu il 04 iyun tarixli, ********** qeydiyyat ərizəsi əsasında ilkin hüquqmüəyyənedici sənədlər tərəflərindən icraata qəbul edilmiş və icrası məqsədilə faktiki yerində müayinə ölçmə işləri aparılmışdır. Faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq təqdim olunmuş JN-065A nömrəli şəhadətnamə üzrə göstərilən yerlə faktiki istifadə edilən ərazi arasında qismən uyğunsuzluq vardır. Bunula əlaqədar faktiki yerində tərəflərin iştirakı ilə əlavə baxış keçirilmiş və hazırki iş üzrə iddiaçının mülkiyyətinə verilmiş 0,22 hektar həyətyanı torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları faktiki naturada müəyyənləşdirilmiş və bu barədə 22.05.2019-cu il tarixli akt tərtib olunmuşdur. Həmin aktda barələrində qeyd olunan iştirakçılar faktiki vəziyyətə uyğun koordinatlara dair göstərilənlərlə bağlı imza etdikləri halda, yalnız bir nəfər hazırki iş üzrə iddiaçının qonşusu (bacısı) x14 aktı imzalamaqdan imtina etmiş və bununla razılaşmadığını bildirmişdir. Qeyd olunan səbəbdən müraciət sahibinin ərizəsindən imtina edilmişdir. İddiaçı adına həyətyanı məqsədilə islahatın müvafiq qərarı əsasında Seydəkəran kəndi ərazisində ayrılmış 0,22 hektar torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair tərtib edilmiş 1979-cu il tarixli texniki pasport barəsində daşınmaz əmlakın dövlət reyestrində hərhansı bir məlumat yoxdur. Həmin texniki pasportda göstərilənlərlə hal-hazırki vəziyyət arasında ciddi uyğunsuzluqlar mövcuddur.Sözügedən həyətdə hal-hazırda ayrı-ayrılıqda üç fərdi yaşayış evi mövcuddur. 1979-cu il tarixli texniki pasportun iddiaçı və maraqlı şəxsin mərhum atalarına məxsus fərdi yaşayış evinə dair tərtib olunduğu ehtimalı vardır. Qeyd olunanları nəzərə alaraq mübahisə üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs x6 vəkili və nümayəndəsi x20 iddianı qəbul etməyərək bildirdi ki, mübahisə üzrə cavabdeh inzibati orqanın əməkdaşları və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq təqdim olunmuş JN-065A nömrəli şəhadətnamə üzrə göstərilən yerlə faktiki istifadə edilən ərazi arasında qismən uyğunsuzluq vardır. Bunula əlaqədar faktiki yerində tərəflərin iştirakı ilə əlavə baxış keçirilmiş və hazırki iş üzrə iddiaçının mülkiyyətinə verilmiş 0,22 hektar həyətyanı torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları faktiki naturada müəyyənləşdirilmiş və bu barədə 22.05.2019-cu il tarixli akt tərtib olunmuşdur. Həmin aktda barələrində qeyd olunan iştirakçılar faktiki vəziyyətə uyğun koordinatlara dair göstərilənlərlə bağlı imza etdikləri halda, x14 aktı imzalamaqdan imtina etmiş və bununla razılaşmadığını bildirmişdir. Hazırki iddia tələbi tamamilə əsassızdır və ona gorə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs x15 məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın əsassız olduğunu bildirdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1). İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak isə Lənkəran rayonu ərazisində yerləşir. Məhkəmə-Hüquq Şurasının " 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı Bağırov x8 rayon x9 03.09.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya və onun ailə üzvlərinə verilmiş 0,22 hektar torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının müəyyən edilməklə, həmin daşınmaz əmlaka dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci il tarixdə Lənkəran rayonu, Seydəkəran kəndində doğulmuş, Lənkəran rayonu, Seydəkəran kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-065A (kod 80204028) nömrəli şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon x9 03.03.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0,22 hektar torpaq sahəsi verilmişdir. İşdə olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportun surətindən görünür ki, Lənkəran rayonu, Seydəkəran kəndində 1958-ci ildə inşa edilmiş fərdi yaşayış evinə dair 26.09.1979-cu il tarixdə İddiaçı adına texniki pasport tərtib edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin hüquq məsləhətçisinin, kadastr üzrə baş mütəxəssisinin, mühəndis inventarlaşdırıcısının, bələdiyyə sədrinin, ərazi icra nümayəndəsinin, mülkiyyətçilərİddiaçı və x6 iştirakı ilə tərtib edilmiş 22.05.2019-cu il tarixli aktdan görünür ki, Lənkəran rayonu, Seydəkəran kənd sakini Lənkəran rayon x9 03.03.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-065A (kod 80204028) nömrəli şəhadətnaməyə əsasən verilmiş 0,22 ha həyətyanı torpaq sahəsi yerində araşdırılmış, məlum olmuşdur ki, İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi faktiki olaraq qismən fərqli istifadə edilir. İşdə olan Dövlət Arxivinin Lənkəran filialının 31.10.2019-cu il tarixli, b/175 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayonu ZDS və XDS İcraiyyə Komitələrinin 1976- 1979-cu illərə aid protokolları yoxlanılmış, həmin sənədlərdə Lənkəran rayonu, Seydəkəran kəndində İddiaçı adına fərdi yaşayış evinin tikintisindən ötrü heç bir qərar müəyyən edilməmiş, eyni zamanda arxivdə saxlanılan Lənkəran rayonu, Aşağı Nüvədi kənd sovetinin 1986-1990-cı illərə aid təsərrüfatbaşına kitablar yoxlanılmış, qeyd olunan kitabda 1986-1989-cu illərdə İddiaçı adına 0,22 hektar torpaq sahəsinin olduğu aşkar edilmişdir. İşdə olan Dövlət Arxivinin Lənkəran filialının 31.10.2019-cu il tarixli, A/588 nömrəli arxiv çıxarışından görünür ki, Lənkəran rayon ZDS İcraiyyə Komitəsinin 09.04.1976-cı il tarixli, 09 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Lənkəran rayonu, Seydəkəran kənd sakini, B.O.Abbasov adına sovxozda tara baza müdiri vəzifəsində işləyən İddiaçı öhdəsində olan 0,27 ha həyətyanı torpaq sahəsində yeni fərdi yaşayış evi tikməsi haqqında Aşağı Nüvədi qəsəbə ZDS İcraiyyə Komitəsinin 10.10.1975-ci il tarixli, 7 nömrəli qərarı təsdiq edilməsi, ona RİK-in tikinti və memarlıq şöbəsinin layihəsi əsasında iki otaqdan ibarət fərdi yaşayış evinin tikilməsinə icazənin verilməsi qərara alınmışdır. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Kənarmeşə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01.11.2019-cu il tarixli, 12-6/410 nömrəli arayışından görünür ki, Lənkəran rayonu, Seydəkəran kəndi üzrə 2016-2019-cu illərə aid 12-4/02 nömrəli təsərrüfatbaşına kitabın 91 nömrəli şəxsi hesabında İddiaçı təsərrüfatın şəxsi istifadəsində olan 0,22 ha təyətyanı torpaq sahəsində 1977-ci ildə tikilmiş ümumi sahəsi 60 kv.m, o cümlədən yaşayış sahəsi 40 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin iddiaçıya ünvanladığı daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi haqqında 10.06.2019-cu il tarixli, **********66 nömrəli bildiriş məktubundan görünür ki, vahid daşınmaz əmlak obyekti olaraq həmin fərdi yaşayış evinə dair tərəflər arasında mübahisə olduğundan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu x1 Layihə- Tədqiqat İdarəsinin 27.02.2020-ci il tarixli, M-048 nömrəli mütəxəssis rəyində və Məhkəmə Ekspertiza Mərkəzinin 27.04.2020-ci il tarixli, 32423 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lənkəran rayon x9 03.09.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə Lənkəran rayonu, Seydəkəran kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi İddiaçı Rəzzaq oğlu və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş və onların adlarına JN-065A (kod 80204028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. İddiaçı Rəzzaq oğlu və qeyrilərinin JN-065A nömrəli şəhadərnaməyə əsasən mülkiyyətlərinə verilmiş 0,22 ha həyətyanı torpaq sahəsi, həmin şəhadətnamənin “Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü”nə əsasən sərhədləri və döngə nöqtələri müəyyən olunmuşdur. Eyni zamanda İddiaçı Rəzzaq oğlunun JN-065A nömrəli şəhadətnaməyə əsasən mülkiyyətlərində olan torpaq sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin sərhədləri və faktiki ölçüləri müəyyən olunmuşdur. Məlum olmuşdur ki, İddiaçı Rəzzaq oğlu və qeyrilərinin JN-065A nömrəli şəhadərnaməyə əsasən mülkiyyətlərinə verilmiş 0,22 ha həyətyanı torpaq sahəsinin sənəddəki yerləşmə mövqeyi, konfiqurasiyası, fiziki ölçüləri ilə iddiaçının faktiki iddia etdiyi və göstərdiyi torpaq sahəsinin yerləşmə mövqeyi, konfiqurasiyası, fiziki ölçüləri arasında uyğunsuzluq mövcuddur. Bu uyğunsuzluq şəhadətnamədə qeyd edilən qonşu torpaq sahələri ilə iddiaçının iddia etdiyi faktiki torpaq sahəsinin qonşu torpaq sahələri arasında da aydın görsənir. Belə ki, şəhadətnaməyə əsasən verilən torpaq sahəsi cənub və cənub-qərb istiqamətdən ara yol ilə qonşudur, lakin iddiaçının faktiki iddia etdiyi torpaq sahəsinin cənub-şərq tərəfdən qonşuluğu kəndlər arası yol ilə olması müəyyən olunmuşdur. JN-065A nömrəli şəhadətnaməyə əsasən iddiaçıya verilən torpaq sahəsinin cənub istiqamətdən sərhəd qonşuluğu ara yoldur, lakin iddiaçının faktiki iddia etdiyi torpaq sahəsinin həmin istiqamətdən qonşuluğu aralarında xırda arx olmaqla qəbirstanlıq olması müəyyən olundu. (sənədlərdə bu sərhəd qonşuluğunun təsviri isə yoldan sonra digər torpaq mülkiyyətçilərin (istifadəçilərin) torpaq sahələri yerləşir və yalnız bundan sonra qəbirstanlıq ərazisi başlayır). İddiaçı Rəzzaq oğlunun mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhədləri və faktiki ölçüləri müəyyən olunmuşdur. Həmin bu fərdi yaşayış evinin iddiaçının mülkiyyətinə verilmiş JN-065A şəhadətnamədə qeyd edilən fərdi yaşayış evinin olubolmaması barədə araşdırma aparılmışdır. Aydın olmuşdur ki, JN-065A nömrəli şəhadətnamədə qeyd edilən fərdi yaşayış evinin yerləşmə mövqeyi ilə, iddiaçının iddia etdiyi mübahisəl 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin yerləşmə mövqeyi arasında uyğunsuzluq mövcuddur. Belə ki, JN-065A şəhadətnamədə fərdi yaşayış evi torpaq sahəsinin cənub-şərq istiqamətində qeyd edilmiş, iddiaçının faktiki iddia etdiyi fərdi yaşayış evi isə torpaq sahəsinin şimal istiqamətinə düşür. Yuxarıda qeyd edilən uyğunsuzluqlara görə İddiaçı Rəzzaq oğlunun mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin Lənkəran rayon x9 03.09.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə iddiaçıya və onun ailə üzvlərinə verilmiş 0,22 hektar torpaq sahəsinin koordinatları daxilində yerləşib-yerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin qonşu torpaq mülkiyyətçilərinin (istifadəçilərinin) həyətyanı torpaq sahələrinin şəhadətnamələrdəki yerləşmə mövqeyi ilə faktiki istifadə vəziyyətinin yerləşmə mövqeyi arasında yuxarıda qeyd edilən eyni məzmunlu uyğunsuzluqlar olduğundan, həmin fərdi yaşayış evinin kimin mülkiyyətində (istifadəsində) olan torpaq sahəsinin koordinatları daxilində yerləşib-yerləşməməsini də müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lənkəran rayon x9 03.09.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya və onun ailə üzvlərinə JN-065A “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadərnaməyə əsasən mülkiyyətlərinə verilmiş 0.22 ha torpaq sahəsi üzərində şəhadətnamədə 1(bir) fərdi yaşayış evi qeyd edilmişdir. Qeyd olunur ki, tədqiqat obyektinə baxış keçirilərkən “distometr” cihazı vasitəsilə aparılan ölçü işləri zamanı, iş materiallarında olan 1979-cu ildə tərtib edilmiş texniki pasportda qeyd olunan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin ölçülərinin, otaqların yerləşmə vəziyyətinin, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evin ölçüləri, otaqların yerləşmə vəziyyəti ilə uyğunluq təşkil etdiyi müəyyən olundu. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-065A (kod 80204028) nömrəli şəhadətnamə ilə Lənkəran rayon x9 03.03.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə 0,22 hektar torpaq sahəsi verilmişdir. İddiaçı şəhadətnamədə qeyd edilən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair mülkiyyət hüququnu qeydiyyata alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə müraciət etmiş, ancaq müraciəti təmin edilməmişdir. İşdə olan mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, İddiaçı Rəzzaq oğlu və qeyrilərinin JN-065A nömrəli şəhadərnaməyə əsasən mülkiyyətlərinə verilmiş 0,22 ha həyətyanı torpaq sahəsinin sənəddəki yerləşmə mövqeyi, konfiqurasiyası, fiziki ölçüləri ilə iddiaçının faktiki iddia etdiyi və göstərdiyi torpaq sahəsinin yerləşmə mövqeyi, konfiqurasiyası, fiziki ölçüləri arasında uyğunsuzluq mövcuddur. JN-065A nömrəli şəhadətnamədə qeyd edilən fərdi yaşayış evinin yerləşmə mövqeyi ilə, iddiaçının iddia etdiyi mübahisəl 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin yerləşmə mövqeyi arasında uyğunsuzluq mövcuddur. Belə ki, JN-065A şəhadətnamədə fərdi yaşayış evi torpaq sahəsinin cənub-şərq istiqamətində qeyd edilmiş, iddiaçının faktiki iddia etdiyi fərdi yaşayış evi isə torpaq sahəsinin şimal istiqamətinə düşür.Yuxarıda qeyd edilən uyğunsuzluqlara görə İddiaçı Rəzzaq oğlunun mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin Lənkəran rayon x9 03.09.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə iddiaçıya və onun ailə üzvlərinə verilmiş 0,22 hektar torpaq sahəsinin koordinatları daxilində yerləşib-yerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Мəhkəmə iş materiallarında olan 27.02.2020-ci il tarixli, M-048 nömrəli mütəxəssis rəyini və Məhkəmə Ekspertiza Mərkəzinin 27.04.2020-ci il tarixli, 32423 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Göründüyü kimi Lənkəran rayon x9 03.09.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya və onun ailə üzvlərinə verilmiş 0,22 hektar torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, ancaq məhkəmə araşdırması zamanı həmin 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin Lənkəran rayon x9 03.09.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə iddiaçıya və onun ailə üzvlərinə verilmiş 0,22 hektar torpaq sahəsinin koordinatları daxilində yerləşməsini müəyyən etmək mümkün olmamışdır Belə olan halda məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı Lənkəran rayon x9 03.09.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya və onun ailə üzvlərinə verilmiş 0,22 hektar torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının müəyyən edilməklə, həmin daşınmaz əmlaka dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xəclərin iddiaçıya aid edilməsi barədə ərizəni nəzərə alaraq prosessual xərclər İddiaçı tutulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78 – 79-cu, 81ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı Lənkəran rayon x9 03.09.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya və onun ailə üzvlərinə verilmiş 0,22 hektar torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının müəyyən edilməklə, həmin daşınmaz əmlaka dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Həmçinin torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərcinə görə 229,66 manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu x2 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapitalbank ASC Xətai filialı, kod: 200071 VÖEN **********, Müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab № AZ23AİİB********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-44/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-44/2020
29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver