Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-44/2023 08.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı X11 nümayəndəsi X18, Cavabdeh nümayəndəsi X2 və nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı X11 Cavabdehnə qarşı “Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 08 may 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı X16 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47–49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 05 may 2001-ci il tarixli, 03 saylı qərarı əsasında, adı qeyd olunan Bələdiyyə ilə onun arasında İcarə mtiqaviləsi bağlanmışdır. Bağlanmış 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsinə görə icarəyəverən Əliləmbəyli Bələdiyyəsi mülkiyyətində olan 55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini uzun müddətli, yəni 35 il müddətinə onun istifadəsinə vermişdir. Bundan sonra onun rəhbərlik etdiyi İddiaçı X16na icarəyə götürülən torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair JN- 2868 nömrəli Şəhadətnamə də verilmişdir. İcarəyə götürdüyü torpaq sahəsindən məqsədli təyinatına uyğun, yəni kənd təsərrüfatı məhsullarının istehsalı (arpa, buğda əkini və s.) və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün uzun müddət istifadə edilmişdir. Lakin Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun 1.2-ci bəndinə əsasən heç bir əsas olmadan, torpaq sahəsinin ona icarəyə verilməsinə əsas olmuş Bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı ləğv edilmişdir. Maraqlı tərəfı isə odur ki, Bələdiyyənin həmin iclası və qeyd olunan qərarı bütövlükdə Sabirabad Rayon İcra Hakimiyyətinin 26 noyabr 2020-ci il tarixli, 3143 saylı tövsiyə məktubuna istinad edilmişdir. Sırf həmin tövsiyə məktubu əsasında Bələdiyyə iclas keçirmiş və əsassız olaraq, ona torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş öz qərarını ləğv etmişdir. Halbuki, Rayon İcra Hakimiyyəti Bələdiyyənin fəaliyyətinə hər hansı təsir edə bilməz. Hər iki qurum öz fəaliyyətləri daxilində sərbəstdir. Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qəbul edilməsi zamanı guya ona ayrılan torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi, sənəddə səhvən 35 il qeyd olunması, eyni zamanda torpaq sahəsindən örüş kimi (yəni təyinatına uyğun) istifadə etməməyi kimi hallar da əsas götürülmüşdür. Belə ki, yenə də aidiyyəti olmadığı halda Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası İN yanında ƏMDX-nə sorğu vermiş və sorğuya verilən cavabda ona ayrılan torpaq sahəsinin arxiv sənədlərində (yerquruluşu layihəsinə əsasən) 15 il müddətinə icarəyə verilməsi qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin ona ayrılan torpaq sahəsində nə marağı olduğu da müəmmalı olaraq qalmışdır. ƏMDX-nin Şirvan ərazi şöbəsinin mütəxəssisləri tərəfındən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, torpaqayırma sənədlərində 15 il müddətinə icarəyə verilsin sözlərinə düzəliş edilərək 35 il müddətinə icarəyə verilsin yazılmışdır. Bu da təsdiq edir ki, faktiki olaraq torpaq sahəsi 35 il müddətinə icarəyə verilmişdir, Bələdiyyənin səhvən 15 il qeyd etməsi bunu istisna etmir, göründüyü kimi torpaqayırma sənədlərində də müddətə düzəliş edilmişdir. Bundan əlavə torpaqdan müvəqqəti istifadə hiiququna dair JN-2868 nömrəli Şəhadətnamədə, Əliləmbəyli Bələdiyyəsinin 13 iyun 2019-cu il tarixli, 21 nömrəli arayışında da torpaq sahəsinin 35 il miiddətinə icarəyə verildiyi açıq şəkildə qeyd olunur. Torpaq sahəsindən örüş kimi istifadə etmədiyi və nəticədə təyinatını pozulduğunu əsaslandırmağa çalışırlar ki, bununla bağlı qeyd edir ki, JN-2868 nömrəli Şəhadətnamədə, Əliləmbəyli Bələdiyyəsinin 13 iyun 2019-cu il tarixli, 21 nömrəli arayışında yenə göstərilir ki, torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilmişdir. Onun buğda əkməyi də buna uyğun gəlir, yəni torpaqdan təyinatına uyğun istifadə edilmişdir. Onu da qeyd edir ki, torpaq sahəsindən çıxmağı üçün ona çoxsaylı təzyiqlər edilmiş, həmin sahədən örüş kimi istifadə edilərək heyvanlar sahəyə buraxılmış, onun razılığı olmadan bunlar edilmiş və ərazidəki bütün əkin, buğda məhv edilərək ona çoxlu ziyan vurulmuşdur. Sonda isə Rayon İcra Hakimiyyətinin tövsiyə məktubu əsasında, ona torpaq sahəsinin ayrılmasına əsas olmuş qərar ləğv olunmuşdur. Hesab edir ki, Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qərara aldı hissəsinin 1.2-ci bəndi əsassızdır və tövsiyə məktubuna istinadən qəbul edilmişdir, buna görə də həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci hissəsinə görə, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq torpaqların bölündüyü kateqoriyalardan biri kənd təsərrüfatı təyinatlı torpaqlardır, bu kateqoriya torpaqlardan hər hansı bir kənd təsərrüfatı məqsədləri üçün istifadə edilə bilər, yəni örüş əvəzinə buğda əkilməsi bu torpaqların təyinatına zidd istifadə edilməsi hesab edilmir. O da torpaqdan təyinatına uyğun istifadə etmişdir. Sözügedən Məcəllənin 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarınm istehsalı və emalı, habelə kənd təsərmfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Yenə Torpaq Məcəlləsinin 73-cii maddəsində torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilmə əsasları göstərilmişdir. Lakin həmin maddədə göstərilən əsaslardan heç biri hazırda ona münasibətdə mövcud deyildir, yəni icarə müddəti bitməmişdir, bütün sənədlərdə 35 il qeyd olunmuşdur, məqsədli təyinatına uyğun sahədən istifadə edilmiş, sahəni istifadəsiz qalmamış, icarə müqaviləsinin şərtləri pozulmamışdır. Bıitün bunlar bir daha göstərir ki, Cavabdeh mübahisələndirdiyi qərarı əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, Cavabdeh 05 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə bələdiyyə mülkiyyətində olan 55 ha örüş torpaq sahəsi İddiaçı X16na 15 il müddətinə icarəyə verilmişdir. Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı və 15 iyun 2001-ci il tarixli, 05 saylı icarə müqaviləsi ilə 55 ha torpaq sahəsi İddiaçı X16na 15 il müddətinə icarəyə verilmiş və JN-2868, KOD 90904018 torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin baza məlumatlarında da Cavabdeh tərəfindən torpaq sahəsinin İddiaçı X16na 15 il müddətinə icarəyə verilməsi qeyd edilmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarına müdaxilə edilərək “on beş il müddətinə icarəyə verilsin” sözləri düzəliş edilərək “otz beş il müddətinə icarəyə verilsin” sözləri ilə dəyişdirilmişdir. Həmin bu düzəlişə əsasən də yenidən Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı və 15 iyun 2001-ci il tarixli, 05 saylı icarə müqaviləsinə əsasən 55 ha torpaq sahəsi İddiaçı X16na 35 il müddətinə icarəyə verilməsi barədə JN-2868, KOD 90904018 torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamə Əmlak Məsələləri Dövlət Xidmətinin baza məlumatlarında aşkar edilməmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi İddiaçı X16na qısamüddətli, yəni 15 il müddətinə icarəyə verilmişdir. Lakin İddiaçı X16 bələdiyyənin qərarında qanunsuz olaraq düzəliş etmiş və icarə müddətini 35 ilə dəyişmişdir. Bu hallar müvafiq orqanların apardığı araşdırma ilə sübuta yetirilir. Həmçinin, 05 noyabr 2020-ci il tarixli aktdan da görünür ki, ƏMDX-nin, Əliləmbəyli kənd icra nümayəndəsinin və bələdiyyəsinin və iddiaçının nümayəndəsi ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı 15 illik icarə müqaviləsinin müddətinin bitməsi müəyyən edilmiş və bununla əlaqədar iddiaçıya xəbərdarlıq edilmiş və torpaq sahəsini təyinatı üzrə istifadə etməməsinə görə ona məlumat verilmişdir. Bu hal məhkəmə ekspertizası mərkəzinin 25 oktyabr 2021-ci il tarixli rəyinə əsasən də müəyyən edilir ki, 55 ha torpaq sahəsinin 25 ha təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilir. Bundan başqa Sabirabad rayonu Əliləmbəyli kənd sakinləri tərəfindən Şirvan Regional Ədliyyə İdarəsinə olunmuş kollektiv müraciət əsasında da aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı X16na 15 il müddətinə icarəyə verilmişdir. Lakin İddiaçı X16 bələdiyyənin qərarında qanunsuz olaraq düzəliş etmiş və icarə müddətini 35 ilə dəyişmişdir. Bu səbəbdən də bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarının, JN- 2868, KOD 90904018 torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ləğv edilməsini və 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsini təklif etmişdir. Daha sonra qeyd edilir ki, Cavabdeh ilə İddiaçı X16 arasında bağlanmış 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsi və bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı arasında uyğunsuzluq var. Belə ki, İddiaçı X11 rəhbəri B.Cəfərov 55 ha torpaq sahəsinin onun icarəsinə ayrılması barədə 19 aprel 2001-ci il tarixdə bələdiyyəyə müraciət etmiş, bununla əlaqədar bələdiyyənin iclası 05 may 2001-ci il tarixdə keçirilmiş və qərar qəbul edilmişdir. Tərəflər arasında icarə müqaviləsi isə 01 aprel 2001-ci il tarixdə bağlanmış və icarə müddəti uzunmüddətli, yəni 35 il müddət göstərilmişdir. Cavabdeh ilə İddiaçı X16 arasında bağlanmış 01 aprel 2001ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsi və bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı arasında uyğunsuzluq onların yazılış qaydasından da görünür. Belə ki, bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı kiril əlifbası ilə yazılmış, 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsi isə latın əlifbası ilə yazılmışdır. Ona görə də hesab edirlər ki, 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsi sonradan yazılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən; Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin malqarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən; 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd ,yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 50-ci maddəsinin 3-cü hissəsinə əsasən; Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən; 1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan (neliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. 2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. 3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). 4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə istifadə etmək torpaq icarəçilərinin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 2-ci hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya onaqarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X23 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 və nümayəndəsi və vəkili X13 iddianın əsassız olduğunu bildirdilər və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinə əsasən bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir, 145-ci maddəsinin İ hissəsinə görə isə, bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə İdarəsinin cavabdehə göndərdiyi 08 dekabr 2020-ci il tarixli, 1693/Kol- 557 №-li məktubundan görünür ki, vətəndaş Rövşən Xəlilov və digərlərinin Şirvan Regional Ədliyyə İdarəsinə daxil olmuş kollektiv müraciətində göstərilən xüsusatların araşdırılması ilə əlaqədar idarə tərəfindən inzibati nəzarət icraatına başlanılaraq, həmin müraciət əsasında görülmüş zəruri tədbirlər nəticəsində müəyyən edilmışdır ki, Cavabdeh 05 may 2001-ci il tarixli, 03 saylı qərarı əsasında bələdiyyə mülkiyyətinə aid 55 ha torpaq sahəsinin İddiaçı X16na icarəyə verilməsi qərara alınmış, həmin qərar əsasında Torpaq Məcəlləsinin örüş torpaq sahələrinə münasibətdə müəyyən edilən tələblərinə zidd olaraq 35 il müddətınə Sairabad rayonu, Bala Həşimxanlı kənd sakini X10 ilə bələdiyyə arasında 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. İcarə münasibətlərinin davam etdiyi illər ərzində isə torpaq sahəsinin icarə müddəti ilə bağlı xüsusata bələdiyyə tərəfindən lazımınca diqqət göstərilmədiyi müəyyən olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, bələdiyyənin xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı və xx.xx.2001-ci il tarixli, 05 saylı icarə müqaviləsi ilə İddiaçı X16na JN-2868 saylı torpaqdan istifadə hüququna dair şəhadətnamə verilmişdır. Həmin şəhadətnamədə örüş təyinatlı qeyd edilməklə torpaq sahəsinin icarə müddəti 15 il göstərilmişdir. Araşdırma zamanı həmçinin bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarına qanunsuz müdaxilə edilərək, icarə müddətinin 35 ilə dəyişdirildiyi muəyyən olunmuşdur. Odur ki, Əliləmbəyli bələdiyyəsinin mülkiyyətınə aid 55 ha torpaq sahəsının İddiaçı X11 rəhbəri X8 icarəyə verilməsi üçün əsas olmuş bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarının ləğv edilməsi, Bələdiyyə ilə X10 arasında bağlanmış 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsı və İddiaçı X16na verilmiş JN-2868 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin ləğv edilərək, 55 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması, təklifin 5 iş günü müddətində bələdiyyə iclasında müzakirə olunmsı və müzakirənin nəticəsi barədə qəbul edilmiş qərarın surətinin Şirvan Regional Ədliyyə İdarəsinə göndərilməsi təklif edilmişdir. İş materiallarında olan Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı X11 rəhbəri X8 bələdiyyə mülkiyyətində saxlanılan ərazidən 55,0 ha torpaq sahəsinin ayrılması ilə bağlı ərizəsi nəzərə alınaraq Əliləmbəyli kəndinin bələdiyyə mülkiyyətində saxlanılan ərazidən 55,0 ha torpaq sahəsinin on beş il müddətinə İddiaçı X11 rəhbəri X4 icarəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2001-ci il tarixli, 05 saylı X12 surətindən görünür ki, Əliləmbəyli bələdiyyəsinin 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı əsasında X10 ilə Cavabdeh arasında 55,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 15 (on beş) illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan JN-2868 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı və xx.xx.2001-ci il tarixli, 05 saylı icarə müqaviləsinə əsasən Əliləmbəyli bələdiyyəsinin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının məhsullarının istehsalı üçün 55,0 ha torpaq sahəsi 15 (on beş) il müddətinə İddiaçı X16na müvəqqəti istifadə üçün verilmişdir. İş materiallarında olan Cavabdeh 05 may 2001-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, 55,0 ha torpaq sahəsinin ayrılması ilə bağlı İddiaçı X11 rəhbəri X4 19 aprel 2001-ci il tarixli ərizəsi nəzərə alınaraq 55,0 ha torpaq sahəsinin otuz beş il müddətinə İddiaçı X11 rəhbəri X4 icarəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan 01 aprel 2001-ci il tarixli, 02 saylı X12 surətindən görünür ki, Əliləmbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı əsasında X10 ilə Cavabdeh arasında 55,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair uzunmüddətli (35 il) icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan JN-2868 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı və xx.xx.2001-ci il tarixli, 05 saylı icarə müqaviləsinə əsasən Əliləmbəyli bələdiyyəsinin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının məhsullarının istehsalı üçün 55,0 ha torpaq sahəsi 35 (otuz beş) il müddətinə İddiaçı X16na müvəqqəti istifadə üçün verilmişdir. İş materiallarında olan 05 noyabr 2020-ci il tarixli aktın surətindən görünür ki, ƏMDX-nin Şirvan Ərazi Şöbəsinin mütəxəssisləri və bələdiyyə tərəfindən Cavabdeh 05 may 2001-ci il tarixli, 03 saylı qərarı əsasında İddiaçı X16na 15 il müddətinə icarəyə verilmiş bələdiyyə mülkiyyətinə aid 55 ha torpaq sahəsinə baxış keçirilmiş, baza və uçot xəritə materiallarına əsasən bütövlükdə örüş sahəsi kimi qeydə alınmış həmin torpaq sahəsinin 25 hektarinda arpa və yonca məhsulunun əkildiyi, 1,5 hektarında tikintisi 2010- 2015-ci illəri əhatə edən ferma, çoban evi və talvar inşa edildiyi, qalan sahədən örüş kimi istifadə olunduğu, bununla da, torpaq qanunvericiliyinin “örüş torpaq sahələri” ilə bağlı tələblərinin pozulduğu aşkar edilmiş, İddiaçı X11 sənədlərinə baxış keçirilərkən bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarındakı “on beş il müddətinə icarəyə verilsin” sözlərinə düzəliş edilərək “otz beş il müddətinə icarəyə verilsin” yazıldığı müəyyən olunmuşdur. İş materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyətinin Əliləmbəyli bələdiyyəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli 3143 nömrəli məktubunda qeyd olunmuşdur ki, rayon İcra Hakimiyyətinin sorğusuna ƏMDX-nin cavab məktubunda baza məlumatlarına əsasən İddiaçı X16na 15 il müddətinə icarəyə verilmiş 55 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan torpaq sahəsinin örüş sahəsi olduğu bildirilmiş və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alinaraq həmin torpaq sahəsindən istifadə edilməsi məsələsinə torpaq qanunvericiliyinin tələblərinə uyğun baxılması tösiyyə olunmuşdur. İş materiallarında olan Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı X11 rəhbəri X8 55,0 ha torpaq sahəsinin ayrılması barədə Əliləmbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı 15 mart 2021-ci il tarixli, 14 nömrəli məktubun aşağıdakılar qeyd olunmuşdur: 2020-ci il tarixdə bir qrup Əliləmbəyli kənd sakinləri bələdiyyəyə, ƏMDX-nin Sabirabad rayon şöbəsinə, Şabirabad Rayon İcra Hakimiyyətinə və Şirvan Regional Ədliyyə İdarəsinə örüş sahələrinin olmaması ilə bağlı çoxsaylı müraciətlərində örüş sahələrinin müxtəlif şəxslər tərəfındən zəbt olunduğunu bildirərək bələdiyyə torpaqlarının araşdırılmasını xahiş etmişlər. Məsələ ƏMDX-nin Şirvan Ərazi Şöbəsinin mütəxəssisləri və bələdiyyə tərəfindən araşdırılmış və İddiaçı X11 icarəsində olan 55 ha torpaq sahəsinin baza materiallarına əsasən kənd təsərrüfatı torpaqları kateqoriyasına aid olmaqla örüş təyinatlı torpaq olması və bələdiyyə tərəfındən 15 (on beş) il müddətinə icarəyə verildiyi müəyyən olunmuşdur. Həmçinin qərarda “on beş il müddətinə icarəyə verilsin” sözləri dəyişdiıilərək “otz beş il müddətinə icarəyə verilsin” yazılması müəyyən edilmişdir. Bu ƏMDX-nin Şirvan ərazi şöbəsinin mütəxəssislərinin, bələdiyyə sədrinin, Əliləmbəyli kənd İƏD üzrə nümayəndənin və vətəndaşın iştirakı ilə tərtib edilmiş 05 noyabr 2020-ci il tarixli aktla təsdiq edilmişdir. Bundan başqa, İddiaçı X11 rəhbəri X4 19 aprel 2001-ci il tarixli müraciəti əsasında bələdiyyə şurasının 05 may 2001ci il tarixli, 03 saylı qərarından əvvəl, yəni 01 aprel 2001-ci il tarixdə 02 saylı “Torpaq icarə müqaviləsi” bağlanmışdır. Halbuki, mııqavilə qərardan sonra bağlanmalıdır. “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamədə isə bələdiyyə qərarının tarixi xx.xx.2001-ci il kimi göstərilmisdir. Həmçinin, torpaq sahəsi örüş sahəsi olduğu halda, şəhadətnamədə “əkin” kimi qeyd olunmuşdur. Bütün bunlar özü-özlüyündə sənədlərin hazırlanmasında şübhəli məqamların olmasından xəbər verir. Odur ki, bu hallara istinad edərək və vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq Sabirabad Rayon İcra Hakimiyyəti ƏMDX-nə, Şirvan Regional Ədliyyə İdarəsi isə Ədliyyə Nazirliyinə sorğu vermiş və həqiqətən də baza materiallarına əsasən torpaq sahəsinin kənd təsərrüfatı torpaqları kateqoriyasına aid olmaqla örüş təyinatlı torpaq olduğu və bələdiyyə tərəfındən 15 il müddətinə icarəyə veridiyi bir daha müəyyən edilmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı X11 icarəsinə verilmiş 55 hektar örüş təyinatlı eyni torpaq sahəsi üzrə iki qərar (xx.xx.2001-ci il tarixli 03 saylı və 05 may 2001-ci il tarixli 03 saylı) qəbul olunmuş, həmin qərarlar əsasında tərəflər arasında 01 aprel 2001-ci il tarixli, 02 saylı və xx.xx.2001-ci il tarixli, 05 saylı torpaq icarəsi müqavilələri bağlanmış, Əliləmbəyli bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı və tərəflər arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 05 saylı torpaq icarəsi müqaviləsi əsasında 55 hektar örüş təyinatlı eyni torpaq sahəsi üzrə İddiaçı X16na eyni tarixli, kodlu və nömrəli (03 aprel 2003-cü il, kod 90904018, № JN-2868) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” iki şəhadətnamə verilmiş, həmin şəhadətnamələrdə İddiaçı X11 icarəsinə verilmiş 55 hektar örüş təyinatlı torpaq sahəsinin əkin təyinatlı torpaq sahəsi olduğu, şəhadətnamənin birində icarə müddətinin 15 il, digərində isə 35 il olduğu qeyd edilmişdir. Əliləmbəyli bələdiyyəsi ilə İddiaçı X16 arasında bağlanmış 01 aprel 2001-ci il tarixli, 02 saylı “torpaq icarəsi müqaviləsi”ndə həmin müqavilənin hələ mövcud olmayan 05 may 2001-ci il tarixli, 03 saylı bələdiyyə qərarına əsasən bağlandığı qeyd olunmuşdur. Bu fakt məhkəməyə 01 aprel 2001-ci il tarixli, 02 saylı icarə müqaviləsinin 05 may 2001-ci il tarixli, 03 saylı qərardan sonra qanuna zidd olaraq əvvəlki tarixə tərtib olunduğu qənaətinə gəlməyə əsas verir. İddiaçı X11 adına tərtib olunmuş 03 aprel 2003-cü il tarixli, 90904018 kodlu, JN- 2868 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” hər iki şəhadətnamədə istinad edilən Cavabdeh xx.xx.2001-ci il tarixli, 03 saylı qərarında və tərəflər arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 05 saylı “torpaq icarəsi müqaviləsi”ndə 55 hektar torpaq sahəsinin icarə müddətinin 15 il olduğu qeyd edilmişdir. İş materiallarından göründüyü kimi, ƏMDX-nin baza məlumatlarında İddiaçı X16na bələdiyyə mülkiyyətində olan 55 hektar torpaq sahəsinin Cavabdeh xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı və tərəflər arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 05 saylı “torpaq icarəsi müqaviləsi” əsasında verildiyi, həmin torpaq sahəsinin örüş təyinatlı torpaq sahəsi olduğu və iddiaçıya 15 il müddətinə icarəyə verildiyi əks olunmuşdur. Baza məlumatlarında Cavabdeh 05 may 2001-ci il tarixli, 03 saylı qərarı və icarə müddətinin 35 il olduğu qeyd edilən 03 aprel 2003-cü il tarixli, 90904018 kodlu, JN-2868 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə haqqında heç bir məlumat qeydə alınmamışdır. Bu fakt isə məhkəməyə İddiaçı X16na 55 hektar torpaq sahəsinin icarə müddətinin 35 il olduğu qeyd edilən 03 aprel 2003-cü il tarixli, 90904018 kodlu, JN- 2868 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin sonradan və qanuna zidd olaraq tərtib olunduğu qənaətinə gəlməyə əsas verir. Qeyd olunanlar iş materiallarında olan Sabirabad rayon prokurorunun müavini kiçik ədliyyə müşaviri X14 “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 07 aprel 2022-ci il tarixli Qərarının surətində də öz əksini tapmışdır. Həmin qərardan görünür ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, Cavabdeh sabiq sədri X9 barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, əməllərində cinayət tərkibi olmadığından X10, X24 və X3 barələrində cinayət işi başlanmasının rədd edilməsi, Cavabdeh mülkiyyətində olan 55 ha torpaq sahəsinin İddiaçı X11 rəhbəri X4 icarəsinə verilməsinə dair bələdiyyə şurasının 22 fevral 2001-ci il tarixli, 03 saylı protokolundan çıxarışın, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 iyun 2001-ci il tarixli, 5 nömrəli icarə müqaviləsinin, eləcə də “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 03 aprel 2003-cü il tarixli, Kod 90904018, JN-2868 saylı şəhadətnamənin əsllərinin saxlanıldığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xdimətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan 55 ha torpaq sahəsinin 35 il müddətinə İddiaçı X11 mülkiyyətinə verilməsinə dair Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarış, sabiq bələdiyyə sədri Hümmət Həsrətovla təsərrüfatın sabiq rəhbəri Bahəddin Cəfərov arasında bağlanmış 01 aprel 2001-ci il tarixli, 02 nömrəli “Torpaq icarə müqaviləsi” və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsi tərəfindən verilmiş 03 aprel 2003-cü il tarixli, 35 il müddətində “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Kod 90904018, JN-2868 saylı şəhadətnamə saxta olduğundan cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə bələdiyyə miilkiyyətində olan 55 ha torpaq sahəsi on beş il müddətində «Ariz X16»nın icarəsinə verilmiş, bununla bağlı sabiq bələdiyyə sədri Hümməf Həsrətovla, təsərrüfatın sabiq rəhbəri Bahəddin Cəfərov arasında «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» 15 iyun 2001-ci il tarixli 5 nömrəli müqavilə bağlanmışdır. X26 və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsi tərəfındən qeyd olunan torpaq sahəsinin 15 il müddətində «Ariz X16»nın icarəsinə verilməsi ilə bağlı 03 aprel 2003-cü il tarixli «Torpaqdan müvəqqəti istifadə hüququna dair» KOD 90904018, JN-2868 saylı şəhadətnamə verilmişdir. Bahəddin Cəfərov «Ariz X16»ndakı paylarını 19 mart 2019-cu il tarixdə notarial qaydada X1. Həmin vaxt o, Əli Bağışa, torpaq sahəsinə dair yuxarıda göstərilən bələdiyyə qərarı, icarə müqaviləsi və şəhadətnamədən fərqli olaraq, qeyd olunan torpaq sahəsinə dair, üzərində düzəliş edilərək on beş il sözü, «otzbeş» sözü ilə əvəz edilmiş Sabirabad rayon Əliləməbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışını, 01 aprel 2001-ci il tarixli, 02 nömrəli torpaq icarəsi müqaviləsini və həmin torpağın 35 il müddətində icarəyə verilməsinə dair 03 aprel 2003-cü il tarixli «Torpaqdan müvəqqəti istifadə hüququna dair» KOD 90904018, JN-2868 saylı şəhadətnaməni təqdim etmişdir. İstintaq nəticəsində qeyd olunan sənədlərin saxta olduğu müəyyən edilmişdir. Qərarda həmçinin qeyd olunur ki, iş üzrə təyin edilmiş kompleks məhkəməxətşünaslıq və sənədlərin texniki ekspertizasının 24 fevral 2022-ci il tarixli, 4/37-5/32 saylı rəyində, 01 aprel 2001-ci il tarixli, 02 nömrəli «Torpaq icarəsi müqaviləsi»ndə «H.Həsrətov» qrafasındakı imzanın sabiq bələdiyyə sədri Hümmət Həsrətov tərəfındən icra edilmədiyinin, müqavilənin son səhvəsindəki Əliləmbəyli bələdiyyəsinin möhür əksinin müqayisəli tədqiqat üçün təqdim edilmiş möhürlərlə eynilik təşkil etmədiyinin, torpaq sahəsinin 35 il müddətində istifadəyə verilməsinə dair 03 aprel 2003-cü il tarixli «Torpaqdan müvəqqəti istifadə hüququna dair» KOD 90904018, JN-2868 saylı şəhadətnamədə «M.İsrafılov» qrafasındakı imzanın şöbənin sabiq müdiri Mahmud İsrafilov tərəfındən yox, başqa bir şəxs tərəfindən icra edilməsinin qeyd olunması, eləcə də istintaq zamanı Əlilməbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı protokolundan çıxarışda torpaq sahəsinin icarəyə verilməsinə dair müddəti göstərən on beş il sözünün üzərində düzəliş edilməklə «otzbeş» sözü ilə əvəz edilməsinin müəyyən edilməsi həmin sənədləri saxta olmasını bir daha təsdiq etmişdir. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: Cavabdeh 05 may 2001-ci il tarixli, 03 nömrəli qərarı və 01 aprel 2001-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən İddiaçı X11 icarəsinə verilmiş Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 55.0 ha torpaq sahəsi hansı döngə nöqtə kordinatlarda yerləşir (sxemi çəkilməklə)? - Cavabdeh 05 may 2001-ci il tarixli, 03 nömrəli qərarı və 01 aprel 2001-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən İddiaçı X11 icarəsinə verilmiş Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 55.0 ha torpaq sahəsinin xx.xx.2001-ci ildə, xx.xx.2001-ci ildə (qərarın qəbul edildiyi və müqavilənin bağlandığı dövrdə) və hal-hazırda statusu, növü, hüquqi rejimi, məqsədli təyinatı nədir və hansı kateqoriyaya aid olmuşdur? - Cavabdeh 05 may 2001-ci il tarixli, 03 nömrəli qərarı və 01 aprel 2001-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən İddiaçı X11 icarəsinə verilmiş Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 55.0 ha torpaq sahəsi faktiki olaraq kimin istifadəsindədir və təyinatı üzrə istifadə olunurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 10/4849 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Qərardadın birinci sualı üzrə: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadartrı və Ünvan Reyestr Xidmətinin mütəxəssis rəyinə əsasən, Cavabdeh 05 may 2001-ci il tarixli, 03 nömrəli qərarı və 01 aprel 2001-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı X11 icarəsinə verilmiş Sabirabad rayonu Əliəmbəyli kəndində yerləşən 55,0 ha (GPS-lə qeydə alınmış) torpaq sahəsi ilə JN-2868 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”də göstərilən 55,0 ha torpaq sahəsinin eyni ərazi olduğu müəyyən olunur. Həmin ərazinin döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadartrı və Ünvan Reyestr Xidmətinin mütəxəssis rəyinə əsasən, Sabirabad rayonu, Əliləmbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 nömrəli qərarı və 01 aprel 2001-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı X11 icarəsinə verilmiş Sabirabad rayonu, Əliləmbəyli kəndində yerləşən 55,0 ha torpaq sahəsinin xx.xx.2001-ci ildə, xx.xx.2001-ci ildə (qərarın qəbul edildiyi və müqavilənin bağlandığı dövrdə) və halhazırda bələdiyyə mülkiyyətində saxlanılan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid icarə predmeti olan örüş torpaq sahəsi olduğu müəyyən olunur. Qərardadın üçüncü sualı üzrə: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadartrı və Ünvan Reyestr Xidmətinin mütəxəssis rəyinə əsasən, Cavabdeh 05 may 2001-ci il tarixli, 03 nömrəli qərarı və 01 aprel 2001-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı X11 icarəsinə verilmiş Sabirabad rayonu, Əliləmbəyli kəndində yerləşən 55,0 ha (GPS-lə qeydə alınmış) torpaq sahəsinin faktiki olaraq X18 istifadəsində olduğu və həmin torpaq sahəsinin 25 hektarının təyinatına uyğun olmayan bağqa məqsədlər üçün (əkin kimi) istifadə olunduğu müəyyən olunur. Beləliklə, İddiaçı X16na icarəyə verilmiş Əliləmbəyli bələdiyyəsinin mülkiyyətində olan 55 hektar torpaq sahəsinin örüş təyinatlı torpaq sahəsi olduğu və qanuna müvafiq olaraq iddiaçıya 15 il müddətinə icarəyə verildiyi iş materialları ilə tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tərəflər arasında torpaq icarəsi münasibətləri yaranan zaman qüvvədə olmuş redaksiyada 16-cı maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasımn 144-cü maddosinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək bələdiyyə iclaslarının səlahiyyətlərinə aiddir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 84.4-cü maddəsinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Həmin Məcəllənin 73-cü maddəsinin l-ci bəndinin 2-ci və 6-cı abzasına əsasən mıivafiq olaraq torpaq sahəsinin icarə müddəti qurtardıqda və icarə müqaviləsinin şərtlərinə əməl edilmədikdə icarə hüququna xitam verilir. Qeyd olunduğu kimi, iş materialları ilə Əliləmbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı qərarına müdaxilə edilərək Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tərəflər arasında torpaq icarəsi münasibətləri yaranan zaman qüvvədə olmuş redaksiyada 16-cı maddəsinin örüş torpaq sahələrinə münasibətdə müəyyən edilən tələblərinə zidd olaraq icarə müddətinin 15 ildən 35 ilə dəyişdirildiyi və yenə qanunazidd olaraq 35 il müddətinə icarə müqaviləsi bağlandığı, 15 illik icarə müddətinin başa çatdığı, İddiaçı X16na icarəyə verilmiş 55 hektar örüş təyinatlı torpaq sahəsindən təyinatı üzrə istifadə qaydalarının icarəçi tərəfindən pozulduğu, baza və uçot xəritə materiallarına əsasən bütövlükdə örüş sahəsi kimi qeydə alınmış həmin torpaq sahəsinin 25 hektarinda arpa və yonca məhsulunun əkildiyi, Əliləmbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı qərarının və icarə müddətinin 35 il olduğu qeyd edilən 03 aprel 2003-cü il tarixli, 90904018 kodlu, JN-2868 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin ƏMDX-nin baza məlumatlarında qeydə alınmaması təsdiq olunmuş, qeyd olunan hallar nəzərə alınaraq Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı X11 rəhbəri X8 55,0 ha torpaq sahəsinin ayrılması barədə Əliləmbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı ləğv edilmişdir.. Sadalanan hüquq normalarını hazırki mübahisəyə tətbiq etməklə məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı qərarı qanunvericiliyə uyğun qəbul edilmiş və bu zaman iddiaçının hüquqlarına müdaxilə olunmamışdır. Digər tərəfdən, Əliləmbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı qərarının və 01 aprel 2001-ci il tarixli, 02 nömrəli «Torpaq icarəsi müqaviləsi»nin, həmçinin, icarə müddətinin 35 il olduğu qeyd edilən 03 aprel 2003-cü il tarixli, 90904018 kodlu, JN-2868 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin ƏMDX-nin baza məlumatlarında qeydə alınmaması həmin hüquqmüəyyənedici sənədlərin hüquqi nəticə yaratmasını istisna edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin maddənin 2-ci bəndinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin “Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi” təsbit olunmuş 67-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin maddənin 3-cü bəndinin tələbinə görə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Qeyd olunan maddənin 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan hüquq normaları iddiaçının bələdiyyə tərəfindən İddiaçı X11 rəhbəri X8 ayrılmış 55,0 ha torpaq sahəsindən Əliləmbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı, 01 aprel 2001-ci il tarixli 02 nömrəli «Torpaq icarəsi müqaviləsi» və icarə müddətinin 35 il olduğu qeyd edilən 03 aprel 2003-cü il tarixli, 90904018 kodlu, JN-2868 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə əsasında istifadə hüququnu istisna edir. Buna baxmayaraq, iş materiallarına əsasən, Bahəddin Cəfərov «Ariz X16»ndakı paylarını 19 mart 2019-cu il tarixdə notarial qaydada X5, bu zaman ona icarəsində olan 55 hektar torpaq sahəsinə dair dövlət qeydiyyatına alınmamış, həmin torpaqdan istifadə hüququnu istisna edən, üzərində düzəliş edilərək on beş il sözü, «otzbeş» sözü ilə əvəz edilmiş Sabirabad rayon Əliləməbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışını, 01 aprel 2001-ci il tarixli, 02 nömrəli torpaq icarəsi müqaviləsini və həmin torpağın 35 il müddətində icarəyə verilməsinə dair 03 aprel 2003-cü il tarixli «Torpaqdan müvəqqəti istifadə hüququna dair» KOD 90904018, JN-2868 saylı şəhadətnaməni təqdim etmişdir. Bundan başqa, «Ariz X16»na icarəyə verilmiş 55 hektar torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqısı Torpaq Məcəlləsinin 86-cı maddəsinin tələblərinə zidd olaraq həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 5-ci bəndinə əsasən Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər. İddiaçı tərəfindən «Ariz X16»na icarəyə verilmiş 55 hektar torpaq sahəsi üzərində icarə hüquqlarının mülkiyyətçinin qərarı (razılığı) ilə satıldığını təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı X11 Cavabdehnə qarşı “Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qərarının ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X11 Cavabdehnə qarşı “Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-44/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-44/2023
08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver