Məhkəmə qərarları › İş №2-1(120)-44/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-44/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-44/2024 26.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Abiyeva Samirə İbrahim qızının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Astara bələdiyyəsinə qarşı “X3 103 kv.m torpaq sahəsinin alqısatqı yolu ilə verilməsi barədə Astara bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 40 saylı qərarının (protokoldan çıxarışın) ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Astara bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin və xx.xx.2002-ci il tarixli, 210 saylı sərəncama əsasən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2-1(120)-1105/2021 saylı qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “X3 103 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi barədə Astara bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 40 saylı qərarının (protokoldan çıxarışın) ləğv edilməsi” kimi baxılmasının davam etdirilməsi, həmçinin Abiyeva Samirə İbrahim qızının və Astara rayon İcra Hakimiyyətinin iş üzrə üçüncü şəхs kimi inzibаti məhkəmə icrааtınа cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2-1(120)-132/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdeh Astara bələdiyyəsinin və üçüncü şəxs Astara rayon İcra Hakimiyyətinə nümayəndələri məhkəmə iclаsınа gəlməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Astara bələdiyyəsinin və üçüncü şəxs Astara rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddiaçı məhkəmə iclasında izahatında X3 103 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi barədə Astara bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 40 saylı qərarının (protokoldan çıxarışın) ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Abiyeva Samirə İbrahim qızının nümayəndəsi X5 məhkəmə iclasında izahatında 103 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi barədə Astara bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 40 saylı qərarının (protokoldan çıxarışın) ləğv edilməsi barədə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Astara bələdiyyəsinə qarşı “X3 103 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi barədə Astara bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 40 saylı qərarının (protokoldan çıxarışın) ləğv edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Astara RİHB-nin xx.xx.1999-cu il tarixli, 371 saylı sərəncamı ilə Astara şəhəri Nəriman Nərimanov küçəsində yerləşən ticarət mərkəzində (avtovağzal ətrafında) X6 12 m2 (3x4=12) ölçüdə torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilmişdir (bu barədə torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş cizgi planı da iş materiallarına əlavə edilmişdir). İddiaçının təqdim etdiyi sənədlərə görə, Astara bələdiyyəsinin 07 noyabr 2002-ci il tarixli, 40 saylı protokol qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 saylı fərmanının 13-cü maddəsinin 1-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2000-ci il tarixli, 106 saylı qərarına müvafiq olaraq Astara şəhər sakinləri İsmayılov və Nəsirovun ərizələrini nəzərə alıb Astara şəhəri Nəriman Nərimanov küçəsində yerləşən ticarət mərkəzində İsmayılov və Nəsirova məxsus 103 m2 torpaq sahəsi qanuna müvafiq olaraq Astara şəhər sakini Abiyeva Samirə İbrahim qızına alğısatqı yolu ilə verilmişdir. İş materiallarında olan Astara RİHB-nin xx.xx.2002-ci il tarixli, 210 saylı sərəncamından çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Astara şəhər sakini Abiyeva Samirə İbrahim qızına şəhərin mərkəzi bazarı ətrafında bələdiyyədən alğı-satqı yolu ilə aldığı torpaq sahəsində 103 m2 ölçüdə torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilmişdir (bu barədə torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş cizgi planı da iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan Astara RİH Astara rayon Dövlət Arxivinin sənədlərindən görünür ki, Astara RİHB-nin xx.xx.1999-cu il tarixli, 371 saylı sərəncamı ilə Astara şəhəri N.Nərimanov küçəsində yerləşən «Ticarət cərgəsində» (avtovağzal ətrafında) İddiaçı 12 m2 (3x4=12) ölçüdə torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilmişdir (bu barədə torpaq sahəsinin cizgi planı da iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2533/2021 nömrəli qərarından görünür ki, iddiaçı Abiyeva Samirə İbrahim qızı iddia ərizəsi ilə Astara şəhəri N.Nərimanov küçəsində yerləşən qeyri-yaşayış binasının cavabdeh İddiaçı tərəfindən boşaldılaraq ona təhvil verilməsi və cavabdehdən son üç ilin icarə haqqı olan 36000 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Astara bələdiyyəsinin 07 noyabr 2002ci il tarixli, 40 nömrəli qərarı ilə Astara şəhəri N.Nərimanov küçəsində yerləşən ticarət mərkəzində 103 m2 torpaq sahəsi alğı-satqı yolu ilə ona verilmişdir. Astara rayon İcra Hakimiyyəti başçısının (RİHB-nin) 20 noyabr 2002-ci il tarixli, 210 saylı sərəncamı ilə kommersiya obyektinin tikintisinə icazə verilmişdir. Kommersiya obyektini inşa etdirdikdən sonra cavabdeh həmin obyekti öz aralarında olan şifahi razılaşmaya əsasən icarədar olaraq işlətmişdir. Cavabdehdən dəfələrlə ona məxsus əmlakı boşaltmasını tələb etsə də, cavabdeh İddiaçı onun tələblərinə əməl etməmiş və onun mübahisəli qeyriyaşayış binasını dövlət qeydiyyatına aldırmasına mane olmuşdur. Cavabdeh İddiaçı bu hərəkətləri ilə onun dövlət tərəfindən tanınan və qorunan hüquqlarını məhdudlaşdırmışdır. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 12 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Abiyeva Samirə İbrahim qızının cavabdeh İddiaçı qarşı «qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi və 36000 (otuz altı min) manat məbləğində icarə haqqı tələbi» barədə iddia tələbi rədd olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Əsədov - sədrlik edən və məruzəçi, M.Həsənov və Z.Zeynalov) 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Abiyeva Samirə İbrahim qızının apelyasiya şikayəti təmin edilməyərək, Astara Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(018)-1001/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 2533/2021 nömrəli qərarı ilə iddiaçının Abiyeva Samirə İbrahim qızının kassasiya şikayəti qismən təmin edilmiş. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 1449/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-503/2024 nömrəli məktubuna əlavə olunmuş 002998 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir: 1 Astara bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 40 saylı qərarı ilə Abiyeva Samirə İbrahim qızına ayrılmış 103 kv.m torpaq sahəsinin və Astara Rayon icra Hakimiyyəti başçısının 16 dekabr 1999-cu il tarixli, 371 nömrəli sərəncamı ilə Astara şəhəri, N.Nərimanov küçəsində, "ticarət cərgəsində" (avtovağzal ətrafında) İddiaçı kommersiya mağazasının tikintisinə icazə verilmiş 6x4=24 kv.m (təqdim edilən sərəncamda 6x4=24 kv m ölçüdən ibarət kommersiya mağazasının tikintisinə icazə verilməsi qeyd edilmiş) ölçüdən ibarət torpaq sahəsinin iddia olunan vəziyyətə əsasən koordinatları müəyyən olunmuşdur. İddiaçı ilə X7 arasında bağlanmış 02 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X4 alınmış ümumi sahəsi 12,0 kv.m mağaza binasına dair həmin alqı-satqı müqaviləsi və müqavilənin bağlanmasına əsas olmuş sənədlər təqdim edilmədiyindən həmin 12,0 kv.m mağaza binası ilə bağlı tədqiqat aparılmamışdır. 2 Astara bələdiyyəsinin 07.11,2002-ci il tarixli, 40 saylı qərarı ilə Abiyeva Samirə İbrahim qızına ayrılmış 103 kv.m torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı hüquqi statusunun-bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının ictimai tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. 3 Qeyd olunan mübahisəli torpaq sahələrinin faktiki olaraq İddiaçı istifadəsində olması və üzərində qeyri-yaşayış tikilisinin mövcud olması müəyyən olunmuşdur. 4 Araşdırma zamanı Astara bələdiyyəsinin 07.11,2002-ci il tarixli, 40 saylı qərarı ilə Abiyeva Samirə İbrahim qızma ayrılmış 103 kv.m torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxeminə əsasən mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur. Astara şəhəri, N. Nərimanov küçəsində, “ticarət cərgəsində” (avtovağzal ətrafında) İddiaçı kommersiya mağazasının tikintisinə icazə verilmiş 6x4=24 kv.m (təqdim edilən sərəncamda 6x4=24 kv.m ölçüdən ibarət kommersiya mağazasının tikintisinə icazə verilməsi qeyd edilmiş) ölçüdən ibarət torpaq sahəsinin konkret yerləşmə yerini əks etdirən torpaqayırma sxemi təqdim edilmədiyindən, həmin 24 kv.m. tikilialtı torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında Astara şəhəri, N.Nərimanov küçəsində, "ticarət cərgəsində” (avtovağzal ətrafında) İddiaçı kommersiya mağazasının tikintisinə icazə verilmiş 3x4=12 kv.m ölçüdən ibarət torpaq sahəsinə dair torpaqayırma sxeminin mövcud olması və həmin sxemə əsasən 12 kv.m ölçüdən ibarət torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi və Abiyeva Samirə ibrahim qızına ayrılmış torpaq sahəsi ilə qonşu torpaq sahəsi olması müəyyən olunmuşdur. Beləliklə yuxarıda qeyd olunan və xüsusilə də sözügedən torpaq sahələrinin torpaqayırma sxemlərinin sxematik tərtib olunması səbəblərindən Astara bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 40 saylı qərarı ilə Abiyeva Samirə İbrahim qızına ayrılmış 103 kv.m torpaq sahəsi ilə Astara Rayon İcra Hakimiyyəti başçısının 16 dekabr 1999-cu il tarixli, 371 nömrəli sərəncamı ilə Astara şəhəri, N.Nərimanov küçəsində, “ticarət cərgəsində” (avtovağzal ətrafında) İddiaçı kommersiya mağazasının tikintisinə icazə verilmiş 6x4=24 kv.m (təqdim edilən sərəncamda 6x4=24 kv.m ölçüdən ibarət kommersiya mağazasının tikintisinə icazə verilməsi qeyd edilmiş), yaxud 3x4=12 kv.m ölçüdən ibarət torpaq sahəsinin sənəd üzrə üst-üstədüşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. 1-ci sualın cavabında qeyd olunduğu kimi İddiaçı ilə X7 arasında bağlanmış 02 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X4 alınmış ümumi sahəsi 12,0 kv.m mağaza binasına dair həmin alqı-satqı müqaviləsi və müqavilənin bağlanmasına əsas olmuş sənədlər təqdim edilmədiyindən həmin 12.0 kv.m mağaza binası ilə bağlı tədqiqat aparılmamışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1088 nömrəli ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-503/2024 №-li mütəxəssis rəyinə əsasən, Astara bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 40 saylı qərarı ilə Abiyeva Samirə İbrahim qızına ayrılmış 103 kv.m torpaq sahəsinin və Astara Rayon İcra Hakimiyyətinin 16 dekabr 1999cu il tarixli, 371 nömrəli sərəncamı ilə Astara şəhəri, Nərimanov küçəsində, “Ticarət cərgəsində” (avtovağzal ətrafında) İddiaçı kommersiya mağazasının tikintisinə icazə verilmiş 6x4=24 kv.m (təqdim edilən sərəncamda 6x4=24 kv.m ölçüdən ibarət kommersiya mağazasının tikintisinə icazə verilməsi qeyd edilmiş) ölçüdən ibarət torpaq sahəsinin iddia olunan vəziyyətə əsasən koordinatları müəyyən olunmuşdur. İddiaçı ilə X7 arasında bağlanmış 02 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X4 alınmış ümumi sahəsi ümumi sahəsi 12.0 kv.m mağaza binasına dair həmin alqı-satqı müqaviləsi və müqavilənin bağlanmasına əsas olmuş sənədlər təqdim edilmədiyindən həmin 12,0 kv.m mağaza binası ilə bağlı tədqiqat aparılmamışdır. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-503/2024 №-li mütəxəssis rəyinə əsasən, Astara bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 40 saylı qərarı ilə X3 ayrılmış 103 kv.m torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı hüquqi statusunun-bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının ictimai tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-503/2024 №-li mütəxəssis rəyinə əsasən, qeyd edilən mübahisəli torpaq sahələri faktiki olaraq X1 istifadəsində olması və üzərində qeyri-yaşayış tikilisinin mövcud olması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-503/2024 №-li mütəxəssis rəyinə əsasən, Astara bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 40 saylı qərarı ilə X3 ayrılmış 103 kv.m torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxeminə əsasən mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur. Astara şəhəri, Nərimanov küçəsində, “Ticarət cərgəsində” (avtovağzal ətrafında) İddiaçı kommersiya mağazasının tikintisinə icazə verilmiş 6x4=24 kv.m (təqdim edilən sərəncamda 6x4=24 kv.m ölçüdən ibarət kommersiya mağazasının tikintisinə icazə verilməsi qeyd edilmiş) ölçüdən ibarət torpaq sahəsinin konkret yerləşmə yerini əks etdirən torpaqayırma sxemi təqdim edilmədiyindən, həmin 24 kv.m tikintialtı torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında Astara şəhəri, Nərimanov küçəsində, “Ticarət cərgəsində” (avtovağzal ətrafında) İddiaçı kommersiya mağazasının tikintisinə icazə verilmiş 3x4=12 kv.m ölçüdən ibarət torpaq sahəsinə dair torpaqayırma sxeminin mövcud olması və həmin sxemə əsasən 12 kv.m ölçüdən ibarət torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi və Abiyeva Samirə İbrahim qızına ayrılmış torpaq sahəsi ilə qonşu torpaq sahəsi olması müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmalıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən üçüncü şəxsə məxsus torpaq sahəsinin kordinatları iddiaçıya məxsus torpaq sahəsinin üzərinə qeydiyyata alınsın. Lakin, iş materiallarında olan sənədlərdən (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1088 nömrəli ekspert rəyindən və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-503/2024 №-li mütəxəssis rəyindən) müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi hazırda mübahisələndirilən üçüncü şəxsə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşməsi halı müəyyən olunmur. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Astara RİHBnin xx.xx.1999-cu il tarixli, 371 saylı sərəncamı ilə Astara şəhəri Nəriman Nərimanov küçəsində yerləşən ticarət mərkəzində (avtovağzal ətrafında) X6 12 m2 (3x4=12) ölçüdə torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilmişdir (bu barədə torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş cizgi planı da iş materiallarına əlavə edilmişdir). İddiaçının təqdim etdiyi sənədlərə görə, Astara bələdiyyəsinin 07 noyabr 2002ci il tarixli, 40 saylı protokol qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999cu il tarixli, 138 saylı fərmanının 13-cü maddəsinin 1-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2000-ci il tarixli, 106 saylı qərarına müvafiq olaraq Astara şəhər sakinləri İsmayılov və Nəsirovun ərizələrini nəzərə alıb Astara şəhəri Nəriman Nərimanov küçəsində yerləşən ticarət mərkəzində İsmayılov və Nəsirova məxsus 103 m2 torpaq sahəsi qanuna müvafiq olaraq Astara şəhər sakini Abiyeva Samirə İbrahim qızına alğı-satqı yolu ilə verilmişdir. İş materiallarında olan Astara RİHB-nin xx.xx.2002-ci il tarixli, 210 saylı sərəncamından çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Astara şəhər sakini Abiyeva Samirə İbrahim qızına şəhərin mərkəzi bazarı ətrafında bələdiyyədən alğı-satqı yolu ilə aldığı torpaq sahəsində 103 m2 ölçüdə torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilmişdir (bu barədə torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş cizgi planı da iş materiallarına əlavə edilmişdir). Astara RİHB-nin xx.xx.1999-cu il tarixli, 371 saylı sərəncamı ilə Astara şəhəri N.Nərimanov küçəsində yerləşən «Ticarət cərgəsində» (avtovağzal ətrafında) İddiaçı 12 m2 (3x4=12) ölçüdə torpaq sahəsində kommersiya mağazasının tikintisinə icazə verilmişdir (bu barədə torpaq sahəsinin cizgi planı da iş materiallarına əlavə edilmişdir). Daha sonra iddiaçı Abiyeva Samirə İbrahim qızı iddia ərizəsi ilə Astara şəhəri N.Nərimanov küçəsində yerləşən qeyri-yaşayış binasının cavabdeh İddiaçı tərəfindən boşaldılaraq ona təhvil verilməsi və cavabdehdən son üç ilin icarə haqqı olan 36000 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Astara bələdiyyəsinin 07 noyabr 2002-ci il tarixli, 40 nömrəli qərarı ilə Astara şəhəri N.Nərimanov küçəsində yerləşən ticarət mərkəzində 103 m2 torpaq sahəsi alğı-satqı yolu ilə ona verilmişdir. Astara rayon İcra Hakimiyyəti başçısının (RİHB-nin) 20 noyabr 2002-ci il tarixli, 210 saylı sərəncamı ilə kommersiya obyektinin tikintisinə icazə verilmişdir. Kommersiya obyektini inşa etdirdikdən sonra cavabdeh həmin obyekti öz aralarında olan şifahi razılaşmaya əsasən icarədar olaraq işlətmişdir. Cavabdehdən dəfələrlə ona məxsus əmlakı boşaltmasını tələb etsə də, cavabdeh İddiaçı onun tələblərinə əməl etməmiş və onun mübahisəli qeyriyaşayış binasını dövlət qeydiyyatına aldırmasına mane olmuşdur. Cavabdeh İddiaçı bu hərəkətləri ilə onun dövlət tərəfindən tanınan və qorunan hüquqlarını məhdudlaşdırmışdır. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 12 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Abiyeva Samirə İbrahim qızının cavabdeh İddiaçı qarşı «qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi və 36000 (otuz altı min) manat məbləğində icarə haqqı tələbi» barədə iddia tələbi rədd olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Əsədov - sədrlik edən və məruzəçi, M.Həsənov və Z.Zeynalov) 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Abiyeva Samirə İbrahim qızının apelyasiya şikayəti təmin edilməyərək, Astara Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(018)-1001/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2533/2021 nömrəli qərarı ilə iddiaçının Abiyeva Samirə İbrahim qızının kassasiya şikayəti qismən təmin edilmiş. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1449/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Bundan sonra isə iddiaçı X3 103 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi barədə Astara bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 40 saylı qərarının (protokoldan çıxarışın) ləğv edilməsi barədə iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, həmin müraciəti xx.xx.2021-ci il tarixdə poçta verilmiş, xx.xx.2021-ci il tarixdə isə məhkəmənin dəftərxanasında rəsmi olaraq qeydə alınmışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Eyni zamanda iş materiallarında olan sənədlərdən, iddia ərizəsinin məzmunudan və iddiaçının izahatından məlum olmuşdur ki, iddiaçı hazırki mübahisələndirilən qərar barədə əvvəlcədən yəni Astara Rayon Məhkəməsində icraat aparılarkən (Astara Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(018)-1001/2019 saylı qətnaməsi) məlumatlı olmuşdur. Xeyli vaxt keçəndən sonra iddiaçı həmin qərarı mübahisələndirir. Hazırda iddiaçı qeyd olunan qərarı mübahisələndirərək ləğv edilməsini xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan 2019cu il tarixindən məlumatlı olduğundan (Astara Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(018)-1001/2019 saylı qətnaməsi) və prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Bu halın mövcudluğu onu deməyə əsas verir ki, iddiaçı hazıki mübahisələndirdiyi sərəncamın məzmunundan məlumatlı olmuş və onu vaxtında məhkəmə qaydasında mübahisələndirməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının elan olunduğu vaxtdan mübahisələndirdiyi əmrdən məlumatı olmuş və prosessual müddətin axımı həmin sərəncamdan məlumatlı olduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlamışdır. İddia ərziəsi isə xx.xx.2021-ci il tarixdə poçta, xx.xx.2021-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 1 (bir) il 4 (dörd) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Astara bələdiyyəsinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1712/20 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq yuxarıda qeyd edilən məsələrlə bağlı iddiaçıya yazılı şəkildə və məhkəmə iclasında şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi aparılmamışdır və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Astara bələdiyyəsinə qarşı “X3 103 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi barədə Astara bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 40 saylı qərarının (protokoldan çıxarışın) ləğv edilməsi” tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Astara bələdiyyəsinə qarşı “X3 103 kv.m torpaq sahəsinin alqısatqı yolu ilə verilməsi barədə Astara bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 40 saylı qərarının (protokoldan çıxarışın) ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar