Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-440/2024 13.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakla bağlı müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 13 may 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin mərhum atası X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin mərhum X10 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Şirvan bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Şirvanneft” NQÇİ-də işləmiş mərhum atası X10 Həmkarlar İttifaqının xx.xx.1981-ci il tarixli qərarı ilə ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hiiququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Lakin mülkiyyətində olmasını təsdiq edən sənəd olmadığına görə o, həmin torpaq sahəsini təyinatı üzrə istifadə edə bilmir. Bu da onun konstitusion hüquqlarının pozulması ilə nəticələnir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən “2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Belə ki, dövlət idarələri, təşkilatları və qurumlarının həmkarlar ittifaqları tərəfindən bağçılıq-bostançılıqla məşğul olmaq məqsədi ilə mərhum X8 adına ayrılmış torpaq sahəsinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bağ sahəsinin planı (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq tərtib edilmiş sxematik plan) 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməmişdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X5 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********27 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı vəfat etmiş mərhum atası X8 adına Şirvan şəhəri ərazisində yerləşən bağçılıq-bostançılıq məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Məlimat üçün bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən “2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Belə ki, dövlət idarələri, təşkilatları və qurumlarının həmkarlar ittifaqları tərəfindən bağçılıq-bostançılıqla məşğul olmaq məqsədi ilə X8 adına ayrılmış torpaq sahələrinə dair kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bağ sahəsinin planı (kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq tərtib edilmiş sxematik plan) 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməmişdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən sizin müraciətinizin icrasından imtina edilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının 16 may 2022-ci il tarixli, 239 nömrəli arayışından görünür ki, Əli Bayramlı (hazırda Şirvan) şəhər X12 İcraiyyə Komitəsinin 05 dekabr 1980-ci il tarixli iclasının 23№-li protokolundan çıxarışa əsasən şəhərin bir sıra müəssisə, təşkilat və idarələrinin, o cümlədən “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin işçilərinə kollektiv bağçılıq və bostançılıq təsərrüfatının yaradılması üçün Hacıqabul gölünün cənub-şərq sahilindən 20,0 hektar torpaq sahəsinin ayrılması barədə Əli Bayramlı (Şirvan) şəhər X12 İcraiyyə Komitəsi tərəfindən 05 dekabr 1980-ci il tarixli, 270 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan “Şirvanneft” NQÇİ peşə ittifaqları BK Rəyasət Heyətinin 27 fevral 1981-ci il tarixli, 31№-li iclas protokolundan çıxarışlardan görünür ki, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsi Həmkarlar X16 (Şirvan) şəhər X12 İcraiyyə Komitəsinin 05 dekabr 1980-ci il tarixli, 270 nömrəlli qərarını rəhbər tutaraq “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin kollektiv bağçılıq və bostançılıq təsərrüfatının yaradılması üçün ayrılması nəzərdə tutulan X13 da daxil olmaqla 200 nəfər işçisindən ibarət cəmiyyətin siyahısı təsdiq edilmiş və həmin məqsədlə cəmiyyətin hər bir üzvünə, o cümlədən X10 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan “Şirvanneft” NQÇİ işçilərinin bağçılıq tərəfdaşlıq üzvlərinin 01 mart 1992-ci il tarixə vəziyyəti haqqında siyahıdan görünür ki, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin 27 fevral 1981-ci il tarixli 31№-li iclas protokoluna əsasən 600 kv.m torpaq sahəsi ayrılmış rəis müavini X13 35-ci sırada qeyd olunmuşdur. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli, AZ-İİ 279273 nömrəli ölüm haqqında təkrar şəhadətnamənin surətindən görünür ki, X13 13 yanvar 1998-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şirvan şəhər 1 saylı Notariat ofisinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanladığı 07 iyun 2022-ci il tarixli, 721 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı X8 qanun üzrə vərəsəsidir. İş materiallarında olan Şirvan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 03/44 saylı arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən və “Şirvanneft” NQÇİ tərəfindən mərhum atası X10 ayrılmış 0,06 ha torpaq sahəsi üzrə bələdiyyənin avtomatlaşdırılmış məlumat bazasında torpaq vergisi ödəyicisi kimi qeydiyyatdadır və hazırki tarixə qədər vətəndaşın yerli büdcəyə borcu yoxdur. Bildirirlər ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin mərhum X10 məxsus olmasını təsdiqləyən arayışın verilməsinə etiraz etmirlər. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, Əli Bayramlı (Şirvan) şəhər X12 İcraiyyə Komitəsinin 05 dekabr 1980-ci il tarixli iclasının 23№-li protokoluna və “Şirvanneft” NQÇİ peşə ittifaqları BK Rəyasət Heyətinin 27 fevral 1981-ci il tarixli 31№-li iclas protokoluna əsasən X10 bağçılıq və bostançılıqla məşğul olmaq məqsədi ilə 600 kvadrat metr (0,06 ha) torpaq sahəsi ayrılmış, X13 13 yanvar 1998-ci il tarixdə ölmüş və İddiaçı X8 qanun üzrə vərəsəsidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - ünvan 2 ünvanında yerləşən “Şirvanneft” NQÇİ peşə ittifaqları BK Rəyasət Heyətinin 27 fevral 1981-ci il tarixli, 31 saylı iclas protokolu ilə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü X10 ayrılmış 600 kv.m torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (bağçılıq-bostançılıq torpaqları, yaşayış məntəqələrinin torpaqları, və s.) olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 24 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/8884 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci sualı üzrə: - ünvan 7 ünvanında yerləşən “Şirvanneft” NQÇİ peşə ittifaqları BK Rəyasət Həyətinin 27 fevral 1981-ci il tarixli, 31 saylı iclas protokolu iiə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü X10 ayrıimış 600 kv.m torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən ediiərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçünçü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Qərardadın üçüncü sualı üzrə: - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçünçü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Mübahisəli torpaq sahəsi ayrılan zaman hansı mülkiyyətdə olmasının araşdırılması tərəfimizdən mümkün olmamışdır. Lakin hal-hazırda elektron baza məlumatlarında bələdiyyə mülkiyyətində olması müəyyən edildi. Qərardadın dördüncü sualı üzrə: - Mübahisəli torpaq sahəsi ayrılan zaman hansı mülkiyyətdə olmasının araşdırılması tərəfimizdən mümkün olmamışdır. Lakin hal-hazırda elektron baza məlumatlarında yaşayış məntəqlərinin torpaqları kateqoriyasına aid olması müəyyən edildi. Göründüyü kimi, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən Əli Bayramlı (Şirvan) şəhər X12 İcraiyyə Komitəsinin 05 dekabr 1980-ci il tarixli iclasının 23 №-li protokoluna və “Şirvanneft” NQÇİ peşə ittifaqları BK Rəyasət Heyətinin 27 fevral 1981-ci il tarixli, 31 №-li iclas protokoluna əsasən X10 bağçılıq və bostançılıqla məşğul olmaq məqsədi ilə ayrılmış 600 kv.m. (0,06 ha) torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, X8 müvafiq hüquqmüəyyənedici sənədlərə - Əli Bayramlı (Şirvan) şəhər X12 İcraiyyə Komitəsinin 05 dekabr 1980-ci il tarixli iclasının 23 №-li protokoluna və “Şirvanneft” NQÇİ peşə ittifaqları BK Rəyasət Heyətinin 27 fevral 1981-ci il tarixli, 31 №-li iclas protokoluna əsasən əldə etdiyi 600 kvadrat metr (0,06 ha) torpaq sahəsi Əli Bayramlı (Şirvan) şəhərində aparılan torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyətinə aid torpaqlara daxil edilmişdir. Halbuki, X13 aparılan torpaq islahatına qədər qanunvericiliyə əsasən həmin torpaq sahəsi üzərində artıq mülkiyyət hüququnu əldə etmişdir. Belə ki, Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanunu müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, qanunvericliyin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların xüsusi mülkiyyətinə verilmişdir. Həmçinin qanunverici həmin torpaq sahələrinin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini də müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Əli Bayramlı (Şirvan) şəhəri üzrə torpaq islahatı aparılan zaman Əli Bayramlı (Şirvan) şəhər X12 İcraiyyə Komitəsinin 05 dekabr 1980-ci il tarixli iclasının 23 №-li protokoluna və “Şirvanneft” NQÇİ peşə ittifaqları BK Rəyasət Heyətinin 27 fevral 1981-ci il tarixli, 31 №-li iclas protokoluna əsasən hazırki mübahisənin predmetinin əsasını təşkil edən 0,06 hektar torpaq sahəsinin X10 bağçılıq və bostançılıqla məşğul olmaq məqsədi ilə ayrılması, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinin tələbləri, yəni həmin torpaq sahəsinin əvəzsiz olaraq X8 mülkiyyətinə verilməsi nəzərə alınmadan bələdiyyə mülkiyyətinə aid torpaqlara daxil edilmiş, bununla da, onun qeyd olunan torpaq sahəsi ilə bağlı qanuni əsaslarla əldə etdiyi hüquqlarına kobud şəkildə müdaxilə edilmişdir. Digər tərəfdən, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, X13 və onun qanun üzrə vərəsəsi iddiaçı X1 Bayramlı (Şirvan) şəhər X12 İcraiyyə Komitəsinin 05 dekabr 1980-ci il tarixli iclasının 23 №-li protokoluna və “Şirvanneft” NQÇİ peşə ittifaqları BK Rəyasət Heyətinin 27 fevral 1981-ci il tarixli, 31 №-li iclas protokoluna əsasən hazırki mübahisənin predmetinin əsasını təşkil edən 0,06 hektar torpaq sahəsi üzərində həmin daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 ildən çox müddət ərzində fasiləsiz və etirazsız sahiblik etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Göründüyü kimi, X8 və onun qanun üzrə vərəsəsi, hazırki iş üzrə iddiaçı X2 daşınmaz əmlak, yəni 0,06 hektar torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnu 30 ildən artıq müddətdə həyata keçirmələri və bu müddət ərzində həmin torpaq sahəsi ilə bağlı dövlət, yerli özünüidarə orqanları, fiziki və hüquqi şəxslər tərəfindən onlara etiraz edilməməsi, bununla da qanunvericiliyin tələbinə əsasən həmin əmlakın mülkiyyətçisi kimi qeydə alınmasını tələb etmə hüququnu əldə etmələri, həmçinin, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə əsasən 0,06 hektar torpaq sahəsinin faktiki mülkiyyətçilərinə çevrilməsi cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmadan iddiaçının hazırki iş üzrə tələbi haqqında müraciətinin təmin olunmasından imtina edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə “dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda” hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” Bundan başqa, məhkəmə hesab edir ki, X10 bağçılıq-bostançılıqla məşğul olmaq məqsədi ilə 0,06 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə Əli Bayramlı (Şirvan) şəhər X12 İcraiyyə Komitəsinin 05 dekabr 1980-ci il tarixli iclasının 23 №-li və “Şirvanneft” NQÇİ peşə ittifaqları BK Rəyasət Heyətinin 27 fevral 1981-ci il tarixli, 31 №-li iclas protokollarının, mərhum X8 adına ayrılmış torpaq sahəsinə dair kollektiv bağçılıq-tərəfdaşlıq təsərrüfatının üzvlərinin siyahısının və bağ sahəsinin planının (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq tərtib edilmiş sxematik plan) 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməməsinin məsuliyyətinin onun üzərinə qoyulması yolverilməzdir və həmin səbəblərdən sözügedən 0,06 hektar torpaq sahəsi üzərində mərhum X8 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsindən cavabdeh inzibati orqanın imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbit olunmuş hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Qeyd olunanlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, iddiaçı X2 ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin mərhum X10 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsindən cavabdeh inzibati orqanın imtina etməsinin hüquqi əsası yoxdur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, mərhum X6 Bayramlı (Şirvan) şəhər X12 İcraiyyə Komitəsinin 05 dekabr 1980-ci il tarixli iclasının 23 №-li və “Şirvanneft” NQÇİ peşə ittifaqları BK Rəyasət Heyətinin 27 fevral 1981-ci il tarixli, 31 №-li iclas protokollarına əsasən ona bağçılıq-bostançılıqla məşğul olmaq məqsədi ilə ayrılmış 0,06 hektar həyətyanı torpaq sahəsinə faktiki olaraq mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan 0,06 ha torpaq sahəsi mərhum X10 qanunla müəyyən edilmiş bütün prosedur qaydalara əməl edilməklə və heç bir pozuntuya yol verilmədən ayrldığından, sözügedən torpaq sahəsinin verilməsi barədə Əli Bayramlı (Şirvan) şəhər X12 İcraiyyə Komitəsinin 05 dekabr 1980-ci il tarixli iclasının 23 №-li və “Şirvanneft” NQÇİ peşə ittifaqları BK Rəyasət Heyətinin 27 fevral 1981-ci il tarixli, 31 №-li iclas protokollarının qərarları hal-hazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilmədiyindən iddiaçı X4 həmin torpaq sahəsinin mərhum X10 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinası qanuna zidd və mərhum X8 qanun üzrə vərəsəsi X2 hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, “ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin mərhum X10 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. “ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin mərhum X10 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X3, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-440/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-440/2024
13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver