Məhkəmə qərarları › İş №2-1(120)-441/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-441/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-441/2021 28.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı X5, Üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, X5 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “çıxarışa dair qeydlərin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı3, X11 və İddiaçı4 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad rayon Layihə Tətqiqat idarəsinə və “xxxx” MMCyə qarşı “çıxarışa dair qeydlərin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tаriхli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, X5 və İddiaçı4 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad rayon Layihə Tətqiqat idarəsinə və “xxxx” MMC-yə qarşı “çıxarışa dair qeydlərin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə Masallı rayon Olimpiya Kompleksinin, Masallı şəhər bələdiyyəsinin və Masallı rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tаriхli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, X5 və İddiaçı4 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad rayon Layihə Tətqiqat idarəsinə və “xxxx” MMC-yə qarşı “çıxarışa dair qeydlərin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı, iddia tələbi və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi olduğu kimi saxlanılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad rayon Layihə Tətqiqat idarəsi və “xxxx” MMC-nin cavabdehlər sırasından çıxarılması, həmçinin “xxxx” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçıların iddia ərizəsi onunla əsaslandırılmışdır ki, aparılmış islahat zamanı Masallı Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-507 saylı Dövlət Aktı ilə ümumibirgə mülkiyyətinə Masallı şəhəri ərazisində 0.156 ha torpaq sahəsi ayrılıb verilmişdir. Sonradan həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışı ilə rəsmiləşdirilmişdir. Bu barədə ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsində 97 №-li reyestr kitabın 76-cı vərəqində qeydiyyata alınmışdır. Lakin Masallı Rayon Aqrar İslahat Komissiyası tərəfindən ayrılmış və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Çıxarışı ilə rəsmiləşdirilmiş ümumibirgə mülkiyyətlərinə verilmiş Masallı şəhəri ərazisində yerləşən 0.156 ha torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, “xxxx" MMC həmin torpaq sahəsini zəbt edərək orada tikili inşa etmişdir. Həmin torpaq sahəsinin cavabdeh “xxxx” MMC tərəfindən zəbt olunması və orada tikili inşa edilməsi Masallı Rayon Məhkəməsində qaldırdığı iddia tələbi ilə bağlı təyin olunmuş məhkəmə ekspertizası ilə əlaqədar olaraq verilmiş mütəxəssis və ekspert rəyləri ilə təsdiqini tapmışdır. Həmçinin Masallı Rayon Məhkəməsində işə baxılan zaman məlum olmuşdur ki, Masallı Rayon Aqrar İslahat Komissiyası tərəfindən ayrılmış və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Çıxarışı ilə rəsmiləşdirilmiş ümumibirgə mülkiyyətinə verilmiş Masallı şəhəri ərazisində yerləşən 0.156 ha torpaq sahəsinə qanunsuz olaraq “xxxx” MMC-yə Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli (Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır, qeydiyyat tarixi 30 noyabr 2007-ci ildir) Çıxarış verilmişdir. Göründüyü kimi “xxxx” MMC-yə verilmiş çxarış tam qanunsuzdur. X18 Komissiyası 1995- 2005-ci illərdə mövcüd olmuş və vətəndaşlara (əhaliyə) kənd təsərrüfatı məhsullarının istehlası və həyətyanı torpaq sahələrinin ayrılmasını həyata keçirmişdir. ƏMDK və DƏDRX isə 2006-cı ilin yanvar ayından sonra yaradılmışdır. Göründüyü kimi həmin torpaq sahəsi bizə ayrılan zaman "xxxx" MMC-nin mülkiyyətində həmin ərazidə heç bir torpaq sahəsi olmamışdır. Sonradan “xxxx” MMC-yə tikinti işləri aparması üçün torpaq sahəsi ayrılmışdır. Lakin torpaq sahəsi ayrılarkən bir vətəndaş olaraq bizim hüquqlarımız kobud şəkildə pozulmuşdur. Hüquqlarımızın bərpası ilə bağlı "xxxx” MMC-yə və bir çox dövlət qurumlarına müraciət etsəkdə heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşuq. Lakin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirnıəlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Bu səbəbdən də, “xxxx” MMC-yə Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli (Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır) Çıxarışın etibarsızlığı (ləğvi) ilə bağlı Masallı Rayon Məhkəməsində iddia qaldıra bilməmişik. Onuda qeyd edək ki, həmin torpaq sahəsi istifadə edilməsindən ötrü bizim mülkiyyətimizə verilsə də, lakin həmin torpaq sahəsini cavabdehlərin təqsiri ucbatından istifadə edə bilmirik. Həmin torpaq sahəsinə dair vergiləri ödəyirik. Odur ki, bütün bu sadalananlara əsasən hesab edirik ki, çıxarışın verilməsinə dair qeydlər ləğv olunmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən “’xxxx” MMC-yə verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat tarixi 30 noyabr 2007-ci il. qeydiyyat nömrəsi 230707149, reyestr nömrəsi **********30- 12301 olan Çıxarışa dair qeydlərin ləğv olunmasının bir vəzifə olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması (həvalə edilməsi) barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X11 izahatında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən “’xxxx” MMC-yə verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat tarixi 30 noyabr 2007-ci il qeydiyyat nömrəsi 230707149, reyestr nömrəsi **********30- 12301 olan Çıxarışa dair qeydlərin ləğv olunmasının bir vəzifə olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması (həvalə edilməsi) barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X8 izahatında iddiaçının iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin, üçüncü şəxslər Masallı rayon Olimpiya Kompleksinin, Masallı şəhər bələdiyyəsinin və Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, X5 və İddiaçı4 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçılar cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onların subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin 05.09.2017-ci il tarixli, **********34 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, siz Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət edərək, çıxarışla rəsmiləşdirilmiş pay torpaq sahəsinə plan və ölçünün verilməsini xahiş etmişsiniz. Bildiyiniz kimi sizə və ailə üzvilərinizin mülkiyyətinə verilmiş JN-507 saylı dövlət aktı və Masallı regional “Asan xidmət" mərkəzində fəaliyyət göstərən notariat kontorunun 05 iyul 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnaməsi əsasında 1.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Ərazi idarəsi tərəfindən 11 iyul 2017-ci il tarixli, **********07 reyestr nömrəli çıxarış verilmişdir. Nəzərinizə çatdırırıq ki, Ləğv edilmiş DTXK-nin Reyestri Xidmətinə təqdim etdiyi kompleks yerquruluşu xəritəsində sizə və ailə üzvilərinin mülkiyyətinə verilmiş JN-507 saylı dövlət aktında olan torpaq sahəsinin ərazisi X2 ərazisi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Sənədlərdəki ziddiyyətlərə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq işin icrasından imtina edilir. Torpaq mübahisələri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən Məhkəmə qaydasında həll edilir. Ona görə də sənədlərdə yaranan ziddiyyətlərin aradan qaldırılması ilə əlaqədar aidiyyəti üzrə Məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçıya göndərdiyi 05.09.2017-ci il tarixli, **********00 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı rayonu, Dadva kəndi ərazisində yerləşən, JN-507 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” əsasında sizin və ailə üzvlərinizin mülkiyyətinə verilmiş 0,156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması ilə bağlı qarşılaşdığınız problemlərin həllinə köməklik göstərilməsi barədə ərizənizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi kompleks yerquruluşu xəritəsinə əsasən JN-507 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” əsasında sizin və ailə üzvlərinizin mülkiyyətinə verilmiş 0,156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 Kompleksinin istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün həmin torpaq sahəsinə dair "Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması mümkün olmamışdır. X13 Kompleksinin tikintisi üçün 5,0 ha torpaq sahəsi Masallı rayonu Dadva bələdiyyəsinin 05 may 2004-cü il tarixli 07 nömrəli qərarı ilə ayrılmış və Masallı Rayon İcra Hakimiyyəti başçısının 21 iyun 2004-cü il tarixli 179 nömrəli sərəncamı ilə Kompleksin tikintisinə icazə verilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə w'məhkəmə tərəfindən baxılır. İş materiallarında olan Cəlilabad Layihə Tədqiqat İdarəsinin 02.04.2019-cu il tarixli, C-041 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, X5 və İddiaçı4 cavabdehlər Masallı şəhər Bələdiyyəsinə və “xxxx” MMC-nin qarşı “torpaq sahəsinin dəyərinin ödənilməsi’’ tələbinə dair mülki iş üzrə mütəxəssisin iştirakının təmin edilməklə tərtib edilmiş mütəxəssis rəyinin təqdim edilməsi barədə Masallı Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(050)-578/2019 nömrəli müraciətinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “xxxx” MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsində baxılmışdır. Bildiririk ki, iddiaçılar İddiaçı1, İddiaçı3, X7 və İddiaçı4 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********07 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətə verilmiş 0,156 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü” və cavabdeh “xxxx" MMC-yə **********39- 12301 reyestr nömrəli Çıxarışa əsasən Əmlak kompleksinə istifadəyə verilmiş 5,0 hektar torpaq sahəsində yerləşən İdman kompieksinin Texniki Pasportunun torpaq sahəsinin planı və ölçüsü olmadığından mübahisəli torpaq sahəsinin sərhədlərinin yerini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Yuxarıda qeyd olunanlara əsasən qərardadda qoyulmuş 1-ci, 2-ci və 3-cü sualları cavablandırmaq mümkün olmadı. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi 28 dekabr 2020-ci il tarixli, M-469 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1, İddiaçı3 Riznan qızının, X5 və İddiaçı4 ilə bağlı, 16.12.2020-ci il tarixdə Masallı Rayon Dövlət Arxivinə (RDÄ) daxil olmuş, sorğunuza cavab olaraq, bildiririk: Masallı rayon Aqrar İslahat Komissiyasının sənədləri Masallı RDA-nə təhvil verilmədiyindən, kimlərinsə mülkiyyətinə hər hansı torpaq sahələrinin verilməsi barədə Masallı AİK-nın qərarının (adlı siyahı daxil olmaqla), eləcə də həmin qərarlar əsasında kimlərəsə verilmiş torpağın mülkiyyətinə dair şəhadətnamələrin və həmin şəhadətnamələrin verilməsinə əsas olan sənədlərin əsllərinin və ya təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması imkanımız xaricindədir. O cümlədən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Katastrı və Ünvan Reystri Xidmətinin (və ya bu idarəyə aid digər şöbələrinin) sənədlərini Masallı RDA-nə verilməməsi səbəbindən, kimlərinsə adına verilmiş çıxarışların və həmin çıxarışların verilməsinə əsas olan sənədlərin də, əsllərinin və ya təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması imkanımız xaricindədir 91-ci bənd); Yuxanda göstərildiyi kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Katastrı və Ünvan Reystri Xidmətinin (və ya bu idarəyə aid digər rayon şöbələrinin) sənədləri Masallı RDA-nə verilmədiyindən, "xxxx” MMC-nin adına verilmiş çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin, əsllərinin və ya təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması imkanımız xaricindədir (2-ci bənd); Masallı rayonu ərazisində tikilmiş “Olimpiya Kompleksi” altına torpaq sahəsinin ayrılması barədə 31.05.2004-cü il 158 saylı sərəncam olmuş, 21.06.2004-cü il 178 saylı sərəncamla əvvəlki sərəncam ləğv edilmiş və başqa bir ünvanda 21.06.2004-cü il 179 saylı sərəncamla torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamların və sərəncama əlavə edilmiş sənədlərin təsdiq olunmuş surətlər sizə göndərilir (3-cü bənd). İş materiallarında olan Azərbaycan Respublikası Masallı rayonu Dadva Bələdiyyəsinin (protokol №-07) 04 may 2004-cü il tarixli qərarında aşağıdakılar qərara alınmışdır: Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Regionlarının Sosial-X9 Proqramına uyğun olaraq rayonda idmanın inkişaf etdirilməsi məqsədilə icman Kompleksinin tikintisi altına 3,5 hek. torpaq sahəsi ayrılsın (1-ci bənd); Həmin torpaq sahəsi rayon əhalisinin, o cümlədən gənclərin ümumi istifadəsindən ötrü ayrıldığı üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-cı maddəsinə əsasən daimi istifadəsinə verilsin (2-ci bənd); Bu barədə Respublika Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərman, ilə təsdiq edilmiş «Dövlət Proqramı», Azərbaycan Respublikası «xxxx» istehsalat Müəssisəsinin 27 aprel 2004-cü il tarixli 9 saylı məktubu və rayon Torpaq komissiyasının seçim aktı nəzərə alınsın (3-cü bənd); Ayrılacaq torpaq sahəsi Masallı şəhərinin Dadva məhəlləsinin günçıxan hissəsində yerləşir. Şimaldan bələdiyyə mülkiyyəti torpağı, cənubdan Mərkəzi xəstəxanaya gedən yol, şərqdən Mərkəzi xəstəxananın hasan, qərbdən Mərkəzi xəstəxanaya gedən yol ilə Bakı- Astara magistral yolunu» birləşdirən aralıq yol ilə həmsərhəddir (4-cü bənd); Respublika Dövlət Torpaq və Xərİtəçəkmə Komitəsindən xahiş edilsin ki, İdman kompleksinin tikintisi üçün ayrılmış torpağın yer quruluşu planına uyğun olaraq Dövlət Aktının hazırlanmasına köməklik göstərsin (5-ci bənd); Qərarın icrasına nəzarət bələdiyyənin sədrinə tapşırılsın (6-cı bənd). İş materiallarında olan 05 may 2004-cü il tarixli, seçim aktında aşağıdakılar qeyd olunmuşdur: Masallı Rayon Telekommunikasiya Qovşağının rəisi-Masallı rayon X3 İdarəsinin rəisi-Masallı rayon Qaz istismar idarəsinin müdiri-Masallı RİHB-nm Masallı şəhər ərazisi üzrə nümayəndəsi-Masallı rayonıı Dadva bələdiyyəsinin sədri -Masallı rayon Gənclər, İdman və Turizm İdarəsinin müdiri bu aktı tərtib etdik. Ondan ötrü ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Regionlarının Sosial-X9 Proqramına (2004-2008-ci illər) uyğun və Azərbaycan Respublikası «xxxx» İstehsalat müəssisəsinin 27 aprel 2004-cü il tarixli 9 saylı məktubuna əsasən Masallı rayonunda idmanın inkişaf etdirlməsi məqsədilə tikiləcək X12 altına torpaq sahəsi ayrılmalıdır. Komissiya həmin torpağın Masallı şəhərinin cənubşərq hissəsinə aid olan Dadva bələdiyyəsinin ərazisindən ayrılmasını məqsədə müvafiq hesab edir. Bu məqsədlə yerə baxış keçirdik. Seçilmiş torpaq sahəsi şəhərin gün çıxan hissəsində olan Dadva vətəndaşlarının payı bəlli torpaq sahələrinin üzərinə düşür. Həmin vətəndaşlar öz razılığına əsasən özəl torpaqlarım bələdiyyə torpaq sahələri ilə dəyişilməsinə razılıq verirlər. Bu razılığa əsasən həmin 5,0 ha torpaq sahəsinin X12 tikintisi altına ayrılması məqsədə uyğundur. Sahə şimaldan Masallı-Musakücə istiqamətindəki Bakı-Astara şosse yolunu birləşdirən aralıq şosse yolu ilə, cənubdan Viləş çayı ilə, şərqdən Bakı- Astara şosse yolunun mühafizə zonası ilə, qərbdən pay torpaqları ilə həmsərhəddir. Respublika Prezidentinin təsdiq etdiyi «Dövlət Proqramı»na uyğun olaraq həmin torpaq sahəsinin rayon əhalisinin, o cümlədən gənclərin ümumi istifadəsinə verilməkdən ötrü Dadva bələdiyyəsinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50ci maddəsinə əsasən icarə qaydasında daimi istifadəyə verilməsi qanuna uyğundur. İş materiallarında olan Masallı rayon Aqrar İslahatı Komissiyasının 20 may 2004-cü il tarixli, 07 saylı iclas protokolundan (qərarın) çıxarışından görünür ki; Dadva bələdiyyəsinin 05 may 2004-cü il tarixli, 07 saylı qərarı və Dadva ərazisində yaşayan 43 vətəndaşın pay torpaqlarının yerinin dəyişdirilməsi ilə əlaqədar Dövlət Aktlarında düzəliş edilməsinə razılıq verilməsi barədə verdikləri ərizələri nəzərə alınsın (1-ci bəndi); Həmin vətəndaşların mülkiyyətində olan cəmi 5.24 hek. pay torpaqları yeni tikiləcək İdman Kompleksinin altına ayrılması üçün Dadva bələdiyyəsinin mülkiyyətinə verilsin və əvəzində onlara bələdiyyənin başqa ərazidəki əkinə yararlı torpaq sahəsindən eyni ölçüdə torpaq sahəsi verilsin (2-ci bəndi); Həmin torpaq sahəsi bu məqsədlə mütəxəssis tərəfindən tərtib edilmiş yerquruluşu planında göstərilən cizgi sərhədləri daxilində verilsin (3-cü bəndi); Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinə tapşırılsın ki, bu qərarla əlaqədar müvafiq sənədləşmə işlərinin aparılmasına və torpağın naturada ayrılıb verilməsinə köməklik göstərilsin (4-cü bəndi); Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilsin ki, 460, 461, 462, 463, 464, 465, 466, 470, 471, 472, 473, 474, 475, 476, 477, 478, 479, 480, 481, 482, 483, 484, 485, 486, 487, 488, 489, 490, 491, 492, 493, 494, 495, 496, 497, 498, 499, 500, 501, 502, 503, 504, 505 saylı Dövlət Aktlarında müvafiq düzəliş edilməsinə köməklik göstərilsin. (5-ci bəndi). İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş və 05.11.2007-ci il tarixdə 126 nömrə ilə X14 kitabında uçota alınmış A № 020741 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədindən görünür ki, Masallı rayonu Dadva bələdiyyəsinin 05.05.2004-cü il tarixli, 07 saylı qərarı ilə Masallı rayonu Dadva kəndinin ərazisindən 50000 kv.m torpaq sahəsi İdman Kompleksinin tikintisinin altına verilmiş, həmçinin həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının 31 may 2004-cü il tarixli 158 saylı qərarının qüvvədən düşməsi barədə Masallı Rayon İcra Hakimiyyəti Başçısının 21 iyun 2004-cü il tarixli, 178 nömrəli sərəncamında aşağıdakılar qərara alınmışdır: Masallı RİHB-nin Masallı şəhər ərazi vahidi üzrə nümayəndəsinin və Dadva bələdiyyəsinin 5 iyun 2004-cü il tarixli 20 a saylı birgə məktubu nəzərə alınsın (1-ci bənd); X12 tikintisi altına aynlmış 3,5 hektar torpaq sahəsi az olduğuna, əlverişsiz yerdə yerləşdiyinə, tikintinin texniki şərtlərinə və arxitektura tələblərinə uyğun gəlmədiyinə görə həmin torpağın şəhərin cənub-şərq, gün çıxan hissəsində daha əlverişli yerdə olan 5,0 hektar torpaq sahəsi ilə əvəz edilməsi ilə bağlı olaraq RİHB-mn Kompleksin tikintisinə icazə verilməsi barədə əvvəlki, 31 may 2004-cü il tarixli 158 saylı sərəncamı qüvvədən düşmüş hesab edilsin (2-ci bənd). Masallı RİHB-nin Memarlıq və Tikinti şöbəsinin, Rayon Torpaq və Xəritəçəkmə şöbəsinin rəhbərlərinə və şəhər ərazi nümayəndəsinə tapşırılsın ki, İdman Kompleksinin tikintisi ilə əlaqədar yeni sərəncamın hazırlanmasını təmin etsinlər (3-cü bənd). İş materiallarında olan Azərbaycan Respublikası Regionlarının Sosial-X9 Proqramına uyğun olaraq rayonda idmanın inkişaf etdirilməsi məqsədilə İdman Kompleksinin tikintisi altına torpaq sahəsinin ayrılmasına və tikintisinə icazə verilməsi barədə Masallı Rayon İcra Hakimiyyəti Başçısının 21 iyun 2004-cü il tarixli, 179 nömrəli sərəncamında aşağıdakılar qərara alınmışdır: Respublika Prezidentinin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Regionlarının Sosial-X9 Proqramı, «xxxx» İstehsalat Müəssisəsinin 27 aprel 2004-cü il tarixli 9 saylı məktubu və Masallı rayonu Dadva bələdiyyəsinin yeni İdman Kompleksin tikintisi üçün torpaq sahəsi ayrılması barədə 05 may 2004-cü il tarixli 07 saylı qərarı nəzərə alınsın 91-ci bənd), Rayonda idmanın inkişaf etdirilməsi, gənclərin asudə vaxlarmm təşkilində və fiziki inkişafında idmanın rolunu nəzərə alaraq rayon əhalisinin, o cümlədən gənclərin ümumi istifadəsindən ötrü Toıpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən (hər iki tərəfin razılığına əsasən icarə qaydasında daimi istifadəsinə verilməklə) şəhərin cənub-şərq hissəsi olan Dadva bələdiyyəsi ərazisində 5,0 hektar torpaq sahəsində İdman Kompleksinin tikintisinə icazə verilsin (2-ci bənd); Həmin torpaq sahəsi Masallı şəhərinin Dadva məhəlləsinin qabaq və gün çıxan hissəsində yerləşir. Şimaldan Masallı-Musakücə istiqamətindəki Bakı- Astara şosse yolunu birləşdirən şosse yolu ilə, cənubdan Viləş çayı ilə, şərqdən Bakı- Astara şosse yolunun mühafizə zonası ilə, qərbdən pay torpaqları ilə həmsərhəddir (3-cü bənd); «xxxx» İstehsalat Müəssisəsinin rəhbərliyindən xahiş edilsin ki, X12 tikintisinə cari ilin iyul ayında başlanılmasım təmin etsin (4-cü bənd); Sərəncamın icrasına nəzarət RİHBi aparatının memarlıq-tikinti şöbəsinin, Şəhər ərazi nümayəndəsinin, Rayon Gənclər, İdman və Turizm idarəsinin, Rayon Torpaq və Xəritəçəkmə şöbəsinin rəhbərlərinə tapşırılsın (5-cü bənd). İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının 21 iyun 2004-cü il tarixli 179 saylı sərəncamında qismən dəyişiklik edilməsi barədə Masallı Rayon İcra Hakimiyyəti başçısının 23 mart 2006-cı il tarixli, 53 nömrəli sərəncamında aşağıdakılar qeyd olunmuşdur: Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş «Regionların sosial-X9 Proqramı (2004-2008-ci illər)» əsasında Masallı rayonunda idmanın inkişaf etdirilməsi məqsədilə Masallı şəhərinin mərkəzi hissəsi olan Dadva bələdiyyəsinin ərazisində tikiləcək İdman Kopleksinin tikintisi altına 5,0 hektar Dadva bələdiyyəsinin 05 may 2004-cü il tarixli 07 saylı qərarı əsasında torpaq sahəsi ayrılmışdır. «Dövlət Proqramına» uyğun olaraq rayonda idmanın inkişaf etdirilməsi, gənclərin asudə vaxtlarını səmərəli təşkili və inkişafında idmanın böyük rolunu nəzərə alaraq şəhərin cənub-şərq hissəsində İdman Kompleksinin tikintisinə başlanılmışdır. Tikintini aparan podratçı təşkilat «xxxx» İstehsalat müəssisəsinin 02 mart 2006-cı tarixli 017 saylı məktubuna əsasən tikintini davam etdirməsinin imkansızlığı barədəki müraciətiı və «xxxx» MMC-nin 09 mart 2006-cı il tarixli 160 saylı məktubla tikintini aparmaq üçün Podratçı təşkilat olmaq arzusunu nəzərə alaraq, 21 iyun 2004-cü il tarixli 179 saylı sərəncama qismən dəyişiklik edilməsi zərurətini əsas tutaraq Qərara alıram: Rayonda idmanın inkişaf etdirilməsi məqsədilə idman kompleksinin tikinti: altına torpaq sahəsinin ayrılmasına və tikintiyə icazə verilməsi barədəki, 21 iyun 2004-cü il tarixli 179 saylı sərəncamının 2-ci bəndi aşağıdakı redaksiyada verilsin (1-ci bənd); Rayonda idmanın inkişaf etdirilməsi, gənclərin asudə vaxtlarının təşkilində və fiziki inkişafında, o cümlədən gənclərin ümumi istifadəsindən ötrü Dadva bələdiyyəsinin ərazisində 5,0 hektar torpaq sahəsində tikilən İdman Kompleksini tikintfsinin davam etdirilməsinin podratçı təşkilat «xxxx» İstehsal Müəssisəsinin apara bilməsinin imkansızlığı barədəki müraciətini nəzərə alaraq yeni podratçı təşkilat olmaq üçün müraciət edən «xxxx» MMC-nin arzusunu nəzərə alaraq, İdman Kompleksinin tikintisinin davam etdirilməsi üçün yeni podratçı «xxxx»MMCyə icazə verilsin; Yarımçıq tikili olan İdman Kompleksinin təhvil-təslim olunmasının, qanur müvafiq qaydada aparılması «xxxx»İstehsalat müəssisəsi və «xxxx» MMC-nin tərəfindən həll edilsin (2-ci bənd); Sərəncamın icrasına nəzarət RİHB aparatının sosial-iqtisadi məsələlər, memarlıq və tikinti şöbələrinə, Gənclər və İdman idarəsinə həvalə edilsin (3-cü bənd). İş materiallarında olan MH ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Masallı şəhəri, M.Talışxanov küçəsi, Ələt-Astara yolunun qərb hissəsində istifadəsində olan 5.0 ha torpaq sahəsində yerləşən 7274.54 kv.m, ümumi 3798.16 kv.m əsas sahədən ibarət əmlak kompleksi (İdman Kompleksi) tam mülkiyyət hüququ üzrə “xxxx” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə göndərdiyi 30.12.2020-ci il tarixli, **********44 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(120)- 1844/2020 saylı sərəncamına cavab olaraq bildiririk ki, 2007-ci il tarixdə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Masallı rayonunun kompleks yerquruluşu xəritəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməmişdir. Masallı rayonu, Dadva Bələdiyyəsinin 04 may 2004-ci il tarixli 07 saylı qərarı, torpağın seçim aktı, torpağın yerquluşu sxemi, ləğv edilmiş DTXK-nin Masallı rayon şöbəsi tərəfindən verilən 05 noyabr 2007-ci il tarixli 126 saylı torpağın planı və ölçüsü sənədi, tikintinin aparılmasına dair Masallı rayon İcra Hakimiyyətinin 23 mart 2006-cı il tarixli 53 saylı sərəncamı və tikintinin başa çatmasına dair istismara qəbul aktı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən “xxxx” MMC-nin adına Masallı şəhəri M.Talışxanov küçəsi, Ələt- Astara yolunun qərb hissəsində istifadə olan 5.0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (İdman kompleksi) 30 noyabr 2007-ci il tarixdə **********39-12301 reyestr nömrəli çıxarış verilmişdir. X1 və onun ailə üzvilərinin mülkiyyətinə verilmiş JN- 507 saylı dövlət aktı və Masallı regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontorunun 05 iyul 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnaməsi əsasında 1.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Ərazi İdarəsi tərəfindən 11 iyul 2017-ci il tarixli, **********07 reyestr nömrəli çıxarış verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd etdiklərimizi və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq, Məhkəmədən sözü gedən inzibati işlə bağlı İddiaçı1 və digər şəxslərin Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2020-ci il tarixli, 4629 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Masallı rayonu Masallı şəhəri Nizami adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialının yerəuyğun yerləşmə vəziyyətinə və Torpağa mülkiyyət hüququna dair JN-507 nöməli Dövlət Aktına görə iddiaçıların mülkiyyətinə verilmiş mübahisələndirilən 0.156 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə mövqəyi, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş planda və Masallı rayonu Masallı şəhəri Nizami adına təsərrüfatın kompleks yerquruluşu layihəsində öz əksini tapmışdır. Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpağa mülkiyyət hüququna dair JN-507 nömrəli Dövlət Aktına və Masallı rayonu Masallı şəhəri Nizami adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialının yerəuyğun yerləşmə vəziyyətinə görə iddiaçıların mülkiyyətinə verilmiş mübahisələndirilən 0.156 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi şimal və qərb istiqamətində payçıların mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə, şərq və cənub istiqamətində isə dövlət mülkiyyətində olan təsərrüfat tikililəraltı ərazi ilə əhatələnir. Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpağa mülkiyyət hüququna dair JN-507 nömrəli Dövlət Aktına və Masallı rayonu Masallı şəhəri Nizami adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialının yerəuyğun yerləşmə vəziyyətinə görə iddiaçıların mülkiyyətinə verimiş mübahisələndirilən 0.156 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütünlüklə cənubqərb istiqamətində cavabdeh “xxxx” MMC-nin istifadəsində olan hasarlanmış ərazinin hüdudları daxilində yerləşir və bu mübahisələndirən 0.156 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0547 hektaradək hissəsi isə şimal istiqamətində idman kompleksinin ərazisinə düşür. Qərardadın dördüncü-besinci-altıncı sualları üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, cavabdeh ‘xxxx” MMC-yə, həm də iddiaçılar İddiaçı1, İddiaçı3, X7 və İddiaçı4 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışların yerəuyğun yerləşmə mövqelərinin elektron baza məlumatlarında öz əksini tapmadığından 4-cü, 5-ci və 6-cı sualların müqayisələndirilib cavablandırılması mümkün olmadı. İş materiallarında olan «xxxx» MMC-nin 25.01.2021-ci il tarixli, 01-62 nömrəli iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, icraatınızda iddiaçılar İddiaçı1 və digərləri cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad rayon Layihə Tətqiqat İdarəsinə və «xxxx.» MMC-yə qarşı 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən “xxxx.” MMC-yə verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa dair qeydlərin ləğv olunmasının bir vəzifə olaraq 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması (həvalə edilməsi)» tələbinə dair inzibati iş vardır. Nəzərinizə çatdırmaq istəyirik ki, ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini özündə əks etdirən və möhtərəm X6 cənabları tərəfindən imzalanmış «Azərbaycan Respublikası regionlarının sosial-X9 Proqramı»nda respublikamızda fəaliyyət göstərən şirkət və müəssisələr qarşısında konkret vəzifələr müəyyən edilmişdir. Bu vəzifələrin həyata keçirilməsi üçün Şirkətimizə məxsus yanacaqdoldurma məntəqələri şəbəkəsinin daha da genişləndirilməsi, yeni iş yerlərinin açılması bir zərurətə çevrilmişdir. Eyni zamanda dünya ölkələri arasında idman ölkəsi kimi tanınan dövlətimizin bu sahədə fəaliyyətinə dəstək olmaq və regionlarda yaşayan gənclərin asudə vaxtlarının səmərəli keçirməsi, sağlam bir mühitdə yetişməsi üçün Masallı şəhərində İdman Kompleksinin tikintisinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq, Masallı Rayon İcra Hakimiyyəti Başçısının 21 iyun 2004-cü il tarixli, 179 saylı sərəncamında qismən dəyişiklik edilmiş, sərəncamın 2-ci bəndi aşağıdakı redaksiyada verilmiş, rayonda idmanın inkişaf etdirilməsindən ötrü Dadva bələdiyyəsinin ərazisində 5.0 hektar torpaq sahəsində İdman Kompleksinin tikintisinin davam etdirilməsinin podratçı təşkilat “xxxx” İstehsalat Müəssəsinin apara bilməsinin imkansızlığı barədəki müraciətini nəzərə alaraq İdman Kompleksinin tikintisinin davam etdirilməsi üçün yeni podratçı “xxxx.” MMC-yə icazə verilmişdir. Onu da qeyd etmək istərdik ki, İdman Kompleksin tikilməsi üçün torpaq sahəsi seçilən zaman 05 may 2004-cü il tarixdə Seçim aktı tərtib olunmuşdur. Həmin akt Masallı Rayonunun dövlət və bələdiyə orqanlarının 11 (on bir) nümayəndəsi tərəfindən təsdiq olunmuşdur. Tərtib edilmiş Seçim aktında, İdman Kompleksinin tikilməsi üçün seçilmiş torpaq sahəsinin şəhərin gün çıxan hissəsində olan vətəndaşların payı bəlli torpaq sahələrinin üzərinə düşdüyü, lakin vətəndaşların özəl torpaqlarının bələdiyyə torpaq sahələri ilə dəyişdirilməsinə razılıq verdikləri qeyd edilmişdir. Bu razılığa əsasən, həmin 5.0 ha torpaq sahəsinin X12 tikintisi altına ayrılması məqsədə uyğun sayılmışdır. Bu məqsədlə, 2007-ci ildə sözügedən torpaq sahəsində müasir standartlara cavab verən yeni İdman Kompleksi inşa edilmiş və həmin il tikintisi başa çatmış, X13 Kompleksinin açılışında ölkə başçısı, Olimpiya Komitəsinin sədri cənab İlham Əliyev iştirak edərək, təntənəli şəkildə açılış lentini kəsmişdir. Daha sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.11.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Masallı şəhəri, M.Talışxanov küçəsi, Ələt-Astara yolunun qərb hissəsi 5.0 ha torpaq sahəsində yerləşən 7274.54 kv.m ümumi, 3798.16 kv.m əsas sahədən ibarət əmlak kompleksi (İdman Kompleksi) «xxxx.» MMC-nin xüsusi mülkiyyətinə verilmişdir. Xüsusilə qeyd edilməlidir ki, müvafiq sərəncamla ayrılmış torpaq sahəsi Masallı rayon İcra hakimiyyəti tərəfindən Şirkətimizə ayrılmış və tərəfimizdən zəbt edilməmişdir. Bu mənada iddia ərizəsində qeyd edilən “Azpetrol tərəfindən zəbt edilmişdir” cümləsinin heç bir hüquqi əsası yoxdur və eyni zamanda bununla bağlı iddiaçılar tərəfindən hər hansı bir mötəbər sənəd və sübut təqdim edilməmişdir. Bundan başqa bildirmək istəyirik ki, İdman Kompleksinin saxlanmasında Şirkətimizin kommersiya marağı deyil sosialyönümlü marağı vardır ki, bu da ölkəmizdə idmanın inkişafına yaradılmış şəraitin daha da inkişafına təkan verməkdən ibartədir. Həmin kompleksdə idmanın müxtəlif növlərindən tədris edən məşqçi və müəllimlərə Şirkətin vəsaitindən aylıq əmək haqqılar ödənilir və İdman Kompleksinin saxlanılması üçün müxtəlif ödənişlər həyata keçirilir. Digər tərəfdən, Masallı Rayon Məhkəməsində baxılan iş üzrə mütəxəssis rəyi və onun əsasında yazılan 4629 saylı, 01 iyun 2020-ci il tarixli Məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə bağlı bildirmək istəyirik ki, sözügedən sənədlər səhvdir və həqiqətin müəyyən olunmasında həmin sənədlərin heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, birincisi - rəylərin mətnində “Torpağa mülkiyyət hüququna dair JN-507 nömrəli dövlət aktı”na əsasən verilmiş torpaq sahəsindən və “Masallı şəhəri, Nizami adına təsərrüfat kompleksi” yerləşdiyi torpaq sahəsindən söhbət gedir. Sözügedən torpaq sahələrin “xxxx.” MMC-yə heç bir aidiyyəti yoxdur. Qeyd olunmalıdır ki, Masallı rayonu ərazisində Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət evi yerləşir. İkincisi - həmin rəylərdə sahələrin üst-üstə düşməsi, iddiaçının torpaq sahəsinin koordinatların yerində müəyyən edilməsi, və iddiaçının öz torpaqdan istifadə edilməsi üçün hər hansı maneənin olması kimi suallarına cavab verilməmişdir. Belə rəylər əsasında çıxarışın ləğv olunmasından söhbət gedə bilməz. Qeyd etmək lazımdır ki, “Çıxarışa dair qeydlərin ləğv edilməsi” ilə bağlı məhkəmə prosesində “xxxx” MMC cavabdeh şəxs qismində çıxış edə bilməz. “xxxx” MMC tərəfindən heç bir inzibati akt qəbul edilməmişdir. Onu da qeyd etmək vacibdir ki, istənilən halda iddiaçı öz iddia ərizəsində qeyd etmiş Azərbaycan Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən “vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.” Xüsusi ilə qeyd edilməlidir ki, Şirkətimiz müvafiq tapşırığı yerinə yetirərək, ümumi istifadədə olan bir idman obyektini tikib, hal-hazıradək həmin obyektin aylıq maliyyə xərclərini çəkməkdədir. İddiaçı qeyd etdiyi kimi, 1995-2005-ci illərdə fəaliyyət Aqrar İslahatlar Komissiyası torpaqları sözügedən torpaqları əhaliyə ayırmışdır, idman Kompleksi isə təntənəli şəkildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ildə açılmışdır. Həmin ildə Şirkətimizə müvafiq çıxarış verilmişdir. Həmin hadisələrdən 14 il keçdikdən sonra isə iddiaçı məhkəmədə iddia qaldırmışdır. Bunları nəzərə alsaq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə qeyd edilən iddia müddəti buraxılmışdır. Qeyd edilənləri ümumiləşdirərək hesab edirik ki, iddiaçıların tələbinə dair inzibati iddia üzrə Şirkətimiz sözügedən torpaq sahəsini zəbt etmədiyindən, mübahisəsi gedən torpaq sahəsini qanuni və hüquqi əsas yolu ilə əldə etdiyindən, iddiaçılara məxsus torpağın Şirkətimizin topağı ilə üst-üstə düşdüyü haqqında heç bir sübut olmadığından, iddia müddəti buraxıldığından iddia tələbi tam əsasızdır və rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, X5 və İddiaçı4 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad rayon Layihə Tətqiqat İdarəsinə və «xxxx.» MMC-yə qarşı «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən “xxxx.” MMC-yə verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat tarixi 30 noyabr 2007-ci il, qeydiyyat nömrəsi 230707149, reyestr nömrəsi **********30-12301 olan çıxarışa dair qeydlərin ləğv olunmasının bir vəzifə olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması (həvalə edilməsi) tələbinə dair iddia tələbinin əsassız olduğu və iddia müddəti ötürüldüyü üçün rədd edilməsi barədə qərar çıxarasınız. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat tarixi 30 noyabr 2007-ci il, qeydiyyat nömrəsi 230707149, reyestr nömrəsi **********30-12301 olan çıxarış Masallı rayonu, Dadva Bələdiyyəsinin 04 may 2004-ci il tarixli 07 saylı qərarı, torpağın seçim aktı, torpağın yerquluşu sxemi, ləğv edilmiş DTXK-nin Masallı rayon şöbəsi tərəfindən verilən 05 noyabr 2007-ci il tarixli 126 saylı torpağın planı və ölçüsü sənədi, tikintinin aparılmasına dair Masallı rayon İcra Hakimiyyətinin 23 mart 2006-cı il tarixli 53 saylı sərəncamı və tikintinin başa çatmasına dair istismara qəbul aktı əsasında əsasında tərtib edilmişdir. Həmin sənədlər çıxarışın tərtib edilməsi üçün ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə hesab edir ki, hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirildiyindən və mübahisələndirilən qeydiyyat (çıxarış) inzibati akta – Masallı rayonu Dadva bələdiyyəsinin torpaq sahəsi ayrılması barədə 05 may 2004-cü il tarixli 07 saylı qərarına və digər sənədlərə əsasən aparıldığından, iddiaçı hüquqi marağına uyğun olaraq Masallı rayonu Dadva bələdiyyəsinin 05 may 2004-cü il tarixli 07 saylı qərarını mübahisələndirməlidir. Ancaq iddiaçı məhkəmədən MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 30 noyabr 2007-ci il, qeydiyyat nömrəsi 230707149, reyestr nömrəsi **********39-12301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi xahiş edir. Məhkəmənin qənaətinə görə, iddia olunan çıxarışın ləğv olunduğu halda belə, həmin çıxarışın verilməsinə əsas olan inzibati aktın qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır. Beləliklə də iddiaçının Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, əgər iddiaçının hüquqi marağı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin ləğvi ilə bağlı deyil, torpaq sahəsinin sxemini (kordinatlarını) özündə əks etdirən xxxx» MMC-nin adına hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğvi ilə bağlıdırsa bu zaman iddiaçı həmin tələblə bağlı cavabdeh inzibati orqana müarciət etməli, müraciətindən imtina olunduğu halda məhkəmədə iddia qaldırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən məsələrlə bağlı iddiaçıya (iddiaçılara) həm yazılı məktubla, həm də məhkəmə iclasında şifahi şəkildə hüquqi yardım edilsə də, iddiaçılar iddia tələbini dəqiqləşdirməmiş və məktuba heç bir münasibət bildirilməmişdir Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, X5 və İddiaçı4 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3, X5 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “çıxarışa dair qeydlərin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar