Məhkəmə qərarları › İş №2-1(120)-4410/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4410/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4410/2025 02.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X5 Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin X6 ilə bağlı verdiyi **********48 reyestr nömrəli xx.xx.2023-cü il tarixli **********46 reyestr nömrəli xx.xx.2023cü il tarixli və **********47 reyestr nğmrəli xx.xx.2023-cü il tarixli çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin X6 ilə bağlı verdiyi **********48 reyestr nömrəli xx.xx.2023-cü il tarixli **********46 reyestr nömrəli xx.xx.2023cü il tarixli və **********47 reyestr nğmrəli xx.xx.2023-cü il tarixli çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına üçüncü şəxslər İmişli rayon İcra Hakmiyyətinin nümayəndəsi və X4 iştirakları olmadan baxılmasını mümkün saydı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxs İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin sədri X3 iş üzrə iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçı tərəfin “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunsun ki, onun hüquqi marağı bələdiyyə qərarının ləğv olunması barəsində olmuşdur ki, bələdiyyə tərəfindən qeyd edilən qərarın ləğv edilməsi üçün məhkəmə qərarının olmasına ehtiyac yoxdur. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsinin 4-cü hissəsinə əsasən Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna bilər. Məhkəmə hesab edir ki, iddiaçı hüquqi marağı üzrə bələdiyyəyə müraciət etməli, bələdiyyə həmin mübahisəni bələdiyyə iclasının müzakirəsinə çıxarılmalı, hüquqlarına toxunan şəxsləri dəvət etməli və müraciət üzrə yekun qərar qəbul etməlidir. Qeyd edilən qərar iddiaçının hüquqi marağına zidd olarsa, o halda iddiaçı həmin qərarı qanunvericiliyin müddətlə bağlı şərtlərinə əməl edərək məhkəmədə mübahisələndirə bilər. Həmçinin bələdiyyə tərəfindən mübahisəli əırazi üzrə qəbul edilən qərar etibarsız olduğu qənatəinə gəlinərsə, həmin qərarın etibarsız hesab edilməsi barədə inzibati məhkəmədə iddia qaldırmaq hüququnada malikdir. Belə olan halda “İnzibati icraat haqqında” Qanunun etibarsızlıqla bağlı müddəalar inzibait orqan tərəfindən nəzərə alınmalı və əsaslandırılma həmin istiqamətdə həyata keçirilməlidir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2-ci bəndi ilə bağlıdır ki, həmin bənddə qeyd edilmişdir ki, Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Həmin hissə də məhkəmə bildirilir ki, hazırki iş üzrə hərəkətləri həmin bəndlə müqayisə etmək düzgün deyil. Belə ki, bələdiyyə tərəfindən qəbul ediləcək qərar digər üçüncü şəxslərin hüquqlarını pozacağı təqdirdə həmin şəxslər bələdiyyə iclaslarına dəvət edilməli, qərar onlara elan edilməli və həmin şəxslər tərəfindən hüquqları pozulduğu hesab edilərsə bələdiyyənin iclas protokolu ilə qəbul etdiyi qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən İPM-in 23, 55, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin X6 ilə bağlı verdiyi **********48 reyestr nömrəli xx.xx.2023-cü il tarixli **********46 reyestr nömrəli xx.xx.2023cü il tarixli və **********47 reyestr nğmrəli xx.xx.2023-cü il tarixli çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar