Məhkəmə qərarları › İş №2-1(120)-4417/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4417/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4417/2025 24.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçın nümayəndəsi İddiaçı iştarkı ilə, İddiaçı X2 oğlunun cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsinə qarşı “Hacıqabul rayon Qeydiyyat şöbəsinin xx.xx.2009-cu il tarixli, 204 saylı doğum akt qeydində ad qrafasında adının “Diləfrus”dan “Dilarə”yə düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsinə qarşı “Hacıqabul rayon Qeydiyyat şöbəsində qızına məxsus olan doğum haqqında akt qeydinin ad qrafasında səhv yazılmış adının “Diləfrus”dan “Dilarə”yə düzəliş edilərək təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddiaçının əsl iddiaçı X5 ilə əvəz edilməsini, İddiaçının anası olduğunu nəzərə alaraq qanuni nümayəndəsi kimi tanınmasını iddia tələbinin isə dəyişdirilərək “Hacıqabul rayon Qeydiyyat şöbəsinin xx.xx.2009-cu il tarixli, 204 saylı doğum akt qeydində ad qrafasında adın “Diləfrus”dan “Dilarə”yə düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının əsl iddiaçı X5 ilə əvəz edilmiş, İddiaçının anası olduğunu nəzərə alaraq qanuni nümayəndəsi kimi tanınmış, iddia tələbi “Hacıqabul rayon Qeydiyyat şöbəsinin xx.xx.2009-cu il tarixli, 204 saylı doğum akt qeydində ad qrafasında adın “Diləfrus”dan “Dilarə”yə düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixdə Hacıqabul rayonunda anadan olmuşdur.İddiaçın qızının şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün yeni şəxsiyyət vəsiqəsinin verilməsindən ötrü aidiyyəti orqana müraciət etdiyi zaman ona məlum olmuşdur ki, qızına aid doğum aktı qeydində adı Dələfrus kimi qeyd edilmişdir.Doğum aktı qeydində qızının adının “Diləfrus”dan “Dilarə”yə düzəliş edilməsindən ötrü Hacıqabul rayon Qeydiyyat şöbəsinə müraciət etmiş lakin həmin şöbə tərəfindən adın dəyişdirilməsindən imtina edilmiş, ondan ötrü məhkəməyə müraciət etməyi izah olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq doğum akt qeydində ad qrafasında adın “Diləfrus”dan “Dilarə”yə düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 12287790 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ümumi Orta Təhsil Haqqında xx.xx.2024-cü il tarixli, C№ 959468 saylı Attestatın surətindən görünür ki, soyadı, adı, ata adı X1 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 931696 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu il ildə Hacıqabul rayonunda anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası X4, anası X6 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-217/2025 nömrəli imtina məktubundan görünür ki, yoxlama nəticəsində müəyyən edilmişdir ki, Hacıqabul rayon qeydiyyat şöbəsində tərtib edilmiş 204 saylı, 02.050.2009-cu il tarixli doğum haqqında akt qeydində uşağın adının qrafasında adının əl ilə ilə pozulması faktı aşkar edilmiş və pozuntudan sonar Dilarə yazıldığı müəyyən edilmişdir. Təqdim olunmuş digər sənədlərə əsasən müvafiq doğum haqqında akt qeydində düzəliş və dəyişik edilməsi üçün kifayət qədər əsas olmadığından Hacıqabul rayonu qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 204 saylı, xx.xx.2009-cu il tarixli doğum haqqında bərpa akt qeydinin ona məxsus olmasının müəyyən edilməsi və ada düzəliş edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakmiyyəti orqanı tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparıldığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 285/2025 nömrəli məktubuna xx.xx.2009-cu ildə tərtib edilmiş 204 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, uşaq haqqında məlumat qrafasında X1 qeyd edilmiş, xx.xx.2009-cu il tarixdə Hacıqabul şəhərində anadan olmuş, atası X4, anası X3 qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi Hacıqabul rayon Qeydiyyat şöbəsinin xx.xx.2009-cu il tarixli, 204 saylı doğum akt qeydində ad qrafasında adın “Diləfrus”dan “Dilarə”yə düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin dəyişdirilməsidir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan iddiaçının doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin, attestatının və doğum haqqında şəhadətnamənin surətlərindən və iş materiallarına əlavə edilən digər sənədlərdən görünür ki, iddiaçının adı “Dilarə” kimi qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-285/2025 nömrəli məktubuna xx.xx.2009-cu ildə tərtib edilmiş 204 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, uşaq haqqında məlumat qrafasında X1 qeyd edilmiş, xx.xx.2009-cu il tarixdə Hacıqabul şəhərində anadan olmuş, atası X4, anası X3 qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçının xx.xx.2009-cu il tarixli, 204 saylı doğum akt qeydində ad qrafasında adının “Diləfrus”dan “Dilarə”yə düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X2 xx.xx.2009-cu il tarixli, 204 saylı doğum akt qeydində ad qrafasında adının “Diləfrus”dan “Dilarə”yə düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı X2 xx.xx.2009-cu il tarixli, 204 saylı doğum akt qeydində ad qrafasında adının “Diləfrus”dan “Dilarə”yə düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar