Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-442/2020 11.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (İmişli rayonu, Allahmədətli kəndində yaşayan) və Cavabdeh Dövlət x3 İmişli rayon şöbəsinin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlunun (Dövlət x3 İmişli rayon şöbəsinin Pensiya təminatı sektorunun məsləhətçisi, İmişli şəhəri, H.Əliyev prospekti, ev 141 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət x3 İmişli rayon şöbəsinə qarşı «sosial sığorta stajı nəzərə alınıb yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət x3 İmişli rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 16 dekabr 2019-cu il tarixli məktubla iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1972-1997ci illərdə İmişli rayonunun K.Marks (sonrakı adları Mil, Kür və Babək adına) adına kolxozda işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınıb ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Dövlət x3 İmişli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 02.10.1957-ci ildə anadan olmuşdur. 1972-1997-ci illərdə İmişli rayonunun K.Marks adına (sonrakı adları Mil, Kür və Babək adına) kolxozda sıravi kolxozçu işləmişdir. Əmək kitabçası verilməmişdir. Dövlət x3 İmişli rayon şöbəsinə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Arxiv arayışında onun 1972-1997-ci illərdə İmişli rayonunun K.Marks, Mil, Kür və Babək adına kolxozlarında işləyib əmək haqqı almağı barədə sənədlər vardır. Cavabdeh 16.12.2019-cu il tarixli məktubu ilə arxiv arayışında 1972-1986, 1992-1995-ci illərdə adam gün normasının qeyd edilmədiyini səbəb göstərib ona pensiya təyin etməkdən imtina etmişdir. Cavabdehin həmin hərəkəti qanunaziddir. Belə ki qeyd etdiyi kolxozlarda işləməsi qanuni sənədlə-arxiv arayışı ilə təsdiq olunur. Ona görə işlədiyi illər ona iş stajı kimi nəzərə alınmalıdır. Kolxozun bəzi sənədlərində adam günlərin göstərilməməsi mühasibatlığın səhlənkarlığıdır. Arxiv arayışından görünür ki, adam günü qeyd edilməyən illərdə aldığı əmək haqqı adam günü qeyd olunan illərdəki əmək haqqından çoxdur. Bu da onu təsdiq edir ki, o, həmin illərdə də işləyib adam günü normasını yerinə yetirmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət x3 İmişli rayon şöbəsinin 18.03.2020-ci il tarixli münasibət (etiraz) məktubunda qeyd edilmişdir ki, İddiaçı iş stajını təsdiq edən əsas sənəd, yəni əmək kitabçası yoxdur. İmişli rayon Dövlət Arxivinin 03.12.2019-cu il tarixli 184 saylı arayışında “R.Marks” və “Babək” adına kolxozunda 1987-1991, 1996-1997-ci illərdə işləməsi və yerinə yetirilmiş adam günü normaları qeyd edilsə də, 1972-1986, 1992-1995-ci illərin yerinə yetirilmiş adam günü normaları qeyd edilməmişdir. İmişli rayon Dövlət Arxivinin 03.12.2019-cu il tarixli 184 saylı arayışında qeyd olunan illərdə işləməsini göstərməklə ümumilikdə 26 il iş stajı göstərilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin 22.1-ci bəndinə əsasən iş stajının (sosial sığorta) müəyyən edilməsi əmək kitabçasına əsasən aparılır, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvimi illər, aylar, adam günü əsasında həyata keçirilir. Kolxozlarda kişilər üçün adam günü 260 (iki yüz altmış), qadınlar üçün adam günü 180 (yüz səksən) gün hesablanaraq götürülür. Pensiya təyinatı Alt Sistemində İddiaçı 01.01.2006-01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barəsində məlumat və RPS proqramının baza məlumatına əsasən vətəndaşın adına sosial sığorta şəhadətnaməsi aşkar edilməmiş, həmçinin sığorta olunanlar haqqında B1, B2, B3 hesabatlarında vətəndaşın adı aşkarlanmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 61 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum 23040 məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, buna imkan vermədikdə isə ümumilikdə 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdeh Dövlət x3 İmişli rayon şöbəsinin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlu şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə etirazı müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və İmişli rayon Dövlət Arxivinin arayışının surətlərini, cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına İmişli rayon Dövlət Arxivinin arayışı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət x5 Azərbaycan Respublikasının Əmək və x2 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və x2 Nazirliyi yanında Dövlət x5 adlandırılmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edildi ki, İddiaçı 02 oktyabr 1957-ci il tarixdə doğulmuşdur. 02 aprel 2018-ci ildə 60 yaş 6 ayı tamam olmuşdur. İddiaçı 1972-1997-ci illərdə İmişli rayonunun K.Marks adına (sonrakı adları Mil, Kür və Babək adına) kolxozunda işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınıb ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 03 fevral 2020-ci il tarixli 15 saylı arayışından görünür ki, iddiaçının 1987-ci ildə faktiki adam günü 181 gün, 1988-ci ildə faktiki adam günü 190 gün, 1989-cu ildə faktiki adam günü 196 gün, 1990-cı ildə faktiki adam günü 185 gün, 1991-ci ildə faktiki adam günü 187 gün, 1996-cı ildə faktiki adam günü 183 gün, 1997-ci ildə faktiki adam günü 190 gün olmuşdur. 1972-1986 və 1992-1995-ci illərdə isə faktiki yerinə yetirilmiş adam günləri ilə bağlı qeydiyyat aparılmamışdır. Dövlət x3 İmişli rayon şöbəsinin 18.03.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, kolxozlarda kişilər üçün adam günü 260 (iki yüz altmış), qadınlar üçün adam günü 180 (yüz səksən) gün hesablanaraq götürülür. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1972-1997-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Dövlət x3 İmişli rayon şöbəsinin 18.03.2020-ci il tarixli məktubunun məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması həmin dövrdə qadınlar üçün 180 gün olmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1987-1991, 1996-1997-ci illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 7 il hesablanmalıldır. 1972-1986, 1992-1995-ci illərə münasibətdə iddiaçının minimum əmək iştirakı norması müəyyən olunmadığından həmin illər ona əmək stajı kimi hesablana bilməz. Beləliklə, 1972-1997-ci illərdə kolxozda işləyərkən faktik müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq iddiaçının 7 il iş stajına malik olduğu müəyyən edilir. Bu da iddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət deyildir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunvericiliyin qeyd olunan müddəalarından göründüyü kimi 60 yaş 6 ayı tamam olmuş qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı yoxdur. Həmçinin iddiaçının 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı da müəyyən olunmamışdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Dövlət x3 İmişli rayon şöbəsinə qarşı «sosial sığorta stajı nəzərə alınıb yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Dövlət x3 İmişli rayon şöbəsinə qarşı «sosial sığorta stajı nəzərə alınıb yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin.
2. Prosessual xərc iddiaçıya aid edilsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov