Məhkəmə qərarları › İş №2-1(120)-442/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-442/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-442/2023 14.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 aprel 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı şəxsi hesab vərəqəsində 2019-cu il üzrə 65094,46 manat məbləğində mənfəət vergisinin hesablanmasına səbəb olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində “Veteks-2017“ MMC (VÖEN **********) qeydiyyatdadır. İddiaçı MMC təmir-tikinti işləri ilə məşğul olurdu. Cəmiyyətə xx.xx.2019-cu il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 2017-2018 və 2019-cu ilin mart ayına qədər dövrü əhatə edən səyyar vergi yoxlaması açılmışdır. Yoxlama zamanı yazılmış aktla direktor Aydın Qardaşov razılaşmamış və imzalamaqdan imtina etmişdir. Nəticədə işi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq İdarəsinə vermişdilər. İstinaq idarəsində yenidən ekspertiza keçirilmiş və rəqəmlərdə dəyişikliklər aparılaraq 80000 manat vergi və 50 % yəni 40000 manat maliyyə sanksiyası yazılmışdır. 120000 manat məbləğində pul vəsaiti A.Qardaşov tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Həmin dəyişiklik 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən sistemə işlənmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən güya normadan artıq 548846,9 manatlıq materialı artıq silinmişdir. Lakin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq İdarəsində araşdırıldıqdan sonra bu rəqəm azaldılaraq 320586,0 manat olmuşdur. 2017-ci ildə yoxlayıcı normadan artıq silinmiş materialı yoxlama zamanı xərcdən azaldaraq 320586,0 manat məbləğdə qalıqda saxlayaraq həmin 320586,0 manatın 20 %-ni 2017-ci ildə mənfəət vergisinə cəlb edərək əlavə hesablama yaratmış və 50 % maliyyə sanksiyası tətbiq etmişdir. Həmin materialı 2019-cu ilin mart ayı satış kimi göstərərək 18 % əlavə dəyər vergisi (ƏDV) hesablayaraq və 50% maliyyə sanksiyası tətbiq etmişdir. Qeyd edilən material yoxlayıcı tərəfindən qalıqda göstərərək xx.xx.2018-ci ilə qalıq kimi göstərməli və həmin ildə silinmədiyi üçün xx.xx.2019-cu il tarixə də qalıqda göstərməli idi və 2019-cu ilin mart ayında (yoxlamanın axırıncı ayı mart olduğuna görə) həmin material anbarda olmadığına görə satış kimi qeyd edərək dövriyyəyə cəlb edilməli və vergiyə cəlb etməli idi. Nəticədə material satılaraq dövriyyə yaratmalı və mənfəət vergisi bəyannaməsində də işlənən zamanı həmin satışın xərcini, satılan material təşkil etməli və mənfəət vergisi yaranmamalı idi. Lakin vergi idarəsi qalıqda olan materialı 2019-cu il mart ayında (yoxlamanın son ayı) sataraq 18 % ƏDV-yə cəlb edir, dövriyyə yaradır və material yoxdu deyib bütün məbləği İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial siğorta və işsizlik sigorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərarına əsasən 2019-cu il üzrə 65094,46 manat məbləğində 20 % mənfəət vergisi hesablanmış və cəmiyyətin şəxsi hesab vərəqəsinə işlənmişdir. Bununla əlaqədar olaraq, hesablanmış pul vəsaitinin şəxsi hesab vərəqəsindən silinməsi üçün xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişlər. Həmin məktub Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə göndərilmişdir. Həmin idarədən onların elektron poçtuna daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda hesablanmış pul vəsaitinin əsaslı olduğu göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin kameral qayada hesabladığı 65094,46 manat məbləğində mənfəət vergisi əsassız hesablanmışdır. Ona gorə də, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində 65094,46 manat məbləğində pul vəsaitinin hesablanmasına səbəb olan 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial siğorta və işsizlik sigorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, İddiaçı (VÖEN **********) tərəfindən 2019-cu il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri üzrə cəmi dövriyyə 1142472,48 manat (ƏDV-siz) təşkil etmişdir. Həmin dövriyyənin 320586,9 manatı vergi ödəyicisində keçirilmiş səyyar vergi yoxlaması nəticəsində müəyyən edilmiş və 2019-cu ilin mart ayı üzrə ƏDV bəyannaməsində əks etdirilmişdir. Lakin, cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2019cu il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərin 1142472,48 manat əvəzinə 821887,35 manat göstərilməsi nəticəsində 320585,13 manat ümumi gəlir məbləğinin az əks etdirildiyi müəyyən edilmişdir. Eyni zamanda bəyannamədə 4887,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər əks etdirildiyi müəyyən edilmişdir. Bəyannamədə yaranmış uyğunsuzluqlar barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli, **********494700 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixdə kameral vergi yoxlaması ilə əlavə olaraq 65094,46 manat (320585,13 x 20%+ 4887,00 x 20%) mənfəət vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********246400 nömrəli qərar elektron ünvanına göndərilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X2 gəlmiş, iddiaçının nümayəndəsi isə gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdirmalıdırlar. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********184222 nömrəli “Səyyar vergi yoxlaması Aktı”ndan görünür ki, 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli, **********184159 nömrəli qərarına əsasən İddiaçı MMC-də səyyar vergi yoxlamasının aparılması qərara alınmış, yoxlama xx.xx.2019-cu il tarixdə başlanmış, müvəqqəti dayandırılmalarla xx.xx.2019-cu il tarixədək davam etmişdir. Səyyar vergi yoxlaması cəmiyyətin 2017-2018 və 2019-cu ilin mart ayına qədər olan fəaliyyət dövrünü əhatə etmiş, yoxlama zamanı cəmiyyət tərəfındən normadan artıq 548846,9 manatlıq materialın artıq silindiyi müəyyən olunmuş, yoxlamanın nəticələri xx.xx.2020-ci il tarixli, **********184222 nömrəli “Səyyar vergi yoxlaması Aktı” ilə rəsmiləşdirilmişdir. Həmin aktın son vərəqindəki qeyddən görünür ki, İddiaçı MMC-nin rəhbəri aktla razılaşmamış və onu imzalamaqdan imtina etmişdir. İşdə olan 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********198584 nömrəli qərarından görünür ki, İddiaçı MMC-də aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli, **********184222 nömrəli “Səyyar vergi yoxlaması Aktı”na əsasən iddiaçının vergi məsuliyyətinə cəlb olunması haqqında qərar qəbul edilmişdir. İşdə olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərara düzəlişin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********145881 nömrəli qərardan və həmin qərarın göndərilməsi haqqında məktubdan görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********198584 nömrəli qərara düzəliş edilərək həmin qərarla İddiaçı MMC-nə müəyyən olunmuş vergilərin məbləği cavabdeh təşkilat tərəfindən azaldılmış və qərarın surəti iddiaçıya göndərilmişdir. İşdə olan cavabdeh təşkilatın iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda iddiaçı tərəfindən hesablama metodu üzrə təqdim edilmiş dəqiqləşmiş bəyannamədə “Xammal və materiallar”, “Malın dəyəri”, “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri” “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Bilavasitə malların təqdim edilməsi ilə bağlı xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” “Nəqliyyat xərcləri” və “Digər xərclər” sətirlərində göstərilmiş xərclərin cəmi məbləği (723350,67 manat) ilə əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisi bəyannaməsi”nin (və ya Sadələşdirilmiş verginin bəyannaməsinin) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (718462,67 manat) müqayisəsi nəticəsində 4887,00 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərcləri müəyyən edilmiş, həmçinin, mənfəətdən vergi bəyannaməsinin 200-cü sətrində göstərilmiş 821887,35 manat məbləğin, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci sətrində ”Dövriyyə məbləği” sütununda göstərilmiş 1142472,48 manat məbləğin fərqindən kiçik olduğu, bununla əlaqədar kameral vergi yoxlamasının başa çatdırılmasının mümkün olmadığı bildirilmiş, zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi iddiaçıdan tələb olunmuşdur. İşdə olan cavabdeh təşkilatın xx.xx.2021-ci il tarixli məktubuna iddiaçının eyni tarixli cavab məktubunda bildirilir ki, 2019-cu ilin “Mənfəət vergisi” bəyannaməsinin 200-cü kodunda qeyd edilən 821887,35 manat məbləği il ərzində təqdim olunmuş ƏDV bəyannamələrindəki rəqəmlərin cəmi ilə eynidir. Həmin məbləğin 2019-cu ilin MV bəyannaməsinin 1 №-li əlavəsinin 1.3 kodunda qeyd edilən 381946,75 manatı alınmış materiallara görə yazılmış rəqəmdir. Elektron qaimə əsasında daxil olmuş 718463,67 manatdan 341403,92 manatı isə iş və xidmətlərə görə alınmış elektron qaimələrin dəyəridir ki, bu məbləğ 1 №-li Əlavənin 2.2.1.5 kodlusunda sair kreditor borclarına aiddir. Bu xərc eyni zamanda Bəyannamənin xərclər hissəsinin 221.15 sətrində əksini tapır. İş materiallarından, o cümlədən cavabdeh təşkilatın iddiaya qarşı etirazından görünür ki, İddiaçı MMC-də aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli, **********184222 nömrəli “Səyyar vergi yoxlaması Aktı”na əsasən müəyyən olunmuş 548846,9 manat artıq silinmə azaldılaraq 320586,9 manata endirilmişdir. İşdə olan iddiaçının cavabdeh təşkilata ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda hesablanmış 320586,9 manat kənarlaşma və ya əlavə dövriyyənin əsassız olduğu bildirilmiş, bu məsələyə aydınlıq gətirilməsi üçün birlikdə araşdırma aparılması cavabdeh təşkilata təklif olunmuşdur. İşdə olan cavabdeh təşkilatın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə vergi orqanına təqdim edilmiş dəqiqləşmiş bəyannaməyə əsasən xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilən eyni səbəbdən kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı bildirilmiş, zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi iddiaçıdan tələb olunmuşdur. İşdə olan 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********246400 nömrəli Qərarının təsdiq olunmuş surətindən görünür ki, 2019-cu il üzrə mənfəət və hesabat dövrünə dair İddiaçı tərəfindən təqdim olunmuş bəyannamə, hesabat üzrə vergi 8679,71 manat məbləğində hesablanmış, lakin vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində həmin dövr üzrə vergi məbləğinin 73774,17 manat təşkil etdiyi müəyyən olunmuş, bununla əlaqədar iddiaçıya 65094,46 manat əlavə vergi hesablanmış və həmin məbləğin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə ödənilməsi vergi ödəyicisindən tələb olunmuşdur. İş materiallarından görünür ki, cavabdeh təşkilat iddianın predmetini təşkil edən və iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli Qərarın qəbul edilməsinin əsası kimi İddiaçı (VÖEN **********) tərəfındən 2019-cu il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri üzrə cəmi dövriyyənin 1142472,48 manat (ƏDV-siz) təşkil etdiyini, həmin dövriyyənin 320586,9 manatının vergi ödəyicisində keçiriimis səyyar vergi yoxlaması nəticəsində müəyyən edilərək 2019-cu ilin mart ayı üzrə ƏDV bəyənnaməsində əks etdirildiyini, lakin Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2019-cu il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərinin 1142472,48 manat əvəzinə 821887,35 manat göstərildiyini, nəticədə 320585,13 manat ümumi gəlir məbləğinin az əks etdirildiyini, eyni zamanda bəyannamədə 4887,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin əks etdirildiyini bildirmiş, bəyannamədə yaranmış uyğunsuzluqlar barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli, **********494700 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmiş, vergi ödəyicisi tərəfındən zəruri sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixdə kameral vergi yoxlaması ilə əlavə olaraq 65094,46 manat (320585,13 x 20%+ 4887,00 x 20%) mənfəət vergisi hesablanmasına əsas verən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********246400 nömrəli qərar qəbul olunmuş və həmin qərar vergi ödəyicisinin elektron ünvanına göndərilmişdir. İş materiallarında olan iddiaçının cavabdeh təşkilata ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: İddiaçı MMC təmir-tikinti işləri ilə məşğul olurdu. Müəssisəyə xx.xx.2019-cu il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 2017-2018 və 2019-cu ilin mart ayına qədər olan dövrü əhatə edən səyyar vergi yoxlaması açılmışdır. Yoxlama zamanı yazılmış aktla razılaşmadıq və imzalamaqdan imtina etdik. Nəticədə işi Vergi Cinayətlərinin İbtidai Araşdırılması və İstintaqı İdarəsinə verdilər. Biz isə öz növbəmizdə işi məhkəməyə verdik. İstintaq idarəsi bizi dəfələrlə dəvət etdi və nəticədə qərara gəlindi ki, biz məhkəmə işini dayandıraq və yerində araşdırmaya davam edək. Beləliklə, yerində ekspertiza keçirildi və rəqəmlərdə dəyişikliklər aparılaraq Cəmiyyətə 80000 manat cərimə və bu məbləğin 50%-i, yəni 40000 manat maliyyə sanksiyası yazıldı. Biz 120000,0 manat ödənişi təmin etdikdən sonra qərar qəbul ediİdi. Qərarın nəticəsi 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən sistemə dəyişiklik edilərək işlənilmişdir. Belə ki, yoxlama zamanı müəyyən olunmuşdu ki, biz guya normadan artıq 548846,9 manatlıq materialı artıq silmişik. Buna görə də cərimələr hesablanmışdır. Lakin Vergi Cinayətlərinin İbtidai Araşdırılması və İstintaqı İdarəsində araşdırıldıqdan sonra bu rəqəm azaldılaraq 320586,00 manat oldu. Problemin izahı: 1. Yoxlayıcı 2017-ci ildə normadan artıq silinmiş materialı yoxlama zamanı xərcdən azaldaraq və 320586 manatlıq materialı qalıqda saxlayaraq, həmin 320586,0 manatın 20 %-ni 2017-ci ildə mənfəət vergisinə cəlb edərək əlavə hesablama yaratmış və 50% maliyyə sanksiyası tətbiq etmişdir. 2. Həmin materialı 2019-cu il mart ayının satışı kimi göstərərək 18% ƏDV hesablamış və 50 % maliyyə sanksiyası tətbiq etmişdir. Qeyd edilən material yoxlayıcı tərəfindən qalıqda göstərilərək xx.xx.2018 ilə qalıq kimi göstərilməli və həmin ildə silinmədiyi üçün xx.xx.2019-cu il tarixə də qalıqda göstərilməli idi və 2019-cu ilin mart ayında (yoxlamanın axırıncı ayı mart olduğuna görə) həmin material anbarda olmadığına görə satış kimi qeyd edərək dövriyyəyə və vergiyə cəlb etməli idi. Nəticədə material satılaraq dövriyyə yaratmalı və mənfəət vergisi bəyannaməsində də işlənən zaman həmin satışın xərcini satılan material təşkil etməli və mənfəət vergisi yaranmamalı idi. Lakin vergi idarəsi qalıqda olan materialı 2019-cu il mart ayında (yoxlamanın son ayı) sataraq 18% ƏDV-yə cəlb etmiş, dövriyyə yaratmış və material yoxdu deyə bütün məbləği 20% mənfəət vergisinə cəlb edərək 64117,38 manat əlavə vergi hesablamış (kameral) və 2019-cu ildən bəri üzərinə peniya gələrək böyük bir borc məbləği yaratmışdır. Biz 2019-cu il üzrə dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi verərək həmin 320586,0 manatı dövriyyə olaraq göstəririk, xərc hissəsində də satılmış materialın dəyərini yazırıq, lakin vergi idarəsi bunu qəbul etmir ki, sizdə həmin məbləğ qədər mal qalığı yoxdur. Əgər mal qalığı yoxdursa, o zaman biz nəyi satıb dövriyyəni yarada bilirik?! 2019-cu ildə dövriyyəmiz 821887,35 manat olmuşdur. Bu yerinə yetirilmiş iş F2 aktları ilə, təqdim olunmuş elektron qaimələrlə, ƏDV depozit hesabına və bank hesabına daxil olmiş rəqəmlərlə də təsdiqlənir, heç bir kənarlaşma yoxdur. Vergi idarəsi isə həmin dovriyyəni 1142472,48 manat, yəni 320586,0 manat artıq hesablayır. Səyyar vergi yoxlaması açıldığına görə biz 2017-2018 və 2019 il mart ayına qədər dəqiqləşmiş hesabat verə bilmirik. Yoxlayıcı yoxlama zamanı 2017-ci ilin xərcindən (silgidən) çıxarılaraq qalıqda saxlanılmış (m/v və 18% ƏDV cəlb etmiş) materialı xx.xx.2019-cu ilin qalığında göstərməli idi ki, həmin material satıla bilsin və xərcdə də göstərilə bilsin. Buna görə özləri düzəliş edə bilmədiklərini deyərək kameral vergi hesablamış və bizim inzibati qaydada şikayət edərək düzəltməmizi təklif etmişlər. Müəssisənin fəaliyyəti 2019-cu ilin dekabr ayından müvəqqəti olaraq dayandırılmış və bu günədək heç bir fəaliyyəti olmamışdır. Beləliklə, iddiaçı iddia ərizəsində qeyd etdiyi dəlillərlə vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli Qərarını qanunsuz hesab edərək mübahisələndirmiş, cavabdeh təşkilat isə iddiaya qarşı etirazında həmin dəlillərin əsassız olduğunu bildirmişdir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.2). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılarlaı ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Mübahisə predmetinin əsasını təşkil edən halların xüsusi bilik tələb etdiyini nəzərə alaraq mübahisəyə obyektiv hüquqi qiymətin veriməsini təmin etmək məqsədilə məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Müvafiq yoxlama dövrünə uyğun “Vergilərin, sosial sığorta və işsizlik sıgorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərarla müəyyənləşdirilmiş dövriyyə üzrə İddiaçı ödəməli olduğu mənfəət vergisini məbləği nə qədərdir? - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərara əsasən müəyyən edilmiş vergilər düzgün hesablanmışdırmı? Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli, 9/7426 nömrəli rəyində bildirilmişdir ki, əvvəlki illərin mal qalığına görə mənfəət vergisi üzrə vergi tutulan dövriyyə artırıldığı təqdirdə, həmin mal qalığının dəyəri də xərc kimi nəzərə alınmalı olduğu halda, vergi orqanı tərəfindən kameral yoxlama ilə vergi ödəyicisinə əlavə olaraq mənfəət vergisi hesablanarkən mal qalığının dəyəri yalnız 2019-cu il üzrə dövriyyəyə əlavə edilərək birbaşa mənfəət vergisinə cəlb olunmuşdur. Beləliklə, 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərara əsasən müəyyən edilmiş mənfəət vergisinin düzgünlüyü müəyyən olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə görə “Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur”. Beləliklə, iş materiallarından göründüyü kimi, vergi orqanı İddiaçı MMC-nin fəaliyyətinin yoxlanılan dövrü üzrə kameral vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsini bir neçə dəfə iddiaçıdan tələb etmiş, bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəqiqləşmiş bəyannamə və məlumat üçün izahlı məktublar göndərilmiş, həmçinin məsələyə aydınliq gətirilməsi üçün cavabdehə əyani şəkildə birlikdə araşdırma aparılması təklif olunmuş, lakin cavabdeh təşkilat həmin izahların əsassızlığına dair nəinki heç bir dəlil-sübut göstərməmiş, həmin izahlara, eləcə də iddiaçının birlikdə araşdırma təklifinə münasibət belə bildiməyərək kameral qaydada 2019-cu il üzrə 65094,46 manat məbləğində mənfəət vergisi hesablanmasına əsas olan “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərar qəbul etmişdir. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmçinin, 2019-cu ildə dövriyyənin 821887,35 manat olması, bunun yerinə yetirilmiş iş F2 aktları ilə, təqdim olunmuş elektron qaimələrlə, ƏDV depozit hesabına və bank hesabına daxil olmiş rəqəmlərlə də təsdiqlənməsi, heç bir kənarlaşmanın olmaması, vergi orqanı tərəfindən həmin dovriyyənin 1142472,48 manat, yəni 320586 manat artıq hesablanmasının əsassız olması barədə iddiaçının dəlil və sübutlarının əsassızlığına dair cavabdeh təşkilat tərəfindən məhkəməyə heç bir dəlil-sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmçinin, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 2019-cu il üzrə 65094,46 manat məbləğində mənfəət vergisinin hesablanmasına əsas olan “Vergilərin, sosial siğorta və işsizlik sigorta haqlarının hesablanmasi” barədə xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərarın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə belə nəticəyə gəlir ki, vergi orqanının xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli Qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial siğorta və işsizlik sigorta haqlarının hesablanmasi” barədə xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial siğorta və işsizlik sigorta haqlarının hesablanmasi” barədə xx.xx.2022-ci il tarixli, **********246400 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar