Məhkəmə qərarları › İş №2-1(120)-442/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-442/2025

13.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-442/2025 13.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “yeni plan ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, iddiaçının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “yeni plan ölçü sənədinin verilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyesterindən verilmiş xx.xx.2021-ci il tarixli, **********59 nömrəli çıxarışa əsasən tam mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin koordinatlarının arxiv sənədlərinə əsasən dəyişdirilərək 0.36 ha torpaq sahəsinə yeni plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 04 mart 2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmiş və X22, X23 və X5 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmişdir. Məhkəmənin 24 sentyabr 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Cəlilabad rayonunun Qarazəncir Bələdiyyəsi, X20 və X3 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdurlar. Məhkəmənin 09 oktyabr 2025-ci il tarixli Qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, şəxsi mülkiyyətinə məxsus həyətyanı torpaq sahəsinin çıxarışını ərizəsinə əlavə edərək bildirir ki, həyat yoldaşı vəfat etdikdən sonra onun savadsızlığından və uşaqlarının kiçik olmasından istifadə edən kəndlərinin ərazi nümayəndəsi və bələdiyyə sədri tərəfindən saxta sənədləşmələr əsasında şəxsi mülkiyyəti qanunsuz olaraq onun xəbəri olmadan həmkəndlisi X6 şəxsi mülkiyyətinə verilmişdir. Baxmayaraq ki, Həbib Ağayevin həyətyanı torpaq sahəsi kəndin başqa ərazisində olmuşdur. X32 tərəfindən qanunsuz və rüşvət müqabilində mənimsənilmiş torpaq ərazisi kəndin mərkəzində olduğu, Bakı-Astara yolunun yaxınlığında olduğu, bir neçə kəndə gedən ümumi yol olduğu üçün kommersiya işlərinə əlverişli şəraitin olması və digər əlverişli səbəblər kəndlərinin qolu zoruları tərəfindən şəxsi mülkiyyəti qanunsuz sənədləşmələrlə mənimsənilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edilir ki, İddiaçı müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 12 sentyabr 2023-ci il tarixdə **********66 saylı məktubla bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın üzərinə həbs qoyulması, barəsində əqdlərin bağlanmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və Məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr Məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi” şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun icraata başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər iclasda iştirak etmirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X17 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Cəlilabad rayon Dövlət Arxivinin 23 aprel 2018-ci il tarixli, 191 saylı arayışında qeyd edilmişdir ki, Cəlilabad rayon Dövlət Arxivində mühafizə olunan “1 may” ÜİEM-in 14 fevral 1996-cı il tarixli, 11 saylı əmri ilə İddiaçı şərab zavodunun günçıxan tərəfindən, yanacaq anbarının günbatan tərəfindən boş torpaq sahəsindən 0.12 hektar həyətyanı torpaq sahəsi ayrılıb verilmiş və 23 fevral 1996-cı il tarixli Aktla həmin torpaq sahəsi İddiaçı təhkim edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Ocaqlı kəndi ərazisində yaşayış məntəqələrinin torpaqlardan 0.12 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmış və həmin torpaq sahəsinin A№ 275433 nömrəli, xx.xx.2018-ci il tarixli plan və ölçüsü sənədi tərtib edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən torpaq sahəsinin saxta sənədlər əsasında kənar şəxsə satılması faktının araşdırılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından İqtisadiyyat Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə (daxilolma qeydiyyatı: İN-D/O-M- 1266/2022, xx.xx.2022) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi idarəsinin mütəxəssisi, Cəlilabad rayonu Qarazəncir bələdiyyəsinin sədri və sizin iştirakınız ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən hər biri 0,12 ha olmaqla mülkiyyətinizdə olan torpaq sahələrinə **********27 və **********59 reyestr nömrəli çıxarışlar verilmişdir. İddia etdiyiniz torpaq sahəsi mülkiyyətinizdə olan torpaq sahələrinin cənub tərəfində olmaqla Cəlilabad rayonu Qarazəncir bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri kateqoriyasına aid torpaqlardır və bu torpaq sahəsinin qeydiyyatı ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə hər hansı müraciət daxil olmamışdır. Eyni zamanda torpaq sahəsində digər vətəndaşa məxsus fərdi yaşayış evi mövcuddur. İddia etdiyiniz torpaq sahəsinin digər şəxs tərəfindən zəbt olunması və üzərində tikinti işlərinin aparılması mübahisə predmeti olduğundan bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə razı olmadığınız təqdirdə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnuz vardır. Cəlilabad Rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2016-cı il tarixli, 55 nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən olundu ki, müraciətinizə bələdiyyə üzvlərinin iclasında baxılaraq ilkin sənədləşmə işlərinə başlanamsı barədə müvafiq qərar qəbul ediləcək. Sizə veriləcək torpaq sahəsinin dəyərini ödədikdən sonra həmin torpaq sahəsini ala bilərsiniz. Bu barədə bələdiyyə sədrinə müvafiq tövsiyyələr verilmişdir. JN:748A, KOD 80605038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X7 və onun ailə üzvlərinə Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi verilmişdir. JN:749A, KOD 80605038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X8 və onun ailə üzvlərinə Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Ocaqlı kəndi ərazisindən yaşayış məntəqələrinin torpaqlardan 0.12 ha torpaq sahəsi ümumi birgə mülkiyyətləri kimi İddiaçı, X20, X17 və X2 adına qeydiyyata alınmış və torpaq sahəsinə dair A№ 590817 nömrəli, xx.xx.2021-ci il tarixli plan və ölçü sənədi tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində yaşayış məntəqələrinin torpaqlardan 0.0713 ha torpaq sahəsi X10 adına qeydiyyata alınmış və A№ 798253 nömrəli, xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi (əsas Cəlilabad rayonu 1 saylı notariat ofisi X11, Cəlilabad rayonu Qarazəncir Bələdiyyəsi ilə bağlanılmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 4Ə-520, xx.xx.2022) tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 4Ə-520 nömrəli,xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cəlilabad rayonu Qarazəncir bələdiyyəsinin sədri X14 ilə X20 arasında Cəlilabad rayonu Qarazəncir kəndinin ərazisindən 0.0713 ha torpaq sahəsinə dair 4Ə-520 nömrəli,xx.xx.2022-ci il tarixli torpaq sahəsinin alqı satqısına dair müqavilə bağlanmışdır. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1401/2020 nömrəli qətnaməsindən görünür ki, JN-749A, kod 80605038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X15 məxsus olması faktı müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 10/1408 nömrəli ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7999/2024 №-li mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2018-ci il tarixli RX1321862 (**********27 reyestr nömrəli) nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7999/2024 №-li mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2018-ci il tarixli RX1321862 (**********27 reyestr nömrəli) nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin döngə nöqtə koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7999/2024 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı və oğlu X12 faktiki istifadələrində olan 0.31 ha torpaq sahəsinə (aralarında fiziki sərhəd mövcud deyil, ölçülmüş ərazidə 2 fərdi yaşayış evi və köməkçi tikililər mövcuddur) kompleks yerquruluşu layihəsində JN 749A nömrə ilə qeyd edilmiş şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinə 0,12 ha **********59 reyestr nömrəli, kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyəti kimi saxlanılmış (908BB) və İddiaçı tərəfindən təqdim olunmuş arxiv sənədlərinə əsasən 0.12 ha **********27 reyestr nömrəli, kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyəti kimi saxlanılmış (908BB) və X21 tərəfindən bələdiyyədən alqı-satqı qaydasında alınmış 0,0713 ha **********28 reyestr nömrəli çıxarış və plan sənədləri verilmişdir. Sözügedən çıxarışların plan və ölçüləri naturaya uyğun verilmiş və hal-hazırda 0.31 ha torpaq sahəsində mübahisə halları aşkar edilməmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7999/2024 №-li mütəxəssis rəyinə əsasən, Yuxarıda qeyd edilən sənədlərlə verilmiş torpaq sahələrinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. Həyətyanı məqsədilə ayrılmışdır və təyinatı üzrə istifadə edilir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7999/2024 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı sənəd üzrə və faktiki istifadəsində olan torpaq sahəsinin cənub hissəsində yerqurluşu layihəsində 907BB nömrəli bələdiyyə mülkiyyətində olan, hal-hazırda X1 istifadə etdiyi torpaq sahəsi və fərdi-yaşayış evinin vaxtı ilə ona verilmiş torpaq sahəsi olduğu iddia edilir. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7999/2024 №-li rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyata haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2018-ci il tarixli RX1321862 nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatları ilə natura arasında səhv mövcud deyil və faktiki istifadəyə uyğundur. İddia olunan və yerqurluşu layihəsində 907BB nömrəli bələdiyyə mülkiyyətində olan, hal-hazırda X1 istifadə etdiyi torpaq sahəsinin fərdi yaşayış evinin qeydiyyata alınması barədə elektron bazada məlumat aşkar edilmədi. Cəlilabad Rayon Dövlət Arxivinin 14 fevral 2024-cü il tarixli arxiv surətindən müəyyən olunur ki, arxiv sənədlərində, həmçinin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabda mərhum X2 torpağının cəmi 0.36 ha qeyd edilmişdir. Cəlilabad Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 06 avqust 2025-ci il tarixli və Cəlilabad Rayon Dövlət Arxivinin 05 avqust 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1995-ci il tarixli, 36 nömrəli əmrin verilməsi barədə heç bir məlumat aşkar olunmamışdır. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Cəlilabad rayon Dövlət Arxivinin 23 aprel 2018-ci il tarixli, 191 saylı arayışında qeyd edilmişdir ki, Cəlilabad rayon Dövlət Arxivində mühafizə olunan “1 may” ÜİEM-in 14 fevral 1996-cı il tarixli, 11 saylı əmri ilə İddiaçı şərab zavodunun günçıxan tərəfindən, yanacaq anbarının günbatan tərəfindən boş torpaq sahəsindən 0.12 hektar həyətyanı torpaq sahəsi ayrılıb verilmiş və 23 fevral 1996-cı il tarixli Aktla həmin torpaq sahəsi İddiaçı təhkim edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Ocaqlı kəndi ərazisində yaşayış məntəqələrinin torpaqlardan 0.12 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmış və həmin torpaq sahəsinin A№ 275433 nömrəli, xx.xx.2018-ci il tarixli plan və ölçüsü sənədi tərtib edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən torpaq sahəsinin saxta sənədlər əsasında kənar şəxsə satılması faktının araşdırılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından İqtisadiyyat Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə (daxilolma qeydiyyatı: İN-D/O-M- 1266/2022, xx.xx.2022) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi idarəsinin mütəxəssisi, Cəlilabad rayonu Qarazəncir bələdiyyəsinin sədri və sizin iştirakınız ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən hər biri 0,12 ha olmaqla mülkiyyətinizdə olan torpaq sahələrinə **********27 və **********59 reyestr nömrəli çıxarışlar verilmişdir. İddia etdiyiniz torpaq sahəsi mülkiyyətinizdə olan torpaq sahələrinin cənub tərəfində olmaqla Cəlilabad rayonu Qarazəncir bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri kateqoriyasına aid torpaqlardır və bu torpaq sahəsinin qeydiyyatı ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə hər hansı müraciət daxil olmamışdır. Eyni zamanda torpaq sahəsində digər vətəndaşa məxsus fərdi yaşayış evi mövcuddur. İddia etdiyiniz torpaq sahəsinin digər şəxs tərəfindən zəbt olunması və üzərində tikinti işlərinin aparılması mübahisə predmeti olduğundan bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə razı olmadığınız təqdirdə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnuz vardır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Ocaqlı kəndi ərazisindən yaşayış məntəqələrinin torpaqlardan 0.12 ha torpaq sahəsi ümumi birgə mülkiyyətləri kimi İddiaçı, X20, X17 və X2 adına qeydiyyata alınmış və torpaq sahəsinə dair A№ 590817 nömrəli, xx.xx.2021-ci il tarixli plan və ölçü sənədi tərtib edilmişdir. 4Ə-520 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cəlilabad rayonu Qarazəncir bələdiyyəsinin sədri X14 ilə X20 arasında Cəlilabad rayonu Qarazəncir kəndinin ərazisindən 0.0713 ha torpaq sahəsinə dair 4Ə-520 nömrəli, xx.xx.2022-ci il tarixli torpaq sahəsinin alqı satqısına dair müqavilə bağlanmışdır və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində yaşayış məntəqələrinin torpaqlardan 0.0713 ha torpaq sahəsi X10 adına qeydiyyata alınmış, A№ 798253 nömrəli, xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi (əsas Cəlilabad rayonu 1 saylı notariat ofisi X11, Cəlilabad rayonu Qarazəncir Bələdiyyəsi ilə bağlanılmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 4Ə-520, xx.xx.2022) tərtib edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının icraat zamanı tələbi daşınmaz əmlakın dövlət reyesterindən verilmiş xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışa əsasən tam mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin kordinatlarının əvvəlki yerinə müəyyən edilərək yeni plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuş və hüquqi marağı icraatın sonunadək dəyişməz olaraq qalmışdır. Lakin sonuncu proses zamanı iddiaçı tələbini daşınmaz əmlakın dövlət reyesterindən verilmiş xx.xx.2021-ci il tarixli, **********59 nömrəli çıxarışa əsasən tam mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin koordinatlarının arxiv sənədlərinə əsasən dəyişdirilərək 0.36 ha torpaq sahəsinə dair yeni plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirmişdir. Məhkəmə müəyyən edir ki, hər iki torpaq sahəsi uyğunsuzluq və mübahisə olmadan onun xüsusi mülkiyyətində və faktiki istifadəsindədir. Belə ki, məhkəmə həm iddiaçının əvvəlki iddia tələbi istiqamətdə, həmçinin də dəyişdirilmiş iddia tələbinə münasibətdə kifayət qədər geniş araşdırmalar apararaq iş üzrə ekspert rəyi də almışdır. Bundan əlavə iddia tələbindən, həmçinin proses zamanı iddiaçının nümayəndəsinin izahatlarından da müəyyən edilir ki, iddiaçının hüquqi marağı sözügedən mübahisəli torpaq sahəsinin koordinatlarının əvvəlki yerinə müəyyən edilərək 0.36 ha torpaq sahəsinə münasibətdə yeni plan-ölçü sənədinin verilməsindən ibarətdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, həyat yoldaşı vəfat etdikdən sonra onun savadsızlığından və uşaqlarının kiçik olmasından istifadə edən kəndlərinin ərazi nümayəndəsi və bələdiyyə sədri tərəfindən saxta sənədləşmələr əsasında şəxsi mülkiyyəti qanunsuz olaraq onun xəbəri olmadan həmkəndlisi X6 şəxsi mülkiyyətinə verilmişdir. Lakin iş materiallarında olan JN:748A, KOD 80605038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X7 və onun ailə üzvlərinə Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi verilmişdir. Və JN:749A, KOD 80605038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən isə görünür ki, X8 və onun ailə üzvlərinə Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi verilmişdir. Və məhkəmənin mötəbər sübut kimi qiymətləndirdiyi ekspert rəyindən isə müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7999/2024 №-li mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2018-ci il tarixli RX1321862 (**********27 reyestr nömrəli) nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmiş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2- 7999/2024 №-li mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2018-ci il tarixli RX1321862 (**********27 reyestr nömrəli) nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin döngə nöqtə koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7999/2024 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı və oğlu X12 faktiki istifadələrində olan 0.31 ha torpaq sahəsinə (aralarında fiziki sərhəd mövcud deyil, ölçülmüş ərazidə 2 fərdi yaşayış evi və köməkçi tikililər mövcuddur) kompleks yerquruluşu layihəsində JN 749A nömrə ilə qeyd edilmiş şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinə 0,12 ha **********59 reyestr nömrəli, kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyəti kimi saxlanılmış (908BB) və İddiaçı tərəfindən təqdim olunmuş arxiv sənədlərinə əsasən 0.12 ha **********27 reyestr nömrəli, kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyəti kimi saxlanılmış (908BB) və X21 tərəfindən bələdiyyədən alqı-satqı qaydasında alınmış 0,0713 ha **********28 reyestr nömrəli çıxarış və plan sənədləri verilmişdir. Sözügedən çıxarışların plan və ölçüləri naturaya uyğun verilmiş və hal-hazırda 0.31 ha torpaq sahəsində mübahisə halları aşkar edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7999/2024 №-li mütəxəssis rəyinə əsasən, yuxarıda qeyd edilən sənədlərlə verilmiş torpaq sahələrinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil, həyətyanı məqsədilə ayrılmışdır və təyinatı üzrə istifadə edilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2- 7999/2024 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı sənəd üzrə və faktiki istifadəsində olan torpaq sahəsinin cənub hissəsində yerqurluşu layihəsində 907BB nömrəli bələdiyyə mülkiyyətində olan, hal-hazırda X1 istifadə etdiyi torpaq sahəsi və fərdiyaşayış evinin vaxtı ilə ona verilmiş torpaq sahəsi olduğu iddia edilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7999/2024 №-li rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyata haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2018-ci il tarixli RX1321862 nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatları ilə natura arasında səhv mövcud deyil və faktiki istifadəyə uyğundur. Sözügedən və tədqiq edilən hər üç torpaq sahəsinə münasibətdə uyğunsuzluq və mübahisə aşkarlanmadığından, belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmə hesab edir ki, hazırda cavabdeh tərəfindən iddiaçının mülkiyyət və ya digər hüquqları pozulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2021-ci il tarixli, **********59 nömrəli çıxarış və həmçinin A№ 590817 nömrəli, xx.xx.2021-ci il tarixli plan və ölçü sənədi tərtib edilmişdir. Və həmin sənədlərin tərtib edilməsinə əsas olmuş hüquqmqəyyənedici sənəd də JN:749A, KOD 80605038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur ki, həmin şəhadətnaməyə əsasən Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinə 0.12 ha torpaq sahəsi verilmişdir. İddiaçının tələbi isə həmin 0.12 ha torpaq sahəsinin koordinatlarının dəyişdirilərək 0.36 ha torpaq sahəsi kimi göstərilməsi və yeni plan ölçü sənədinin verilməsindən ibarətdir ki, mübahisəli torpaq sahəsinin ölçüsündə dəyişiklik edilməsi üçün iddiaçı ilk növbədə mümkünlük şərtlərinə əməl etməklə mülkiyyət hüququnun yaranmasına əsas olmuş Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 nömrəli qərarını mübahisələndirməlidir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya müxtəlif tarixlərdə hüquqi yardım məktubları ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Beləliklə, məhkəmə işin faktiki və hüquqi əsaslarına istinadən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar