Məhkəmə qərarları › İş №2-1(120)-443/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-443/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-443/2020 09.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 29 dekabr 1954-cü ildə anadan olmuşdur, xx.xx.1975-xx.xx.1975, xx.xx.1976xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1978-xx.xx.1978-ci illərdə işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 13 dekabr 2019-cu il tarixli, **********3 saylı imtina məktubu verilərək, xx.xx.1975-xx.xx.1975, xx.xx.1976-xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1978xx.xx.1978-ci illər üzrə iş stajının əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975xx.xx.1975, xx.xx.1976-xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1978-xx.xx.1978-ci illər üzrə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun xx.xx.1975-xx.xx.1975, xx.xx.1976-xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1978-xx.xx.1978-ci illərdə işləməsi əmək kitabçasında yazılmasa da, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının xx.xx.1975-xx.xx.1975, xx.xx.1976-xx.xx.1976, xx.xx.1976xx.xx.1977, xx.xx.1978-xx.xx.1978-ci illərdə işlədiyi dövrün əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, əmək kitabçalarının təsdiq olunmuş surətini, arxiv arayışını, hərbi biletinin təsdiq olunmuş surətini, yaşayış yerindən arayışını, X2 İstehsalat Kommersiya Şirkətinin xx.xx.2018-ci il tarixli, 23 saylı arayışının təsdiq olunmuş surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən X2 İstehsalat Kommersiya Şirkətinin xx.xx.2020-ci il tarixli, 09 saylı məktubuna və ona əlavə olunmuş sənədlərin məzmununa, məhkəmənin sorğusuna əsasən X1 filialı tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli 69 saylı məktubuna və şəxsi hesab kitablarından çıxarışa və Cavabdeh 05 mart 2020-ci il tarixli **********3 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı 29 dekabr 1954-cü il tarixdə doğulmuşdur. 29 iyun 2018-ci il tarixdə 63 yaş 6 ayı tamam olmuşdur. İddiaçının arxiv arayışında qeyd edilən iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı yaranmışdır. İddiaçının 29 iyun 2018-ci il tarixədək 25 ildən artıq sosial sığorta stajı vardır. İddiaçının 25 ildən artıq sığortastajınamalikolması, o cümlədən xx.xx.1975-xx.xx.1975, xx.xx.1976-xx.xx.1976-cı illərdə X2 İstehsalat Kommersiya Şirkətində işləməsi X2 İstehsalat Kommersiya Şirkətinin 21 iyul 2018-ci il tarixli, 23 nömrəli arayışı ilə, xx.xx.1976-xx.xx.1977, xx.xx.1978-xx.xx.1978-ci illərdə Salyan rayon Kənd Təsərrüfatı texnikomunda işləməsi Salyan rayon Dövlət Arxivinin 02 iyul 2018-ci il tarixli, 336 saylı arxiv arayışı ilə, xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olması BY 069725 nömrəli hərbi biletin təsdiq olunmuş surəti ilə, həmçinin digər müəssisələrdə işləməsi iddiaçının adına tərtib olunmuş NT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surəti ilə təsdiq olunur. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edən sığorta stajına malik olması Cavabdeh 05 mart 2020-ci il tarixli **********3 nömrəli məktubunun məzmunundan da müəyyən etmək olur. Belə ki, həmin məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanda yaşayan - İddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ verən azı 25 il (21 il 07 ay əmək kitabçası üzrə) + (02 il hərbi xidmət) + (01 il 08 ay, xx.xx.1975-xx.xx.1975, xx.xx.1976-xx.xx.1976, xx.xx.1976xx.xx.1977 və xx.xx.1978-xx.xx.1978-ci illər üzrə əmək kitabçasında qeyd olunmayan, yəni sığorta stajı kimi müəyyən edilməsi mümkün olmayan illər) = 25 il 03 ay) sığorta stajı müəyyən edilmişdir. Bildiririk ki, xx.xx.1975-xx.xx.1975, xx.xx.1976-xx.xx.1976, xx.xx.1976-xx.xx.1977 və xx.xx.1978-xx.xx.1978-ci illər üzrə 01 il 08 ay işləməsi faktı əmək kitabçasında qeyd edilmədiyi üçün, yəni göstərilən illərin sığorta stajı kimi hesablanması mümkün olmadığı üçün, eyni zamanda göstərilən illər nəzərə alınmadıqda, onun yaşa görə əmək pensiyası hüququ verən azı 25 il sığorta stajı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.1975-xx.xx.1975, xx.xx.1976-xx.xx.1976-cı illərdə X2 İstehsalat Kommersiya Şirkətində işləməsinə dair X2 İstehsalat Kommersiya Şirkətinin 21 iyul 2018-ci il tarixli, 23 nömrəli arayışını, xx.xx.1976-xx.xx.1977, xx.xx.1978-xx.xx.1978-ci illərdə Salyan rayon Kənd Təsərrüfatı texnikomunda işləməsinə dair Salyan rayon Dövlət Arxivinin 02 iyul 2018-ci il tarixli, 336 saylı arxiv arayışını) təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X2 İstehsalat Kommersiya Şirkətinin 21 iyul 2018-ci il tarixli, 23 nömrəli arayışını və Salyan rayon Dövlət Arxivinin 02 iyul 2018-ci il tarixli, 336 saylı arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının xx.xx.1975-xx.xx.1975, xx.xx.1976xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1978-xx.xx.1978-ci illərdəişləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı xx.xx.1975-xx.xx.1975, xx.xx.1976-xx.xx.1976, xx.xx.1976xx.xx.1977, xx.xx.1978-xx.xx.1978-ci illərdəişləməsiilə bağlı əmək stajı nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddiaçı xx.xx.1975-xx.xx.1975, xx.xx.1976-xx.xx.1976, xx.xx.1976-xx.xx.1977 və xx.xx.1978-xx.xx.1978-ci illərdə işlədiyi dövrün sosial sığorta stajı kimi qəbul edilərək, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar