Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-444/2023 19.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi XN, iddiaçı Əliyev Səid (İxtiyar) Firidun oğlunun və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Əliyev Səid (İxtiyar) Firidun oğlunun cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Üəlilliyin müəyyən edilməsi, veteran adının və vəsiqəsinin verilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı Əliyev Səid (İxtiyar) Firidun oğlunun cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Üəlilliyin müəyyən edilməsi, veteran adının və vəsiqəsinin verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-6880/202N saylı, xx.xx.202N-ci il tarixli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı Əliyev Səid (İxtiyar) Firidun oğlu iddia tələbinin dəqiqləşməsi barədə ərizəni məhkəməyə təqdim edərək, icavabdeh kimi Azərbaycan Respublikası Müdafi Nazirliyinin tanınmasını, iddia tələbinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi xahiş etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.N969-cu il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. Hamı kimi N8 yaşı tamam olanda Vətənə, Torpağa xidmət borcunu vermək üçün iyun N987-ci il tarixdən xx.xx.N989-cu il tarixədək SSRİ Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçmişdir. Erməni azğınlarının ölkəyə hücumu zamanı o da, bir vətəndaş kimi təkrar olaraq xx.xx.N993-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına N saylı hərbi hissə komandirinin N saylı əmri ilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq pulemyotçu vəzifəsinə təyin edilməklə Vətəni müdafiəyə başlamışdır. Yüksək həvəs və ciddi intiqam hissi ilə düşmənə qarşı vuruşmuşdur. Fədakarlığına və verilən döyüş tapşırıqlarını keyfiyyətlə yerinə yetirdiyinə görə komandirləri tərəfindən dəfələrlə mükafatlandırılmışdır. xx.xx.N993-cü il tarixdə yaralı əsgər yoldaşı döyüş zonasından çıxaran zaman düşmən mərmisinin partlaması nəticəsində ciddi yaralanmış, heç nədən xəbəri olmadı, gözünü açdığı zaman, Təzəkənd Hospitalındadır. Eşitmə qabiliyyətini itirmişdi, başı bərk ağrayırdı, bədənində mərmi qəlpələri olduğu üçün özünü pis hiss edirdi. N8 gün hospitalda müalicə edildikdən sonra Təzəkənd Hospitalında xəstələrin sayının çoxluğuna görə onu ambulator müayinəyə göndərdilər. Xeyli müddət müalicə olunmuş, bədənindəki mərmi qəlpələri çıxarılsa da, başında ağrılar var idi, sol qulağı eşitmirdi, baxırmış ki, müalicənin köməyi yox idi, qəbul etdiyi müalicənin heç bir əhəmiyyəti yoxdur. Xəstəliyinə görə noyabr N993-cü il tarixdə ordudan tərxis olunduqdan sonra yaxınlarının maddi və mənəvi köməkliyi ilə Rusiya Fedarasiyasına müalicə olunmaq üçün getmiş. Xeyli müalicə olunduqdan sonra vətənə qayıtmış, nə qədər çalışsa da, nə müharibə veteranı adını, nə müharibə veteranı vəsiqəsini ala bilməmişdir. Təzəkənd Hospitalında müalicə aldıqdan sonra Təzəkənd Hospitalından xx.xx.N993-cü il tarixli, 645 saylı X8 Kartasından Çıxarış Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmədi. Ona bildirilib ki, bədənində bir neçə çapıq var, heç müayinə edib baxmadılar ki, onda olan kəllə-beyin travması nə dərəcədədir, sol tərəf qulağı uzun müddətli müalicədən sonra da öz funksiyasını bərpa etməyib. Baxan yoxdur, müharibədə vuruşub yaralanandan sonra o, heç kimə lazım deyildir. Sağlamlığı pis vəziyyətdə olduğundan ailə qura bilmədi. Müalicə olunduqdan sonra ailə qurmuş, hal-hazırda 52 yaşı olmasına baxmayaraq 3 yaşında övladı var. Nə qədər müalicə olunsa da, sol qulağının fəaliyyətini bərpa etdirə bilməmişdir. Müharibə veteranını eşitmək belə istəmirlər. Çox qəribədir, hansı təşkilata müraciət edirsə, müraciəti qəbul edilmir. Elə bil ki, o həmin vaxtı ermənilərlə heç kimin xəbəri olmadan vuruşmuşdur. Hazırda sağlamlığını itirmişdir, heç kim onu tanımaq belə istəmir. Sual olunur müharibə veteranı hansı şəxsə, kimə deyilir və bu ad hansı kateqoriyalı şəxsə verilir? O, müharibədə vuruşmuşdur, ağır bədən xəsarəti almışdır. Hər bir Azərbaycan vətəndaşının hüquqları, azadlıqları və qanuni mənafeləri Konstitusiya qanunu ilə qorunur. Hər kəsin dövlətimizin müəyyən etdiyi güzəştlərdən istifadə hüquqları təmin edilməlidir. İllərlə etdiyi müraciətlərə baxılmayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibədə sağlamlığını itirmişdir. Adi müharibə veteranı və müharibə veteranı vəsiqəsini o illərlə əldə edə bilmir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə katibliyindən ona yazılı olaraq bildirirlər ki, onun noyabr N993-cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığına görə ona müharibə Veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir, hansı ki, Füzuli Hərbi Prokurorluğundan verilən məktub da qoşmaya əlavə edilmişdi. Onun qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsindən məlumat alınmadan illərlə onu süründürməçiliyə salıblar. Məlumat üçün bildirir ki, onun adı Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və WA idarəsinin xx.xx.2004-cü il tarixli rəyinə əsasən, adı “İxtiyar”dan “Səid”-ə dəyişdirilmişdir. Arayışın surəti 0N vərəqdə iddia ərizəsinə əlavə olunur. Bildirir ki, o, xx.xx.N993-cü il tarixdə döyüş zonasında hərbi xidmət keçərkən “Odlu silah mərmisinin partlaması” nəticəsində qapalı kəllə-beyin travması, sağ ayağında və sol ayağının ayaq nahiyyəsində qəlpə yaralanmaları, partlayış nəticəsində sol qulağında eşitmənin itirilməsi zədəsi aldığı halda, Müdafiə Nazirliyi Mərkəzi Hərbi həkim Komissiyasının Qərarında qeyd edilənlərin hamısı təkzib edilmişdir, hansı ki, ilk müalicə aldığı Təzəkənd Hospitalının X8 kartasından 645 saylı Çıxarışa isnad edilməmişdir, X8 kartasından 645 saylı Çıxarışın surəti 02 (iki) səhifədə iddia ərizəsinə əlavə olunur. Həmin Çıxarışda ilkin aldığı xəsarətlərin hamısı qeydə alınıb. “Odlu silah mərmisinin partlamas” nəticəsində xəsarət aldığı zaman onu hadisə yerindən maşınadək Təzəkənd Hospitalına döndərmək üçün gətirən əsgər yoldaşlarının ərizələri 02 vərəqdə iddia ərizəsinə əlavə olunur. Əsgər yoldaşlarının dediklərinə görə hadisə vaxtı o, huşsuz vəziyyətdə olmuşdur, heç nədən xəbəri olmayıb. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı Əliyev Səid (İxtiyar) Firidun oğlu və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı Əliyev Səid (İxtiyar) Firidun oğlu və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Əliyev Səid (İxtiyar) Firidun oğlu xx.xx.N969-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, Beyləqan rayonu Tatalılar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.20N9-cu il tarixli X3 N993-cü il stasionar jurnalından çıxarışdan görünür ki, Əliyev Səid (İxtiyar) Firidun oğlu qapalı kəllə-beyin travması, sağ qıçında və sol qıçın ayaq nahiyəsində qəlpə yaralanmaları. Partlayış nəticəsində sol qulağında eşitmə qabiliyyətinin çox zəif olması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.202N-ci il tarixli 367 nömrəli arayışından görünür ki, 0N.03 N969-cu ii təvəllüdlü X9 (Qeyd:-Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA idarəsinin xx.xx.2004-cü il tarixli rəyinə əsasən, adı “İxtiyar”dan “Səiddə dəyişdirilmişdir) iyun N987-ci ii tarixdən xx.xx.N989-cu ii tarixədək SSRİ Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçmiş, təkrar olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına- xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin N № li əmrilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq pulemyotçu vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993cü il tarixli 283 №-li əmrində (əmrdə atasının adı yaılmamışdır.) Xocavənd rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırığını yerinə yetirdiyinə görə İxtiyar Əliyev 3 (üç) qat əmək haqqı almışdır Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N9-cu i! tarixli N7/233 nömrəli məktubuna əsasən X5 barəsində Füzuli Hərbi Prokurorluğunda təqsırləndırici material və ya cinayət işi olmamışdır (Ehtiyatda olmağın son yaş həddinə çatdığı uçun SHXÇDX-nin Beyləqan rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatından silinmişdir.) İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli N/Ə-7634 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının ve müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyamın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-4657 nömrəli arayışına əsasən xx.xx.N993- cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlavə olaraq bildirlir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikasının Prokurorluğu Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N9-cu il tarixli məktubundan görünür ki, X6 barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və ya cinayət işi olmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Beyləqan RHK tərəfindən N993cü ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N9-cu il tarixli N7/2333 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş və hərbi qeydiyyata götürülmüş, vətəndaş X7 döyüş zonasında hərbi xidmət keçərkən N993-cü ilin avqust ayında aldığı, xx.xx.20N9-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: "Odlu silah mərmi partlamasından sonrakı sağ budun yuxarı, orta və aşağı N/3-nin arxa səthində ümumilikdə üç ədəd, sağ baldırın orta N/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Beyləqan rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli 22 nömrəli göndərişi, xx.xx.20N9-cu il tarixli 607 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmətibbi müayinəsinin xx.xx.20N9-cu il tarixli N67 nömrəli aktı, keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli məktubundan görünür ki, N №- li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №li əmrilə (əsas: §4, səh-37) sıravi X5 şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq pulemyotçu vəzifəsinə təyin olunmuşdur. N Ns-ii hərbi hissə komandirinin N3 noyabr N993-cü il tarixli 283 №-li əmrində (əsas: §2, sıra-26, səh-2N, əmrdə atasının adı yazılmamışdır) Xocavənd rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırığını yerinə yetirmiş İxtiyar Əliyevin 3 (üç) qat əmək haqqı alması barədə məlumat vardır. N №- li hərbi hissə komandirinin N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Beyləqan rayon Qeydiyyat şöbəsinin xx.xx.20N9-cu il tarixli N77 nömrəli məktubundan görünür ki, Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirli Notariat və VVA idarəsinin xx.xx.2004-cu il tarixli rəyinə əsasən, Beyləqan ray.,Xatalılar kəndnində yaşayan X2 adı “İxtiyar”-dan “Səid”-ə dəyişdirilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2020-ci il tarixli N/Ə-7634 nömrəl məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının ve müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyamın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-4657 nömrəli arayışına əsasən xx.xx.N993- cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Beyləqan RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N9-cu il tarixli N7/2333 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş və hərbi qeydiyyata götürülmüş, vətəndaş X7 döyüş zonasında hərbi xidmət keçərkən N993-cü ilin avqust ayında aldığı, xx.xx.20N9-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: "Odlu silah mərmi partlamasından sonrakı sağ budun yuxarı, orta və aşağı N/3-nin arxa səthində ümumilikdə üç ədəd, sağ baldırın orta N/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Beyləqan rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli 22 nömrəli göndərişi, xx.xx.20N9-cu il tarixli 607 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.20N9-cu il tarixli N67 nömrəli aktı, keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Göründüyü kimi “imtina”nın əsasını“ Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-4657 nömrəli arayışına əsasən xx.xx.N993- cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığı təşkil edir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan zəruri inzibati icraat aparmamışdır. Məhkəmə araşdırması zamanı, eləcə də məhkəmənin ünvanladığı sorğu məktublarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçı XN0 barəsində cinayət işi və təqsirləndirici materialların olmasına dair məlumat aşkar edilməmişdir. Eləcə də, N №- li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə (əsas: §4, səh-37) sıravi X5 şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq pulemyotçu vəzifəsinə təyin olunmuşdur. N Ns-ii hərbi hissə komandirinin N3 noyabr N993-cü il tarixli 283 №-li əmrində (əsas: §2, sıra-26, səh- 2N, əmrdə atasının adı yazılmamışdır) Xocavənd rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırığını yerinə yetirmiş İxtiyar Əliyevin 3 (üç) qat əmək haqqı alması barədə məlumat vardır. Qeyd edilən məlumatlar iddiaçıya məxsus Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsində saxlanılan şəxsi işdə də qeyd edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı təqdim edilən xx.xx.N993-cü il tarixli X8 kartasından çıxarışdanda görünür ki, iddiaçı XN0 xx.xx.N993-xx.xx.N993-cü il tarixlərdə stasionar müalicə almış, sağ və sol ayaqlarından çoxlu qəlpə yaraları aldığı müəyyən edilmişdir ki, bu çıxarış əsasında xx.xx.20N9-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi keçirilmiş və keçirilmə zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: "Odlu silah mərmi partlamasından sonrakı sağ budun yuxarı, orta və aşağı N/3-nin arxa səthində ümumilikdə üç ədəd, sağ baldırın orta N/3nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Beyləqan rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli 22 nömrəli göndərişi, xx.xx.20N9-cu il tarixli 607 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.20N9-cu il tarixli N67 nömrəli aktı, keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N9.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. N3.N-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçı Əliyev Səid (İxtiyar) Firidun oğlunun müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçı Əliyev Səid (İxtiyar) Firidun oğlunun müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-444/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-444/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver