Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4448/2024 25.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, üçüncü şəxs X1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “Aqrar İslahat Komissiyasının qərarının qismən ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aqrar İslahat Komissiyası tərəfindən üçüncü şəxs X2 verilən 0,39 ha torpaq sahəsi ilə bağlı qərarın qismən ləğv olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 məhkəməyə müraciət edərək ona verilən qərar əsasında 0,39 ha torpaq sahəsinin tərəfindən zəbt olunmasını iddia etmişdir. Əslində onun isifadəsində olan 0,07 ha torpaq sahəsi, sərəncamla ona verilmiş qanuni istifadəsində olmuşdur və sonradan Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş və koordinatlar dəyişdirilmişdir. Ona və X2 Aqrar İslahat Komissiyasının qərarlarına əsasən torpaq sahəsi verilməsinə baxmayaraq, onun qanuni istifadəsində olmuş 0,07 ha, X2 isə vətəndaşlara verilən həyətyanı torpaq sahəsinə əsasən verilmişdir. Ona görə də, ona verilən 0,07 ha torpaq sahəsi qanuni isifadəsində olduğundan üçüncü şəxs X2 verilən qərar qismən qanunsuz olmuşdur. Çünki ən azından üçüncü şəxsə verilən torpaq sahəsi digər ərazidə verilməli idi. Amma hazırkı halda üçüncü şəxsə qərar əsasında verilən torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinə düşür, işin yeganə həlli yolu inzibati məhkəmə olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(12)-731/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdehnə qarşı “Aqrar İslahat Komissiyasının X2 0,39 ha torpaq sahəsinin verilməsi barədə qərarının qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-365/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati iş Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-365/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-365/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının 5-ci səhifəsinin 4-cü abzasında qeyd olunmuşdur ki, iddiaçı məhkəmə iclasının vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır. İnzibati iş məhkəməyə daxil olduqdan sonra məhkəmənin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişləri iddiaçının iddia ərizəsində qeyd olunan ünvanına göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdlərdə imza edilməklə rəsmi qaydada qəbul olunmuşdur. İş üzrə məhkəmə iclasları xx.xx.2024-cü il tarixə, sonuncu məhkəmə iclası isə xx.xx.2025-ci il təxirə salınmış, iddiaçıya sonuncunun iddia ərizəsində qeyd olunmuş ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh inzibati orqan Cavabdeh “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixə saat 11:40-a təyin olunmuş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X5 məhkəmə iclasında izahat verərək iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İnzibati Prosessual Məcəllədə iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-nin 81.1-ci maddəsinə əsasən nzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Qeyd olunanlara əsasən və İPM-nin 49, 55 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “Aqrar İslahat Komissiyasının qərarının qismən ləğv edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4448/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4448/2024
25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver