Məhkəmə qərarları › İş №2-1(120)-445/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-445/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-445/2021 27.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 4 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 4 saylı regional ərazi filialına qarşı «yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsinə qarşı “təyin edilən əmək pensiyasının yenidən hesablanması, yaranan və ödənilməyən pulun birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnziabti Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(120)-445/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X5 Hacıqabul rayon filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Hacıqabul rayon filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 4 saylı regional ərazi filialı ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1941-ci il tarixdə Sabirabad rayonunun Qarasu kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə “xxxx” QSCdə 30 dekabr 1961-cı ildən 01 aprel 2015-ci ilə kimi fasiləsiz olaraq işləmişdir. Bu müddət ərzində fəxri fərmanla təltif edilmişdir və daha sonra əmək veteranı olmuşdur. Hal-hazırda onun ümumilikdə 54 il stajı olmasına baxmayaraq 330 manat əmək pensiyası alır. Onunla eyni yaşda olan və stajı eyni olan iş yoldaşları ondan daha çox pensiya alır. Ona görə də o, ümumi iş stajı nəzərə alınıb-alınmadığı, alınmadığı təqdirdə hansı illərin nəzərə alınmaması, alındığı təqdirdə pensiyanın yenidən hesablanaraq, yaranan və ödənilməyən pulun birdəfəlik ödənilməsini təmin edilməsi ilə bağlı qeydiyyatda olduğu DSMF-nin Hacıqabul rayon şöbəsinə 24 avqust 2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Daha sonra DSMF-nin Hacıqabul rayon şöbəsinin 08 oktyabr 2020-ci il tarixli, **********3 nömrəli məktubu ilə ona cavab verilmişdir. Lakin bu cavab onu qane etməmişdir. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəlləsini və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq, ona təyin edilən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsinin üzərinə qoyulması, yaranan və ödənilməyən pulun birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X5 Hacıqabul rayon filialının 08 oktyabr 2020-ci il tarixli, **********3 saylı imtina məktubunda qeyd olunmuşdur ki, Dövlət Sosial Müdafiə Fondu PHŞ Hacıqabul rayon filialı 27.08.2020-ci il tarixdə yaşa görə əmək pensiyası yenidən hesablanması ilə bağlı təqdim etdiyiniz sənədlər əsasən bildirir ki, Sizə 15.08.2003-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sizin 01.01.2006-cı ilədək 42 il 7 ay 5 gün iş stajınız, 01.01.2006-cı ildən sonra 8 il 5 ayda fərdi hesabınızda 2457,71 manat pensiya kapitalı toplanmışdır. İşdən azad olunana qədər pensiyanızın məbləği 188,69 manat olmuşdur. İşdən çıxdıqdan sonra fərdi hesabınızda olan 2457,71 manat vəsait düzgün olaraq 72 bölünmüşdür və 34.13 manat pensiyanıza əlavə edilərək 222.82 manat olmuşdur. Bu günə qədər pensiyanızın məbləği uyğun olaraq indeksasiya edilmiş (222,82*1.04*1.124*1.057*1.03*1.166=330.66) və hal hazırda 330.66 manat əmək pensiyası alırsınız. Ətraflı məlumat üçün fonda müraciət edə bilərsiniz. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 4 saylı regional ərazi filialının nümayəndəsi X4 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş 16 mart 2021-ci il tarixli, **********8 nömrəli etirazın, ona əlavə olunmuş sənədlərin və etiraza əlavənin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə iclasında iddiaçının əmək kitabçası və digər iş materialları ilə müəyyən edildi ki, yaşa görə təyin edilmiş əmək pensiyası düzgün hesablanmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən sübutlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 4 saylı regional ərazi filialının məhkəməyə göndərdiyi 26 yanvar 2021-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 15.08.2003-cu ildə Hacıqabul Rayon DSMF tərəfindən yaşa görə əmək pensiya təyin edilmişdir. Pensiya hesablanarkən ümumi əmək stajı 49 il 8 ay 24 gün olmuşdur. Bunun əsasında İddiaçı Fərzəlı oğluna 330,65 manat pensiya hesablanmışdır. İş materiallarında olan 12 avqust 1961-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 11.11.1961-ci il tarixdən 01.04.2015-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan 16 mart 2021-ci il tarixli, **********8 nömrəli etirazda qeyd edilmişdir ki, İddiaçı Şirvan İnzibati Məhkəməsinə “əmək pensiyasının yenidən hesablanması” tələbi ilə müraciət etmişdir, iddiasının əsası kimi qeyd etmişdir ki, 30 dekabr 1961-ci ildən 01 aprel 2015-ci ilə kimi fasiləsiz olaraq “xxxx” QSC-də işləyərək 54 il iş stajına malik olmuşdur. Məhz bu səbəbdən hesab edir ki, ona təyin edilmiş əmək pensiyası yenidən hesablanmalı aradakı fərq məbləği cavabdeh tərəfindən ödənilməlidir. Hesab edirik ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubunda onun əmək pensiyası ilə bağlı aparılmış hesablama doğru olmuşdur, iddiaçının iddiası məhz bu səbəbdən əsassızdır və təmin edilməməlidir. Qeyd edək ki, xx.xx.1941-ci il təvəllüdlü İddiaçı 15.08.2003-cü il tarixdən əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən sonra iddiaçı “xxxx” QSC-də əmək fəaliyyətini davam etdirmiş və 01 aprel 2015-ci ildə işdən azad olmuşdur. Yəni iddiaçı əmək fəaliyyətinə davam edərək eyni zamanda yaşa görə əmək pensiyası almaqda davam etmişdir. Nəzərinizə çatdırırıq ki, iddiaçının 01.01.2006-cı ilədək 42 il 7 ay 5 gün, 01.01.2006-cı ildən sonra isə 8 il 5 ay fərdi hesabının sığorta hissəsində isə 2457,71 manat pensiya kapitalı mövcud olmuşdur. İşdən azad olunana qədar iddiaçının əmək pensiyasının məbləği 188,69 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları haqqında 11 dekabr 2017-ci il tarixli qrarın 5-ci maddəsində 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması tənzimlənmişdir. 5.3-cü maddəsinə əsasən 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsində qeyd olunur ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Cavabdehdən tərəfindən hər iki normativ tənzimləməyə uyğun olaraq iddiaçının əmək pensiyası yenidən tənzimlənmişdir. Qeyd olunan qanunvericilik normaları əsasında iddiaçının əmək pensiyası yenidən hesablanmış və alınmış məbləğ onun pensiyasına əlavə edilmişdir. Bekə ki, yuxanda qeyd olunduğu kimi, iddaçının işdən azad olduğu tarixdə onun əmək pensiyası 188,69 manat olmuş işdən çıxadıqdan sonra isə fərdi hesabında 01.01.2006-cı ildən 01.01.2014-cü ilədək 2457,71 manat (2457:72)=34,13; 01.01.2014-01.01.2015-ci ilədək isə 421,77 (421,77:72)=5,86 manat pensiya kapitalı mövcud olmuşdur. Qeyd olunan məbləğ iddiaçının əmək pensiyasına əlavə olunmaqla pensiya 228,68 manat olmuş sonrakı illərdə isə həmin məbləğ müvafiq olaraq indeksasiya olunaraq pensiya məbləği 330,65 manat olmuşdur. Qeyd edirik ki hazırda iddiaçının 368,34 manat əmək pensiyası almaqdadır. Yuxanda qeyd olunanaları nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etməyinizi xahiş edirəm. İş materiallarında olan etiraza əlavədə qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nairliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair 2-1(120)- 1848/2020 nömrəli inzibati iş vardır. Qeyd olunan iş üzrə tərəfimizdən iddiaya qarşı etiaz təqdim edilmiş, hal-hazırda iş üzrə zərurət yarandığından qanunvericiliyin tələblərinə uyğun olaraq etiraza əlavəmizi təqdim edirik. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları haqqında 11 dekabr 2017-ci il tarixli qərarın 5-ci maddəsində 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması tənzimlənmişdir. Qeyd olunan maddəyə əsasən əsasən 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 avdan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən sərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsində qeyd olunur ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Cavabdehdən tərəfindən hər iki normativ tənzimləməyə uyğun olaracı iddiaçının əmək pensiyası yenidən tənzimlənmişdir. Bildiririk ki, İddiaçı 15.08.2003-cü il tarixdən əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edildikdən sonra 01.04.2015-ci il tarixədək iddiaçı əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün 04 may 2015-ci il tarixdə Fondun 4 saylı regional ərazi filialına müraciət etmişdir. 12.06.2015-ci il tarixli 247 nömrəli müraciətə uyğun olaraq Filial tərəfindən iddiaçının pensiyası yenidən hesablanmışdır. Bununla bağlı, 01.01.2003-cü il tarixdən 01.01.2015-ci il tarixədək, yəni iddiaçının pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətinə davam etdiyi bütün dövrlər üzrə məcburi dövlət sosial sığorta ödəmələri nəzərə alınaraq pensiyasının yenidən hesablanması nəticəsində pensiyasına 39.99 manat əlavə olunmuşdur. Belə ki, cavabdeh tərəfindən 12.06.2015-ci il tarixli məktubdan da göründüyü kimi 01.01.2015-ci il tarixədək iddiaçının ümumi iş stajı 51 il 1 ay 5 gün təşkil edir. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının 01.01.2006-cı il tarixədək olan əmək stajı 42 il 8 ay 5 gün, 01.01.2006cı il tarixdən 01.01.2015-ci il tarixədək ümumi əmək stajı isə 8 il 5 ay olmaqla, 2879.48 manat pensiya kapitalı mövcud olmuşdur. 01.01.2006-cı il tarixədək olan dövr iddiaçının pensiya kapitalına əlavə olunaraq 2006-2015-ci illər üzrə yenidən hesablamada pensiya kapitalı hesablanarkən nəzərə alınmışdır. Qeyd olunan bütün dövrlərin pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması təyinatı aparan ərazi filialının 27.04.2021-ci il tarixli **********1 nömrəli məktubunda da öz əksini tapmışdır. Həmin məbləğ iddiaçının əmək pensiyasına əlavə olunmaqla pensiya 228.68 manat olmuş sonrakı illərdə isə həmin məbləğ müvafiq olaraq indeksasiya olunaraq pensiya məbləği 330.65 manat olmuşdur. Bildiririk ki, hazırda iddiaçının 368.34 manat əmək pensiyası almaqdadır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3-cü maddəsinə görə yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə görə yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Həmin Qanunun 26.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin Qanunun 26.3-1-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. İddiaçının pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya 15.08.2003cü il tarixdən əmək pensiyası təyin edilmişdir və pensiya təyin olunarkən onun faktiki işlədiyi bütün dövrlər sığorta stajı kimi nəzərə alınmışdır. Eyni zamnada iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, 01.01.2003-cü il tarixdən 01.01.2015-ci il tarixədək, yəni iddiaçının pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətinə davam etdiyi bütün dövrlər üzrə məcburi dövlət sosial sığorta ödəmələri nəzərə alınaraq pensiyası yenidən hesablanmışdır. Başqa sözlə iddiaçıya ilk dəfə pensiya təyin edilərkən və ondan sonra əmək fəaliyyətinin bütün dövrləri nəzərə alınaraq həmin dövrün qanunvericiliyinə uyğun pensiya təyin edilmiş və yenidən hesablanma aparılmışdır. Beləliklə də məhkəmə iş materiallarında olan sənədləri və qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanaraq ödənilmişdir. İddiaçının pensiyası qanunvericiliyin tələblərinə uyğun düzgün hesablandığı üçün iddiaçı pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlı deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 4 saylı regional ərazi filialına qarşı «yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi» barədə iddiası əsassız olduğundan təmin edilmir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar