Məhkəmə qərarları › İş №2-1(120)-445/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-445/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-445/2023 23.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyin edilməsi ilə bağlı imtinasının qanunsuz hesab edilməsi və ona əlillik dərəcəsinin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 17 avqust 2022-ci il tarixli qərardadı ilə “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona xx.xx.2015-ci il tarixdən ümumi xəstəlik səbəbindən təyin olunmuş İİ dərəcəli əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla ƏƏSMN-nin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzi arasında ona müddətsiz əsaslarla əlillik dərəcəsinin uzadılması məsələsində mübahisə yaranmışdır. Daha əvvəlki tarixlərdə edilmiş müraciətlər müxtəlif bəhanələrlə cavabdeh tərəfındən rədd edildikdən sonra 14 mart 2022-ci il tarixində sonuncu dəfə cavabdeh tərəfindən onun müraciətinə baxılaraq, əlilliyin təyinindən imtina edilmişdir. Sonuncu dəfə imtinanın əsası kimi, əlavə müalicəyə ehtiyacın olması, xəstənin müalicə müddətinin yetərli olmaması qeyd edilmişdir. Müraciəti cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Əmək zədəsi səbəbilə 2016-cı il tarixində ona cavabdeh tərəfındən əlillik təyin edilmişdir. Həmin vaxt cavabdeh tərəfındən əlilliyin əsası kimi ona münasibətdə təsdiq etdiyi diaqnozlar aşağıdakı kimi olmuşdur: - stenokardiyanın digər formaları, -ÜİX-yi Gərginlik stenokardiyası, İİİFS Durğunluq ürək çatışmazlığı-QDÇ İİFS İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip. Orta ağır forma Ürəyin hipertenziv xəstəliyi-Hipertoniya xəstəliyi İİ mərhələ. Diabetik polinefropatiya (EİO-14 ümumi dördüncü. 4 işarəsi ilə)- Diabetik polinefropatiya. Onurğanın osteoxondrozu-L2 fəqərə cisminin bitişmiş sınığından sonrakı bel oma radikuliti. Daha sonrakı tarixlərdə o, dəfələrlə xəstəxanalarda müalicə almış və əlillik müddətinin bitməsindən sonra bir neçə dəfə cavabdehin elektron sisteminə Forma 88 deyilən müraciəti daxil edilmiş, hər dəfə bir bəhanə gətirilsə də, müalicə müddətinin yetərli olmaması, əlavə müalicəyə ehtiyacın olması barədə cavabdeh tərəfındən bir irad olmamışdır, halbuki, onlar, bunu da ona əvvəldən irad tuta bilərdilər. Amma istənilən halda, bir neçə sual açıq qalır ki, onlardan; - İİ tip şəkərli diabetin müalicəsi tibb elminə məlumdurmu? - Diabetik polinefropatiyanın şəkərli diabetin fəsadı olmaqla, ümumiyyətlə müalicəsi mümkündürmü? Başqa sözlə səbəb olan şəkərli diabet özü müalicə olunmursa, fəsadı necə aradan qaldırıla bilər? Cavabdehə bu mənada veriləsi suallar çoxdur, lakin onun hazırki iddiada haqlı olmağının sübutu budur ki, Akademik C.Abdullayev adına X1 5 aprel 2022-ci il tarixli 7092 saylı tibbi rəyində ona müayinə nəticəsində qoyulmuş (X2 uyğun olaraq) İ20.8, İ25, İ11.1 və İ50.0 diaqnozalar Meyarlarda; 3. Uşaqların saglamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları - bölməsində 120.8, İ l l . l və İ25 diaqnozları - 3.1.32. ürəyin inkurabel xəstəlikləri, durğunluq tipli İİ-İİİ dərəcəli ürək çatışmazlığı ilə (İ00-İ09.9, İ20-İ52.8) əlillik səbəbi kimi nəzərdə tutlmuşdur. Digər tərəfdən göndərişdə qeyd edilmiş; -İİ1 diaqnozu- 2.1. Birinci dərəcə əlillik-bölməsində;-N20 diaqnozu-3. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları bölməsində ; 2.2. EİO diaqnozu İkinci dərəcə əlillik- 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, EİO, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34- E35.8) diaqnozları da əlillik səbəbi kimi Meyarlarda öz əksini tapmışdır. Onu da qeyd etmək lazımdır ki, xx.xx.2021-ci il tarixli qiymətləndirmə zamanı cavabdeh “xəstənin X1 rəyi və müayinə olunmasını tələb etsə də, o, həmin tələbləri yerinə yetirsə də, cavabdeh ona əlillik təyin edilməsindən imtina etmişdir. Yuxarıda qeyd edilənlərdən belə nəticə hasil olur ki, cavabdeh ondan əlavə şərtləri yerinə yetirməyi tələb etmişdir, halbuki, bu barədə o əvvəlki müayinələrdə imtina səbəblərində göstərmədiyi yeni bəhanələri gətirərək, ona əlillik təyinatından imtina səbəbləri uydurmuşdur. Hesab edir ki, yuxarıda qeyd edilmiş səbəblərdən cavabdehin ona əlillik təyin etməməsinin hüquqi əsasları yoxdur və bu səbəblə də, cavabdehin əlillik təyinatından imtinası əsassız hesab edilməli və ona müddətsiz əsaslarla əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında ilkin qiymətləndirilmiş və xx.xx.2015-ci il tarixdən “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik barədə qərar verilmişdir. Sonrakı dövrdə İddiaçı əlillik səbəbinin dəyişdirilməsi məqsədilə müraciət etmiş və xx.xx.2015-ci ildə “əmək zədəsi’’ səbəbi ilə təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2015-ci ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Bildirmək istəyirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Vətəndaşın əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən beş göndəriş (Forma-088) daxil olmuşdur: 1. Salyan Rayon Mərkəzi Xəstəxanasının 0313003AALTR nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq qaydada qiymətləndirilmə aparılmış və ixtisaslaşmış müalicə məsləhət görüldüyündən “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. 2. Salyan Rayon Mərkəzi Xəstəxanasınm 0313003AAM76 nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və X1 rəyinin alınması məsləhət görüldüyündən “Göndərişin natamam doldurulması” qərarı verilmişdir. 3. Növbəti dəfə İddiaçı əlillik vəziyyəti Salyan Rayon Mərkəzi Xəstəxanasının 0313003AANWY nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və ixtisaslaşmış müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar verilmişdir. 4. Sonrakı dövrdə Salyan Rayon Mərkəzi Xəstəxanasının 0313003AAPV6 nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə vətəndaşın əlillik vəziyyəti Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təkrar qiymətləndirilmiş və funksionai pozuntular ətraflı qeyd edilmədiyindən, yenidən “Göndərişin natamam doldurulması” barədə qərar qəbul edilmişdir. 5. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Salyan Rayon Mərkəzi Xəstəxanasının 0313003AAQAD nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar verilmişdir. Qeyd edirlər ki, bütün hallarda İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi zamanı qanun pozuntusuna yol verilməmiş və qəbul edilmiş qərarlar düzgün və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərlə müəyyən olunur ki, iddiaçı xx.xx.2014-cü il tarixdə Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən tibbi nəzarətə götürülmüş, xx.xx.2014-cü il tarixli göndəriş əsasında 35 saylı Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2015-ci il tarixdə onun əlillik vəziyyəti ilə bağlı ilkin müayinə aparmış, “Səbəbi: Ümumi xəstəlik; Əmək zəmanəti: yüngül oturaq işlərdə işləyə bilər; X4: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 – Qarın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S32-Onurğa...; Diaqnozun mətni: 1-2 fəqərə cisminin kompression sınığı, bel oma radikuliti, sağ tərəflilyumboişalgiya UİX gərginlik stenokardiyası İİ-İİİ f-s hipertoniya xəstəliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 1-2 fəqərə cisminin kompression sınığı, bel oma radikuliti, sağ tərəfli lyumboişalgiya UİX gərginlik stenokardiyası İİ-İİİ f-s hipertoniya xəstəliyi” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli, 0313003AACPW nömrəli göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdə iddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti müayinə aparmış, “Səbəbi: Əmək zədəsi; Əmək zəmanəti: əmək qabiliyyəti məhduddur; X4: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T91-Boyun...; Diaqnozun mətni: cl2 fəqərəsinin sağ tərəfli lyumboişalgiya gərginlik stenokardiyası İİ-İİİ f-s essesial hipertenziya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: cl2 fəqərəsinin sağ tərəfli lyumboişalgiya gərginlik stenokardiyası İİ-İİİ f-s essesial hipertenziya” səbəbi ilə yenidən 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə iddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti müayinə aparmış, “Səbəbi: Əmək zədəsi; Əmək zəmanəti: əmək qabiliyyəti məhduddur; X4: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T91- Boyun...; Diaqnozun mətni: cl2 fəqərəsinin sağ tərəfli lyumboişalgiya gərginlik stenokardiyası İİ-İİİ f-s essesial hipertenziya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: cl2 fəqərəsinin sağ tərəfli lyumboişalgiya gərginlik stenokardiyası İİ-İİİ f-s essesial hipertenziya” səbəbi ilə ona 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən beş göndəriş (Forma-088) daxil olmuşdur: 1. Salyan Rayon Mərkəzi Xəstəxanasının 0313003AALTR nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq qaydada qiymətləndirilmə aparılmış və ixtisaslaşmış müalicə məsləhət görüldüyündən “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. 2. Salyan Rayon Mərkəzi Xəstəxanasınm 0313003AAM76 nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və X1 rəyinin alınması məsləhət görüldüyündən “Göndərişin natamam doldurulması” qərarı verilmişdir. 3. Növbəti dəfə İddiaçı əlillik vəziyyəti Salyan Rayon Mərkəzi Xəstəxanasının 0313003AANWY nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və ixtisaslaşmış müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar verilmişdir.

4. Sonrakı dövrdə Salyan Rayon Mərkəzi Xəstəxanasının 0313003AAPV6 nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə vətəndaşın əlillik vəziyyəti Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təkrar qiymətləndirilmiş və funksionai pozuntular ətraflı qeyd edilmədiyindən, yenidən “Göndərişin natamam doldurulması” barədə qərar qəbul edilmişdir. 5. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Salyan Rayon Mərkəzi Xəstəxanasının 0313003AAQAD nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar verilmişdir. Göründüyü kimi, iddiaçıya növbəti əlillik müddətinin təyinatından imtina edilmiş, buna səbəb kimi müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” qeyd olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1958-ci ildə Şamaxı rayonunda anadan olmuş və Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X6 verdikləri 04 oktyabr 2022-ci il tarixli, T 460/2022 saylı rəydə göstərilmişdir ki, Vət. İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfındən qiymətləndirilməsi üçün arayışda qeyd olunan “ÜİX: Gərginlik stenokardiyası İİİ f/s. Ağciyər hipertenziyası İİ dər. Bradikardiya. QDÇ İİ mər. L2 fəqərə cisminin bitişmiş sınığından sonrakı bel oma radikuliti. On iki barmaq bağırsağın xora xəstəliyi. Hipertenziv ensefalo-patiya. Daimi ağrı sindromu. Hipertoniya xəstəliyi İİ mər. Diabetik polinevropatiya. Sağ xayanın əməliyyatdan sonrakı vəziyyəti. Şəkərli diabet İİ tip. Orta ağır forma. İnsulin tələbli” diaqnoz şəxsin stasionarda müayinə və müalicələri zamanı onun anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən olunmş və müalicə tədbirləri düzgün aparıldığından xəstəliyin proqnozu qənaətbəxş olmuş, əmək fəaliyyəti itirilməmişdir. İddiaçı əyani müayinəsində aşkar edilmiş xəstəlikləri hazırda remissiya mərhələsində olduğundan onlarla əlaqədar əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəlik kəskinləşərsə müvafıq ixtisas sahəsi üzrə həkimə müraciət edə bilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 16 fevral 2023-cü il tarixli, 1041 saylı rəydə göstərilmişdir ki, 1-3. Vət. İddiaçı mütəxəssis müayinəsinə əsasən, onda “ÜİX: Gərginlik stenokardiyası İİİ f/s. Ağciyər hipertenziyası İİ dər. Bradikardiya. QDÇ İİ mər. L2 fəqərə cisminin bitişmiş sınığından sonrakı bel oma radikuliti. On iki barmaq bağırsağın xora xəstəliyi. Hipertenziv casefalo-patiya. Daimi ağrı sindromu. Hipertoniya xəstəliyi İİ mər. Diabetik polinevropatiya. Sağ xayanın əməliyyatdan sonrakı vəziyyəti. Şəkərli diabet İİ tip. Orta ağır forma. İnsulin tələbli” müəvyən edilmişdir. - Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfındən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nm 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbisosial ekspert komissiyaları tərəfındən həyata keçirilir. Göründüyü kimi, İddiaçı xəstəliyi ilə bağlı ona əlillik təyinatından imtina edildiyi sonuncu müayinəsinin nəticəsi olaraq qeyd olunmuş müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 verdiyi 04 oktyabr 2022-ci il tarixli, T 460/2022 saylı “İddiaçı əyani müayinəsində aşkar edilmiş xəstəlikləri hazırda remissiya mərhələsində olduğundan onlarla əlaqədar əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur” rəyi arasında ciddi ziddiyyət vardır. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 04 oktyabr 2022-ci il tarixli, T 460/2022 saylı və 16 fevral 2023-cü il tarixli, 1041 saylı rəylərində İddiaçı müayinəsinin nəticəsi olaraq müəyyən olunmuş xəstəliklərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci “Qan dövranı sisteminin xəstəlikləri” bölməsinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə uyğunluğu müşahidə olunur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəlikləri ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinasında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, nəticə etibarı ilə ona əlilliyin təyin edilməsini tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar