Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-446/2021 15.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Salyan rayonu, Qarabağlı kəndində yaşayan) və Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialının nümayəndəsi X1 (Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının mütəxəssisi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xaqani küçəsi, döngə 1 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialına qarşı «sosial sığorta stajı müəyyən edilərək, hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində doğulmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********9 saylı məktubunda iddiaçının təqdim etdiyi əmək kitabçasında işləməsi barədə müvafiq qeydlərin aparılmasına baxmayaraq xx.xx.1980-xx.xx.1998-ci illər üzrə sığorta stajının müəyyən edilməsinin mümkün olmadığı, xx.xx.2020-ci il tarixli, 50 nömrəli arxiv arayışında göstərilən 1970-1971-ci illərdə Salyan rayon Qaraçala qəsəbə 1 nömrəli Pambıqçılıq sovxozunda işləməsinin əmək kitabçasında yazılmadığı üçün 25 il sığorta stajının müəyyən olunmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1970- 1971-ci illərdə Salyan rayonu Qaraçala qəsəbə 1 nömrəli Pambıqçılıq sovxozunda işlədiyi dövrün və xx.xx.1980-xx.xx.1998-ci illərdə işlədiyi illərin sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı tarixdən xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiа ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. 1970-1971-ci illərdə Salyan rayonu Qaraçala qəsəbə 1 nömrəli Pambıqçılıq sovxozunda işləmiş və əmək haqqı almışdır. Bu barədə arxiv arayışı vardır. Lakin həmin illərdə adı çəkilən sovxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmamışdır. O, ərizə ilə Cavabdehnə yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciət etmişdir. Həmin şöbənin xx.xx.2020-ci il tarixli cavab məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölümünün 3.1.1-ci hissəsinə əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi əsas gətirilərək, 1970-1971-ci illərdə Salyan rayonu Qaraçala qəsəbə 1 nömrəli Pambıqçılıq sovxozunda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı və xx.xx.1980-xx.xx.1998-ci illərə dair sığorta stajını müəyyən etmək mümkün olmadığı üçün (əmək kitabçasında müvafiq qeyd olmasına baxmayaraq) ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx xxxx 2021-ci il tarixli **********9 saylı etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı onun 1970-1971-ci illərdə Salyan rayonu Qaraçala qəsəbəsi 1 nömrəli Pambıqçılıq sovxozunda və xx.xx.1980-ci ildən xx.xx.1998-ci ilə kimi olan əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasında hərbi bilet və əmək kitabçası və müvafiq arxiv arayışına əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. İddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş 7ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə əksinə şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. İddiaçı onun pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halını mübahisələndirmir. Yəni iddiaçı birinci deyil, ikinci halın təsir dairəsinə düşdüyünü iddia edir. İkinci halın təsir dairəsinə düşmək üçün isə iddiaçı ən azı 25 illik sığorta stajına malik olduğunu təsdiqləyən sübutları cavabdehə və məhkəməyə təqdim etməli idi. İddiaçı 25 illik sığorta stajına sahib olmasını təsdiqləyən sübut kimi hərbi bilet və əmək kitabçası və arxiv arayışına istinad etməkdədir.
1. İddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1972-xx.xx.1974 (1 il, 8 ay, 13 gün), xx.xx.1976-xx.xx.1976 (5 ay), xx.xx.1977-xx.xx.1980 (2 il, 3 ay, 15 gün), xx.xx.1980xx.xx.1988 (17 il, 6 ay, 5 gün) əmək fəaliyyəti dövrləri qeyd olunmuşdur. Lakin əmək kitabçasında olan qeydlərin qarşılıqlı yoxlanılması zamanı xx.xx.1980-xx.xx.1998-ci illərdə olan əmək fəaliyyəti dövrü öz təsdiqini tapmamışdır. Müəssisənin sənədləri arxivə təhvil verilməmişdir. Əmək kitabçasında qeyd olunan və mübahisə olunmayan dövrlər: xx.xx.1972-xx.xx.1974 (1 il 8 ay, 13 gün), xx.xx.1976-xx.xx.1976 (5 ay), xx.xx.1977xx.xx.1980 (2 il, 3 ay, 15 gün) olmaqla, ümumilikdə 4 il, 4 ay, 28 gündür.
2. İddiaçının hərbi biletinə əsasən xx.xx.1974-xx.xx.1976-cı illərdə olan hərbi xidmət dövrü 2 il, 14 gün mübahisə olunmur.
3. İddiaçının sənədlərə əlavə etdiyi xx xxxxxx 2020-ci il tarixli Dövlət Arxivinin Salyan filialından əldə olunmuş arxiv çıxarışına əsasən xx.xx.1970-ci il məktəbli kimi müvəqqəti fəhlə təhkim olunması haqqında əmr, məzuniyyət əmrləri qeyd olunub, lakin işdən azadolunma əmri aşkar edilməmişdir. Qeyd hissəyə əsasən iddiaçının 1972-ci ildə iş fəaliyyəti aşkar edilməmişdir. Sovxozda fəaliyyət dövrü arxiv çıxarışı mötəbər sübut olmadığı üçün qəbul edilmir. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə qərarı qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınması və İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə etirazda qeyd edilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, hərbi biletinin və əmək kitabçasının təsdiq olunmuş surətlərini, Azərbaycan Respublikasının Dövlət X2 arayışını, Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının arxiv çıxarışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Azərbaycan Respublikası Dövlət X2 məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuşdur. İddiaçının 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu müddət və əmək kitabçasında qeyd olunan digər iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının xx.xx.1970xx.xx.1971-ci illərdə Salyan rayon Qaraçala qəsəbə 1 №-li Pambıqçılıq sovxozunda işləməsi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2020-ci il tarixli 50 nömrəli arxiv çıxarışı ilə təsdiq olunur. Lakin mövcud qanunvericilikdə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ 15 yaşından yarandığından və qanunvericilik normaları həmin yaş həddindən başlayan əmək münasibətlərinə şamil edildiyindən iddiaçının xx.xx.1970-ci il tarixdən xx.xx.1970-ci il tarixədək işləməsinin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə əsasən 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 249-cu maddəsinə əsasən yaşı 15dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Həmçinin iddiaçının xx.xx.1980-xx.xx.1998-ci illərdə Əli-Bayramlı Köməkçi Müəssisələri Kombinatında işləməsi ona məxsus xx xxxxxxx 1973-cü il tarixli əmək kitabçasında öz əksini tapmışdır. Eləcə də iddiaçının 1980-1988-ci illərdə əmək haqqı alması Azərbaycan Respublikasının Şirvan filialının xx.xx.2020-ci il tarixli 327 nömrəli arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikasının Dövlət X2 xx.xx.2021-ci il tarixli 39 nömrəli məktubunda qeyd edilmişdir ki, Əli-Bayramlı Dəmir-Beton konstruksiya zavodunun 1989-1998-ci illərin sənədləri Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunmur. Bundan əlavə xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş xx.xx.1963-cü il təvəllüdlü X3 ifadəsində bildirdi ki, o, 1980-ci il tarixdən 1998-ci ilədək Əli-Bayramlı Köməkçi Müəssisələri Kombinatında betonçu, fəhlə, briqadir, motorçu vəzifələrində işləmişdir. İddiaçı da onunla eyni vaxtda Əli-Bayramlı Köməkçi Müəssisələri Kombinatında motorçu vəzifəsində işləmişdir. Həmçinin xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş xx.xx.1964-cü il təvəllüdlü X4 ifadəsində bildirdi ki, o, 1988-ci ildən 1998-ci ilədək Əli-Bayramlı Dəmir-Beton Məmulatları və Konstruksiyaları Zavodunda operator vəzifəsində işləmişdir. 1988-ci ildə işə daxil olarkən İddiaçı həmin müəssisədə motorçu işində işləyirdi. 1998-ci ildə işlədikləri zavod özəlləşdirilmiş və o, həmin zavodun nəzdində yaradılan “SAQ” firmasına operator vəzifəsinə qəbul edilmişdir. 2004-cü ilədək həmin firmada işləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlardan göründüyü kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh tərəfin iddiaçıya məxsus əmək kitabçasının mötəbərliliyinə dair şübhələri varsa, əmək kitabçasının qeyri-mötöbərliliyini sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Qeyd olunanlardan göründüyü kimi Əli-Bayramlı Köməkçi Müəssisələri Kombinatının xx.xx.1980-xx.xx.1998-ci illərə dair sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən cavabdeh inzibati orqan tərəfindən iddiaçının həmin illərdə Əli-Bayramlı Köməkçi Müəssisələri Kombinatında işləməsi barədə əmək kitabçasında qeyd edilən iş illərinin qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə iddiaçının Salyan rayonu Qaraçala qəsəbə 1 №-li Pambıqçılıq sovxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmamasına münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Həmçinin cavabdeh iddia ərizəsinə etirazında iddiaçının Salyan rayonu Qaraçala qəsəbə 1 №-li Pambıqçılıq sovxozunda işdən azadolunma əmrinin aşkar olunmadığını əsas gətirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2020-ci il tarixli 50 nömrəli arxiv çıxarışında iddiaçıya xx.xx.1971-ci il tarixli 107 nömrəli əmrlə 01.01.71-ci il tarixdən 01.12.71-ci il tarixədək dövr ərzində 15 iş günü məzuniyyət verilməsi qeyd edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.1971-ci il tarixədək Salyan rayon Qaraçala qəsəbə 1 №-li Pambıqçılıq sovxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndində görə Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Мəhkəmə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2020-ci il tarixli 50 nömrəli arxiv çıxarışını, xx xxxxxxx 1973-cü il tarixli əmək kitabçasını və Azərbaycan Respublikasının Şirvan filialının xx.xx.2020-ci il tarixli 327 nömrəli arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.1970xx.xx.1971-ci illərdə Salyan rayon Qaraçala qəsəbə 1 №-li Pambıqçılıq sovxozunda işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2020-ci il tarixli 50 nömrəli arxiv çıxarışında və xx.xx.1980-xx.xx.1998-ci illərdə Əli- Bayramlı Köməkçi Müəssisələri Kombinatında işləməsi barədə xx xxxxxxx 1973-cü il tarixli əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialının üzərinə qoyulmalı, iddiaçının xx.xx.1970-ci il tarixdən xx.xx.1970-ci il tarixədək 15 yaşı tamam olmadığından qeyd olunan dövrdə işləməsinin sosial sığorta stajı kimi nəzərə alınması hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
1. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1970-xx.xx.1971-ci illərdə Salyan rayon Qaraçala qəsəbə 1 №-li Pambıqçılıq sovxozunda işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxxxx 2020-ci il tarixli 50 nömrəli arxiv çıxarışında və xx.xx.1980xx.xx.1998-ci illərdə Əli-Bayramlı Köməkçi Müəssisələri Kombinatında işləməsi barədə xx xxxxxxx 1973-cü il tarixli əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialının üzərinə qoyulsun.
2. İddia qalan hissədə təmin edilməsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov