Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-446/2023 18.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 18 may 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin verilməsi və həmin sənəddə adının İddiaçı olaraq qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “doğum haqqında akt qeydində dəyişiklik edilməklə soyadının “İskəndərov”dan “İsgəndərov”a, ata adının “Babahəsən”dən “Babasən”ə dəyişdirlməsi və ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş və doğumu Salyan rayon Qarabağlı kənd İƏN-i tərəfindən qeydə alınaraq şəhadətnamə verilmişdir. Lakin doğumu haqqında verilmiş şəhadətnaməni itirmişdir. Hazırda mövcud olan sənədləri hərbi bilet və nikah haqqında şəhadətnamədir. Hərbi biletində isə atasının adı Babasən olduğu halda səhvən Babasət yazılmışdır. Hazırda doğumu haqqında şəhadətnamə olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilmir. Digər tərəfdən isə doğumu haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı Cavabdehnə müraciət etsə də həmin qurum şəhadətnamə verməkdən rəsmi qaydada imtina etmişdir. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.8-ci bəndinə istinad olunaraq şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyi halda təkrar şəhadətnamənin verilməsinin mümkünsüz olduğu bildirilmişdir. Eyni zamanda həmin məktubda, ərizəsində və təqdim etdiyi nikah haqqında şəhadətnamə və hərbi biletdə soyad, ata adı ilə bağlı göstərilən məlumatlara istinad olunaraq, bu məlumatların arxiv məlumatları ilə ziddiyyət təşkil etdiyi, yəni arxiv sənədlərində soyadının “İskəndərov”, atasının adının Babahəsən yazıldığı bildirilmişdir. Hazırda şəxsiyyət vəsiqəsi olmadığı üçün qanunvericilikdə təsbit olunan hüquqlarının həyata keçirilməsində məhdudiyyət yaranmışdır. Şəxsiyyət vəsiqəsi almağı üçün də ondan doğum haqqında şəhadətnamə tələb olunur. Lakin doğumu haqqında şəhadətnamənin verilməsindən rəsmi qaydada imtina olunmuşdur ki, göstərdiyi bu hal onun məhkəməyə müraciət etməyi üçün hüquqi əsas yaratmışdır. Əlavə olaraq bildirir ki, hazırda ona Salyan rayon Qarabağlı kənd İƏN-i tərəfindən həmin nümayəndəliyin ərazisində yaşamağı barədə arayış verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı X2 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı Salyan rayonu Qarabağlı kənd İƏN-i tərəfindən tərtib edilmiş xx.xx.1968-ci il tarixli, 09 saylı doğum haqqında akt qeydində ata adının Babahəsən-dən Babasən-ə, soyadın İskəndərov-dan İsgəndərova düzəliş edilməsi və yeni şəhadətnamə verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 05/15-134 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Salyan rayonu Qarabağlı kənd İƏNi tərəfindən tərtib edilmiş xx.xx.1968-ci il tarixli, 09 saylı doğum haqqında akt qeydində ata adının Babahəsən-dən Babasən-ə, soyadın İskəndərov-dan İsgəndərova düzəliş edilməsi və yeni şəhadətnamə verilməsi barədə müraciətinizə Cavabdehndə baxılmışdır. Müəyyən olunmuşdur ki, müraciətinizə şəxsiyyəti təsdiq edən sənəd əlavə edilməmiş və verdiyiniz məlumatda şəxsiyyət vəsiqənizin ümumiyyətlə olmadığı və doğum haqqında şəhadətnaməni şəxsiyyət vəsiqəsi almaq üçün əldə etmək istədiyiniz bildirilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsində göstərilir ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi müvafiq normada, qeydiyyat orqanında vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydalardan biri kimi kifayət qədər əsasların olması təsbit edilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 164-cü maddəsinə görə vətəndaşlıq vəziyyəti aktiarının qeydiyyatı, qeyd olunma faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarınm dövlət qeydiyyatı Qaydası”nın 9.8-ci bəndinə əsasən Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Beləliklə, mövcud halda şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi səbəbinə görə şəxsiyyətin müəyyənləşdirilməsi, eləcədə ata qismində qeyd olunan Babasən və Babahəsən adlı şəxslərin eyniləşdirilməsi mümkünsüz olduğu üçün bu tələbiniz inzibati qaydada təmin oluna bilməz. Göstərilənlərə əsasən müvafiq doğum haqqında akt qeydinə düzəliş olunması və təkrar şəhadətnamə verilməsi barədə tələbinizin icrasından imtina olunur və bildiririk ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququnuz vardır. İş materiallarında olan Salyan rayon Qarabağlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 367 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Salyan rayonu Qarabağlı kənd inzibati ərazi dairəsinin Kolanı kəndində yaşayır. İş materiallarında olan xx.xx.1968-ci il tarixli, 9 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, X2 xx.xx.1968-ci ildə Salyan rayonu, Qarabağlı kəndində doğulmuş, ata qrafasında X3, ana qrafasında X4 yazılmışdır. İş materiallarında olan xx.xx.1963-cü il tarixli, 256 saylı doğum qeydlərinin bərpa akt qeydinin surətindən görünür ki, X7 xx.xx.1936-cı ildə Salyan rayonu, Qarabağlı kəndində doğulmuş, ata qrafasında X5, ana qrafasında X6 yazılmışdır. İş materiallarında olan xx.xx.2002-ci il tarixli, 444 saylı Ölüm haqqında akt qeydinin surətindən görünür ki, X8 xx.xx.2002-ci ildə Salyan rayonu, Qarabağlı kəndində ölmüşdür. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, V-ЖГ № 320700 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 arasında xx.xx.1991-ci il tarixdə Salyan rayon Qarabağlı kənd sovetində nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada İskəndərova soyadı verilmişdir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur (maddə 63.4). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Qeyd olunan Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Həmin Məcəllənin 192-ci maddəsinə görə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - övladlığa götürmə barədə məhkəmənin qərarı; - nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; - adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; - yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; - övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; - atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; - atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; - ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi; - cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci tarixli 79 nömrəli Qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi soyadın, o cümlədən ata adının dəyişdirilməsi deyil, akt qeydində soyadına və ata adına düzəliş edilməsi ilə bağlıdır. Düzəliş edilməsi üçün isə, yetərli əsaslar mövcuddur. Belə ki, iddiaçıya məxsus sənədlərin (məhkəməyə təqdim olunmuş) hamısında onun soyadı “İskəndərov” deyil, “İsgəndərov” kimi, ata adı isə “Babahəsən” deyil, “Babasən” kimi göstərilmişdir. Doğum akt qeydində iddiaçının doğum yeri və tarixi də eynilik təşkil edir. Digər tərəfdən də, soyadının və ata adının dəyişdirilməsi onun qanunla müəyyən edilmiş hüququdur və 18 yaşı tamam olmuş və barəsində müvafiq (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi) hallar mövcud olmayan şəxs kimi onun adının və ata adının dəyişdirilməsi cavabdeh inzibati orqan tərəfindən təmin edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər İdarəsinin aidiyyəti qurumundan alınmış xx.xx.2023-cü il tarixli cavab məktubunda xx.xx.1968-ci il tarixdə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş və Salyan rayonu Abad Kolanı kəndində qeydiyyatda olan İddiaçı (X11) oğlu barəsində Salyan rayon PŞ-də heç bir təqsirləndirici materialın olmadığı qeyd olunmuşdur. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı adına Salyan rayon Qarabağlı kənd inzibati ərazi nümayəndəliyində tərtib edilmiş xx.xx.1968-ci il tarixli, 9 nömrəli doğum haqqında akt qeydində “İskəndərov” soyadının “İsgəndərov” soyadına, ata adının “Babahəsən”dən “Babasən”ə dəyişdirilməsi və ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14-cü, 23.1-ci, 33-cü, 52-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı X1 adına Salyan rayon Qarabağlı kənd inzibati ərazi nümayəndəliyində tərtib edilmiş xx.xx.1968-ci il tarixli, 9 nömrəli doğum haqqında akt qeydində “İskəndərov” soyadının “İsgəndərov” soyadına, ata adının “Babahəsən”dən “Babasən”ə dəyişdirilməsi və ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-446/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-446/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver