Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4467/2025 22.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh “İmişli rayon Mərkəzi Xəstəxanası” X5rşı “xx.xx.2019-cu il tarixində İmişli rayon Mərkəzi Xəstəxanasında doğulmuş uşağına doğum haqqında tibbi şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları İddiaçı cavabdeh İmişli rayon Mərkəzi X1rşı “xx.xx.2019-cu il tarixində İmişli rayon Mərkəzi Xəstəxanasında doğulmuş uşağına doğum haqqında tibbi şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 26 aprel 2018-ci il tarixində X6 ilə faktiki nigah münasibətinə girərək ər-arvad kimi yaşamışdırlar. Onların faktiki nigahlarından xx.xx.2019-cu il tarixində Röyal adlı uşaqları anadan olmuşdur. Hüquqi savadsızlıq ucbatından vaxtında uşaqlarına sənəd götürməmişdirlər. Hazırda uşaq məktəbə getməlidir, lakin onun doğum haqqında sənədi olmadığı üçün gedə bilməmişdir. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün İmişli Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, Qeydiyyat şöbəsində bunun üçün doğum haqqında tibbi şəhadətnamə olmalıdır ya da məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Doğum haqqında tibbi şəhadətnamə almaq üçün İmişli Rayon Mərkəzi Xəstəxanası PMH-nə müraciət etmiş, oradan həmin sənədinin verilməsinin mümkün olmadığı və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2019cu il tarixində İmişli rayon Mərkəzi Xəstəxanasında doğulmuş uşağına doğum haqqında tibbi şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və üçüncü şəxs X6 iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh İmişli rayon X3 Hüquqi Şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan “İmişli rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2025-ci il tarixli, 18-1- 46/2-T-722/2-31-1041/2025 nömrəli arayışından görünür ki, İmişli rayonu Cəfərli kəndində qeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü İddiaçı həqiqətən İmişli Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2019-cu il tarixində kişi cinsli uşaq dünyaya gətirmişdir. İş materiallarında olan “İmişli rayon Mərkəzi Xəstəxanası” X7 İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 18-1-46/2-T-722/2-31-1045/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.23-cü bəndinə əsasən doğumun dövlət qeydiyyatı üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Adıçəkilən bəndin tələblərinə əsasən arayış dedikdə 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi ilə bağlı arayış nəzərdə tutulmur. Vaxtı keçmiş doğumun qeydiyyatına münasibətdə uşağın cinsiyyəti və yaşı göstərilməklə “sağlamdır və sağ-salamatdır” qeydi ilə doğumun təsdiqi və uşağın sağ olması ilə bağlı qeydiyyat şöbəsi tərəfindən məlumat tələb edilir və hal-hazırda xəstəxana tərəfindən ərizənizdə qeyd etdiyiniz xx.xx.2019-cu il təvəllüdlü oğlan uşağının “İmişli RMX” PHŞ-də həmin şəxs olması və sağ olması barədə heç bir məlumat olmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan İmişli “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli doğumun qeydə alınmasından imtina haqqında rəydən görünür ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə doğulmuş kişi cinsi övladının doğumunun qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan “İmişli rayon Mərkəzi Xəstəxanası” X7 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 18-1-46/2-1089/2025 nömrəli məktubundan görünür ki, vətəndaş İmişli rayon Cəfərli kəndində qeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü İddiaçı xx.xx.2025-ci il tarixində xəstəxanaya ərizə ilə müraciət edərək xx.xx.2019-cu il tarixində İmişli Rayon Bəhrəmtəpə xəstəxanasında dünyaya gətirdiyi oğlan uşağına Doğum haqqında şəhadətnamə alınması üçün həmin uşağın sağ və salamat olması və dünyaya uşaq gətirməsi barədə arayış verilməsi üçün müraciət etmiş və tərəfimizdən araşdırma aparılan zaman onun həqiqətəndə xx.xx.2019-cu il tarixində oğlan uşağı dünyaya gətirməsi təsdiq olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.23-cü bəndinə əsasən doğumun dövlət qeydiyyatı üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra “Vaxtı keçmiş qeydiyyat” sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Adıçəkilən bəndin tələblərinə əsasən arayış dedikdə 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi ilə bağlı arayış nəzərdə tutulmur. Vaxtı keçmiş doğumun qeydiyyatına münasibətdə uşağın cinsiyyəti və yaşı göstərilməklə “sağlamdır və sağ-salamatdır” qeydi ilə doğumun təsdiqi və uşağın sağ olması ilə bağlı qeydiyyat şöbəsi tərəfindən məlumat tələb edilir. İddiaçı doğumundan 6 il keçdiyi üçün həmin uşağın sağ və salamt olmasını təsdiq edəcək heç bir məlumat olmadığı üçün vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Mməhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «İnzibati icraat haqqında» Qanun: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 3.0.2. vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. 3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd. Maddə 21.1. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Maddə 21.6. BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Maddə 74.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Maddə 74.2. Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. Hər bir vətəndaş və ya vəsiqə sahibinin qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”: 1.10. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. 2.2 Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həmin məlumat X2 Sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Doğum haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar. 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5-1. Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda bu Qaydanın 2.5.3-cü, 2.5.5-ci və 2.5.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər barədə məlumatlarla elektron müraciətdə qeyd olunan məlumatlar arasında uyğunsuzluq olduqda doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidi. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarı: Bənd 1.3 mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1 Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının “15” may 2014-cü il tarixli, “24/3” nömrəli qərarı ilə təsdiq edilmiş “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi üzrə” İnzibati Reqlamentə əsasən “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən çıxarışın əldə edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən doğumun dövlət qeydiyyatı məcburidir. Uşağın doğulduğu gündən bir ay ərzində onun doğulduğu, yaxud valideynlərinin yaşadığı ərazi üzrə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə tibbi şəhadətnamə, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, eləcə də onların nikahı və doğumu haqqında şəhadətnamələr təqdim olunmalıdır. Qeyd olunan müddətdə müraciət olunmamasına görə valideynlər inzibati məsuliyyətə cəlb olunurlar. Cavabdeh “İmişli rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2025-ci il tarixli, 18-1-46/2-T-722/2- 31-1041/2025 nömrəli arayışından görünür ki, İmişli rayonu Cəfərli kəndində qeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü İddiaçı həqiqətən İmişli Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2019-cu il tarixində kişi cinsli uşaq dünyaya gətirmişdir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixində oğlan uşağı dünyaya gətirmiş, lakin doğulmuş uşağına doğum haqqında tibbi şəhadətnamə savadsızlığını əsas gətirilərək şəhadətnamə almamışdır. Göründüyü kimi, “İmişli rayon Mərkəzi Xəstəxanası” X7 imtina məktubunda xx.xx.2019-cu il təvəllüdlü oğlan uşağının “İmişli RMX” PHŞ-də həmin şəxs olması və sağ olması barədə heç bir məlumat olmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşin hallarından görünür ki, iddiaçı həmin tibb müəssisəsinə doğum üçün qəbul edilmiş, ona müvafiq doğum haqqında tarixçə açılmış, doğum barədə, eləcə də doğulmuş uşağın inkişaf tarixi haqqında müvafiq xəstəlik tarixi qeydə alınmışdır. Başqa sözlə, iddiaçının xx.xx.2019-cu il təvəllüdlü oğlan uşağının dünyaya gətirməsində “İmişli RMX” PHŞ-də hər hansı əsaslı şübhələr olmadığından ona dünyaya gətirdiyi uşağına yeni doğulmuş barədə tibbi şəhadətnamənin verilməsindən imtinası özlüyündə əsassızdır. Belə olan halda müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehin İddiaçı barəsində “doğum haqqında tibbi şəhadətnamə’'nin verilməsi üçün tələb olunan şərtlər mövcuddur. Şərh edilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “xx.xx.2019-cu il tarixində İmişli rayon Mərkəzi Xəstəxanasında doğulmuş uşağı – X8 barəsində doğum haqqında tibbi şəhadətnamə verilməsi öhdəliyi cavabdeh “İmişli rayon Mərkəzi Xəstəxanası” X7 üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-4467/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4467/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver