Məhkəmə qərarları › İş №2-1(120)-447/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-447/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-447/2025 11.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X16 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********62 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, **********63 reyestr nömrəli çıxarışlarına və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən xüsusi mülkiyyətində olan 0,3527 ha və 0,327 ha torpaq sahələrinin koordinatları ilə bağlı uyğunsuzluqların aradan qaldırılaraq torpaqların elektron kadastr uçotu informasiya sistemində hüquqmüəyyənedici sənədlərdə qeyd edilən koordinatlara əsasən uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “torpaqların elektron kadastr uçot informasiya sistemində düzəliş edilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli çıxarışlarla plan-ölçü sənədlərinə əsasən mülkiyyətində olan payıbəlli torpaq sahələrininin koordinatlarının əvvəlki yerinə tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi Qanuni nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli, **********62 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, **********63 reyestr nömrəli çıxarışlarına və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən xüsusi mülkiyyətində olan 0,3527 ha və 0,327 ha torpaq sahələrinin koordinatları ilə bağlı uyğunsuzluqların aradan qaldırılaraq torpaqların elektron kadastr uçotu informasiya sistemində hüquqmüəyyənedici sənədlərdə qeyd edilən koordinatlara əsasən uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Lənkəran rayonu Separadi kəndində 0,327 ha və 0,3527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri mülkiyyətinə verilmişdir. Bununla bağlı Torpağa mülkiyyət hüququna dair JN-207 və JN-208 saylı Dövlət Aktları tərtib edilmişdir. Sonradan isə digər payçılar öz torpaqdakı paylarını ona verdiklərindən qeyd olunan torpağa dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli çıxarışlarla plan-ölçü sənədləri verilmişdir. Torpağın naturada yerinin dəqiqləşdirilməsi zamanı isə məlum olmuşdur ki, sonradan həmin ərazi ilə bağlı elektron bazada dəyişiklik edilmiş və torpaqlarının koordinatları dəyişdirilmişdir. Belə ki, sözügedən torpaq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilməklə uzun illərdir ki, istifadələrində olmasına baxmayaraq elektron bazada torpağın bir hissəsi 1941-1945-ci illər müharibəsinə dair abidənin ərazisinə tərtib edilmişdir. Halbuki elektronnaşmadan öncə olan ərazinin yerqruluşu xəritəsində torpaq sahələrinin heç də abidənin ərazisinə düşmədiyi açıq-aşkar görünür. Bu isə ərazi ilə bağlı elektron bazada olan məlumatların həm ərazinin əvvəlki yerqruluşu xəritəsinə, həm Dövlət Aktlarına, həm də hazırda olan Plan-ölçü sənədlərinə uyğun olmadığını göstərir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublbikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. Qanunvericiliyin tələbinə əsasən elektron baza məlumatlarında düzəliş edilərək mülkiyyətimdə olan payıbəlli torpaq sahələrinin koordinatlarının əvvəlki yerinə tərtib edilməsi öhdəliyi məhkəmə tərəfindən cavabdehin üzərinə qoyula bilər. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, “Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”larla iki halda olmaqla iddiaçının tam mülkiyyətində olan (ayrı-ayrılıqda 0.327 və 0.3527 ha) kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin koordinatlarının əvvəlki yerinə tərtib olunmaqla plan və ölçü sənədinin verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması öhdəliyinin Ərazi idarəsinin üzərinə qoyulmasına münasibətdə” sərəncama münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar tərəfimizdən həmin əmlakla əlaqədar arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Məlumat üçün bildiririk ki, hazırki iş üzrə İddiaçı tərəfindən bir halda olmaqla Ərazi idarəsinə ünvanlanmış 2023-cü il 10 may tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə barəsində qeyd olunan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** və 28.11,2022-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarışlarla iki halda olmaqla iddiaçının tam mülkiyyətində olan (ayrı-ayrılıqda 0.327 və 0.3527 ha) kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin birləşdirilərək ümumilikdə tək “Çıxarış”ın, habelə plan və ölçü sənədinin verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması xahiş edilmişdir. Həmin ərəfədə barəsində qeyd olunan ilkin hüquqmüəyyənedici sənədlər üzrə tərəfimizdən aparılan ekspertizanın, mübahisələndirilən əmlaka dair arxiv və baza məlumatlarının, habelə faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) aidiyyəti hissədə araşdırılmasının nəticəsi olaraq məlum olmuşdur ki, sözü gedən torpaq sahəsinə dair yuxarıda göstərilən hüquqmüəyyənedici və texniki sənədlər göstərilənlərlə yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluq mövcuddur. Həmin ərəfədə İcraatda olan hüquqmüəyyənedici sənədlərin ekspertizasının və faktiki yerində keçirilən müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, iki halda olmaqla notarial təsdiqlənmiş alqı-satqı müqavilələri əsasında iddiaçıya məxsus həmin torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-207 və JN-208 nömrəli “Dövlət Akt’larında göstərilən konfiqurasiya ilə faktiki vəziyyət, habelə yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluq vardır. Həmçinin, faktiki yerində keçirilən müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, sözü gedən torpaq sahələrinin qərb hissəsinin dəmir torla hasara alındığı və müəyyən hissəsinin isə yaxınlıqda yerləşən ümumi istifadədə olan tarixi abidənin üzərinə düşür. Torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən ilkin hüquqmüəyyənedici sənəd üzrə ayrılmış həmin kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinə dair mövcud DWG (xəritə) baza məlumatları ilə yeni elektron uçot xəritə məlumatları arasında yaranmış uyğunsuzluğa münasibətdə isə bildiririk ki, sözü gedən ərazidə ayrı-ayrı torpaq sahələri ilə bağlı yaranmış uyğunsuzluqların hissə-hissə tənzimlənməsi istiqamətində dürüstləşdirmə işləri başa çatdırıldıqdan sonra, gələcəkdə həmin müraciətə təkrarən baxılacağı barədə iş üzrə iddiaçı tərəfimizdən məlumatlandırılmışdır. Qeyd olunan səbəblərdən sözü gedən ilkin hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyatı aparılmış kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair texniki sənəd olaraq yuxarıda barəsində qeyd olunan plan və ölçü sənədlərində cari dəyişikliklərin edilməsi (ayrı-ayrılıqda mövcud olan həmin torpaq sahələrinin birləşdirilərək tək çıxarışın və plan ölçü sənədinin verilməsinə münasibətdə) proseduru barədə hazırki iş üzrə iddiaçının ərizəsinin icrası təmin olunmamışdır. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildiririk ki, iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla (yalnız faktiki yerində tərəflərin iştirakı ilə keçirilən məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə uyğun olaraq) qanunamüvafiq qərar qəbul edildiyi (yəni torpaq sahəsinin yerləşmə mexanizminin ilkin hüquqmüəyyənedici sənəd üzrə göstərilən konfiqurasiyası ilə yeni elektron uçot xəritə məlumatlarında fərqli işlənməsinə münasibətdə) təqdirdə, tərəfimizdən baxıla bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin keçmiş iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X25 iddiaya etiraz edərək tələbin təmin edilməməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lənkəran rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********62 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, **********63 reyestr nömrəli çıxarışlarına və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən xüsusi mülkiyyətində olan 0,3527 ha və 0,327 ha torpaq sahələrinin koordinatları ilə bağlı uyğunsuzluqların aradan qaldırılaraq torpaqların elektron kadastr uçotu informasiya sistemində hüquqmüəyyənedici sənədlərdə qeyd edilən koordinatlara əsasən uyğunlaşdırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan JN-207 KOD 80220018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən 0.33 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu Separadi kənd sakini X10, X11, X8, X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-208 KOD 80220018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən 0.35 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu Separadi kənd sakini X22, X13, X17, X9 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində 0.327 ha olan torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində 0.3527 ha olan torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 269 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X26, X14, X1 rayonu Separadi kəndində yerləşən ümumi sahəsi 0,35 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus 3/4 hissə 0.2645 ha olan torpaq sahəsini İddiaçı hədiyyə vermişdirlər. Lənkəran rayon Torpaq şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X26, X14, X4 verilmiş seriya nömrəsi JN 208, KOD: 80220018 olan dövlət aktına əsasən birgə mülkiyyət üzrə, 0.3527 ha olan torpaq sahəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, AN 810855 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Lənkəran rayonu, Separadi kənd sakini İddiaçı xüsusi mülkiyyətinə 0.3527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 1567/2023 nömrəli məktubundan görünür ki, Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** və 28.11,2022-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarışlarla iki halda olmaqla tam mülkiyyətində olan (ayrı-ayrılıqda 0.327 və 0.3527 ha) kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin birləşdirilərək ümumilikdə tək “Çıxarış”ın, habelə plan və ölçü sənədi tərtib edilməklə müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, iki halda olmaqla tam mülkiyyətinizdə olan torpaq sahələrinə dair tərtib olunmuş ilkin hüquqmüəyyənedici sənəd qismində həmin hüquqmüəyyənedici və texniki sənədlər üzrə göstərilənlərlə mövcud yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluq vardır. İcraatda olan həmin hüquqmüəyyənedici sənədlərin ekspertizasının və faktiki yerində keçirilən müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, iki halda olmaqla notarial təsdiqlənmiş alqı-satqı müqavilələri əsasında əldə etdiyiniz həmin torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-207 və JN-208 nömrəli “Dövlət Aktlarında göstərilən konfiqurasiya ilə faktiki vəziyyət, habelə yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluq aşkarlanmışdır. Həmçinin, sözü gedən torpaq sahələrinin qərb hissəsinin dəmir torla hasara alındığı və müəyyən hissəsinin isə yaxınlıqda yerləşən ümumi istifadədə olan tarixi abidənin üzərinə düşdüyü məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən ilkin hüquqmüəyyənedici sənəd üzrə ayrılmış həmin kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinə dair mövcud DWG (xəritə) baza məlumatları ilə yeni elektron uçot xəritə məlumatları arasında yaranmış uyğunsuzluğa münasibətdə isə bildiririk ki, sözü gedən ərazidə ayrı-ayrı torpaq sahələri ilə bağlı yaranmış uyğunsuzluqların hissə-hissə tənzimlənməsi istiqamətində dürüstləşdirmə işləri başa çatdırıldıqdan sonra, gələcəkdə hazırki müraciətinizə təkrarən baxıla bilər. Qeyd olunan səbəblərdən sözü gedən ilkin hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyatı aparılmış kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair texniki sənəd olaraq yuxarıda barəsində qeyd olunan plan və ölçü sənədlərində cari dəyişikliklərin edilməsi (ayrı-ayrılıqda mövcud olan həmin torpaq sahələrinin birləşdirilərək tək çıxarışın və plan ölçü sənədinin verilməsinə münasibətdə) proseduru barədə hazırki ərizənizin icrası təmin olunmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlaklara dair tərtib olunmuş plan və ölçü sənədlərində cari dəyişikliklərin edilməsi prosedurundan imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6620 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci-on beşinci sualları üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3- 43/2-2389/2024 nömrəli mütəxəssis rəyinin məlumatlarına istinad olunur. Mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmqz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin huqüqmüəyyənedici sənəd Lənkəran rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998- ci il tarixli, 09 saylı qərarı ilə X18 və onun ailə üzvlərinə ayrılmış JN-208 nömrəli ‘Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********63 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Speradi kəndi ərazisində yerləşən 0,3527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri, döngə nöqtələrinin koordinatları müəyyən edildiyi göstərilmişdir. Araşdırma zamanı sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü”sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritə çekmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları naturaya uyğun gəlməməsi müəyyən olunduğu göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin huqüqmüəyyənedici sənəd Lənkəran rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X18 və onun ailə üzvlərinə ayrılmış JN-208 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********63 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Speradi kəndi ərazisində yerləşən 0,3527 ha torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı çoxillik əkmə torpaq sahəsi olması müəyyən edildiyi göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin huqüqmüəyyənedici sənəd Lənkəran rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X18 və onun ailə üzvlərinə ayrılmış JN-208 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********63 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" ilə İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Speradi kəndi ərazisində yerləşən 0,3527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının ləğv edilmiş islahatına dair kompleks yerqruluşu layihəsinə (DWG faylına) əsasən tərtib olunması və bunun da faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olunduğu göstərilmişdir. Əvvəli sualların cavablarında qeyd olunduğu kimi qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluqların mövcud olması müəyyən olunduğu göstərilmişdir. Həmçinin sözü gedən 0,3527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissəsinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu Speradi kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunduğu göstərilmişdir. Belə ki, tərtib edilmiş rəqəmsal kadastr xəritəsində həmin 0,3527 ha torpaq sahəsinin 0,01 ha hissəsinin cənub-qərb istiqamətdə abidənin ərazisinə düşməsi, 0,017 ha hissəsinin isə şimal-qərb istiqamətdə naturada mövcud təsərrüfatdaxili gediş-gəliş yolunun üzərinə düşməsi müəyyən olunduğu göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin elektron baza məlumatlarında mövcud olması və Speradi kəndinin ərazi hüdydları daxilində yerləşməsi müəyyən olunduğu göstərilmişdir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında JN-208 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün X18 və ailə üzvlərinə ayrılmış 0,3527 ha torpaq sahəsinin koordinatları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********63 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan 0,3527 ha torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun mövcud olmaması, eyni torpaq sahəsi olması müəyyən olunduğu göstərilmişdir. Əvvəli sualların cavablarında qeyd olunduğu kimi qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluqların mövcud olması müəyyən olunduğu göstərilmişdir. Həmçinin sözü gedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissəsinin Lənkəran rayonu Speradi kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunduğu göstərilmişdir. Belə ki, tərtib edilmiş rəqəmsal kadastr xəritəsində həmin 0,3527 ha torpaq sahəsinin 0,01 ha hissəsinin cənub-qərb istiqamətdə abidənin ərazisinə düşməsi, 0,017 ha hissəsinin isə şimal-qərb istiqamətdə naturada mövcud təsərrüfatdaxili gediş-gəliş yolunun üzərinə düşməsi müəyyən olunduğu göstərilmişdir. Qalan hissəni isə iddiaçının istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olduğu göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin huqüqmüəyyənedici sənəd Lənkəran rayon Aqrar islahat komisiyyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X7 və onun ailə üzvlərinə ayrılmış JN-207 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********62 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Speradi kəndi ərazisində yerləşən 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri, döngə nöqtələrinin koordinatları müəyyən edildiyi göstərilmişdir. Araşdırma zamanı sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü”sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritə çekmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları naturaya uyğun gəlməməsi müəyyən olunduğu göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin huqüqmüəyyənedici sənəd Lənkəran rayon Aqrar islahat komisiyyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X7 və onun ailə üzvlərinə ayrılmış JN-207 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********62 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Speradi kəndi ərazisində yerləşən 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçekmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerqruluşu layihəsinə (DWG faylına) əsasən tərtib olunması və bunun da faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olunduğu göstərilmişdir. Əvvəli sualların cavablarında qeyd olunduğu kimi qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluqların mövcud olması müəyyən olunduğu göstərilmişdir. Həmçinin sözü gedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissəsinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu Speradi kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunduğu göstərilmişdir. Belə ki, tərtib edilmiş rəqəmsal kadastr xəritəsində həmin 0,327 ha torpaq sahəsinin 0,005 ha hissəsinin şimal-qərb istiqamətdə naturada mövcud təsərrüfatdaxili gediş-gəliş yolunun üzərinə düşməsi müəyyən olunduğu göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin elektron baza məlumatlarında mövcud olması və Separadikəndinin hüdudları daxilində yerləşməsi müəyyən olunduğu göstərilmişdir. Lənkəran rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında JN-207 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün X7 və ailə üzvlərinə ayrılmış 0,327 ha torpaq sahəsinin koordinatları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindın xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********62 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" ilə İddiaçı mülkiyyətində olan 0,327 ha torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun mövcud olmaması, eyni torpaq sahəsi olması müəyyən olunduğu göstərilmişdir. Əvvəli sualların cavablarında qeyd olunduğu kimi qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluqların mövcud olması müəyyən olunduğu göstərilmişdir. Həmçinin sözü gedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissəsinin Lənkəran rayonu Speradi kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunduğu göstərilmişdir. Belə ki, tərtib edilmiş rəqəmsal kadastr xəritəsində həmin 0,327 ha torpaq sahəsinin 0,005 ha hissəsinin şimal-qərb istiqamətdə naturada mövcud təsərrüfatdaxili gediş-gəliş yolunun üzərinə düşməsi müəyyən olunduğu göstərilmişdir. Qalan hissəni isə iddiaçının istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olduğu göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin huqüqmüəyyənedici sənəd Lənkəran rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X18 və onun ailə üzvlərinə ayrılmış JN-208 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********63 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Speradi kəndi ərazisində yerləşən 0,3527 ha kənd təsərrüfatı təyinatlı və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin huqüqmüəyyənedici sənəd Lənkəran rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X7 və onun ailə üzvlərinə ayrılmış JN-207 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********62 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Speradi kəndi ərazisində yerləşən 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunduğu göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin olmaması müəyyən olunduğu göstərilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu Speradi kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində sözü gedən kənd təsərrüfatı təyinatlıq torpaq sahələrinin müəyyən hissəsinin faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunduğu göstərilmişdir. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin huqüqmüəyyənedici sənəd Lənkəran rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X18 və onun ailə üzvlərinə ayrılmış JN- 208 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********63 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,3527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,01 ha hissəsinin cənub-qərb istiqamətdə abidənin ərazisinə düşməsi, 0,017 ha hissəsinin isə şimal-qərb istiqamətdə naturada mövcud təsərrüfatdaxili gediş-gəliş yolunun üzərinə düşməsi müəyyən olunduğu göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin huqüqmüəyyənedici sənəd Lənkəran rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X7 və onun ailə üzvlərinə ayrılmış JN-207 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********62 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Speradi kəndi ərazisində yerləşən 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,005 ha hissəsinin şimal- qərb istiqamətində naturada mövcud təsərrüfatdaxili gediş-gəliş yolunun üzərinə düşməsi müəyyən olunduğu göstərilmişdir. İddiaçı mülkiyyətində olan qeyd olunan 0,3527 ha və 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktki istifadə vəziyyətinə uyğun dürüstrləşdirilməsi mümkün olduğu göstərilmişdir. Qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki olaraq iddiaçının istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olunduğu göstərilmişdir. İddiaçı iddia etdiyi 0,03 ha torpaq sahəsinin isə onun mülkiyyətindı olan 0,3527 ha və 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin koordinatlarından kənara düşməsi və iddia edilən torpaq sahəsinin X2 istifadəsində olması müəyyən olunduğu göstərilmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5.2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Aqrar qərarları) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarları əsasında kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı 0,3527 ha və 0,327 ha torpaq sahələri ilə bağlı xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli, **********62 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, **********63 reyestr nömrəli çıxarışları təqdim edilsə də, torpaq sahəsinin koordinatlarında qeyd edilən uyğunsuzluq digər şəxslərlə mübahisələrə səbəb olmuş və tərəflərin hüquqlarını pozmuşdur. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayrılma sənədlərində qeyd edilən koordinatlarla elektron məlumat bazasında həmin torpaq sahəsinin koordinatlarının yanlış göstərilməsi iddiaçının mövcud hüquqlarının pozulması ilə nəticələ biməz. Qeyd edilən səbəbdən iddiaçının mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/6620 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd edilən ekspert rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin huqüqmüəyyənedici sənəd Lənkəran rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X7 və onun ailə üzvlərinə ayrılmış JN-207 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********62 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Speradi kəndi ərazisində yerləşən 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,005 ha hissəsinin şimal- qərb istiqamətində naturada mövcud təsərrüfatdaxili gediş-gəliş yolunun üzərinə düşməsi müəyyən olunduğu göstərilmişdir. İddiaçı mülkiyyətində olan qeyd olunan 0,3527 ha və 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun dürüstrləşdirilməsi mümkün olduğu göstərilmişdir. Qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki olaraq iddiaçının istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olunduğu göstərilmişdir. İddiaçı iddia etdiyi 0,03 ha torpaq sahəsinin isə onun mülkiyyətindı olan 0,3527 ha və 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin koordinatlarından kənara düşməsi və iddia edilən torpaq sahəsinin X2 istifadəsində olması müəyyən olunduğu göstərilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən xx.xx.1998-ci il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Belə ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarları, “Torpağın mülkiyyət hüququna dair” JN 207, KOD 80220018 saylı və JN 208, KOD 80220018 dövlət aktına əsasən sahibinin istifadəsindədir, lakin faktiki istifadə vəziyyətlərinin döngə nöqtələri yanlış qeyd edilmiş və uyğunsuzluqlar yaranmışdır. Araşdırma nəticəsində qeyd edilən torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərə əsasən koordinatlarının uyğunlaşdırılması zərurəti yarandığı, faktiki vəziyyətin isə tərəfin hüquqlarının pozulması ilə nəticələndiyi müəyyən edilir. Eləcə də, iş materiallarında olan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin yerquruluşu texniki tərəfindən tərtib edilərək mütəxəssis rəyinə əlavə edilən sxemə nəzər yetirilən zaman qeyd edilən uyğunsuzluq halının aşkar olduğu daha aydın müəyyən edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********62 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, **********63 reyestr nömrəli çıxarışlarına və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən xüsusi mülkiyyətində olan 0,3527 ha və 0,327 ha torpaq sahələrinin koordinatları ilə bağlı uyğunsuzluqların aradan qaldırılaraq torpaqların elektron kadastr uçotu informasiya sistemində hüquqmüəyyənedici sənədlərdə qeyd edilən koordinatlara əsasən uyğunlaşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspet rəyi ilə bağlı prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********62 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, **********63 reyestr nömrəli çıxarışlarına və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən xüsusi mülkiyyətində olan 0,3527 ha və 0,327 ha torpaq sahələrinin koordinatları ilə bağlı uyğunsuzluqların aradan qaldırılaraq torpaqların elektron kadastr uçotu informasiya sistemində hüquqmüəyyənedici sənədlərdə qeyd edilən koordinatlara əsasən uyğunlaşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar