Məhkəmə qərarları › İş №2-1(120)-4471/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4471/2025

26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4471/2025 26.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı ölüm haqqında akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ölüm haqqında akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə (bundan sonra mətndə Qeydiyyat şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nənəsi X5 ölüm akt qeydinin düzgün olmaması müəyyən edilməklə X10ması və ölüm haqqında akt qeydində düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin ( bundan sonra mətndə) İPM 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.2012-ci il tarixli 3 nömrəli ölüm akt qeydində nənəsi X8 ata adının “Kalennikovna”dan “Kalinovna”ya düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, o xx xxxxxxx 1964-cü ildə Jdanov (indiki Beyləqan) şəhərində doğulmuşdur. X2r. X15 isə nənəsi X1r. Ana və nənəsi rəhmətə gedib. Azərbaycan Respublikası “Torpağın mülkiyyətə verilməsinə dair” 022F, kod 60708018 saylı Şəhadətnamə ilə nənəsi X12 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsini adına sənədləşdirmək istəyir, lakin nənəsi X8 adı səhvən ölüm sənədində X13 adına qeyd edildiyi üçün torpaq sahəsi ilə bağlı sənədləşməni həyata keçirə bilmir. Beləqan rayon Qeydiyyat şöbəsinə müraciət edərək ölüm akt qeydində düzəliş edilməsinin xahiş etmiş, lakin düəzlişin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazı (münasibət) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı ****** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1964-cü ildə Jdanov (Beyləqan) rayonunda doğulmaqla Beyləqan rayon Yuxarı Aranlı kəndində qeydiyyatdadır. ИЖ seriyalı, 309028 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X15 xx.xx.1944-cü ildə doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1944-cü ilin sentyabr ayının 12-ci günündə 29 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında X19, anası qrafasında isə X17 qeyd olunmuşdur. Torpağın mülkiyyət hüquna dair JN-022F KOD 60708018 şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 01 noyabr tarixli 57 saylı qərarı ilə X3 mülkiyyətinə 0,10 ha torpaq sahəsi verilmişdir. Beyləqan rayonu Yuxarı Aran kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 469778 №-li, xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin 03 ayının 01 günündə 03 № ilə qeyd edilmişdir. Cavabdeh tərəfindən verilmiş AZ-İİ №-li 421498 №-li xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X15 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin iyun ayının 11-ci günündə 263 nömrə ilə qeyd edilmişdir. Beyləqan rayon İHB-nın Yuxarı Aran qəsəbə İƏD-nin xx.xx.2025-ci il tarixli 185 nömrəli Arayışından görünür ki, İddiaçı həqiqətən X6 onun nənəsidir. Cavabdeh xx.xx.2025-ci il tarixli 05/69-287 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı xx xxxxxxx 1964-cü ildə Beyləqan rayonunda anadan olmuşdur. Bu barədə xx.xx.1964-cü il tarixdə Cavabdeh tərəfindən 391 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2r. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Cavabdeh 05/12-367/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş: 03 №-li, xx.xx.2012-ci il tarixli ölüm haqqında akt qeydində müəyyən olunur ki, X13 xx.xx.2012-ci il tarixdə ölmüşdür. 0900 8 0263 11062024 №-li, tarixli ölüm haqqında akt qeydindən müəyyən olunur ki, 1944-cü il təvəllüdlü X1508.6.2024-cü il tarixdə ölmüşdür. Beyləqan rayon İcra Hakimiyyəti Baçşısının yanında Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi 5-37-22/2-29/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X13 Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşı-uçot kitabında 1-ci kitab 19-cu şəxsi hesabda qeydiyyatda olmuşdur. X13 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X23 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 3-21-3-60/2-2998/2025 saylı xx.xx.2025-ci il tarixli cavab mətubuna əlavə olunmuş Beyləqan rayonunun Yuxarı Aran kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə aid cədvəldə X9 adına 0.125 ha qeyd olunmuşdur. Ədliyyə Nazirliyi Vətəndaşlıq X14 3-16-5/2-99885/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X8 ölümü istisna olmaqla ona aid digər vətəndaşlıq vəziyyəti aktlarına dair məlumat aşkar edilməmişdir. Eyni zamanda qeyd edilir ki, xx.xx.2012-ci ildə vəfat etmiş Mariya Vaynovskayanın ölümü xx.xx.2012-ci ildə Beyləqan rayonunun Yuxarı Aran icra nümayəndəliyində qeydə alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın 3-16- 269 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı Cavabdehnə müraciət edərək mərhum nənəsi X5 Beyləqan rayonu, Yuxarı Aran kənd İN tərəfindən qeydə alınmış xx.xx.2012-ci il tarixli 03 saylı ölüm haqqında akt qeydindəata adı "Kalennikovna", vətəndaşın anası X7 Cavabdeh tərəfindən xx.xx.1944-cü il tarixli 29 saylı doğum haqqında akt qeydində ana haqqında məlumat qrafasında ata adı "Kalinovna"yazılmışdır. X7 Cavabdeh tərəfindən xx.xx.1944-cü il tarixli 29 saylı doğum haqqında akt qeydində ana haqqında məlumat qrafasında ata adına düzəliş olunması üçün şöbəyə kifayət qədər məlumat təqdim edilməmişdir. Ona görə də onun mərhum nənəsi X4 ölüm haqqında alt qeydinə düzəliş olunmasından imtina edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə;http://www.e-qanun.az/framework/4543 övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. İPM: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. İşin araşdırılan halları ilə müəyyən olunur ki, X15 doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1944-cü ildə doğulmuş, anası X16 kimi qeyd olunmuşdur. Həmçinin hüquqların və vətəndaşlıq vəziyyətlərinin qeydə alınması ilə bağlı digər aktlarda da X16 kimi qeyd edilmişdir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. X8 xx.xx.2012-ci il tarixdə ölməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının ölüm haqqında xx.xx.2012-ci il tarixli 03 №-li akt qeydinə düzəliş olunaraq, atası bəndində atasının adının “Kalennikovna”-dan “Kalinovna”-ya düzəliş ededilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar