Məhkəmə qərarları › İş №2-1(120)-448/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-448/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-448/2020 22.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, cavabdeh Dövlət X28 Cəlilabad rayon şöbəsinin nümayəndəsi X11 (Biləsuvar şəhəri, M.B.Qasımov küçəsi, ev 1-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X28 Cəlilabad rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, Cəlilabad rayonu, Fərzili kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət X28 Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2019-cu il tarixli, **********1 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt şəhər 15 saylı PMK-da, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Cəlilabad rayonu “M.S.Ordubadi” adına sovxozda, xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Cəlilabad rayonu 1 saylı X39, xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi xəstə uşağa qulluq etdiyi sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının xx.xx.2019cu il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində əsaslandırmışdır ki, o, xx.xx.1964-cü ildə Cəlilabad rayonu, Fərzili kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt şəhər 15 saylı PMKda, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Cəlilabad rayonu “M.S.Ordubadi” adına sovxozda, xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Cəlilabad rayonu 1 saylı X39, xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi xəstə uşağa qulluq etməklə, onun 26 il iş stajı vardır. Yaşa görə əmək pensiyasının təyin edilməsindən ötrü Dövlət X28 Cəlilabad rayon şöbəsinə rəsmi olaraq müraciət etmiş, lakin Dövlət X28 Cəlilabad rayon şöbəsindən ona xx.xx.2019-cu il tarixli, **********1 nömrəli imtina məktubu verilmişdir. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət X28 Cəlilabad rayon şöbəsinin nümayəndəsi X19 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cəlilabad rayonu, Fərzili kənd sakini İddiaçı xx.xx.2019-cu il tarixdə 6 (altı) uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Dövlət X28 Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Vətəndaşın xx.xx.2019-cu il tarixdən, yəni 55 yaşından yaşa görə əmək pensiyası hüququ yaranır. Sığorta stajı 24 il 5 ay 11 gün təsdiqini tapır, vətəndaşın 25 il sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının təsdiq edilmiş surətlərini, Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 178 nömrəli arxiv arayışını, aktın, müayinə aktından çıxarışları, xx.xx.2019-cu il tarixli, 178 nömrəli arayışı, nigahın bağlanması haqqında və doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətləri və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X17 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X40 Azərbaycan Respublikasının Əmək və X23 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X23 Nazirliyi yanında Dövlət X40 adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş, eyni zamanda altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi xx.xx.2019-cu il tarixdən, yəni 55 yaşdan yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 14161034 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuş, Cəlilabad rayonu, Fərzili kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt şəhər 15 saylı PMK-da, xx.xx.1984cü il tarixdən xx.xx.1987-ci il tarixədək Cəlilabad rayonu “M.S.Ordubadi” adına sovxozda, xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Cəlilabad rayonu 1 saylı X39 əmək fəaliyyətində olmuşdur. İşdə olan Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 178 nömrəli arxiv arayışından görünür ki, Şükürova X9 rayonu “M.S.Ordubadi” adına sovxozda və Cəlilabad rayonu 1 saylı X39 1985-1986, 1992-1997-ci illərdə işləyib, xx.xx.1986-cı il tarixli, 23 nömrəli əmrlə yeni doğulmuş uşağı saxlamaqdan ötəri uşağın bir yaşı tamam olana kimi haqqı qismən ödənilən analıq məzuniyyətinə buraxılmış, xx.xx.1987-ci il tarixli, 01 nömrəli əmrlə sovxoz fəhləliyindən azad edilmiş, xx.xx.1988-ci il tarixli, 67 nömrəli əmrlə 1 nömrəli X43 fəhlə işinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 57 nömrəli əmrlə körpə uşağa qulluq etmək üçün bir illik analıq məzuniyyətə buraxılmış haqqı qismən ödənilməklə xx.xx.1990-cı il tarixli 16 nömrəli əmrlə analıq məzuniyyəti qurtardığı üçün öz işinə qaytarılmış, xx.xx.1991-ci il tarixli, 82 nömrəli əmrlə körpə uşağa qulluq etmək məqsədilə haqqı qismən ödənilən analıq məzuniyyətinə buraxılmış, xx.xx.1992-ci il tarixli, 93 nömrəli əmrlə analıq məzuniyyəti qurtardığı üçün öz işinə başlamış, xx.xx.1997-ci il tarixli, 12 nömrəli əmrə əsasən müəssisənin fəaliyyətinə xitam verildiyi üçün müəssisədə işləyən bütün fəhlə və qulluqçular işdən azad edilmiş, lakin sabiq “M.S.Ordubadi” adına sovxozu və X44 YAİK-nin xx.xx.1997-ci il tarixli, 01 nömrəli qərarı ilə müəssisənin sonrakı fəaliyyəti nəzərə alınaraq İddiaçı fəhlə kimi saxlanılmışdır. İşdə olan 2019-cu il tarixdə Astanlı kənd İƏDÜN-də Dövlət X28 Cəlilabad rayon şöbəsinin pensiya sektorunun məsləhətçisi X11, Astanlı kənd İƏDÜN-nin müavini X5, Fərzili kənd sakini xidmətçi İddiaçı, qonşusu X4, qonşusu Quliyeva Böyükxanım Bəbir qızının iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, həqiqətən ana İddiaçı əlil olan övladı xx.xx.1998-ci ildə anadan olmuş X6 xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı ilə kimi olan müddətdə xidmət etmişdir. Qonşuları da ananın övladına xidmət etdiyini öz ifadələrində təsdiq etmişlər. İşdə olan xx.xx.1985-ci il tarixli, İİİV-ЖГ 437062 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 ilə X15 xx.xx.1985-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.1985-ci il tarixli, Xİ-ЖГ 264282 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X25 xx.xx.1985-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X18, anası X15 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1987-ci il tarixli, Xİİ-ЖГ 381481 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X26 xx.xx.1987-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X18, anası X15 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1997-ci il tarixli, XX-ЖГ 360743 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X20 xx.xx.1996-cı il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X18, anası X15 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1998-ci il tarixli, İ-AZ 009990 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1998-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X18, anası X15 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, 2169/12 nömrəli arayışından görünür ki, X21 xx.xx.1989-cu ildə Cəlilabad rayonu, Fərzili kəndində anadan olmuşdur. Bu barədə Cəlilabad rayon Astanlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixli, 19 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası X18, anası X15 göstərilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, 2170/12 nömrəli arayışından görünür ki, X22 xx.xx.2000-ci ildə Cəlilabad rayonu, Fərzili kəndində anadan olmuşdur. Bu barədə Cəlilabad rayon Astanlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2000-ci il tarixli, 10 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası X18, anası X15 göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi 10 nömrəli zona TSEK-dən müayinə aktından çıxarışından görünür ki, xx.xx.2004-cü il tarixli müayinəyə əsasən xx.xx.1998ci il təvəllüdlü X12 anadangəlmə lal kardır. İşdə olan Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi 10 nömrəli zona TSEK-dən müayinə aktından çıxarışından görünür ki, xx.xx.2006-cı il tarixli müayinəyə əsasən xx.xx.1998ci il təvəllüdlü X12 anadangəlmə lal kardır. İşdə olan Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi 10 nömrəli zona TSEK-dən müayinə aktından çıxarışından görünür ki, xx.xx.2008-ci il tarixli müayinəyə əsasən xx.xx.1998ci il təvəllüdlü X12 anadangəlmə lal kardır. İşdə olan Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi 10 nömrəli zona TSEK-dən müayinə aktından çıxarışından görünür ki, xx.xx.2010-cu il tarixli müayinəyə əsasən xx.xx.1998ci il təvəllüdlü X12 anadangəlmə lal kardır. İşdə olan Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi 30 nömrəli zona TSEK-dən müayinə aktından çıxarışından görünür ki, xx.xx.2012-ci il tarixli müayinəyə əsasən xx.xx.1998ci il təvəllüdlü X12 anadangəlmə lal kardır. İşdə olan Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi 30 nömrəli zona TSEK-dən müayinə aktından çıxarışından görünür ki, xx.xx.2014-cü il tarixli müayinəyə əsasən xx.xx.1998ci il təvəllüdlü X12 anadangəlmə lal kardır. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, 178 nömrəli arayışından görünür ki, Şükürova X9 rayonu, Fərzili kəndində yaşayır və ailə üzvləri X25, X26, X21, X20, X12 və X16r. İddiaçı 8 yaşına qədər uşaqları özü tərbiyə etmişdir. İşdə olan Dövlət X28 Cəlilabad rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün Qanunun 21-ci maddəsində sosial sığorta stajına daxil edilən iş vəya digər fəaliyyət müddətlərinin cəmi göstərilən 25 il sığorta stajı olmadığından şöbədə fəaliyyət göstərən pensiya təyin edən komissiyanın xx xxxxxx 2019-cu il tarixli, 162 nömrəli qərarı ilə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İşdə olan X3 sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında elektron çıxarışdan görünür ki, X6 xx.xx.2018-ci il tarixdə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Dövlət X28 Cəlilabad rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********1 nömrəli arayışından görünür ki, X12 3-cü qrup əlil kimi 110 manat sosial müavinət alır. İşdə olan Dövlət X28 Cəlilabad rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********1 nömrəli arayışından görünür ki, İddiaçı şöbədən 18 yaşınadək Məhəmməd adlı uşağına görə xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək sosial müavinət almışdır. İşdə olan Dövlət X28 Cəlilabad rayon şöbəsinin pensiya sektorunun müdiri Əzizov Rövşən Oktay oğlunun, pensiya sektorunun məsləhətçisi X2, Cəlilabad rayon Dövlət Arxiv idarəsinin müdiri X7 tərtib etdikləri xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cəlilabad rayonu Dövlət Arxivi tərəfindən xx.xx.2020-ci il tarixli, 44 nömrəli arxiv arayışının Dövlət arxivində mühafizə olunan “M.S.Ordubadi” və Cəlilabad 1 nömrəli ÜEZ əmrlər kitabları və əmək haqqı cədvəlləri yerində qarşılıqlı yoxlanılmış, vətəndaş İddiaçı adına verilən əmək haqqı barədə arayışın əmək haqqı cədvəlləri ilə uyğunluğu tərəflərindən müəyyən olunmuşdur. İşdə olan Dövlət X28 Cəlilabad rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaşın xx.xx.2019-cu il tarixdən 55 yaşından yaşa görə əmək pensiyası hüququ yaranır. Vətəndaşın əmək kitabçasına əsasən xx.xx.1982-xx.xx.1982, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1987, xx.xx.1988-dən xx.xx.2004-cü ilə kimi 20 il 07 gün, uşağına qulluq etməklə xx.xx.2004-dən xx.xx.2016-cı il kimi 12 il 02 ay 02 gün olmaqla ümumilikdə 32 il 02 ay 09 gün iş stajı vardır. Cəlilabad rayon Dövlət Arxivinin verdiyi arxiv arayışına əsasən vətəndaşın xx.xx.1982-xx.xx.1982, xx.xx.1983xx.xx.1984-xx.xx.1985-dən xx.xx.1987, xx.xx.1988-dən xx.xx.1997-ci ilə kimi 12 il 03 ay 09 gün iş stajı, uşağına qulluq etməklə 12 il 02 ay 02 gün olmaqla 24 il 05 ay 11 gün iş stajı vardır.Vətəndaşa yaşa görə əmək pensiyası təyin etməkdən ötrü 25 il sığorta stajı lazımdır. Təqdim etdiyi sənədlərə əsasən 24 il 05 ay 11 gün iş stajı vardır. Vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır. Vətəndaşın xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə kimi Cəlilabad rayon keçmiş “M.S.Ordubadi” adına sovxozun əmr və əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən həmin illərin iş stajı öz əksini tapmadığı üçün nəzərə alınmamış və xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü ilə kimi Cəlilabad rayon keçmiş “M.S.Ordubadi” adına 1 nömrəli ÜEZ yerli X14 qərarları əmr və əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən həmin illərin iş stajı öz əksini tapmadığı üçün iş stajı kimi nəzərə almamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və X23 Nazirliyi Kollegiyasının 2017-ci il, 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.9.-cu bəndinə əssən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İş materiallarında olan sübutlarla müəyyən olunur ki, iddiaçının övladlarından X1 imkanları məhdud uşaq olmuşdur. Həmçinin, iş materiallarında olan aktdan müəyyən olunur ki, iddiaçının sağlamlıq imkanı məhdud övladı X6 xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək qulluq etmə faktı təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək sağlamlıq imkanları məhdud uşağı X6 (xx.xx.1998-ci il təvəllüdlü) qulluq etdiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri (əmək kitabçasını və arxiv arayını) təqdim etmişdir. Мəhkəmə xx.xx.1983-cü il tarixli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. İddiaçının sosial sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi xx.xx.1982-xx.xx.1982, xx.xx.1983- xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1987-ci illərlə bağlı onun əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir.Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə, eyni zamanda Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 178 nömrəli arxiv arayışı da iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Arxiv arayışında iddiaçının yeni doğulmuş uşaqlarına qulluq etməsi ilə əlaqədar müxtəlif vaxtlarda analıq məzuniyyətinə getdiyi qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt şəhər 15 saylı PMK-da, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Cəlilabad rayonu “M.S.Ordubadi” adına sovxozda, xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Cəlilabad rayonu 1 saylı X39 işlədiyi illər və xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi xəstə uşağa qulluq etdiyi müddət nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt şəhər 15 saylı PMK-da, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Cəlilabad rayonu “M.S.Ordubadi” adına sovxozda, xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Cəlilabad rayonu 1 saylı X39 işlədiyi illər və xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi xəstə uşağa qulluq etdiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X28 Cəlilabad rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt şəhər 15 saylı PMK-da, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Cəlilabad rayonu “M.S.Ordubadi” adına sovxozda, xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Cəlilabad rayonu 1 saylı X39 işlədiyi illər və xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi xəstə uşağa qulluq etdiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X28 Cəlilabad rayon şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar