Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-449/2023 05.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “mərhum həyat yoldaşı X5 order əsasında verilmiş ünvan 1 ünvanında yerləşən evə dair hüquqlarının dövlət qeydiyyatına alınması, həmin mənzilə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 05 aprel 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X5 order əsasında verilmiş ünvan 1 ünvanında yerləşən evə dair hüquqlarının dövlət qeydiyyatına alınması, həmin mənzilə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X8 uzun müddət X16 zavodunda işləmişdir. Zavod işçilərinin yaşaması üçün barak tipli evlər inşa edilib onların istifadəsinə verilmişdir. Həmin barak tipli evlərdən həyat yoldaşına da verilmiş və onlar ailəliklə uzun müddətdir ki, həmin evdə yaşayırlar. Həyat yoldaşı X7 xx.xx.2011-ci ildə vəfat etmişdir. Hal-hazırda uzun müddət yaşadıqları qeyd olunan barak tipli evi öz adına özəlləşdirmək istəyir. Bildirir ki, zavodun işçiləri tərəfındən bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edilmiş, ərizəyə X17 Resursların Artırılması və Mühafızəsi Departamentinin direktoru R.Həsənovun xx.xx.2015-ci il tarixli məktubu ilə cavab verilmiş və məktubda sakinlərin istifadəsində olan evin özəlləşdirmə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafıq qaydada özəlləşdirilməsinə etiraz etmədikləri, bunun mənzillərini özəlləşdirməyən sakinlərə də şamil olunduğu bildirilmişdir. Qeyd edir ki, zavodun bir neçə sakini tərəfındən eyni məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət olunmuş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli, 2-1(86)-181/2016 saylı Qərarına əsasən iddia tələbləri təmin edilmiş və nərə balıq zavodu ərazisində yerləşən mənzilə dair çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Eyni məzmunlu iddia tələbi üzrə artıq qanuni qüvvəsini almış və icra olunmuş analoji məhkəmə qərarı vardır. Bildirir ki, o, mərhum həyat yoldaşı X5 order əsasında verilmiş və uzun illərdir istifadəsində olan yaşadığı ünvan 2 evin özəlləşdirilərək evə dair texniki pasportun və çıxarışın verilməsi məqsədilə DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfındən ona 26 iyul 2021-ci il tarixli məktubla cavab verilmiş və müraciətinin təmin olunmasından imtina edildiyi qeyd olunmuşdur. Həmin məktubda onun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu imtina onun inzibati məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Cavabdeh tərəfindən qeyd edilən hərəkətlə konstitutsion hüququ pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı yaşadığı ünvan 2 mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi ilə bağlı müraciət etmişdir. Ərizənin icrası zamanı təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, sözügedən mənzil “X16” zavodu tərəfindən verilimiş və mənzilə dair icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi təqdim olunmamışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi əlavə edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Belə ki, iddia ərizəsindəki qeyd olunan mənzil verilərkən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsinin verilməsi haqqında müvafiq XDS İcrayyə Komitəsinə (hal-hazırda İH-nin mənzil-məişət komissiyasına) məlumat verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən isə yaşayış sahəsi verilməsi haqqında qərar əsasında müvafiq XDS icrayyə Komitəsi (halhazırda İH-nin mənzil məişət komissiyası) order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, X18 artırma zavodu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan dövlət müəssisəsidir və zavodun ərazisinə ayrılmış dövlət mülkiyyətinə aid torpaq sahəsində 21 ədəd fin tipli evlər inşa edilərək müəssisənin balansına daxil edilmiş, həmin evlərdən biri, yəni ünvan 2 ünvanda yerləşən mənzil İddiaçı mərhum həyat yoldaşı X4 istifadəsinə verilmişdir. Lakin sözügedən evlərin xüsusi, dövlət və ya bələdiyyə mənzil fondlarına daxil edilməsi barədə məlumat və hüquqmüəyyənedici sənədlər yoxdur. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan Şirvan ŞRPŞ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE Seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Neftçala rayonunun Qoltuq kəndində doğulmuş, yaşayış yeri Şirvan şəhəri, Nizami küçəsi, ev 63-dür. İş materiallarında olan 08 avqust 1996-cı il tarixli, İV-ЖГ 453748 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Resursların Artırılması və Mühafızəsi Departamentinin xx.xx.2015-ci il tarixli, 16/626 nömrəli məktubunun surətində “X18 artırma zavodunun yaşayış sahəsində inşa edilmiş və zavod işçilərinin istifadəsinə verilmiş 21 fin tipli evlərdən 12-sinin zavodun o dövrdə tabe olduğu X2 İdarəsinin 11 sentyabr 1991-ci il tarixli, PK-91 saylı razılıq məktubuna əsasən sakinlər tərəfindən özəlləşdirildiyi, qalan evlərin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafıq qaydada özəlləşdirilməsinə etiraz etmədikləri, bunun mənzillərini özəlləşdirməyən sakinlərə də şamil olunduğu bildirilmişdir. İş materialarına əlavə edilmiş cavabdeh təşkilatın iddiaçıya ünvanlanladığı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” 26 iyul 2021-ci il tarixli, **********91 nömrəli bildirişində aşağıdakılar bildirilmişdir: Sizin mənzilə dair hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildiririk ki, ərizəniz Ərazi İdarəsində araşdırılmış, müəyyən edilmişdir ki, X17 Resursların Artırılması və Mühafizəsi Departamentinin qeyd olunan mənzillərin özəlləşdirilməsinə etiraz etməməsi barədə məktubu təqdim olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi tələb olunur. Sizin təqdim etdiyiniz sənədlər toplusuna baxış keçirilən zaman müvafiq icra hakimiyyəti orqanının sərəncamının və mənzil kirayə müqaviləsinin əlavə olunmaması müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, 13 saylı Ərazi İdarəsində sözügedən mənzilə və ya mənzillərin yerləşdiyi binalara dair hüquqmüəyyənedici sənədlər yoxdur. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizədə qeyd olunan mənzil üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Beləliklə, iş üzrə təqdim olunmuş sənələrlə müəyyən olunur ki, İddiaçı X18 artırma zavodu tərəfindən mərhum həyat yoldaşı X5 verilmiş ünvan 1 ünvanında yerləşən evə dair hüquqlarının dövlət qeydiyyatına alınması, həmin mənzilə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daºınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh təşkilat isə ərizədə qeyd olunan tələbi icra etməkdən imtina etmiş, buna səbəb kimi iddiaçının təqdim etdiyi sənədlərə müvafiq icra hakimiyyəti orqanının sərəncamının, order və ya mənzil kirayə müqaviləsinin əiavə olunmadığını göstərmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdeh təşkilata müraciətinin hüquqi əsası kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Resursların Artırılması və Mühafızəsi Departamentinin xx.xx.2015-ci il tarixli, 16/626 nömrəli razılıq məktubuna istinad etmişdir. İddlaçı ünvan 1 ünvanında yerləşən mənzilin mərhum həyat yoldaşı X5 order əsasında verildiyini bildirsə də, bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, əksinə işdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 21/767 nömrəli məktubunda X16 zavodu tərəfindən X5 ünvan 1 ünvanında yerləşən mənzilə orderin verilməsi barədə məlumatın aşkarlanmadığı bildirilmişdir. Cavabdeh təşkilat məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazında iddiaçının müraciətinin təmin edilməməsinin hüquqi əsası kimi xx.xx.2009-cu il tarixdən qüvvədən düşmüş Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 45-ci və 48-ci maddələrinin tələblərinə istinad etmişdir. X5 ünvan 1 ünvanında yerləşən mənzilin verilməsi tarixini təsdiq edən sənəd məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, hazırki mübahisəyə qüvvədə olan qanunvericilik aktlarının tələbləri əsasında baxılmalıdır. İş materiallarında olan cavabdeh təşkilatın iddiaçıya ünvanladığı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” 26 iyul 2021-ci il tarixli, **********91 nömrəli bildirişində 13 saylı ünvan 4 ünvanında yerləşən mənzilə və ya mənzillərin yerləşdiyi binalara dair hüquqmüəyyənedici sənədlərin olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17-ci maddəsinə əsasən mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur (17.1). Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür (17.2): xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu (17.2.1); dövlət mənzil fondu–mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu (17.2.2) və bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Beləliklə, mənzil qanunvericiliyinə əsasən dövlət mənzil fondu–mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan bütün yaşayış sahələrinin məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.7-ci maddəsində sahibsiz daşınmaz əşyaların da dövlətə mənsub olduğu təsbit olunmuşdur. İş materialları ilə, cavabdehin nümayəndəsinin izahatı, həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, X18 artırma zavodu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan dövlət müəssisısidir və zavodun ərazisinə ayrılmış dövlət mülkiyyətinə aid torpaq sahəsində 21 ədəd fin tipli evlər inşa edilərək müəssisənin balancına daxil edilmiş və zavod işçilərinin, o cümlədən İddiaçı mərhum əri X4 istifadəsinə verilmişdir. Qeyd olunanlara əsasən və mənzil fonduna daxil edilmədiyi təqdirdə belə, dövlətə məxsus torpaq sahəsində və dövlət vəsaiti hesabına inşa edildiyindən ünvan 1 ünvanında yerləşən ev hal-hazırda dövlət mənzil fonduna aid yaşayış sahəsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.2-ci maddəsinə əsasən “Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir”. Mənzil Məcəlləsinin 8.0-maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: -qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər (8.0.1); -mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları (8.0.2). Həmin Məcəllənin 59-cu maddəsinin tələblərinə görə “yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür” (59.1). Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır (59.2). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil (59.3). Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır (59.4). Göründüyü kimi, qanunverici mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları kimi qanuna zidd olmayan müqavilə və əqdlərin, habelə dövlət orqanlarının və bələdiyyələrin aktlarının mövcudluğunu, digər tərəfdən, yaşayış sahəsi üzərində hüquqların əldə edilməsi, yaranmış hüquqların qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün yaşayış sahəsinin mülkiyyətçisi ilə vətəndaş (kirayəçi) arasında sosial kirayə müqaviləsinin bağlanmasını tələb edir. Lakin X16 X1 istifadəsinə ünvan 1 ünvanında yerləşən mənzil sahəsinin verilməsi barədə zavodun həmkarlar təşkilatının qərarını qeyd olunan yaşayış sahəsinə köçmək üçün yeganə əsas olan sosial kirayə müqaviləsinin bağlanması üçün həmin müqavilənin bağlanmasında müstəsna hüquqa malik, dövlətin adından fəaliyyət göstərən və səlahiyyətli dövlət orqanı olan Şirvan şəhər İcra Hakimiyyətinin mənzil məişət komissiyasına göndərməli olduğu halda, bunu etməmiş, bununla da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (139-1.1.1); -Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi (139- 1.1.11). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəasinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. Lakin qeyd olunduğu kimi, iddiaçı dövlət qeydiyyatı ilə bağlı cavabdeh təşkilata etdiyi müraciətinə yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Resursların Artırılması və Mühafızəsi Departamentinin xx.xx.2015-ci il tarixli, 16/626 nömrəli razılıq məktubunu əlavə etmiş, yuxarıda sadalanan qanunvericilik aktlarına əsasən tələb olunan sənədlərin təqdim olunmasını təmin etməmişdir. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinası qanunamüvafiqdir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “mərhum həyat yoldaşı X5 X16 Zavodu tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən evə dair hüquqlarının dövlət qeydiyyatına alınması, həmin mənzilə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “mərhum həyat yoldaşı X5 X16 Zavodu tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən evə dair hüquqlarının dövlət qeydiyyatına alınması, həmin mənzilə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-449/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-449/2023
05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver