Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-450/2020 16.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi x4, cavabdeh Dövlət x11 Cəlilabad rayon şöbəsinin nümayəndəsi x6 (Biləsuvar şəhəri, M.B.Qasımov küçəsi, ev 1-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət x11 Cəlilabad rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 25.05.1965-ci il tarixdə doğulmuş, Cəlilabad rayonu, Novruzallı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət x11 Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 30 dekabr 2019-cu il tarixli, 79/04-299 nömrəli məktubla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.08.1980-cı il tarixdən 12.07.1993-cü il tarixə kimi Cəlilabad rayonu “Səfərəliyev” adına sovxozda işlədiyi dövrləri sosial sığorta stajı kimi müəyyən edərək 01.02.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçıməhkəməyə teleqramla müraciət edərək, xəstə olduğu üçün məhkəmə iclasına gələ bilmədiyi və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25.05.1965-ci il tarixdə Cəlilabad rayonu, Novruzzalı kəndində anadan olmuş, 01.08.1980-cı il tarixdən kəndlərində fəaliyyət göstərən sovxozda işə başlamış və 12.07.1993-cü il tarixə kimi sovxozda müxtəlif sahələrdə çalışmışdır. İşlədiyi müddət əmək kitabçası yazılmasa da bu fakt Cəlilabad rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 12.04.2017-ci il tarixli, 294 nömrəli arxiv arayışında öz əksini tapmışdır. 11.05.1993-cü il tarixdə Cəlilabad rayon Məlikqasımlı kənd sakini x15 ilə rəsmi nigaha girdikdən sonra onun soyadı Əzizova olmuşdur. Onun hüququnun yarandığı 01.02.2017-ci il tarixdən 2-ci qrup əlilliyi vardır, lakin stajı olmadığı üçün pensiya ala bilməmişdir. Çalışdığı müddət əmək kitabçasında qeyd edilmədiyindən pensiya məbləği düzgün hesablanmır. Arxiv arayışı ilə cavabdeh Dövlət x11 Cəlilabad rayon şöbəsinə müraciət etsə də həmin illərin əmək kitabçasına yazılmaması səbəbindən həmin illərin sosial sığorta stajına daxil edilməyəcəyi bildirilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət x11 Cəlilabad rayon şöbəsinin nümayəndəsi x9 məhkəmə iclasında izahat verərək bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçıiddiasında göstərilən illər əmək kitabçasında qeyd olunmadığı üçün iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Cəlilabad rayon Dövlət Arxivinin 16.12.2019-cu il tarixli, 438 nömrəli arxiv arayışını, nikahın bağlanması haqqında şəhadətnamənin surətini, x2 sonuncu müayinəyə dair məlumatın surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x8 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət x17 Azərbaycan Respublikasının Əmək və x10 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və x10 Nazirliyi yanında Dövlət x17 adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı 25.05.1965-ci il tarixdə doğulmuşdur. 01.02.2017-ci il tarixdə x18 Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. İddiaçının iş illəri nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin olunması üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı yaranmışdır. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququna malikdir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 04491800 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 25.05.1965-ci il tarixdə anadan olmuş, Cəlilabad rayonu, Novruzallı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 11.05.1993-cü il tarixli, Vİ-ЖГ 340850 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, x15 ilə x13 11.05.1993-cü il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11.05.1993-cü il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. İşdə olan Cəlilabad rayon Dövlət Arxivinin 12.04.2017-ci il tarixli, 234 nömrəli arxiv çıxarışından görünür ki, İddiaçı 1980-1989, 1991-ci illərdə Cəlilabad rayonu “Səfərəliyev” adına sovxozunda işləmiş,əmək haqqı almış və 12.07.1993-cü il tarixli, 19 saylı əmrlə işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və x10 Nazirliyi x2 sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında elektron çıxarışdan görünür ki, İddiaçı 01.02.2017-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Dövlət x11 Cəlilabad rayon şöbəsinin iddiaçıya ünvanladığı 30 dekabr 2019cu il tarixli, 79/04-299 nömrəli imtina məktubundan görünür ki, 01.08.1980-cı il tarixdən 12.07.1993-cü il tarixə kimi Cəlilabad rayonu keçmiş “Səfərəliyev” adına sovxozunda fəhlə işlədiyi illəri sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İşdə olan Dövlət x11 Cəlilabad rayon şöbəsinin pensiya sektorunun müdiri Əzizov Rövşən Oktay oğlunun, pensiya sektorunun məsləhətçisi x1, Cəlilabad rayon Dövlət Arxiv İdarəsinin müdiri x3 tərib etdikləri 11.03.2020-ci il tarixli aktdan görünür ki, Əzizova (Əmənova) Sara Çapar qızının adına verilmiş 04.02.2020-ci il tarixli, 43 nömrəli arxiv arayışının Cəlilabad rayonu keçmiş “Səfərəliyev” adına sovxozunda işlədiyi illəri arxivdə mühasirə olunan əmrlər kitabları və əmək haqqı cədvəlləri ilə uyğunluğu müəyyən olunmuşdur. İşdə olan Dövlət x11 Cəlilabad rayon şöbəsinin məhkəməyə ünvanladığı 10.07.2020-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonu, Novruzallı kənd sakini İddiaçı 01.02.2017-ci il tarixdə 2 qrup əlillik dərəcəsi verilmişdir. Vətəndaşın yaşına uyğun olaraq 12 il sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən vətəndaşın 01.08.1980-cı ildən 12.07.1993-cü ilə kimi 12 il 11 ay 11 gün sığorta stajı vardır. Vətəndaşın yaşına uyğun tələb olunan sığorta stajı düzəlir və əlilliyə görə əmək pensiyası hüququ yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaşın işlədiyi dövrlər əmək kitabçasına əsasən qeyd olunmadığı üçün iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 10.03.2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər, yəni 01.07.2017-ci il tarixədək qüvvədə olan“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri (12.04.2017-ci il tarixli, 234 nömrəli arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Cəlilabad rayon Dövlət Arxivinin 12.04.2017-ci il tarixli, 234 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Həmin arxiv arayışına əsasən iddiaçının 01.08.1980-cı il tarixdə, 72 saylı əmrlə “Səfərəliyev” adına sovxoza fəhlə qəbul edilməsi və 12.07.1993-cü il tarixli, 19 saylı əmrlə işdən azad edilməsi müəyyən olunur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının 01.08.1980-cı il tarixdən 12.07.1993-cü il tarixə kimi Cəlilabad rayonu “Səfərəliyev” adına sovxozda işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı iş illəri (12 il 11 ay 11 gün) nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan (52 yaş, əlillik dərəcəsinin təyin olunduğu vaxt - 15 yaş, əmək qabiliyyəti olmayan yaş dövrü = 37 x 4 ay = 148 ay/12ay= 12 il 3 ay) sığorta stajını topladığından ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 01.08.1980-cı il tarixdən 12.07.1993-cü il tarixə kimi Cəlilabad rayonu “Səfərəliyev” adına sovxozda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, 01.02.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət x11 Cəlilabad rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 01.08.1980-cı il tarixdən 12.07.1993-cü il tarixə kimi Cəlilabad rayonu “Səfərəliyev” adına sovxozda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, 01.02.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət x11 Cəlilabad rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-450/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-450/2020
16.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver